Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2008-ci İLDƏ HAKİM KOMANDANIN ALTERNATİVİ VARMI?


Bahar Muradova: "Əgər beləsi varsa, buyurub ortaya çıxsın"

2005-ci il parlament seçkilərindən sonra Azərbaycanda müxalifət tam iflasa uğrayıb. Bu fakt Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası zamanı səslənib. Digər beynəlxalq qurumlar tərəfindən də bu fakt narahatlıqla qarşılanmaqdadır. Beynəlxalq müşahidəçilərə görə, ölkədə güclü müxalifətin olmaması, habelə müxalifətin seçkilər yolu ilə hakimiyyəti dəyişdirə bilməməsi, sonda çox ciddi problemlər yarada bilər.
Bu fikirlərlə paylaşan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa görə, ölkədə müxalifət olmadığından hakimiyyətin atacağı istənilən addıma qarşı alternativ fikir və qüvvə qoyan olmayacaq. Hazırkı hakimiyyətlə razılaşmayan narazı qüvvələr, sosial-iqtisadi durumları günü-gündən pisləşən insanlar günlərin bir günü ayağa qalxa bilər, amma bu zaman həmin qüvvə bir nöqtədən koordinasiya olunmayacaq ki, bu da sonda ölkədə destabilizasiyanın yaranması ilə nəticələnəcək.
Hüquq müdafiəçisi hesab edir ki, insanların demokratik seçkilər yolu ilə hakimiyyət dəyişikliyinə ümidlərinin tamamilə sönməsi kimlərisə qeyri-qanuni yollarla hakimiyyəti devirməyə sövq edəcək. L.Yunusa görə, bu arada ölkədə dini və ya milli baxışları ilə seçilən radikal qüvvələrin də meydana çıxacağı istisna deyil.
Amma müxalifət düşərgəsi heç də bu fikirlərlə razılaşmır. Məsələn, "Azadlıq" blokunda birləşən siyasi qüvvələr özlərini əsas müxalifət qüvvələri hesab etməklə bərabər, heç də göründükləri qədər zəif olmadıqlarını iddia edirlər. AXCP sədri Əli Kərimlinin fikrincə, adətən seçkilərdən sonra ölkənin siyasi səhnəsində süstlük yaşanır və buna görə də müxalifət görünməz olur. Amma ölkədə real müxalifət qüvvələri var və bu qüvvənin hərəkətə gəlməsi üçün münbit şərait lazımdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, blok payız aylarından başlayaraq 2008-ci ilin prezident seçkiləri ilə bağlı məsləhətləşmələrə başlayacaq. Bu bəyanatı verməklə "Azadlıq" həm də real taleyi ilə barışdığını etiraf etmiş olur. Çünki növbəti prezident seçkilərinə qədər hakimiyyət dəyişikliyinə ümid edən, hətta təkrar parlament seçkilərinin keçiriləcəyini iddia edən bir qüvvə, indi ümidlərini 2008-ci il seçkilərinə bağlayıb.
Düşərgəni təmsil edən digər qüvvələr - AMİP, Müsavat və vaxtı ilə söz sahibi olmuş digər siyasi qüvvələr də bu istiqamətdə hansısa addımın atıldığı barədə məlumat yoxdur. Məsələn, Müsavatda hələ prezident seçkilərinin uzaqda olduğunu deyərək, bu istiqamətdə müzakirələrin bəri başdan başlanılmasına ehtiyac görmürlər.
Bütün bunlara baxmayaraq, analitiklər hazırda didişən və bir-birini bəyənməyən müxalifət qüvvələrinin yenidən bir araya gələcəyini proqnozlaşdırırlar. Çünki çağdaş Azərbaycan tarixində dəfələrlə analoji parçalanma və birləşmələrin şahidi olmuşuq. Amma bu qüvvələrin prezident seçkiləri ərəfəsində birliyinə ümid yox səviyyəsindədir. Çünki parlament seçkiləri zamanı 125, prezident seçkilərində isə cəmi bir kreslo uğrunda mübarizə gedir.
Uzun illərdən bəri yeni müxalifətin yaranması ilə bağlı ölkənin siyasi arenasında söz-söhbət getsə də, hələ ki, bu mümkün olmayıb. Düzdür, yeni-yeni siyasi partiyalar yaranıb. Amma bu partiyaları yaradanlar əsasən, klassik müxalifətdən qopanlar olub. Habelə, bu partiyalar qopduqları nöqtəni iqtidardan da sərt şəkildə atəşə tutublar. Hazırda isə müxalifətin çox kiçik bir qismi özünü radikal və barışmaz qüvvə kimi nümayiş etdirir. Əksər siyasi partiyalar isə iqtidara qarşı loyal münasibət göstərməklə, özlərinin müxalifətçi olmalarını böyük şübhə altında qoyublar.
Azərbaycanda müxalifətin getdikcə deqradasiyaya uğraması və tədricən siyasi səhnədən silinməsinin səbələrini bu gün müxtəlif şəkildə yozanlar var. Kimlərsə bu problemin hakimiyyətin avtoritar olması, kimlərsə müxalifətdəkilərin intellektual cəhətdən geri qalması ilə əlaqələndirirlər. Əlbəttə ki, hakim komandanın da səslənən bu fikirlərə özünəməxsus şərhi var.
"Adətən müxalifət hansısa ölkədə hakimiyyətlərin dəyişməsini, həmin ölkədə avtoritar rejimlərin iqtidarda olması ilə əlaqələndirirlər. Məsələn, deyirlər, Ukraynada inqilab ona görə qalib gəldi ki, Kuçma hər şeyi öz nəzarəti altında saxlayırdı, ölkədə demokratiyanın səviyyəsi aşağı idi. Əgər müxalifət Azərbaycana da yönəlik bu fikirlərini səsləndirirlərsə, nəyə görə burada inqilab baş vermədi?", - deyə qoyulan məsələyə münasibət bildirən Milli Məclisin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradovaya görə, əgər müxalifətin iddia etdiyi kimi, Azərbaycanda da Ukraynada olduğu kimi bir rejim hakimiyyətdə olsaydı, bu halda burda da inqilab qaçılmaz olardı.
Müxalifətin süquta uğramasının səbəblərini hakimiyyətdə deyil, müxalifətin özündə axtaran B.Muradovaya görə, xalq kimin-kim olduğunu görür və hər kəsə tutduğu mövqe, gördüyü işlərə görə obyektiv qiymət verir.
"Müxalifətin zəifliyi heç də hakimiyyətə rəhbərlik edənlərin hakimiyyəti zorla əllərində saxlamaq istəyi ilə bağlı deyil. Sadəcə, bu onların özlərinin zəifliyi ilə bağlıdır. Azərbaycan xalqının əksəriyyətinin onlara inamsızlığı, müxalifətin ildən-ilə özlərini iflasa uğratmaları onları zəiflədir. Yəni müxalifət qüvvələri indiyə qədər konkret, fərqli proqram və ya bir fikir ortaya qoya bilməyib. Müxalifətin zəifliyi həm də onların zamanın inkişaf dinamikasına rəğmən çox geridə qalmaları ilə bağlıdır və onların ən böyük problemlərindən biri də uğur əldə etmək üçün hər hansı bir təsadüfə belə bağlamaları ilə əlaqədardır", - deyə vurğulayan B.Muradova iqtidarın yeni müxalifət yaratmaq fikrində olmadığını da dedi.
"Onlar zəifdir və hər zaman da belə olacaqlar. Qoy, bu da heç kimi narahat etməsin, çünki biz süni şəkildə müxalifət yarada bilmərik", - deyə vitse-spiker vurğuladı.
Beynəlxalq qurumlarda olan ciddi narahatlıqlarından biri də, hazırda 2008-ci il prezident seçkiləri zamanı hakim komandanın qarşısına çıxa biləcək qüvvənin olmaması ilə bağlıdır. Məlumdur ki, əks fikirli insanların qarşılıqlı rəqabəti şəraitində həyata keçirilən seçkilər demokratik hesab olunur. Buna baxmayaraq, hakim komandanın nümayəndəsi B.Muradova bu məsələdə də narahatlığa əsas görmür.
"Bu, kimi narahat etməlidir ki? Əgər belə bir insan varsa, qoy ortaya çıxsın və onun alternativ gücü varsa, ortaya qoya bilər. Əgər kiminsə gücü varsa, onu heç kim zəif hesab edə bilməz", - deyə B.Muradova qeyd etdi.
Yeri gəlmişəkən, onu da qeyd edək ki, müxalifət, habelə Avropa Şurasının Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qross hesab edir ki, beynəlxalq ictimaiyyət də Azərbaycanda gedən demokratik proseslərə ciddi şəkildə müdaxilə etmir. Çünki bəzi Qərb ölkələri Azərbaycanla bağlı məsələlərdə demokratiyanı neft amilinə satıblar. Bu mövqeyi şərh etməyə ehtiyac görməyən B.Muradovanın fikrincə, səslənən fikirlər tam əsassızdır. Onun fikrincə, beynəlxalq aləm də Azərbaycanda gedən inkişafı, bunu həyata keçirən qüvvəni görür və onunla da əməkdaşlıq edir.

www.ayna.az
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb