Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


KİŞİ VƏ QADIN: İTAƏTDƏ KİMDİR?


2010120701_120Kişinin qadından üstünlüyü - güclü cinsin zərifləri zorən yenməsindədirmi?

 

Qadın kişiyə tabe olmalıdır, yoxsa zərif cinsin tabeçiliyi onu gücsüz və taqətsiz etdiyindən insan haqlarının pozulması sayılmalıdır?

Ümumiyyətlə, qadınların "biçarə taleyi" nədir və bunun səbəbləri hasnı məqamlardan qaynaqlanır?

 

İstanbulda çıxan «Dergah» jurnalında böyük məqalə ilə çıxış etmiş Sibel Eraslanın fikrincə, qadının madam Bovari və ya Anna Karenina olmadan hansısa dəbli müzakirələrin, ya da mübahisələrin mövzusuna dönmək şansları çox azdır.

 

«Qərb ədəbiyyatında qadın və tale mövzusu çox qarışıq olsa da, üzə çıxan bir məqam var. Həmin məqamı araşdıranda istər-istəməz sual doğur: əgər qadının taleyində mübarizə, savaş, xəyanət və ya emosional əməllərin izləri yoxdursa, bu insan ədəbiyyatın subyektinə çevrilə bilərmi?

 

Kişi gözündə qadın bölgüsü

 

Bir qədər də sadələşdirim: əgər Leyla Məcnunun ağlını başından almasaydı, Züleyxa da Yusifi həbsxanaya yollamasaydı, bu qadınlar nə qədər məşhur olardılar? Deyirlər ki, qədimlərdə din xadimləri qadınlara yazmağı yasaqlasalar da, Allah-Təala öz Sözünü söyləməyə elçi etdiyi insan vasitəsilə qadınların hüquq və haqlarını müəyyələşdirdi. Heç düşündünüzmü ki, nədən Şərq ədəbiyyatında qadın əks qütblərdə olur - ya qəhrəman, ya da qəhrəmanı məhv edən insan?!», - deyə, Sibel Eraslan yazır.

 

Türkiyənin ən məşhur «dindar feminist» yazarlarından biri kimi tanınan Sibel xanımla diskussiya etmək çətin işdi, çünki o, bütün arqumentlərə rəğmən mövqeyini dəyişməyən insanlardan biridir.

Qonşu və qardaş dövlətin ədəbi mühitinin mənsublarında, keçmişlə indikində qadınlara olan münasibət maraqlıdı, amma Azərbaycanda durum necədir - ilginc məsələdi.

 

Əntiq ədəbiyyat və söz sənətimizdə qadına biçilmiş rol bir neçə kvazivariantdan ibarətdi.

 

1. Qadın istəklidir - Belədə qadın siniflər baxımından uyğunsuz bir varlıq təki dəyərləndirilərək, yalnız eşq və həmin eşqin doğura biləcəyi şücaət mənbəyi sayılır. Sevdiyi xanıma qovuşmaq üçün kişi qarşısına çıxan bütün sədləri dəf edir, hicranın enişdən yoxuşa çıxaraq sonra üzüaşağı yuvarlanan yolu ilə gedir və sonda bütün faciələrlə ağrıların toplusunu ərsəyə gətirərək sınaq müntəxabatını ortaya qoyur. Ki, buyur, sevgilim, sənə görə bax, bunları etdim. Belə istək fatalizmdir və «eşqin gözü kordur» ifadəsinin yaranma səbəblərindən biri də məhz sevdiyi xanım üçün həyatını qara əskiyə bükməyə könüllü razılaşan müxtəlif yaşlı kişilərin davranışıdır.

 

2. Qadın məcburiyyətdir -  Sevgi, rutinlik, yaşam və soyuq düşüncənin ayırdığı yer - bu, qadının sevgidən sonrakı nikah həyatında keçmək məcburiyyətində qaldığı mərhələlərdir. Bəhs edilən istiqamətin alternativi nikahsız yaşamdır ki, bütün Şərqdə olduğu kimi, Azərbaycanda da belə adyulterə cəmiyyətin münasibəti qayət soyuq olub. Sıradan bir vətəndaş ailə həyatının yeknasəqliyindən bezən, vücudunun içindəki canı darıxan kişinin yeni ruh mənbəyi arayaraq ayağını kəbin çevrəsindən kənara qoymasını başını yelləyərək anlamağa çalışsa da, həmin kişi üçün təcili və təxirəsalınmaz yardım funksiyasını yerinə yetirən qadına baxışları həmişə çatılı qaşların altından qəzəblə qıyılmış gözlərin süzülməsi olur. Gördünüzmü, cümlə necə də uzun alındı? Belə də olmalıdı zatən, çünki kişi-qadın münasibətlərində zərif cinsin nəyəsə məcbur olması (edilməsi) uzun prosesdir.

 

3. Qadın ilham mənbəyidir - Belə qadın irrealdır, ona toxunmaq və ya səsini eşitmək mümkün deyil. Zira həmin qadınlar gecədən xeyli keçmişə qədər otaqda oturub kompüterin boz sayrıntılar verən monitoruna, ya da prostrasiyaya düşmüş kxmer partizanı təki masaya uzanmış ağ vərəqə baxaraq qəmlənən şairin, osmanlı türkləri demişkən, "xəyal ürünü"dür. İlham mənbəyi funksiyasını yerinə yetirən qadın əlçatmazlıq əbasına büründürülür və ona çatmaq nə qədər cəfalı olarsa, nəzm və nəsr məhsuldarlığı bir o qədər çox olur.

 

4. Qadın həyat yoldaşıdır - Ölkədə nikahın bir tərəfi qarşı tərəfdəki xanımı «arvad» adlandırır, sivillər isə zərifləri «həyat yoldaşı» adlandırır. Həmin anlamı dərk edənlər gerçəkdən də, xanımını öz həyatına yoldaş edirsə, çətinlik və problemlərlə bahəm, sevinc və uğurlarını da qadınla bölüşmək məcburiyyətindədir.

 

Amma qadın sadəcə, «arvad» sayılırsa, onun nəsibi nikahdakı problemlər və çətinliklərdir - uğurları kişi yalnız özünə, xarüqələr yaradan əməyi, Eynşteyni aysberq kölgəsində qoyan beyni və 999 terabaytlıq superkompüterdən də sürətli düşüncəsinə bağlayır.

 

Haqq havasızlığındakı insan

 

Nə edəsən ki, Azərbaycanda qadın əksər hallarda zaman və koordinatlardan kənar tutulur.

 

Qadının qədim əyyamlardakı dilsiz-ağızsızlığı və ya onun gələcəyi ilə bağlı müxtəlif, hələ gerçəkləşməmiş fantaziyalar orta əsrlər qərinələrindən bəri sümük iliyində qalan daxili həqiqət təsiri bağışlayır.

 

Azərbaycanda qadın və ədəbiyyat məhfumlarının kəsişdiyi müstəviyə gəldikdə isə, yerli nəsr-nəzm paralelliyindəki kulturoloji mübahisələrdə son illərdə qadın yazıçılar sovet illərindəki ağırlığı bərpa edirlər deyəsən.

 

Nədən?

 

Çünki ədəbiyyat təki, diskussiya da artıq kişinin kişi ilə apardığı ciddi söhbət, nəyinsə müzakirəsi hesab olunmur.

 

Orta statistik azərbaycanlı kişi hələ də anlamır ki, «niyə hansısa qadınlar yazıçı olur».

 

Məncə, səbəb sadədir.

 

Özünü özü üçün qorumaq istəyən qadınlar yazıçılıq edir. Bu isə əsrlərdən bəri Şərq qadınına şamil edilən çox danışmaq, «çənədən bərklik» və «hülqumsuzluq» anlayışları ilə köklü ziddiyyət təşkil edir.

 

Qadınlarımız üçün yazarlıq şüurun yüksəlişi sayıldığından ədəbi mühitdə hələlik yalnız yaza bilən və ya yazan qadınlara diskussiya icazəsi verilir.

 

Bəs yaxşı, belədə yaza bilməyən və adidən adi həyat yaşayan qadın nə etməli - bilinmir.

 

Şərqin aksiomlaşmış, daşlaşmış ifadələrindən biri də odur ki, qadın incə və zərif olmalıdır.

 

Halbuki qadının özü zərifliyə incəlik verir. Bu isə parçada vahidin: təkdə çoxluğun görülməsidir.

 

Kənanın yox, Yusifin anlayışı, kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verilməsidir.

 

Türk sufi Həzrət Kənan Rifai yazırdı: «Qadınların incəliyi onların anlamlarının bizə aşkar olan təzahürüdür. Biz kişilər düşünürük ki, onlardan ağıllı və güclü olduğumuzu düşünürük. Fəqət, güclü məxluqu zəif varlıq dünyaya gətirə bilərmi? Ağıl bisavadlıq, istedad korafəhmlik, cəsarət isə xofdan doğa bilərmi?»

 

Fransız kinorejissor Fransua Trüffonun «Qadınları sevən kişi» («L'homme qui aimait les femmes») filminin qəhrəmanı Bernard deyir: «Axı nədən bir insanda tapa biləcəklərimizi kütlədə axtarırıq?».

 

Bu səbəbdən də çoxluqda yol aramaq, fetişə can atmaq, ifrat əlaqələr vasitəsilə obrazlar hovuzunda təmizlənə bilməyib düşünmək... Qadın şüurunu dərk etmək istəyi və hər insanın haqqına şəfqət olmadan bütün bunlar əzabdır ki, var.

 

Əzab - qadının gözlərində sevincin yoxluğu, ananın göz yaşları, qızın pərişan gözləntisidir.

 

Kişilər bunları görür, amma çox vaxt anlamır.

 

Anlarsa, yalançı üstünlük hissinə döndərilən səylərdən qurtula bilər.

 

Turqut Aras

 

http://www.milli.az/news/society/25802.html
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb