QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
NİKAH ZAMANI YAŞ FƏRQİ ARADAN QALDIRILSIN
Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsi Ailə Məcəlləsində dəyişiklik edilməsi üçün Milli Məclisə təklif verib. Bu barədə məlumat verən Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, təkliflər əsasən nikah zamanı yaş fərqinin aradan qaldırılması ilə bağlıdır: "Biz ilk növbədə yaş fərqinin aradan qaldırılmasını, qızlarla oğlanların nikah yaş həddinin eyniləşdirilməsini təklif edirik. Hesab edirik ki, bu həm xalqımızın gələcəyi üçün, həm də qoşulduğumuz beynəlxalq sənədlərə sadiqliyimizin bir daha nümayişi baxımından düzgün olardı". Sədr müavininin fikrincə, qızların 17 yaşında ərə getmələri onların təhsildən yayınmalarına səbəb olur. Bundan əlavə iki beynəlxalq konvensiya var ki, onlardan biri uşaq hüquqları ilə bağlı konvensiyadır və orada da göstərilir ki, oğlanlarla qızların nikah yaş həddi bərabər -18 yaş olmalıdır: "Ailə Məcəlləsinə ikinci təklifimiz genefondumuzun sağlamlığı ilə bağlı məsələdir. Yəni, təklifimizin mahiyyətində o durur ki, nikaha daxil olan cütlüklərdən nikaha girməzdən əvvəl tibbi arayışın təqdim edilməsi tələb olunsun.Üçüncü təklifimiz də nikah, mülkiyyət müqaviləsi ilə bağlı təklifdir. Düzdür, bu məsələ qanunvericiliyimizdə var, ancaq burada könüllülük əsasında bu məsələnin həllini tapması öz əks olunub. Biz isə Komitə olaraq bu məsələnin bir az da qətiləşdirilməsini təklif edirik".
http://www.olaylar.az/haber/Nikah_zamanı_ya_ferqi_arada.html
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|