YENİ BOŞANMA ÜSULU - SMS YAZ, AYRIL...
Məşhur teatrda qəhrəmanlardan biri deyir: «Ştrilis uşaqların başını xarab edib». Deyəsən texnika, informasiya texnologiyası inkişaf etdikcə insanlar elə düşünür ki, bütün məsələlərə onu tətbiq etmək olar.Tacikistanın ədliyyə nazirinin müşaviri «sms-boşanma epidemiyasından» şikayətlənib.«MIGnews»-un məlumatına əsasən, tacikistanlı kişilər Səudiyyə Ərəbistanında belə bir adətin, dəbin olduğunu mətbuatdan öyrənib.
Nazir müşaviri Səudiyyədə çıxan «Səbq» qəzetinə müsahibəsində bildirib: «Belə boşanma Tacikistanda çox geniş yayılıb. Fikrimcə, Səudiyyə kişiləri belə üsuldan istifadə edərək boşanan ilk müsəlmandır».
Yeni ənənəyə görə, tacikistanlı kişilər həyat yoldaşına sms-lə 3 dəfə «Səni boşayıram» - ifadəsini tacik və ərəb dillərində yazıb göndərir. Bundan sonra məlumatın gerçəkliyini yoxlamaq üçün qadın və kişi məhkəməyə çağırılır. Fakt təsdiqləndikdə ər və arvad boşanmış sayılır.
Qeyd edək ki, islam qanunlarına əsasən, bir kişi öz həyat yoldaşına üç dəfə dalbadal «səni boşadım» - deyərsə, o zaman həmin qadın və kişinin yenidən ər-arvad olaraq, ailə qurması üçün yenidən kəbin kəsdirməsi gərəkdir.Müşavirin sözlərinə görə, Sinqapurdan örnək götürərək, Tacikistanda yeni dəbli boşanma üsullarını - sms, elektron poçt və «faksla boşanma» yasaqlanmalıdır.
http://www.olaylar.az/haber/yeni_boshanma_usulu_az.html