Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 2 AZƏRBAYCANDA GENDER DÜNYAGÖRÜŞÜ


Aprel, 2002-Cİ

 

Gender dünyagörüşünə dair məsələlər azərbaycan dilində hələlik yeganə olan dərs vəsaitində işıqlandırılır: Əli Seyidabbas oğlu, Rəna Seyidrza qızı. "Gender tədqiqatları" (Cəmiyyətdə cinslərin sosial rolları və qarşılıqlı münasibətinin bəzi fəlsəfi problemləri). Bakı, "Ağrıdağ", 1999. Kitabçaya Azərbaycan üzrə gender problematikasına aid olan ən son statistik məlumatlar daxil edilmişdir.

Müsəlman ölkəsi olan Azərbaycanda qadınların cəmiyyətdə vəziyyəti başqa islam dövlətlərində olduğundan, həmişə daha gözə çarpan olmuşdu. Azərbaycan qadınlarının tarixi taleləri haqda aşağıdakı nəşrlərdən məlumat almaq olar: Z.İbrahimov. Azərbaycan qadınlarının qəhrəman keçmişindən. Azərnəşr, B., 1943; Sabir Gəncəli. Azadlıq yollarında. Azərnəşr, B., 1980; Sabir Gəncəli. Hər sətirdə bir tarix. "Şur", B., 1994. "Qanun" jurnalının xüsusi buraxılışı bütünlüklə Azərbaycan qadınlarının probleminə həsr edilmişdir. Jurnal tarixi məlumatlar və statistik rəqəmlər gətirir, qadın təşkilatları haqqında məlumatlar verir. "Qanun" jurnalının xüsusi buraxılışı "Qadınlar", B., oktyabr 1997, №3.

Müasir problemlər: L.D.Mövsümovanın "Azərbaycanın mənəvi mədəniyyətində qadın problemi". Elm, B., 1996, kitabında, BMT inkişaf proqramının "Gender inkişafda" şöbəsi tərəfindən buraxılan "Gender Azərbaycanda" bülletenlərində (bülleten №1-4, 1998-2000) əks etdirilmişdir.

Respublika konfransından sonra qısa müddət ərzində gender üzrə çoxlu nəşrlər işıq üzü görmüşdür: "Gender: qadın və hüquq. Respublika elmi-praktiki konfransının materialları. 10 iyul 1998. B., 1998; Qadınlar və zorakılıq. B., 1998; Rəna Seyidrza qızı. Qadın və məhbəs. B., 1999; Qadın və siyasət. B., 1999 (tərtibçi müəllif Rəna Seyidrza qızı); bu müəllifin başqa kitabları: "Qadın hüquqları", "Kişi-qadın münasibətləri" (azərbaycan və ingilis dillərində), çapda olan "Qadın və silahlı münaqişələr" (azərbaycan və ingilis dillərində), Azərbaycan Respublikası Qanunvericiliyinin Gender ekspertizası. B., 1999. "Azərbaycan Qadınları". B., 1999, "Gender və iqtisadiyyat". B., 2000 (hər üçü BMT - "İnkişaf Proqramı" tərəfindən hazırlanıb). Bu sayda "Azərbaycan Respublikası QNT-nin və partiyalarda qadın problemləri üzrə strukturlar siyahısı" B., 1999 - göstərmək olar; Sülh mədəniyyəti Mərkəzinin "Gender problemləri sülh mədəniyyəti konsepsiyasında". B., 2000 və Qadın institutunun "Gender problemləri". B., 2000. BMT İP toplusu "Gender: qadın və hüquq". B., 1998. Qadın problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunmuş "Azərbaycan qadınlarının hüquqları 1993-1998-ci illər". B., 1998. "Qadına qarşı zorakılıq".

Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun gender tədqiqatları şöbəsinin bir qrup alimi tərəfindən azərbaycan və ingilis dillərində buraxdıqları "Genderologiya" jurnalının dörd nömrəsi. Azərbaycan yəhudi qadınlar təşkilatı tərəfindən nəşr edilmiş kitabça: "İnsan müasir dünyada: gender aspekti". B., 2000.

Ən sonuncu nəşrlər arasında Fəlsəfə və Hüquq İnstitutunun gender tədqiqatları şöbəsi və "Gender və insan hüquqları" Tədqiqatlar birliyinin iki kollektiv monoqrafiyasını qeyd etmək olar: "Gender tədqiqatları". B., 2000, Müasir dövrdə fəlsəfənin yeni istiqamətləri və genderin sosial-fəlsəfi problemləri. B., 2002. Qərb universiteti Gender Araşdırmaları Mərkəzinin: "Gender üzrə proqramlar". B., 2001, "Ali Təhsil sistemində gender problemləri təliminin nəzəri-metodoloji aspektləri mövzusunda elmi-praktiki konfransın materialları". B., 2002.

Y.Qasımovanın üç kitabı: "Jenşina v sotsialnom konflikte", "Qendernıye problemı mestnoqo samoupravleniya"(Ə. Abbasovla birlikdə), "Qendernıye problemı nasiliya" və ekofeminizm və kiberfeminizm üzrə Gender İnformasiya Mərkəzinin material-ları.

Bütün bunlar və dövri mətbuatda dərc edilmiş digər materiallardan göründüyü kimi Azərbaycanda respublikanın etnik konfessional və başqa spesifik cəhətləri nəzərə alınmaqla gender tədqiqatlarının məxsusi ənənələri formalaşmaqdadır. Bu yaxınlarda Azərbaycan Dövlət Statistika Komitəsi "Azərbaycanda qadınlar və kişilər" (B., 1999) adlı statistik məlumatlar toplusu dərc etmişdir. Bu toplu respublikada gender siyasəti və praktikası barədə ümumi təsəvvür yaradır.

Qadınların tarixdəki roluna, onların müasir cəmiyyətdə müxtəlif fəaliyyət sahələrinə aid məlumat almaq üçün aşağıdakı nəşrlərə müraciət etmək olar: Baxriye Uçok. Jenşinı-pravitelnitsı v musulmanskix qosudarstvax. Nauka, M., 1982; Jenşinı zarubejnoqo Vostoka i sovremennost. "Fan", Taşkent, 1988; Jenşinı v biznese. Referativnıy sbornik. M., 1993; Jenskoye predprinimatelstvo: motivatsii, polojeniye i perspektivı. M., 1992. L.Mövsümovanın "Quranda qadın obrazlarının fəlsəfi təhlili" kitabının adını xüsusi qeyd etməyə dəyər. Azərb. Ensiklopediyası, B., 1997. Bu kitabda çox maraqlı materiallar toplanmışdır.

Qadınla kişinin qarşılıqlı münasibətləri, onların cəmiyyətdə rolu probleminə bu kitablarda da toxunulur: D.V.Kolesov. Pol i seks v sovremennom obşestve. "URAO". M., 1999; S.S.Stepanov. Psixoloqiçeskaya mozaika. "Akademiya". M., 1996.

Qadın təşkilatları və gender probleminə dair nəşrlər barədə sorğu ədəbiyyatı: Jenskiye nepravitelstvennıye orqanizatsii Rossii i SNQ. Spravoçnik. "Eslan". M., 1998; Gender Studies and Women's Studies Direjtory. Open Sojiety Institute. 1998; Books on Women and Development. Jatalogue, 1998 (genderə aid son vaxtlarda buraxılmış kitab və nəşrlər haqqında informasiya); Qadınlar üçün rəhbər vəsait: kütləvi informasiya vasitələrindən istifadə etmə. (nəşr tarixsiz); İnsan hüquqları və sosial sahədə iş. BMT, Nyu-York, Cenevrə, 1995 (dərslik kimi istifadə oluna bilən treninq-vəsait).

Qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransının məruzəsi gender məsələləri üzrə əsas sənəddir. Bu konfrans bir sıra mühüm sənədlər, o cümlədən "gender" termininin izahı barədə sənəd qəbul etmişdir: Qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya Konfransı. Pekin, Çin 4-15 sentyabr 1995. BMT, 1995.

BMT Mərkəzi Asiyada, Qafqaz regionu ölkələrində və Türkiyədə genderin inkişafını dəstəkləmək üçün xüsusi Subregional Bülleten buraxır. Bu bülletendə regionda keçirilən beynəlxalq və milli konfranslar barədə hesabatlar dərc edilir: Subreqionalnıy Bülleten QVR. Redaktor Şaxrabanu Tadjbaxş. Vıp.2, Taşkent, 1998.

Son illərdə gender tədqiqatı səhəsində bu problemin metodoloji, dünyagörüşü və fəlsəfi aspektlərinə aid bir sıra əsərlər dərc edilmişdir. Rusiyada və MDB ölkələrində Qərbdəki fondların və qadın təşkilatlarının köməyi ilə bu sahədə geniş nəzəri və sosioloji araşdırmalar aparan müxtəlif elmi mərkəzlərin yaradılmasının da köməyi çox olmuşdur.

Bu təşkilatlardan bir neçəsinin adını çəkək: Moskva Gender Tədqiqatları Mərkəzi (rəh. O.A Voronina); Moskva yay gender araşdırmaları məktəbi (rəh. Z.A.Xodkina); Xarkov Gender Tədqiqatları Mərkəzi (S.Jerebkin); Qazaxstan Respublikası Prezidenti nəzdində Qazaxstan strateji tədqiqatlar İnstitunun gender tədqiqatları mərkəzi (rəh. S.Şakirova). Bu siyahıya 1998-ci ildə Azərbaycan Fəlsəfə cəmiyyəti nəzdində yaradılmış gender tədqiqatları Mərkəzini də daxil etmək olar.

Bu baxımdan aşağıdakı əhəmiyyətli əsərləri qeyd edək: L.P.Repina. Qendernaya istoriya: problemı i metodı issledovaniya. Novaya i noveyşaya istoriya. M., 1997, s.41-58; Qendernıye İssledovaniya.№1, 1998, Xarkov; Prava jenşin v Rossii; issledovaniye realnoy praktiki ix soblyudeniya i massovoqo soznaniya. V 2-x tomax. M., 1998; Fenomen pola v kulture. Materialı mejdunarodnoy nauçnoy konferentsii, Moskva, 15-17 yanvarya 1998.

Bu kitablarda toplanmış məqalə və materiallarda gender araşdırmaları yeni nəzəri səviyyəyə qaldırılır, müasir humanitar biliklər sahəsində gender araşdırmalarının həqiqi rolu işıqlandırılır. Bundan əlavə, həmin kitablarda ilk dəfə olaraq "Kişi tədqiqatları" mövzusuna müraciət edilir, cinslərin cəmiyyətdə qarşılıqlı münasibətləri problemi həqiqətən gender mövqeyindən nəzərdən keçirilir.
 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb