Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


“YERLƏRDƏ ƏLDƏ EDİLMİŞ NAİLİYYƏTLƏR QLOBAL TƏLƏRBƏRƏ CAVAB VERİR – DÜNYA QADINLARININ TƏRƏQQİSİ» MÖVZUSUNDA KONFRANS


«Birgə fəaliyyət –Koalisiya 1325- nailiyyətlər və tələblər»-məruzə Sacidə Əbdülvahabova

Həqiqətən sülh və demokratiya bizim qarşımızda duran əsas problemlərdən biridir. İmmanuil Kant demişkən, demokratik ölkələr bir-biri ilə vuruşmur. Lakin demokratiyanın keyfiyyətinin də böyük əhəmiyyəti vardır. Demokratiya yalnız ictimai institiutlar və ədalətli seçkilərdən ibarət deyil. Əgər ölkədə qadınların qərar qəbulunda iştiraklarına imkan yoxdursa, artıq demokratiya işləmir. Bir sıra tədqiqatlara görə cəmiyyətdə qadının statusu ilə cəmiyyəttdəki münaqişənin səviyyəsi arasında əlaqə vardır. Parlamentdə, rəhbər vəzifələrdə az qadın təmsil olunan cəmiyyətlərdə tez-tez münaqişələr baş verir.
Azərbaycanda müxtəlif sahələrdə: parlamentdə, rəhbər vəzifələrdə, diplomatiya sahəsində nə sayda qadının olması barəsində danışmaq istəməzdim, baxmayaraq ki, bu say bir göstəricidir. Əsas məsələ say göstəricisindən real təsirə keçmək lazımdır, qadınların qərar qəbulunda saylarından yox, onların strateji cəhətədən nə dərəcədə təmsil olunmalarından danışılmalıdır.
Aydın başa düşülür ki, heç bir problem, xüsusilə qender problemi öz-özünə həll olunmur. Kişilər tərəfindən nəzarətdə olan təşkilatlar vacib bir məsələ kimi qender problemini qabartmır. Nəticədə haqlı olaraq qadınlar onların müdaxiləsi olmadan öz problemlərinin həll olunmayacağını başa düşürlər.
Bütün dünyada olduğu kimi Azərbaycan qadınları da Qeyri Hökumət Təşkilatlarında fəal iştirak edərək müxtəlif məsələlərlə məşğul olurlar. Hər bir təşkilat, əlbəttə milli və beynəlxalq sənədlərə və öz bacarıqlarına əsaslanan işlər aparır. Bura insan haqları, uşaq problemləri, münaqişələrin sülh yolu ilə həlli, səhiyyə, ekologiya, ardıcıl inkişaf, insan alveri və s aiddir. Bu fəaliyyətlərin arasında qadın liderliyi, qadınlarıın seçkilərdə iştirakı, regionda mövcud olan münaqişələrin həlli xüsusi yer tutur. Qeyd etmək istərdim ki, Azərbaycanda məhz qadın QHT-rı digər tərəfin nümayəndələri ilə görüşüb qeyri-formal görüşlərdə iştirak etmişlər. Çünki sülh qurulucuğında qadınların iştiraklarının vacibliyinin bir neçə səbəbi vardır. Birincisi qadınlar istənilən cəmiyyətin yarısını təşkil etdiklərindən və sülh quruculuğunun böyük məqsədlərini nəzərə alsaq, qadınların kişilərlə bərabər sülhyaratma prosesində tərəf müqabilləri kimi iştirak etməlidirlər. Digər tərəfdən qadın və kişilərə münaqişə müxtəlif cür təsir etdiyindən, qadınların da fikirləri və münasibətləri nəzərə alınmalıdır.
BMT TŞ 2000-ci il 31 oktyabrda–1325 saylı qətnaməsini qəbul etdi. Qətnamə çox mühüm olan bir problemə qadın, sülh və təhlükəsizliyə aiddir. Qətnamənin qəbulu zamanı BMT-nin Baş Katibi öz çıxışında bildirmişdir ki, sülh qadın və kişilər arasında bərabərliklə ayrılmaz şəkildə bağlıdır və sülhün, təhlükəsizliyin qorunub saxlanılması qadınların qərar qəbuletmə prosesində bərabər hüquqlu iştirakını tələb edir.
Qadınların münaqişələrin qarşısının alınmasında, sülhün bərqərar olunmasında,vətəndaş cəmiyyəti quruculuğu işində oynadıqları rolu bir daha təsdiq edən 1325 saylı Qətnamə Cənubi Qafqaz ölkələrində qadın qruplarının, koalisiyaların yaranmasına təkan verdi. Mən yenə qeyd edirəm ki, bu sahədə qadın təşkilatları müəyyən iş aparırdılar. Lakin bu fəaliyyətlər əlaqəli, müəyyən bir ümumi strateji plan üzərində aparılmırdı. Koalisiyalarda, ümumiləşdirsək, qruplarda insanların bir ideya ətrafında təmsil olunması, bu ideyaların həyata keçməsi üçün möhkəm zəmin yaratmasını nəzərə alaraq UNİFEM-in «Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda» regional layihəsinin dəstəyi ilə 6 sentyavr 2002-ci il tarixdə dövlət strukturlarını, parlamenti, ictimai, siyasi təşkilatları və KİV- təmsil edən 22 nəfər qadın Azərbaycanda «Koalisiya-1325» qurumunun yaradılmasını elan etdilər. Belə nüfuzlu qadınların bir yerə yığışmasında UNİFEM-in ölkə üzrə 1000 nəfərə yaxın qadının iştirakı ilə keçirdiyi təlimlər olmuşdur. Beləliklə Azərbaycanda, öz siyasi baxışlarından asılı olmayaraq qender siyasətində güclü bir sənədə –BMT-nin 1325 saylı qətnaməsinə və UNİFEM kimi bir təşkilatın dəstəyinə əsasalanan qadın qurumu yarandı.
Bu qadınlar arasında ümumi nə var? Onları birləşdirən bir vətəndaş kimi öz cəmiyyətlərində və bütün dünyada sülhə və tolerantlığa nail olmaqda cavabdeh olmalarıdır. «Koalisiya 1325» öz qarşısına aşağıdakı məqsədləri qoymuşdur:
-Milli, regional, beynəlxalq səviyyədə münaqişələrin qarşısının alınması və həllinə dair qərarvermə prosesində qadınların rolunun artırılması, sülh quruculuğu prosesində məsburi köçkün qadınların iştirakını təmin etmək, sülh mədəniyyəti ilə bağlı maarifləndirmə işi aparmaq, analoji məsələlər üzərində çalışan beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini yaratmaq və s.
«Koalisiya 1325» qurumu öz qarşısına qoyduğu məqsədlərə nail olmaqdan ötrü müxtəlif istiqamətlərdə iş aparır. Bunlara milli, regional və beynəlxalq səviyyədə aparılan işlərdir ki, bura treninqlər, seminarlar, forumlar, konfranslar, görüşlər, jurnal və buklet nəşri, aksiyalar və s. aiddir. Bütün bu fəaliyyətlərə Məcburi köçkün Qadınların Milli Şəbəkəsinin üzvləri də cəlb olunmuşdur.
Milli səviyyədə hansı işlər aparılmışdır:
Milli səviyyədə koalisiya Azərbaycanın bir çox rayonlarında öz şəbəkəsini yaradaraq, 2002-ci ildən başlayaraq treninqlər təşkil etmişdir. Bu treninqlərdən ilki «Polisi, Advokasi, Lobbiçiliyə» aid idi. Məqsəd bu anlayışlarla qadınları tanış edib, öz hüquqlarını müdafiə etmək və məqsədlərinə nail olmaqdan ötrü hansı üsullardan istifadə etməyi öyrətmək idi. Koalisiyanın üzvləri Azərbaycanda akkredite olmuş diplomat qadınlarla da görüş keçirmişdir və onların bu vəzifəyə gəlmələrinin aspektləri ilə tanış olmuşdular.
2003-cü ildə 40-a yaxın rayonda «Sülhyaratma fəaliyyətində qender bərabərliyinin təmin edilməsi» mövzusunda treninqlər keçirdikdən sonra 23 oktyabr 2003-cü ildə «Azərbaycan qadınları sülh quruculuğu prosesində» -«Koalisiya 1325» qurumunun birinci Milli Konfransı keçirilmişdir. 2003-cü ildə həmçinin «Milli və beynəlxalq səviyyədə qərarların qəbul edilməsi prosesində Azərbaycan qadınlarının iştirakı və təmsil edilməsi»-dəyirmi masa da təşkil edilmişdir (sentyabr). Bu tədbirlərdə ölkədəki xarici təşkilatalrın nümayəndələrindən başqa QHT-nın, dövlət strukturlarında işləyən insanlar da iştirak etmişdir.
2004-cü ildə yenə rayonlarda həm qadınların və həm də rayonların səlahiyyət hüquqlu kişilərin iştirakı ilə «Qərar qəbuletmə səviyyəsində qadınlarla kişilərin bərabər iştirakı» mövzusunda dəyirmi masalar keçirilmişdir. Bu masalardan sonra 30 oktyabr 2004-cü ildə «Konstitusiya hüquqlarından bərabər imkanlara doğru» ikinci Milli konfrans keçirilsmişdir. Bu konfransda – Prezidentə, Milli Məclisə qadınların kişilərlə bərabər eyni imkanlara malik olmalarından ötrü müəyyən işlərin aparılmasına aid müraciətlər də qəbul olunmuşdur.
2005 – ci ildə Azərbaycan Hökuməti 2006 - 2015-ci illər üçün Yoxsulluğun Azaldılması və Davamlı İqtisadi İnkişaf üzrə Dövlət Programının üzərində işləmişdir. Qadın Problemləri üzrə Dövlət Komitəsi (QPDK) də Qadınların Vəziyyətinin yaxşılaşdırılması üzrə yeni Milli Fəaliyyət Planı hazırlayırdı. Hər iki sənəddə gender prioritetlərinin kifayət qədər geniş şəkildə tətbiqinin təmin edilməsi olduqca vacib bir məsələ idi ki, burada yerlərdən təklifləri eşitmək lazım idi. Məhz bu fikri əsas götürüb, «Koalisiya 1325» QPDK ilə birlikdə “Yerli əhalidən hökümətə doğru – Azərbaycanda gender bərabərliyi prioritetlərinin müəyyən edilməsinə dəstək” mövzusunda forumlar keçirmək qərarına gəldi. Bu forumlarda Məcburi köçkün Qadınların Milli Şəbəkəsinin üzvləri də fəal iştirak etmişdir. Müzakirələrdə səslənən təkliflər və tövsiyyələr Hesabat şəkilində hazırlanıb Milli Fəaliyyət Planında və Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramında nəzərə alınmaq üçün hökumətə təqdim edilmişdir. Forumun nəticələrinin araşdırılması hələ də gender sahəsində kifayət qədər problemlərin olduğunu göstərdi. Azərbaycan Dövlətinin CEDAW konvensiyanı ratifikasiya etməsinə, Pekin Platformasının həyata keçməsi üzrə apardığı işlərə baxmayaraq gender bərabərsizliyi hələ də kəskin bir şəkildədir.
Bu forumlar keçirildikdən sonra 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 5-ci ildönümünə həsr olunmuş «Koalisiya 1325» qadın qurumunun 3-cü Milli konfransı keçirilmişdir. Bu konfransda forumun hesabatı da təqdim edilmişdir.
Koalisiya öz işini bir çox təşkilatlarla, xüsçusilə Qadın Komitəsi ilə sıx əməkdaşlıq edərək həm birgə tədbirlər və həm də Komitənin təşkil etdiyi tədbirlərdə fəal iştirak edir. Buna misal olaraq Qadın Komitəsinin hazırladığı «Pekin+10 Milli Hesabat»-ın təqdimatında 1325 Koalisiyasının bütün üzvəlri fəal iştirak edib.
Bundan başqa Parlament tərəfindən layihə kimi hazırlanmış “Kişi və qadınların (qender) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanuna da «Koalisiya 1325» öz tövsiyyələrini vermişdir.
1325 Koalisiasının əsas fəaliyyətindən biri də “Koalisiya 1325” jurnalının nəşridir. Bu jurnalda Koalisiyanın apardığı fəaliyyət, digər ölkələrin eyni qətnamə əsasında yarandığı qurumlarının işi və sülh yaradıcılığı barəsində məqalələr verilir və bu da geniş kütlənin aparılan işlərləvə problemlərlə tanış olmasını asandlaşdırır. Bundan başqa Koalisiya haqqında 2 həftə AzTV-də səhər və axşam rolik getmişdir.
1325 saylı qətnamənin əsas məqsədi, qeyd edildiyi kimi, münaqişələrin sülh yolu ilə həllində qadınların iştirakının təmin edilməsi olduğundan bu fəaliyyəti həmçinin region səviyyəsində də aparmaq lazımdır. 1325 qətnaməsini əsas tutaraq Cənubi Qafqazda –Gürcüstan və Ermənistan da eyni məqsədli koalisiyalar yaranmışdır və bu ölkələrdə olan UNİFEM-in dəstəyi ilə bu qurumlar «Qadınlar sülh naminə» regional koalisiya yaradaraq müxtəlif sahələrdə əməkdaşlıq edirlər ki, bura:
-Sülh təhsili sahəsində regional səylərin gücləndirilməsi;
-Münaqişə tərəfləri arasında dialoqun aparılması və şəbəkələrin yaradılması;
-Qadınların qərar qəbuledilmə səviyyəsində təmsil olunmalarına dəstək vermək;
-1325 haqda cəmiyyəti məlumatlandırmaq və s. aiddir.
Regional koalisiyanın 3 Cənubi Qafqaz ölkələrinin nümayəndələrindən ibarət redaksiya heyyəti rüblik «Qadınlar sülh naminə» curnalını hazırlayıb nəşr etdirir.
Regional koalisiyanın əsas nailiyyətlərindən biri onların BMT-nin 2005-ci ilə keçirdiyi «Silahlı münaqişələrin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu» konfransına qender sahəsində tövsiyyələrini vermək olmuşdur. Regional görüşlərin nəticəsində tövsiyyələr hazırlanaraq Koalisiyanın nümayəndəsi (qeyd edim ki, azərbaycandan olan nümayəndə) tərəfində bu konfransda təqdim edilmişdir. Regional səviyyədə görülən işlərdən biri də «Sülh və qender təhsili» dərs vəsaitinin birgə yazılmasıdır. Cənubi Qafqaz ölkələrinin 14-18 yaşlı məktəbliləri üçün hazırlanan bu vəsaitdə insan haqları, münaqişələr və onların həlli, sülh mədəniyyəti və bu proseslərdə qadınların rolu açıqlanmışdır.
Regional səviyyədə aparılan işlərdən biri “İnternyusun” təşkil etdiyi “Perekrestok» verilişində Cənubi Qafqaz ölkələrinin koalisiyalarının nümayəndələrinin çıxışları, koalisiyalar haqqında məlumatların getməsidir. «Koalisiya 1325» beynəlxalq təşkilatların təşkil etdiyi seminar və konfranslarda da fəal iştirak edir.
Siyasi iradə və qanunvericilik aktları istənilən sahədə qender tarazlığını təmin etmək üçün kifayət deyil. Cəmiyyəti buna hazırlamaq lazımdır. Bunun üçün ictimai fikir yaratmaq lazımdır. Növbəti addım kimi, Koalisiya 1325 forumlar zamanı müəyyən edilmiş ehtiyac və prioritetlər əsasında təbliğat və maarifləndirmə kampaniyalarını Azərbaycanın 40-dan artıq rayonlarında keçirmək niyyətindədir. Təbliğat kampaniyaları cəmiyyətin bütün təbəqəllərini əhatə edəcəkdir.
Bundan başqa, Koalisiya 1325 üzvləri Azərbaycanın rayonlarında CEDAW-üzrə vahid təlim modulu üzrə treninqlər keçirəcək. Qeyd etmək lazımdır ki, CEDAW haqqında geniş məlumat KİV nümayəndələri üçün təşkil ediləcək treninqdə də veriləcək.
Ümumiyyətlə, qender bərabərliyinə iki yanaşmada baxıla bilər. Birinci yanaşma mövcud siyasəti qadınların maraqlarına yönələtmədir. Məsələn, qadınların rəhbər vəzifələrdə, seçkili orqanlarda sayının artırılması. İkinci yanaşma qender bərabərliyinin fundamental xarakter daşımasını nəzərə alan yanaşmadır. Bu yanaşmada qender qeyri-bərabərliyinin cəmiyyətdə kök salan prinsiplərdən irəli gəlməsini qəbull edərək bu prinsiplərin transformasiyasına nail olmaq lazımdır.
Yuxarıda qeyd edildiyi kimi «Koalisiya 1325» 3 il yarım ərzində təvəzökarlıqdan kənara çıxaraq deyə bilərəm ki, böyük işlər aparıb, cəmiyyəti qender problemlərinə, onun həllinə cəlb edib. Bu işdə bizi dəstəkləyən UNİFEM-ə öz təşəkkürümizi bildiririk.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb