Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


SAĞLAM AİLƏ QURMAQ İSTƏYİRSƏNSƏ...


2011091901_120_01Nikah öncəsi tibbi müayinədən keçmək məcburi olacaq

 

Belə bir düşüncə var ki, gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün lazımi üsullardan istifadə qəbahət deyil. Doğrudur, Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə kimi məsələ aktual olmasa da, gənclərin sağlamlığı barədə onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində məsələyə çox ciddi yanaşılır. Məsələn, ABŞ-da nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün hallarda nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Başqa bir AB ölkəsində - Fransada bu məsələ artıq qanuniləşdirilib.

 

Ukraynada tibbi müayinədən keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən, bəy və gəlin nikahdan öncə tibbi müayinədən keçməli və öz səhhətləri barədə bir-birlərinə mütləq bilgi verməlidir. Bu zaman dövlət onların tibbi müayinəsi üçün şəraiti təmin edəcək, müayinənin nəticələri isə sirr kimi saxlanacaq və yalnız gənclərin özlərinə açıqlanacaq. Nikah bağlayanlardan birinin öz səhhətinin vəziyyəti barədə məlumatı gizlətməsi nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilər.

 

Bir çoxları belə fikirləşir ki, ortada sevgi olduqdan sonra gənclərdə hər hansı xəstəlik aşkarlansa belə, onlar sevgilərindən vaz keçməzlər. Hətta məcburi müayinəni mümkün hesab etməyənlər də var. Amma gələcək nəslin sağlığı və artımı ilə bağlı gün-gündən çoxalan problemlərin fonunda məsələnin vacibliyi gözardı edilə bilməz. Ölkədə belə bir qanun olmadığından günümüzdə həkimlər müayinələrin vacibliyini yalnız məsləhət şəklində çatdıra bilirlər. Mütəxəssislər hesab edir ki, evlilikdən öncə aparılan müayinələr gələcəkdə daha xoşbəxt ailənin təməlinin qoyulmasına yardımçı olar.

 

Elə bu səbəbdəndir ki, hazırda Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi müzakirə olunur. Əsas diqqət isə ailə quran zaman nikaha daxil olan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməsinə yönəlib.

 

Deyəsən, tezliklə Azərbaycanda da nikaha daxil olan şəxslər məcburi tibbi müayinədən keçiriləcək. MM Sosial siyasət komitəsinin üzvləri hesab edirlər ki, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidir.

 

Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdırlar.

 

Həmin şəxslər bu məlumatları açıqlayacaqları halda, qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. "Hazırda mövcud qanunvericilikdə nikaha daxil olanların sadəcə bir-birini məlumatlandırması ilə bağlı müddəa var. Lakin təklif olunan dəyişikliklə bu maddə ciddiləşəcək və icbari xarakter daşıyacaq", - deyə MM Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirir. Onun sözlərinə görə, hazırda yalnız şizofreniya və ruhi xəstəliyi olanların nikaha girməsi yasaqdır, lakin nəzərə almaq lazımdır ki, cəmiyyət üçün bilərəkdən xəstə uşaq dünyaya gətirmək özü də cinayətdir. Hadı Rəcəbli əlavə etdi ki, əlavə və dəyişikliklər qəbul olunarsa, mövcud qanunvericilikdə olan müəyyən müddəalar daha da ciddiləşəcək və inzibati xarakter alacaq.

 

Ailə Məcəlləsinə olunan dəyişikliklərdə bu var ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, ailə planlaşdırılması məsələləri üzrə məsləhətlər tibb ocaqlarında pulsuzdur. Qeyd olunur ki, nikaha daxil olan şəxslərdən biri özündə müəyyən edilmiş xəstəlikləri gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də müvafiq qanunvericilikdə nikaha girənlərdən tibbi arayış tələbi ilə bağlı nəzərdə tutulan deklorativ normanın imperativ norma ilə əvəzlənməsinin tərəfdarıdır. Komitədə hesab edilir ki, nikaha girənlərdən ailə qurmazdan öncə tibbi arayış tələb olunmalıdır. Qurumun apardığı araşdırmadan məlum olub ki, Fransada, Ukraynada və digər ölkələrdə nigaha girənlərdən tibbi arayış tələb olunması icbaridir.

 

Komitə tərəflərin nikaha girməzdən öncə tibbi müayinədən keçməsi və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinə arayış təqdim etməsini labüd sayır. Xatırladaq ki, məhz komitənin təklifi əsasında Ailə Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb.

 

Komitənin sədr müavini Aynur Sofiyevanın bildirdiyinə görə, Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinəsinin nəticəsi nikah bağlamağa təsir etməyəcək. O qeyd edir ki, xəstəliklər barədə tərəflərin bir-birini məlumatlandırması Azərbaycan reallığı üçün daha uyğun olardı. Sofiyevanın dediyinə görə, kənd yerlərində insanlar bir-birlərini tanıdığı üçün başqalarının onların xəstəliklərindən xəbərdar olmasını istəməzlər:

 

"Ona görə də belə təklif irəli sürülüb ki, tərəflər nikah üçün müvafiq orqana (VVAQ) müraciət edəndə tibbi müayinədən keçmələri barədə sənəd təqdim etsinlər. Tərəflər xəstəliklər barədə məlumatı üçüncü tərəfə, yəni müvafiq icra hakimiyyəti orqanına deyil, bir-birlərinə təqdim etməlidir. Nəticə isə heç vaxt nikah bağlamağa mane olmur. Məqsəd odur ki, hər hansı xəstəlikdən tərəflər məlumatlı olsun. Nəticədən asılı olaraq tərəflər nikaha girib-girməyəcəklərinə özləri qərar verəcəklər". Komitənin belə bir təkliflə çıxış etməsinə bu istiqamətdə aparılan araşdırmalar, quruma vətəndaşlar tərəfindən müraciətlər və beynəlxalq təcrübə səbəb olub. Sofiyeva qeyd edir ki, bu gün Azərbaycan ailələrində bu sahədə ciddi problemlər var:

 

"Nikaha girənlər xəstəlikləri barədə məlumatları gizlətdiyindən, nikah dövründə ciddi problemlərlə qarşılaşıblar. Belə ailələrin 80 faizi uğursuz ailələr olub. Hətta yaxın qohumlar arasında nikah bağlanır, amma tərəflər digərinin xəstəliklərindən xəbərsiz olurlar. Müəyyən xəstəliklər var ki, bunları gizlətmək mümkün deyil. Qısa müddətdə onun fəsadları üzə çıxır. Ailədə məişət zorakılığı zəminində hadisələr baş verir, xəstə uşaqlar doğulur".

 

Sofiyevanın sözlərinə görə, ötən il komitə tərəfindən Azərbaycan ailələri ilə bağlı aparılan araşdırmalarda respondentlərin nikahdan öncə tərəflərin tibbi müayinədən keçməsi ilə bağlı rəyi öyrənilib və onların 80 faizdən çoxu bu təklifin lehinə olub. Onun sözlərinə görə, müayinə olunacaq xəstəliklərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdiriləcək:

 

"Təcrübəmizə istinadən deyə bilərəm ki, ailələrdə daha çox psixi xəstəliklər, narkomaniya, yoluxucu xəstəliklər, qan qohumluğu ilə əlaqədar xəstəliklərə rast gəlinir. İlkin olaraq bütün xəstəliklər üzrə müayinələri siyahıya salmaq düzgün olmazdı. İlk mərhələdə daha təhlükəli və geniş yayılmış xəstəliklər siyahıya daxil edilməlidir..

 

A.Akif

 

http://www.ayna.az/2011-09-17/cemiyyet/7065-nikah-tibbi%20muayine-icbari

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb