Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 3 AZƏRBAYCANDA GENDER: TƏŞKİLATLAR VƏ TƏDRİS MƏRKƏZLƏRİ


May, 2002-Cİ

 

 1998-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin Qərarı ilə qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin cəmiyyətin bütün fəaliyyət sahələrində qadınların rolunun yüksəldilməsi haqda Prezidentin sərəncamı respublikada fövqəladə əhəmiyyətli hadisə hesab edilə bilər. Prezidentin 2002-ci il 6 mart tarixli "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqda" digər qərarında həmin sahədə tədbirlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar bir çox idarə və nazirliklər fəaliyyətlərini gücləndirərək ölkə üçün prioritet istiqamətlərdə öz təkliflərini irəli sürdülər: qadın və iqtisadiyyat (kasıblıq, mülkiyyət problemləri və s.); qaçqınlar və ölkə daxili yaşayış yerini dəyişmiş insanlar; qadınlar və səhiyyə sahəsi; qadınlar və idarəetmə; əmək və qadınlar; qadın hüquqları; qadın QHT və beynəlxalq təşkilatların fəaliyyəti. Hazırda respublikada antidiskriminasiya qanunlar sistemi işlənib-hazırlanır, qadınların və kişilərin bərabər hüquq və imkanlarının qorunması nöqteyi-nəzərindən indiyədək fəaliyyətdə olan qanunvericiliyə yenidən baxılır, başqa sözlə gender ekspertizası keçirilir.

Azərbaycan Parlamenti həmin dövlət siyasətini qanun layihələrində müstəqil gender ekspertizası və sosial iş təcrübəsi olan ictimai qadın təşkilatları və tədqiqat mərkəzləri ilə sıx əlaqəli surətdə həyata keçirir. Bu günədək, insan, həmçinin qadın hüquqlarını müdafiə edən, Azərbaycan tərəfindən təsdiq edilmiş 50-yə qədər beynəlxalq Konvensiya və BMT-nin deklarasiyaları mövcuddur.

Azərbaycanda BMT-nin "Gender inkişafda" proqramı başa çatdırılmış, artıq hal-hazırda BMT-nin "Cənubi Qafqaz qadınları münaqişələrin aradan qaldırılması və sülhməramlı proseslərin gücləndirilməsi uğrunda" proqramı həyata keçirilir.

Birinci proqram üzrə respublikanın 16 rayonunun icra hakimiyyətləri nəzdində gender şöbələri yaradılmışdır.İkinci proqram üzrə Azərbaycanın 60 bölgəsində "Qadın sülhməramlı prosesdə" treninqləri keçirilmişdir. Maraqlıdır ki, eyni vaxtda BMT-nin dəstəyi ilə analoji treninqlər Gürcüstanda və Ermənistanda da keçirilmişdir.

Qadın işləri üzrə AR Dövlət komitəsi (Z.Quliyeva, D.Camalova, M.Ömərova). Bundan əlavə, XİN və Azərbaycanın digər idarə və nazirlikləri nəzdində gender şöbələri açılmışdır. 1400 QHT-dan 80-ə yaxını bilavasitə qadın problemləri ilə məşğul olur, iri partiyalar nəzdində qadın problemləri üzrə komissiyalar təşkil olunmuşdur.

Azərbaycan EA-nın "Fəlsəfə və gender tədqiqatlarında ən yeni istiqamət" şöbəsi gender problemləri üzrə yeganə elmi-tədqiqat mərkəzi olaraq qalır.

Təhsil mərkəzləri: Bakı Dövlət universiteti - "Gender"kafedrası yaradılmış, bakalavrlar üçün dörd kurs üzrə tədris aparılır: gender siyasəti, gender sosialogiyası, gender fəlsəfəsi, gender psixologiyası (20 saat mühazirə, 12 saat seminar, 4 saat zaçet). Bir semestr ərzində müəllimlər: R.İbrahimbəyova, F.Vahidov, Z.Quluzadə, R.Mirzəzadə, F.Fərəcova. Qərb Universitetində həmin fənnlər və əlavə olaraq, gender iqtisadiyyatı keçirilir.

Azərbaycan Respublikası Prezidenti nəzdində dövlət idarəetmə Akademiyasında 1999-cu ildən müəllimlər Qasımova Y. və Naxçıvanlı A. "Gender siyasəti" kursunu tədris edirlər. Həmin kurs (36s, 20-mühazirə və 16-seminar) sosial-mədəni və siyasi fərqlərin izah və təhlilini özündə birləşdirən siyasi gender konsepsiya məzmununun açılışına, həmçinin Azərbaycanda gender siyasətinin həyata keçirilməsinə həsr olunmuşdur.

"Azərbaycan" Universitetində: gender üzrə ümumi kurs.

"Qadınlar institutunda" (S.Əbdülvahabova) Bakıda və Gəncədə ilk dəfə olaraq 1998-ci ildə gender üzrə kurslar oxunmuşdur.

Gender üzrə ilk tədris proqramları R.İbrahimbəyova (psixologiya və gender), Z.Quluzadə, R.Mirzəzadə, A.Abasov və S.Adıgözəlova tərəfindən hazırlanıb, çap olunmuşdur(bax. "Genderologiya" jurnalı).

Təhsil nazirliyi tərəfindən rəsmi təsdiq olunmuş "Gender siyasəti" tədris proqramı ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti nəzdində dövlət idarəetmə Akademiyasının politolo-giya kafedrasında A.Naxçıvanlı tərəfindən hazırlanmışdır.

Qərb Universiteti nəzdində gender tədqiqatları Mərkəzində 2000-ci ildə bakalavrlar üçün tədris proqramları nəşr olunmuşdur (rəh. L.Rəsulova): "İqtisadiyyat nəzəriyyəsinin gender aspektləri", "Politologiyanın gender aspektləri", "Azərbaycan tarixinin gender aspektləri", "Fəlsəfənin gender aspektləri", "Gender sosiologiyası", "Gender psixolo-giyası", "Gender və mədəniyyət", "Gender tədqiqatlarının hüquqi əsasları". 2001-ci ilin yanvarında göstərilən mərkəz "Gender nəzəriyyəsinin sosial və humanitar fənnlərə inteqrasiyası" mövzusunda respublika elmi-nəzəri konfransı keçirdi. Burada işlənib-hazırlanmış proqramların təsdiq etmə mərasimi keçirildi. Nəticədə "Ali məktəblərdə gender təliminin tədris proqramları" ümumiləşdirilmiş məcmuə şəklində nəşr edildi. 2002-ci ilin martında Qərb Universiteti nəzdində gender tədqiqatları Mərkəzi "Ali təhsil sistemində gender təlimi problemlərinin nəzəri-metedoloji aspektləri" elmi-metodiki konfrans keçirdi.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb