Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 8 GENDER TƏDQİQATLARI: FEMİNİZM VƏ QLOBALİZM


Qadın problematikası, feminizm və genderlə bağlı virtual və ənənəvi mənbələrin analizi göstərir ki, bu sahədə çoxlu ziddiyyətli fikirlər, qərarlar və yalançı nəzəriyyələr vardır. Buna görə də biz yuxarıda göstərilən cərəyanların ən çox yayılmış anlayışlarını təqdim edirik. Daha ətraflı məlumat üçün aşağıdakı saytlara müraciət edə bilərsiniz:

Once and Future Action Network (OFAN)

"Həm keçmişdə və həm də gələcəkdə" aksiyalar şəbəkəsi - elə təşkilatların beynəlxalq konsorsiumudur ki, onların fəaliyyəti gender problemlərinin həllinə, həmçinin elm və texnologiyalar sahəsinə qadınların töhfəsini işıqlandırır. Şəbəkənin adı keçmişdə elm və texnologiya sahəsində qadınların rolunu əks etdirir və həmçinin gələcəkdə bu rolun gücləndirilməsinə diqqəti cəlb edir. OFAN - gender amilini nəzərə alan və insana, ətraf mühitin mühafizəsinə yönəldilmiş elm və texnologiyaların inkişafı üçün professional, akademik, BMT nümayəndəliyi kimi təşkilat və şəbəkələri birləşdirir. OFAN bu maraqları beynəlxalq siyasi forumlarda, xüsusilə qadınların vəziyyətinə dair Pekində keçirilmiş 4-cü Beynəlxalq konfransda təmsil edirdi. Saytda: " Gündəlik hesabatlar və mətbuat relizləri", "OFAN", "Ejowoman", "Təhsil sahəsində afrika qadınlarının federasiyası", "UNIFEM", "Qadınlar dünya elmində və texnologiyada" və başqa bölmələr vardır. Dil: ingilis.

StudentWomen

"Student Women"- öz hüquqları uğrunda kampaniyada iştirak etmək istəyən tələbə qızlar və bütün qadınlar üçün saytdır. Bu saytda tələbə qızlar kampaniyası Milli ittifaqının rəsmi səhifələri də vardır. Saytın bölmələri: "Bizim e-mail siyahıya qoşulun", "Tələbə qızlar kampaniyalarının Milli ittifaqı", "Danışır Silviya", "Uşaq salma hüququ", "Antirasizm", "Uşaqlara qayğı", "Əmək qabiliyyətini itirmə", "Təhsil", "Ətraf mühit", "Feminizm", "Hökumət", "Sağlamlıq", "Beynəlxalq bölmə", "Ordan-burdan", "Seksuallıq", "Tələbə qrupları", "Qadınlara qarşı zorakılıq", "Qadınlar veb-səhifələrdə", "Qadınlar işdə". Tələbə qızlar hərəkatının fəallarına aid 100-dən artıq əsas səhifəyə istinad edilir. Dil: ingilis.

Women's International Electronic University (WIEU)

Beynəlxalq qadın elektron universiteti (ABŞ) - qadınların müasir kompüter texnologiyaları vasitəsilə maarifləndirilməsi və öyrədilməsi, mədəniyyətlərarası ictimai əlaqələrin dəstəklənməsi və birgə təlim, tədqiqat və layihələrin verilənlər bazasının yaradılması məqsədilə yaradılmış beynəlxalq müstəqil qeyri-kommersiya korporasiyasıdır. Universitet 60-dan artıq ölkədə qadınların on-layn təlimini həyata keçirir, qadın kollecləri, universitet və on-layn təlim proqramlarının konsorsiumunun yaradılmasına təşəbbüs göstərir, fənlərarası tədqiqatlar aparır. WIEU 1996-cı ildə yaradılıb. Dil: ingilis, ispan, alman, yapon.

Gender tədqiqatlarını (genderi) "cinslərin qarşılıqlı əlaqə fəlsəfəsi" adlandırırlar. Bu cür tədqiqatlar dedikdə, cəmiyyətdə kişilər və qadınlar arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı təsirlərin tarixi mexanizmlərinin açılması, jəmiyyətdə hökm sürən mədəni və digər dəyərlərdən asılı olaraq jinslərin sosial rolunun təyin edilməsi, bəşəriyyətin tarixi inkişaf xarakterinin təyinində əsaslı rol oynamış fərqlərin üzə çıxması başa düşülür.

Gender - tədqiqatların nisbətən gənc istiqamətidir (25-30 il). Lakin onun kökləri bəşəriyyətin inkişafının ən ilkin dövrlərinə gedib çıxır. Bu baxımdan genderi XX əsrin ortalarında yaranmış, elmi və humanitar təsəvvürlərin geniş spektrini özündə birləşdirən və sintez edən istiqamətlərə aid edirlər. Gender tədqiqatlarının başlanğıcında əsasən qadınlar dayanmışdılar. Bu kontekstdə AGIJ aşağıdakı saytlara müraciət etməyi məsləhət bilir:

Virtual Sisterhood

"Virtual bacılıq" - qadın elektron şəbəkəsi olub, bütün dünya üzrə qadın təşkilatlarının informasiya dəstəyi, onların mövqelərinin möhkəmləndirilməsi və nüfuzlarının genişləndirilməsi; İnternetdə qadın resursları şəbəkəsinin yaradılması və genişləndirilməsi məqsədilə yaradılmışdır. Saytın bölmələri: "Birincilik" ("Təşəbbüslər", "Bizə qoşulun!", "Şərhlər", "Əsaslar"); "Təşəbbüslər" (konfranslar, layihələr, qadın və feminist saytlar və səhifələr və s. barədə informasiya); "Yeniliklər". Dil: ingilis, alman, ispan.

Women and International Development Program at Michigan State University http://www.isp.msu.edu/wid/

Miçiqan Dövlət Universitetinin qadın və beynəlxalq inkişaf proqramı (MSU-WID) milli və beynəlxalq səviyyələrdə özünün qadın və beynəlxalq inkişaf üzrə informasiya və resursların yayılması proqramı, naşirlik fəaliyyəti ilə məşhurdur( İşçi sənədlər, Forum materialları, WID bülletenləri). Saytın bölmələri: "Ev səhifəsi", "WID-MSU haqqında", "Resurslar", "Rəsmi proqramlar", "Çıxışlar", "MSU istinadları" ("Beynəlxalq inkişafa dair qabaqcıl tədqiqatlar mərkəzi", "Qadın tədqiqatları proqramları", "Qadın resurs mərkəzi", "Qadın tematikasına dair fərdi tədqiqatlar üçün MSU kitabxanasının qrantları" və s.), "WID proqramları", "Miçiqan Dövlət Universiteti", "Beynəlxalq tədqiqatlar və proqramlar", "İmkanlar". Dil: ingilis.

Women's and Gender Studies Database

Keln Universitetində (Almaniya) işlənib hazırlanmış qadın və gender tədqiqatlarına dair verilənlər bazası - feminist nəzəriyyə, feminist ədəbiyyata dair tənqidi məqalələr və gender tədqiqatlarına dair materiallara (ancaq monoqrafiyalar və oçerklər toplusu, müstəsna hallarda - jurnal məqalələri ) malikdir. Verilənlər bazası fənlərarasıdır, ona görə də burada həmçinin pedaqogika, sosiologiya, tarix və psixologiyaya aid feminist ədəbiyyat vardır. Dil: ingilis, alman.

Women in Networks (WIN)

WIN - qadınların informasiya sahəsinə irəliləyişinə yönəldilmiş layihədir; Avropa İttifaqı və Saksoniya NOW ("Qadınlar üçün yeni imkanlar")proqramı ilə dəstəklənir. Layihələrin idarə edilməsinə, peşəyönümünə və informasiya texnologiyalarına dair kurslar və məsləhətlər təklif edir.

Womenspace

Kanada "Womenspaje" qadın İnternet-direktoriyası istifadəçiləri qadın bərabərliyinə dair Kanada İnternet resursları ilə birləşdirir. Direktoriya qadın bərabərliyinə aid tədqiqatlara, mövzular üzrə müzakirələrə , kampaniyalara, yaradıcılığa, xidmətlərə həsr olunmuş fərdi saytları və təşkilatların saytlarını birləşdirir. Əlifba üzrə və açar sözlərə görə axtarış imkanı nəzərdə tutulmuşdur. Saytda: "E-galite"("Elektron bərabərliyi"- qadın bərabərliyi uğrunda fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının fəaliyyətini və bu cür fəaliyyətin vizuallaşdırılmasını təmin edən layihə);

"Women'spaje Magazine" (jurnal), "Elektron açıqçalar ("qadın" hadisələrini nəzərə çarpdıran), "Qadın İnternet-kampaniyası" (informasiya texnologiyalarından bərabər istifadə, onlarda bərabər iştirak və bərabər səs uğrunda), "Kanada qadın İnternet-direktoriyası" (mövzu üzrə 917 resursa istinad). Dil: ingilis, fransız.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb