Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ATA TƏRBİYƏSİ MÜDDƏTLİ ƏMANƏT KİMİDİR


Yalnız vaxtında edilmiş cəhdlər fayda verir

 

Bizim cəmiyyətdə uşaqların tərbiyəsi əksərən analarla bağlanır, analara aid edilir və tərbiyəyə ata töhfəsi ən yaxşı halda işdən sonrakı bir-iki saatla məhdudlaşır. Bu az vaxt da az önəm daşımır. Psixoloqlar təsdiq edirlər ki, uşağın öz atası ilə keçirdiyi həmin nadir dəqiqələr onun daxili aləminə əvəzsiz dərəcədə təsir göstərir. Bu baxımdan bütün istirahət günlərini övladına həsr edən atalar müqəddəs insanlardır!

 

BDU-nun sosial psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva konkret hallardan misal çəkir. "Oğlan haqqında "ana uşağı" deyimini eşidəndə üzümüzü turşudur, həqarətlə istehza edirik. Qız haqqında "atanın qızı" deyimi - başqa məsələ! Bu, bizlərdə əvvəlkinə əks hisslər, hətta qibtə hissi oyadır! "Atanın qızı" tam qanunauyğun hal kimi səslənir, belə də qəbul edilir".

 

- Atanın tərbiyədə rolu qız və oğlan üçün nə dərəcədə önəmlidir?

 

- Sirr deyil ki, uşaqların cinsi mənsubiyyətini məhz atalar müəyyənləşdirir - əvvəlcə fizioloji cəhətdən, sonralar isə özünün tərbiyədə iştirakı ilə. Oğlanlarla hər şey ilk baxışdan sanki aydındır: onun üçün kişi davranışının, yəni gücün, mərdanəliyin, nüfuzun mücəssəməsi, nümunəsi atadır. Ata tərbiyəsi oğlanda sağlam seksual düşüncə və baxış formalaşdırmaqla yanaşı, onun həyat dəyərlərini, işə və karyeraya, dostlara münasibətini də müəyyənləşdirir.

 

Atanın oğluna öyrədəcəyi başlıca şey məsuliyyətdir: özünə, ailəyə, valideynlərə qarşı məsuliyyət. Müdafiəçi və yaxşı qazanclı kişi patriarxal rolu elə də pis deyil. Belə bir kişinin ailəsi özünü sakit, rahat və qorunmuş hiss edir. Bütün inkişaf etmiş ölkələr son onillərdə məhz belə bir ailə modelinə qayıdır.

 

Ata örnəyi qızlar üçün heç də azönəmli deyil. Qız övlad olaraq gözünü açanda gördüyü ilk kişi atasıdır. Ona görə də ata ilə qızı arasında harmonik qarşılıqlı münasibətlər qızın düzgün özünüqiymətləndirməsinin və sağlam seksual tərbiyəsinin zəmanətidir. Əksinə, əgər ata qızının həyatı ilə az məşğul olarsa, kənar mövqe tutarsa, onda qızı kişi ilə qadın arasında tərəf-müqabillik dərslərini düzgün mənimsəməz, nəticədə gələcəkdə ailə həyatı qurmaq onun üçün mürəkkəb və çətin olar.

 

Yalnız ata qızına təmənnasız, bütöv məhəbbət haqqında təsəvvür verə bilər ki, qızı da bu məhəbbəti həyatı boyu özündə yaşadar. Əgər ata qızı ilə qarşılıqlı, harmonik münasibətdədirsə, qızın şüurunda da inam, kişiyə pozitiv münasibət formalaşır, çünki atası onu hansısa xidmətinə, yaxud zahiri görkəminə görə deyil, sadəcə, elə-belə, təmənnasız sevir!

 

- Ailədə ümumi dəyərlər və onlara münasibətlər üst-üstə düşsə də, ananın və atanın tərbiyəyə yanaşma tərzləri fərqlidir...

 

- Doğrudur, analardan fərqli olaraq atalar balalarının gündəlik rasionları, gigiyenası, yaxud səliqəsi üçün nadir hallarda narahat olur.

 

Amma saatlarla uşaqlara üzmək, topla oyunlar, riyazi məntiq və digər elmləri, yəni özlərinin güclü olduqları oyun və bilikləri öyrədə bilərlər. Analar tərbiyəli övlad böyütməyə çalışır və ona görə də uşaqların özlərini necə aparmaları barədə mühakimə və öyüd-nəsihətlərə meyil göstərirlər. Atalara isə öz örnəkləri əsasında uşaqlara praktik, bəzən də brutal şeylər öyrətmək xasdır.

Kiminsə cavabını vermək, ağaca mıx çalmaq, maşın sürmək və s. atanın "sahəsidir". İrəli getmiş analar ataların roluna nə qədər etinasız olsalar da, ataların "Sparta tərbiyəsi" olmadan uşaq zərif bəslənmiş, real həyata az hazırlanmış və ya hazırlanmamış varlıq kimi böyümək riski ilə üz-üzə qalır. Maraqlıdır ki, analar övladlarını "uşaqlar" adlandırır, atalar isə övladlarına diferensial yanaşırlar - "oğul - qız". Məhz bu morfoloji bölgü körpəlikdən onların cinsi və deməli, rol mənsubiyyətini müəyyənləşdirir. Oğlan üçün ideal tərbiyə mühiti - tələbkar, hətta sərt atanın və yumşaq xasiyyətli, həlim təbiətli ananın olduğu ailə mühiti hesab olunur. Ailənin bu modelində anadan gələn dəstək-müdafiə sayəsində uşaq inkişafa cəhd edir. Əgər ailədə qüvvələrin yeri dəyişik düşübsə, infantil (böyüyəndə uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan), təşəbbüssüz, başqa sözlə, ayaqlarda qalan insan yetişdirmək riski var. Ancaq burası da var ki, biz nə qədər çalışsaq da, oğul həmişə atanın, qız isə ananın davranışını təqlid edir. Lakin bir incə məqamı da unutmaq olmaz. Tələbkarlıq da, sərtlik də müəyyən çərçivədə, əndazədə, optimal normada olmalıdır. Hər şeydə olduğu kimi, burada da norma tapılmalıdır. İstənilən halda ifratçılıq, bizcə, yolverilməzdir, çünki tərbiyə tam mənfi effekt verə bilər - uşaq, uzaqlaşmaq mənasında, yadlaşar, özgələşər, başqa mühitə yuvarlanar, pis əməllərə qurşanar və nəticə etibarilə həyatda yaramaz ünsürə çevrilər. Cəmiyyətdə buna çoxlu sayda misallar göstərmək olar. Odur ki, bir müdrik avar məsəlində deyildiyi kimi, həddən artıq şirin olma - səni yeyərlər, həddən artıq acı da olma - səni çeynəyib tüpürərlər.

- Əgər ata yaxında deyilsə?

- Təəssüf ki, real həyatda özlərini eyni şövqlə uşaqlarının tərbiyəsinə həsr edən ata və ananın olduğu ailəyə tez-tez rast gəlmirsən. Ailədə atanın olmadığı halda onun tərbiyəçi funksiyasını ailədə kişi xeylaqlarından biri öz üzərinə götürə bilər. Məsələn, böyük qardaş, baba və b. Böyük qardaş kiçiyə velosiped sürməyi öyrədir, baba nəvəsini sirk tamaşasına aparır... Uşaq üçün zəruri şey onun gözləri önündə layiqli örnəyin olmasıdır. Burada doğmalıq dərəcəsi heç bir şey həll etmir.

"Bazardan-bazara" ata o atadır ki, uşaqları ilə yalnız bazar günləri məşğul olur. İllüziya qurmağa dəyməz. Uşaqlar valideynləri arasındakı münasibətlərdən həmişə hali olur və zaman keçdikcə vəziyyətləri qəbul etməyə öyrəşir, hətta bu münbasibətlərlə onlarla manipulyasiya edirlər. Atanın uşaqları yanında dövri surətdə olduğu hallarda başlıca olaraq tərbiyəvi rol itirilməməlidir. Xüsusilə, uşağın xarakterinin büruzə verdiyi üç yaşdan sonra. Ata "bayram atası" rolundan qaçmalıdır. Əgər uşağın təhsilində, tərbiyəsində və asudə vaxtlarının təşkilində fəal iştirak etmək ataya həmişə müyəssər olmursa, onda o, hiss etdirmədən, ana vasitəsilə işlərdən hali olmalı və əlini nəbzin üstündə saxlamalıdır.

- Ata nüfuzunu itirəndə nə baş verir?

- Valideynlər təcrübədən asılı olmayaraq öz uşaqları üçün ilk və başlıca müəllimlərdir. Lakin bəzi uşaqlara qohumluq azlıq edir. Valideynlər və uşaqlar haqqında kitabların müəllifi psixoloq Uilyam Sirs özünün ilk atalıq təcrübəsini belə xatırlayır:

"Aşağıdakıları dərk etməyim üçün zaman tələb olundu. Öz uşağının hörmətini qazanmaq üçün onu tanımaq lazımdır. Tanımaq üçün isə ona qayğı gərəkdir: əynini dəyişmək, çimizdirmək, sonralar isə söhbət etmək və s. Öz uşağını hiss etmək və başa düşə bilmək üçün onu dinləmək, onunla söhbətləşmək zəruri işdir".

Əgər yaşla gələn dəyişikliklər üzündən, yaxud valideynlər arasında baş verən qovğalar nəticəsində ata nüfuzunu itirmişsə, o, münasibətləri yenidən qurmaq üçün güc sərf etməli, səy göstərməlidir ki, uşaqla ümumi, ortaq maraqları tapsın, tənqid yerinə ona dəstək versin, uşağına yaşlı adama yanaşan kimi yanaşsın. Oğlan üçün atası ilə "bir komandada" olmaq vacib şərtdir. Freydin təsvir etdiyi və hamıya məlum olan Edip kompleksi nahaqdan mövcud deyil. Oğul atasının davranışını təkrar edə-edə, anasına dayaq olmaq istəyi ilə qeyri-şüuri olaraq atasının yerini tutmağa cəhd edir. Qıza isə daim atasının müdafiəsini hiss etmək lazımdır. O, atasına qulluq edir və hərdən atasından dəstək almağa çalışır. Qız bunları anasının davranış modelini təkrarlaya-təkrarlaya edir. Buradan da, Freydə görə, digər kompleks - Elektra kompleksi irəli gəlir.

 

A.Akif                                                           

 

http://www.ayna.az/2011-09-03/cemiyyet/6936-KamileAliyeva-terbiye-Edir%20komrleksi

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb