Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


KÖMƏK ÜÇÜN HARAYA MÜRACİƏT ETMƏLİ, KİMDƏN DƏSTƏK AXTARMALI?


Bu və digər başqa sualları siz İnternetdə yeni açılan qadın saytında tapa bilərsiniz.

Qadın təşkilatları qadınlara münasibətdə zorakılıq faktlarını uzə çıxarmaq, problemə diqqət cəlb etmək, dəyişiklikləri izləmək və zorakılığa qarşı tədbir görmək üçün çoxlu metodlardan istifadə edirlər. Yeni texnologiyaların inkişafı ilə əlaqədar, qadınlar onları öz xidmətlərinə qoşmağa və texnokratiya erasında zorakılığa qarşı yeni mübarizə mexanizmlərini təkmilləşdirməyə çalışırlar.

İnformasiya texnologiyalarını qadın hüquqlarının xeyrinə çevirmək cəhdlərindən biri kimi "Qadınlara qarşı zorakılığı dayandıraq" İnternet-portalını saymaq olar (www.STOPVAW. org).

Qeyd edək ki, göstərilmiş sayt Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində qadın hüquqlarının irəli çəkilməsi üçün ələt kimi işlənib-hazırlanmışdır. Portal UNIFEM və Açıq Cəmiyyət İnstitutu Qadın şəbəkə proqramının dəstəyi və məsləhətləri ilə işlənib-hazırlanmışdır. STORVAW vəkillər üçün qadın hüquqları üzrə dörd əsas istiqamətdə : ailə zorakılığı, zorlama, seksual təqib, qadın alveri - informasiya və instrumentari təqdim edir.

Keçən ildən portal çərçivəsində Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində qadınlar üzərində zorakılıq probleminə dair Milli monitorlar Proqramı (Müşahidəçilər) start götürmüşdür. Verilmiş təşəbbüslər çərçivəsində, Azərbaycan da daxil olmaqla, iştirakçı ölkələrin 29 səhifəsi hazırlanmışdır. Bu səhifələrə düşdükdə siz həmin ölkələrdə qadın hərəkatı, qadın hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilik, seminarlar, konfranslar, QHT və beynəlxalq təşkilatların hesabatları və yerli ekspertlərin təqdim etdiyi bir çox digər maraqlı materiallar haqda ən son informasiyanı ala bilərsiniz.

Verilmiş saytın maraqlarını ölkəmizdə Azərbaycan Qender İnformasiya Mərkəzi təmsil edir. Azərbaycan səhifəsinin işlədiyi dövrdə, o, qadın hüquqlarının pozulması və müdafiəsi sahəsində çoxsaylı materiallarla zənginləşmişdir. Hal-hazırda siz orada Azərbaycanda qadın hüquqlarının müdafiəsinin vəziyyəti, ölkə üzrə yeniliklər, QHT-lərin hesabatları, zorakılığın qarşısının alınması üzrə qəbul edilmiş bütün qanunvericilik aktlarının siyahısını, Azərbaycanın da qoşulduğu, qadın hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq sənədlərin siyahısı, həmçinin hökumətin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair cari hesabatları tapa bilərsiniz.

Hal-hazırda saytın içindəkilərinin böyük hissəsi ilə tanışlıq ancaq ingilis və rus dillərində mümkün olduğundan, Azərbaycan Qender İnformasiya Mərkəzi onun məzmununu Azərbaycan dilinə tərcümə etməyə başlamışdır və 2006-cı ilin əvvəllərinə siz bu portalın faydalı resursları ilə ana dilində ətraflı tanış ola bilərsiniz. Verilmiş sayt haqda danışarkən, qeyd etmək istərdik ki, öz qısa tarixi dövründə o, informasiyanın alınması və mübadiləsinə, koalisiyaların yaranmasına, insan hüquqlarının təbliğinə və qanunverici təşəbbüslər səviyyəsində inkişafın əldə olunmasına kömək edən beynəlxalq foruma çevrilmişdir.

"Zerkalo", 26.11.2005-ci il.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb