Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLARA YAXŞINI PİSDƏN SEÇMƏYİ VALİDEYN ÖYRƏTMƏLİDİR


Bu işi tək televizorun öhdəsinə buraxmaq doğru deyil

 

Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zəmanədə yaşayırıq və uşaqları bu prosesdən kənarda saxlamaq asan məsələ deyil. Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə də onlara diqqəti daha da artırmaq məcburiyyətindəyik. Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir.

 

Aparılan tədqiqatlardan müəyyən olub ki, məktəbəqədər uşaqlar televizorla o qədər də maraqlanmır, ancaq ibtidai məktəb şagirdləri gün ərzində 3-4 saat "mavi ekran" qarşısında əyləşirlər. Televizorun uşağın inkişafına ancaq mənfi təsir etdiyini deməklə yanlışlığa yol vermiş olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən dozada təmas etməlidir. Ancaq uşaq üçün hərəki aktivlik valideynlərlə, ətraf aləmlə canlı ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial münasibətləri, əlaqələri qurmağı öyrənir. Həmçinin onun xasiyyəti formalaşır.

 

Bir tərəfdən uşaq televiziya proqramlarından maraqlı informasiyalar ala bilər. Bununla o, dünyagörüşünü artırmaqla yanaşı, müəyyən davranış qaydalarını da öyrənir. Bir də ki, yaşıdlarıyla dil tapa bilməyən uşaqlar üçün televizor əvəzedilməz "yoldaşdır". Ancaq etiraf etmək lazım gəlir ki, televizora aludə olan uşaq reallıqdan uzaq düşür. Ona görə ki, televizora sərf olunan müddət ərzində uşaq maraqlı oyun oynaya, yaşıdlarıyla təmas qura bilər.

 

Bir sıra sosioloji tədqiqatların nəticələrinə görə, müasir uşaqlar valideynlərindən daha çox televizorla təmasda olurlar.

 

Unutmaq lazım deyil ki, televizorla "ünsiyyət" birtərəflidir, bu prosesdə uşaq həqiqi həmsöhbət qismində çıxış etmir.

 

Maraqlıdır ki, televizor qarşısında çox vaxt keçirən uşaqlar yaxşı oxuya və fikirlərini aydın ifadə edə bilmirlər. Bundan başqa, bəlli olmuşdur ki, uşaqlar daha çox əyləncəli verilişlərə baxırlar. Bu həm də onunla əlaqədardır ki, valideynlər hansı proqramlara baxmağı uşaqlarına məsləhət görmürlər. Amma inkişafa kömək edən proqrama baxmağı məsləhət görməklə, valideynlər uşaqlarında yaxşı zövq formalaşdıra bilərlər. Təəssüf ki, valideynlərin əksəriyyəti baxılmış proqramları uşaqlarıyla müzakirə etmir, onlara elə gəlir ki, diktor və ya verilişin aparıcısı hər şeyi yaxşı başa saldı. Lakin böyüklər unudur ki, maarifləndirici verilişlər uşaqlardan diqqəti cəmləşdirməyi və fikirləşmək qabiliyyətini gücləndirməyi tələb etmir. Belə gərginliyi isə uşaqlar sevmir və buna görə də onlar daha çox əyləncəli proqramlara baxmağa üstünlük verirlər. Sonunda uşaqlar qiymətli vaxtlarını boş yerə sərf edirlər.

 

Bəzilərini televizor yorur və nəticədə uşaqlar əzgin və əsəbi olurlar. Həssas uşaqlar isə döyüş filmlərinə baxdıqdan sonra çox hallarda əsəbiləşirlər. "Dəhşət" filmləri daha mənfi təsir göstərir. Belə filmlər uşaqlarda mövcud qorxu hissini gücləndirməklə yanaşı, yeni qorxuların da yaranmasına şərait yarada bilər. Bundan başqa, döyüş və dəhşət səhnələri uşaqların psixikasını da pozur. Zorakılıq və dəhşət filmlərini seyr edən uşaq real həyatda aqressiv olmağa hazır olur. Aqressiv olmayan uşaqlar isə reallıqdan qorxaraq həyatdan daim fəlakətlər gözləyirlər. Buna görə də valideyn uşaqlarını "sehrli qutu"nun qarşısında oturdarkən yaxşı-yaxşı fikirləşməlidir.

 

Uşağın emosional inkişafı üçün canlı ünsiyyət lazımdır və bu şəraiti uşaq üçün yaratmaq lazımdır. Psixoloq Mehriban Rzayevanın fikrincə, uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti qurmaq lazımdır. Əgər uşaq aktivdirsə, sosial uşaqdırsa, problemi olmayacaq. O özünə qapanırsa, televizor və kompüterə meyillidirsə, cəmiyyətdən qaçmağa çalışacaq və televizor və internet onun yuvası olacaq. Belə uşaqların ətrafında canlı komanda qurmaq lazımdır.

 

Deməli, valideynlər uşaqlarının hərtərəfli - intellektual, mənəvi və fiziki inkişafını təmin etmək üçün şərait yaratmalıdırlar. Uşağın fiziki inkişafı, hərəkəti, bədənin böyüməsi çox vacibdir. İnsanın fundamenti uşaqlıqda qoyulur. Burada söhbət həm fiziki sağlamlıqdan, xasiyyətinin formalaşmasından, intellektdən və dünyagörüşündən gedir. Psixoloqun qənaətincə, belə mərhələdə valideynlər övladlarının inkişafına və tərbiyəsinə həssas yanaşmalıdırlar. Mehriban Rzayeva:

 

"Müasir valideyn bu dünyada mürəkkəb proseslərin və kəskin rəqabətin getdiyini, dinamikanı yaddan çıxarmamalıdır...

 

A.ƏHMƏD  

 

http://www.ayna.az/2011-09-10/cemiyyet/7017-ushaq-valideyn-televiziya

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb