Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADININ QƏLBİNİ ƏSİR ETMƏK ÜÇÜN ONA NƏ ALMAQ LAZIMDIR?


Bu seçimi - qadının yaşı, peşəsi, ailə vəziyyəti, xarakteri, əhval-ruhiyyəsi tələb edir.

 

Belə bir el deyimi var: "Heç vaxt  kiminsə qiymətli daş-qaş hədiyyəsini qəbul etmə, qəlbin həmin insanın əsiri olar". Milli.Az xəbər portalı bildirir ki, bəzi qədim inanclara görə, bir insana qiyməli daş hədiyyə edilirsə və həmin insan bu hədiyyəni qəbul edib o daşı üstündə gəzdirisə, qəlbi o adamın əsiri olur. Bəlkə də, elə bu səbəbdən sevgililər bir-birinə, xüsusən də kişilər sevdiyi qadınlara hədiyyə kimi qiymətli daşları təqdim etməyə üstünlük verirlər.

 

Hədiyənin pisi-yaxşısı, böyüyü-kiçiyi olmur deyirlər, xüsusən də sevgililər günündə sevgilinin verdiyi hədiyyənin. Amma sevgililər günündə qiymətli daşlardan yaxşı seçim ola bilməz. Hər iki cinsin nümayəndələrinə, xüsusilə də xanımlara hədiyyə edilən zinət əşyalarının əsas hissəsini əksər hallarda qiymətli daşlar təşkil edir. Amma istənilən daşın hər bir insana münasib olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Rəngi, parıltısı və forması ilə diqqət çəkən daşları sevgilinizə hədiyyə edərkən çox diqqətli olmaq lazımdır. Əgər bu haqda məlumatınız yoxdursa, onda qiymətli daşlar haqqında sizə təqdim edəcəyimiz faktları oxumağınız məsləhətdir.

 

Əgər sevgilinizə həmişə sevinc bəxş edəcək dəbdəbəli hədiyyə etmək istəyirsinizsə, onda almazdan olan zinyət əşyalarını seçməlisiniz. Xüsusilə də eksklüziv və iri almaz daş sevgiliniz üçün ən gözəl hədiyyə olacaq. Klassika həmişə dəbdədir. Almaz da klassik zinət əşyaları kimi həmişə hər yerdə dəbdədir.

 

Sevgiliniz gəncdirsə, ona kiçik qaşlı almaz sırğa, üzük, qolbağı, yox, əgər sevdiyiniz xanım, həyat yoldaşınız nisbətən yaşa dolmuş qadındırsa, böyük almaz qaşlı zinət əşyaları hədiyyə etmək yerinə düşər.

 

Sevgililər günü ilə yanaşı evlilik ildönümlərində də xanımınıza almaz əvəzolunmaz hədiyyədir.  

 

Opal yaradıcı insanlara havadarlıq etdiyindən, bu daş onlara ediləcək ən gözəl hədiyyədir. Bu daş əhval-ruhiyyəyə, kökəlməyə kömək edir və şah əsərlər yaratmağa ilhamlandırır.  Əgər sevgiliniz şəxs yaradıcı insandırsa, onda opal daşından olan hədiyyə çox uğurlu seçimdir.

 

Qranat gizli sevgi və əsil dostluğun rəmzidir. Könül açan tünd qırmızı rəngi qranatı sevgi tilsiminə çevirir. Məhəbbətini etiraf etmək istəyənlər bilməlidirlər ki, heç bir hədiyyə qranat kimi hissləri açıq nümayiş etdirə bilməz. Bu daş dostunu gizlicə sevən insanların daşıdır.

 

Akvamarin aşiqlərin daşıdır və xoşbəxtliyi, hisslərin təravətini qoruyub saxlamağa kömək edir. Amma bir şərtlə ki, bu daş cütlüyün hər ikisində də olsun. Ona görə də sevənlər bir- birinə bu daşdan olan zinyət əşyaları hədiyyə etsələr yaxşıdır.

 

Firuzə əsil qadın daşıdır. Hər yaşda olan xanıma hədiyyə oluna bilər. Qədimdən bəri qadınlar daha cazibədar görünə bilmək üçün firuzədən olan bər-bəzəkdən istifadə edirlər.

 

Əgər sevgilinizlə həmkarsınızsa, aleksandrit daşından olan zinət əşyası ona edəcəyiniz ən ideal hədiyyədir. Çünki, aleksandrit karyerada müvəffəqiyyət və uğur qazanılmasını simvolizə edir.

 

Əgər xanımınız hamilədirsə, sevgililər günündə zümrüd daşından olan zinyət əşyası ona ən yaxşı hədiyyə ola bilər. Zümrüddən hazırlanmış zinət əşyaları ananı və onun bətnindəki uşağı bütün xoşagəlməz hallardan müdafiə edir.

 

Həmçinin əgər evliliyinizin yaşı iyirmidən çoxdursa, həyat yoldaşınıza zümrüd hədiyyə edə bilərsiniz. Daşların dilində bu hədiyyə yeni sahibinə "uğur diləyir". Bundan başqa təmizlik və sədaqət rəmzidir.

 

Sevgi münasibətlərində topaz daşı çox böyük rol oynayır. Əgər sevgilinizlə aranızda hər hansısa problem yaşanırsa, onda ona məhz topaz daşından olan zinyət əşyası hədiyyə edin. Çünki mavi rəngdə olan bu daş ər-arvadın və ya sevgililərin barışmasına vasitəçilik edir, ayrılığın qarşısını alır. Yaxın adama topaz hədiyyə etmək ona xoşbəxtlik, uğur və firavanlıq arzulamaq deməkdir.

 

Ametist universal daşdır, yəni həm oğlana, həm də qıza hədiyyə etmək olar. Ametist var-dövlət, şan-şöhrət bəxş edir. İnsanı bütün mənfi təsirlərdən qoruyur və sağlamlığı bərpa edir.

 

Rubin ehtiras daşıdır. Bu səbəbdən də rubin daşından hazırlanmış zinət əşyasını sevgilinizə hədiyyə edərkən ehtiyatlı olun. Çünki rubin daşından hazırlanan üzük və sırğanın hədiyyə edilməsi coşğun ehtirasdan xəbər verir.

 

Sapfir sevgililər günündə hədiyyə ediləcək ən gözəl daşdır. Sapfir yaddaşı gücləndirir, əhval ruhiyyənin yaxşılaşmasına əla təsir göstərir. Sapfirin xüsusən, sentyabr ayında doğulanlara verilməsi məsləhət görülür. Əgər sevgilinizin səhəti ilə bağlı hər hansısa problemi varsa, onda sevgililər günündə ona sapfir daşından hazırlanmış zinət əşyası hədiyyə etməyiniz məsləhətdir.

 

Nura

 

http://www.milli.az/news/society/36009.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb