Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


KİŞİLƏRİ QADINLARDAN NƏ SOYUDUR?


2011020502_120İlk görüşdə bunları etmək olmaz

 

Qadınlar üçün kişiləri özlərindən soyutmaq çətin məsələ deyil. Bəzən isə bir-birindən uzaqlaşma insanın öz istəyi ilə baş vermir. Qadınların bir neçə kiçik xüsusiyyəti, nöqsanı bunun üçün kifayətdir. Xüsusilə, ilk görüşdə. ANS PRESS Türkiyənin "Milliyyət" qəzetinə istinadən bu xüsusiyyətləri açıqlayır:

 

Görüşə gecikmək, kişini həddindən çox gözlətmək. Kişilərin əksəriyyəti dəqiqliyə önəm verir. Kimsə görüşə gecikəndə darıxırlar. Gecikmə görüşün müddətini azaltdığı üçün onlar növbəti görüşlərə həvəssiz yanaşa bilərlər.

 

Kişilər ilk görüşlərdə özlərinə xas komplementlər deyə bilərlər. Bu qadınlara bir az qəribə gələ bilər. Ancaq ilk andan onun dediklərinin xoşunuza gəlmədiyini bəlli etsəniz, münasibətlərdə soyuqluğun yaranması üçün ilk addımı atmış olarsınız. Sadəcə "təşəkkür edirəm" ifadəsini işlətməklə siz həm onun kölnünü qazanacaq, həm də onda sizinlə söhbət etmək istəyi yaradacaqsınız.

 

Kim nə deyirsə desin, kişilər xarici görünüşlərinə, özlərinə qulluğa çox önəm veririlər. Amma heç bir kişi süniliyi sevmir. Qadınların istifadə etdikləri hədsiz makiyaj və ağır ətirlər onları narahat edə bilər. Bunun əvəzində çalışın yüngül tonlardan və ətirlərdən istifadə edin.

 

Əgər münasibətlərinizin gələcəyini təhlükə altına atmaq istəmirsənizsə, əsla keçmiş sevgilinizdən bəhs etməyin. Sizdən nə isə soruşsa belə "bu keçmişdə qalıb" deyərək söhbəti bitirməyə çalışın. Əgər onun bu barədə sualına cavab versəniz, yeni sevgiliniz onu hələ də sevdiyinizi düşünəcək.

 

Olduğunuz kimi davranın. Bu, güclü cinsin nümayəndəsinin xoşuna gələcək. Özünüzü görüşdə narahat aparmağınız qeyri-səmimi münasibətin yaranmasına və kişilərin soyumasına səbəb ola bilər.

 

Kişilərin beyni hər şeyi sadə şəkildə qəbul edir. Kiçik detallar, dolayısı ilə deyilən sözlər onların diqqətini yayındırır. Onlara bir şeyi izah edəndə bunu sadə sözlərlə izah etməyə çalışın.

 

Əl və dırnaqlara qulluq vacibdir. Çünki bu daima diqqət mərkəzində olan yerdir. Əlləriniz daima yumşaq və qulluq edilmiş olmalıdır.

 

Dekolte geyinmək yaxşıdır. Ancaq ilk görüşə belə getməməyiniz məsləhətdir.

 

İsrafçılıq və qərarsızlıq kişiləri soyudan özəllikdir. Özünüzə güvənin və gərəksiz yerə israfçılıq etməyin.

 

Kəmalə Məmmədova

 

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=84439

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb