Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


HİTLERİN ƏN SEVİMLİ AKTRİSASI


2010112202_120Marlen Ditrix heç zaman qəhrəman obrazları oynamırdı

Kinoekran əfsanəsi, 50-dən çox filmə çəkilən böyük alman və amerikan aktrisası, estrada müğənnisi, antifaşist hərəkatının fəal iştirakçısı və moda yaradıcısı Marlen Ditrix

1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü.

Əvvəl Marlenə teartda kiçik rollar tapşırılırdı. Ağbəniz, alagöz, gözəl ayaqlara sahib olan qız Berlin teatr rejissorlarından heç birini maraqlandırmadı. Ditrix bəzən bir gündə üç müxtəlif səhnədə oynayırdı. Rolların vaxtı qrim olunma vaxtından az idi. O, 17 səssiz filmə çəkilsə də, heç bir uğur əldə edə bilmədi. Marlen alt paltarında reklam roliklərinə çəkilir, biseksual klublarda provokasion mahnılar ifa edirdi. Ya özünü axtarırdı, ya da anasının "işsiz qalma" məsləhətinə əməl edirdi.

Hollivud rejissorunun kəşfi

"Məhəbbətin faciələri" filminin çəkilişləri zamanı Marlen Rudolfo Ziber adlı rejissor köməkçisinə vurulur. 1924-cü ildə onlar evlənirlər. Qızlarının dünyaya gəlişi Marlen üçün böyük xoşbəxtlik oldu. Cavan ana bədən quruluşunun pozulmasından qorxmayıb uşağına doqquz ay ana südü verdi. Sonradan Marlen yenidən teatra qayıtdı. Tamaşaların birində onu Berlində ilk səsli film çəkən tanınmış amerikan recissoru Jozef fon Ştrenberq görür. Ştrenberq Hollivuda qayıdacağı ilə hədə-qorxu gələrək "Mavi mələk" filmindəki meyxana müğənnisi Lola obrazına ancaq Merlinin təsdiq olunmasını təkid edir. Marlen başa düşürdü ki, aktrisa kimi o, "sıfırdır", ona görə də rejissorun hər dediyini yerinə yetirirdi. Rejissor bütün normal kişilərin arzuladığı qadını - Afroditanı yaradır. Lola obrazı onun üçün uğurlu oldu. Şternberqin dəvətilə Merlin 1930-cu ildə Hollivuda gəldi. Ciddi pəhrizdə olan Marlenin bədən quruluşu cazibədar formada oldu, azı dişlərini çıxartdıraraq üzü də gözəl quruluş aldı. Bədbəxtlik gətirən aristokrat obrazı və erotik sehrlə Marlen tamaşaçıların ürəyini fəth etdi. İlk Hollivud filminin nümayişindən sonra («Marokko», 1930) qəzetdə "Jimmi Star" təxəllüsü ilə kiçik məqalə çıxdı. İlk cümləsi belə idi: "Bu qadın bütün kino sənayesini alt-üst etməsə, deməli mən heç nə bilmirəm".

Kinoekran kraliçası

Həqiqətən də Ditrix Hollivudu silkələdi, 1930-35-ci illərdə Ştrenberqin çəkdiyi filmlər fantastik uğur qazandı. Marlen əri və qızını Beverli-Hillzdə öz istəyilə ağ xəzlə bəzədilən dəbdəbəli mənzilə gətirdi. Bundan sonra hamı Ditrixin təkrarolunmaz üslubundan, incə zövqündən danışdı. Məhz o, gündəlik qadın dəbinə kişi kostyumunu daxil etdi. Bundan başqa, bütün səhnə geyimlərini də özü fikirləşirdi. Dünyanın Kristian Dior, Trevis Beyton kimi tanınmış modelyerləri onun ideyalarına əməl edirdilər. Aktrisanın geyimləri əfsanəvi obrazın bir hissəsi idi. "Marlen Ditrix üslubu"nu tirajlamaq cəhdləri bir nəticə vermədi. Çünki individual ölçüdə tikilmiş əlcək və ayaqqabı, donlar, baxış, jest - bütün bunlar "erotik qadın" obrazına xidmət edirdi. Artıq heç kimdə onun peşəkar aktrisa olması şübhə yaratmırdı. Bədbəxtlik gətirən qadın obrazı zamanla ekranda gözəl yumor hissi olan ziyalı xanıma çevrildi. Ekrandan kənarda aktrisa sentimental, mehriban, dostluğu bacaran insan idi. Onun haqqında recissor Vaylder deyirdi: "O, həqiqətdə əsl şəfqət bacısı, evdar xanım, Tereza ana idi. Çəkiliş vaxtı kimsə asqıranda o dəqiqə qrim otağına gedib dərman gətirərdi". Hər çəkilişdən sonra Ditrix iştirakçılara hədiyyə edər, xəstəxana və uşaq evlərinə ianə verərdi. Onun dəbdəbəli evinə tez-tez sadəcə yemək üçün gəlirdilər, hətta o özü yemək hazırlayardı.

Fransızsayağı eşq

Marlen kişilərin ürəyini fəth edirdi. Həyat yoldaşı ilə dostluq münasibətlərində qalan aktrisa onu ömrünün sonuna qədər pulla təmin etdi. O, ərinin rus emiqrantı və evlərində qulluqçu işləyən Tamara ilə əlaqəsinə sakit yanaşırdı. Marlen bir çox kişiləri sevirdi. Onun sevgililəri sırasında çox istedadlı kişilər var idi - Ernest Hemenquey, Yerix Mariya Remark, Moris Şevalye, Raf Vallone, Yul Brinner. Amma qəlbində ən dərin izi Can Qaben qoydu. Onların sevgisi dərin və ehtiraslı idi, amma sevgililəri müharibə və iş ayırdı. Marlen Hollivudu tərk etməyə cəsarət etmirdi və Qabenlə birlikdə çəkildiyi film ("Marten Rumanyak" 1946) uğursuz alınaraq Avropa tamaşaçısının rəğbətini qazana bilmədi. Can da Fransadan getmək istəmirdi. Müharibə Marlen üçün əsl sınaq oldu, o öz millətinə görə günah hissi keçirirdi. Həm də Marlen Hitlerin ən sevimli aktrisası olduğundan onu vətəninə geri çağırırdı. Həmişə siyasətdən uzaq olan Ditrix onun təkliflərini nəinki rədd edir, hətta 1938-ci ildə Amerika vətəndaşlığını qəbul edir və antifaşist hərəkatının fəal iştirakçısına çevrilir: cəbhənin ehtiyajları üçün milyon dollar toplayır, qaçqınlara qayğı göstərir, hərbi düşərgələrdən insanların azad olunmasına çalışır, 1942-45-ci illərdə cəbhə xəttində konsert proqramları ilə çıxış edirdi. Müharibədən Marlen donmuş əl-ayaqla bir də mükafatlarla çıxdı. Amma kinematoqrafiya sahəsində Ditrixin mükafatı olmadı. Çünki o, heç zaman qəhrəman obrazları oynamırdı (həmişə şən, eleqant, sirli obrazlar oynayırdı). 1950-ci ildə ona Oskar mükafatı təqdim etməyə çağırdılar, o, əvvəlcədən xanımların hansı libaslarda gələcəyini öyrənərək özü tam dar qara don geyindi. Stiven Baxın dediyinə görə: "Alqışlar səngiyəndən sonra elə hiss yarandı ki, "Oskar" elə Marlen idi".

Qalmaqallı kitab

52 yaşında Marlen kino aləmini tərk etdi. O özünün konsert şousunu təşkil edərək bütün dünyanı gəzdi. İstedadlı bəstəkar, pianoçu, Marlendən 30 yaş kiçik olan Bert Bakarakla 10 il qastrol, xoşbəxt və sevgi həyatı Bertin cavan qadınla evlənməsi və şounu tərk etməsilə sona çatdı. Ayrılıq Ditrixi ağır depressiyaya saldı, alkoqoldan sui-istifadəyə başladı. Amma o bu acını unudaraq 1975-ci ilə qədər tamaşaçıları öz çıxışları ilə sevindirdi. Sonuncu dəfə Marlen ekranda 1978-ci ildə göründü.1975-ci ildə Ditrix Sidneydə konserti zamanı içkili olduğundan səhnədə yıxılaraq bud boyuncuğunu sındırır, 4 ildən sonra yenidən ciddi sınıq alır. Özü artıq sərbəst hərəkət edə bilmədiyindən Parisdəki balaca mənzilinə qapılır. Nə tanışlar, nə dostlar, nə də tamaşaçılar onu əlil arabasında və yatağa düşmüş vəziyyətdə görməli idilər. Marlen özünü kitablarla əhatə edir, memuarlarını yazır və hər gün qızı ilə telefonla danışardı. Qızı yaxşı evdar xanım idi, dörd oğul böyüdürdü, lakin aktrisalığı heç bacarmırdı. Mariya anası üçün "ölüm" hədiyyəsi hazırladı, 1992-ci ildə "Anam Marlen" adlı kitabında anası haqqında çoxlu qalmaqallı faktlar yazdı. Hətta qalmaqalı sevən jurnalistlər belə etiraf etdilər ki, yazılanların yarısı yalandır. Bu yalanlara dözə bilməyən Marlen Ditrix 1992-ci il mayın 6-da vəfat etdi və üç ölkənin (Almaniya, Fransa, ABŞ) bayrağı altında Berlin qəbiristanlığında anasının yanında dəfn olundu.

 

Kəmalə Məmmədova

 

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=72417

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb