QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
№ 1 GENDER, FEMINIZM VƏ QADIN PROBLEMLƏRINƏ YMUMİ DAIR ƏDƏBIYYATIN ICMALI
MART, 2002-Cİ
Gender tədqiqatları - dünyagörüşü, yeni fəlsəfədir. Öz miqyasına görə
onları ekologiya ilə müqayisə etmək olar. Ekologiya özü də düşüncə
tərzinə, həyat fəlsəfəsinə çevrilmişdir. Ekoloji dünyagörüşü artıq
50-60 ildir ki, mövcuddur, lakin o, insanların şüuruna çətinliklə yol
tapır. Bəs gələcəkdə gender dünyagörüşünü nə gözləyir?
Gender araşdırmaları hələ 1985-ci ildə, 3-cü Beynəlxalq
qadınlar konfransı keçirilən zaman başlanmışdır, lakin on il ərzində
irəliləyiş çox zəif olmuşdur. Axırıncı Pekin konfransında qeyd edildiyi
kimi, nəzərdə tutulmuş ideyaların 2/ 3 hissəsi həyata keçirilməmişdi.
Lakin Pekin konfransından sonra aşkar irəliləyişlər əmələ gəldi.
Gender tədqiqatları bütövlükdə müasir ictimai quruluşun məğzi
olmalıdır. Bu gün hər yerdə iki tip təfəkkür mübarizə aparır: totalitar
və demokratik. Və burada fərqi yoxdur - onların daşıyıcısı kimdir -
kişi və ya qadın. Bu iki tip təfəkkür zərurətdən əmələ gəlmişdir.
Totalitar təfəkkür insanın təbiət qarşısında aciz olduğu dövrdə, onunla
mübarizə aparmalı olduğuna görə, demokratik təfəkkür - insanın bu
mübarizədə qalib gəldiyinə görə yaranmışdır.
Gender tədqiqatları, təkcə mədəniyyətin gedişini dəyişə bilən
problemləri yox, insan şüurunda baş verən dəyişikliklərin xarakterinə
də təsir göstərə bilən qlobal problemlər qisminə aiddir.
Gender tədqiqatları ilə tanışlığı, bu problemin tarixini,
nəzəriyyəsini, predmetini və əsas ideyalarını işıqlandıran ümumi
işlərdən başlamaq məqsədəuyğundur. Bu baxımdan "Filosofiya" dərsliyini
göstərmək olar. "Ton /Tone" nəşriyyatı, M., 1996. O.A.Voronina
tərəfindən yazılmış "Filosofiya pola" hissəsində problem haqqında geniş
təsəvvür verilir. Əsər müxtəlif dövrlərdə feminist fikirlərin
formalaşmasının mənbələrini, onların XX əsrdə Qərb mədəniyyətinin
sistematik tənqidinin inkişafı kimi təhlil edir. Kişi və qadınlar
arasında cinsi və gender differensiasiyasının fərqini təyin edir,
genderi humanitar biliyin yeni "cəmiyyətdə qadın və ya kişi kimi
fərqləndirilən fərdlərin nəzərində tipik və arzuedilən sayılan
xüsusiyyətlərə, normalara, stereotiplərə, rollara aid sosial, mədəni və
psixoloji aspektləri" müzakirə edir (səh.406-407).
İngilis tədqiqatçıları Cenni Teyçman və Ketrin Evansın
"Fəlsəfə. Yeni başlayanlar üçün rəhbər vəsait" ("Ves mir" nəşriyyatı.
M., 1997.) kitabında gender problematikasını qadın və kişilərin sosial
və siyasi vəziyyətlərində ənənəvi fərqləri açmağa imkan verən siyasətin
və cinslərin qarşılıqlı əlaqəsi kontekstində nəzərdən keçirir.
Müəlliflərin fikrincə, feministlər "gender" terminini (ing. " -"cins")
süni sosial fərqlər yaradan, lakin süni yolla yaradılmış qrammatik
cinslər bütün isimlərin təbii yolla kişi, qadın və orta cinsə
bölünməsini əks etdirən termin hesab edildiyi kimi , bu termində
təbiilik iddiasındadır.
Gender tədqiqatları haqqında populyar məlumatları "40-ya
paralel" jurnalında çap edilmiş "Edipov kompleks" otmenyayetsya" Bakı,
1998, səh.35-38. məqaləsindən almaq olar (BMT-nin "Gender inkişafda"
inkişaf Proqramının milli əlaqələndiricisi R.İbrahimbəyova ilə
müsahibə).
Gender tədqiqatlarının inkişafı və təşəkkül tapmasında
feminizmin müstəsna rolu bu hərəkatın tarixi ilə tanışlığı tələb edir
ki, bu da "Feminizm: proza, memuarı, pisma" kitabında yaxşı şərh
edilmişdir ("Proqress"nəşriyyatı, M., 1992). Kitab Amerika inqilabından
başlamış XX əsrin qırxıncı illərinə qədər qadınların öz hüquqları
uğrunda mübarizəsinin 150 illik tarixini əks etdirən məşhur ictimai
xadimlərin və ədəbiyyatçıların əsərlərindən ibarət antologiyadır.
Gender biliklərinin təkcə Rusiyada deyil, həmçinin MDB
ölkələrində də yayılmasında 1991-ci ilin axırında Moskvada "Gender
tədqiqatları: vəziyyəti və perspektivləri" problemi üzrə keçirilmiş
beynəlxalq seminarın böyük əhəmiyyəti olmuşdur. Bu seminarın
materialları və müzakirələri qismən "Sosioloqiçeskie issledovaniya"
jurnalında, M., 1992, i5 s.29-59. çap edilmişdir. Materiallarda dərc
edilmiş altı məqalədə SSRİ, Rusiya, həmçinin bir sıra Qərb ölkələrində
qadın problematikasının və gender tədqiqatlarının vəziyyəti əks
edilmiş, genderin nəzəri və praktiki məsələləri önə çəkilmiş,
tədqiqatların metodologiyası - qadın mövzusunun nəzəri mənimsənməsinin
mühüm istiqaməti kimi təqdim edilmişdir.
BMT-nin "Gender inkişafda" inkişaf Proqramının milli əlaqələndiricisi
R.İbrahimbəyovanın başçılıq etdiyi şöbə bu yeni istiqamətin
Azərbaycanda geniş yayılmasında mühüm rol oynamışdır. 12 fevral 1998-ci
ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutu bu təşkilatla
birlikdə "Gender: qadın probleminin yeni mərhələsi" mövzusunda birinci
respublika konfransı keçirmişdir. Konfransın işində geniş ictimaiyyət,
çoxsaylı qadın təşkilatlarının nümayəndələri, deputat qadınlar iştirak
etmişlər.
Konfransın materialları çap olunmuşdur: "Gender: qadın probleminin yeni
mərhələsi". 1 Buraxılış, B., 1998. Materiallar azərbaycan, rus və
ingilis dillərində təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, konfrans
"qender" termininin yazılışını azərbaycan dilində "cender" kimi qəbul
etmişdi, hərçənd "gender" terminindən istifadə etmək daha düzgün
olardı.
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|