Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 9 FEMİNİZM VƏ QADINLARIN ƏMƏKDAŞLIĞI


Noyabr, 2002-Cİ

 

Gender problemi qadınla kişi arasında mövcud olan real təbii və bioloji fərqlərlə məhdudlaşmır. Bu problem cəmiyyətdə qadınlara xas olan (femin, matriarxal) və ya kişilərə xas olan (maskulin, patriarxal) dəyərlərin və idealların ümumbəşəri təfəkkür və fəaliyyət normaları kimi bərqərar olması məqsədilə cinslər arasında fasiləsiz davam edən mübarizənin qlobal əhəmiyyətini üzə çıxarır.

Gender tədqiqatları müasir insan idrakının həm elmi, həm də humanitar istiqamətlərində müstəsna rol oynayır. Gender yeni yaranmaqda olan dünyagörüşünün metodoloji əsasını, cəmiyyətdə kişilərin və qadınların roluna, yerinə və əhəmiyyətinə yenidən nəzər salan yeni fəlsəfənin bünövrəsini təşkil edən istiqamətlərdən biridir.

Gender araşdırmaları "qadın problematikası" olmaqdan daha çox cinslərin harmoniyasını axtarıb tapmaq praktikasıdır. Bu praktika bəşəriyyətin bir-birinə əks olan iki tərkib hissəsini - qadınları və kişiləri vəhdətdə nəzərdə tutmaqla, onların potensialını tam üzə çıxarmağa imkan verir. Bu problematika ilə ətraflı tanış olmaq üçün aşağıdakı saytlara müraciət etməyiniz tövsiyə olunur:

Carrefour d'Echanges et d'Information

"İnformasiya və mübadilə"- yeniyetmələrin təhsili və qadınların vəziyyətinə dair (CDEACF) Monrealdakı (Kanada) sənədlər Mərkəzinin saytıdır. Federal və regional hakimiyyətlər tərəfindən idarə edilir. Saytın bölmələri: "Espace alpha"(mərkəzin kataloqu), "CDEACF haqda qısa məlumat", "Bizim üzvlər", "Kolleksiyalar"(müxtəlif kataloqlar:"NetFemmes", "Espace alpha"). Dil: fransız.

Women-East-West

"Women-East-West" elektron göndərişlər siyahısı - Mərkəzi və Şərqi Avropa, həmçinin yeni müstəqil ölkələrdə gender tədqiqatlarının mübadiləsi üçün açıq elektron məkandır. Bu siyahıda "East-West Women" şəbəkəsinin layihələrinin fərdi iştirakçıları və təşkilatlar üçün bu şəbəkənin ən mühüm elanları və anonsları, eləcə də siyasi həyat sahəsində bilavasitə qadınların problemlərinə aid olmayan hadisələr barədə informasiya vardır. Səhifədə siyahının arxivlərinə istinadlar və abunə forması vardır. Dil: ingilis.

Women.com

Women com - qadınlar üçün müxtəlif mövzulara aid informasiya resurslarına istinadlar sistemindən ibarət saytdır: "Kanallar" (karyera, sağlamlıq, pul, siyasət və s. ); "Günün istinadları"; "Women. com şəbəkəsinin səhifələri" (əsasən əyləncə xaraktkerli - astrologiya, bağbanlıq, ev heyvanlarına qulluq və s. " Dil: ingilis.

Müasir müstəqil Azərbaycanın siyasi reallıqları gender araşdırmalarına və cəmiyyətin siyasi mədəniyyətini yüksəltmək məqsədilə bu araşdırmaların təhsil sistemində geniş tətbiq edilməsinə ciddi diqqət yetirməyi tələb edir.

Azərbaycandan ötrü yeni, çox cəhətdən tanış olmayan gender araşdırmaları MDB üzvü olan başqa ölkələrdə də 10-12 il bundan əvvəl dəb düşmüşdür. Dünya praktikasında isə bu cür araşdırmaların başlandığı vaxtdan təqribən 30 il keçir.

Gender araşdırmalarına cinsiyyət fəlsəfəsi və ya cinslərin cəmiyyətdə qarşılıqlı münasibətləri fəlsəfəsi demək olar. Bu halda cinslər arasında iki cür fərqdən söhbət gedir: 1. İlkin fərqlər, yəni kişilərlə qadınlar arasında həqiqətən mövcud olan təbii - fizioloji fərqlər; 2. Sonradan yaranmış fərqlər, yəni cəmiyyətin həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində öz əksini tapan süni fərqlər, kişilərin və qadınların sosial - mədəni baxımdan fərqli cəhətləri.

Bu fərqlərin ilk dəfə təsvir edildiyi ingilis dilli ədəbiyyatda iki termindən istifadə edilir: "sex" (azərbaycanca "cins") və "gender" (azərbaycanca "soy"). Cinsləri fərqləndirən cinsi mənsubiyyət əlamətləri (aldadıcı "təbii" adına baxmayaraq) cəmiyyətin dünya görüşü və mədəniyyəti ilə bağlıdır. Buna görə də onlar , demək olar ki, həmişə cinslərin həqiqi differensiasiyasını deyil, konkret cəmiyyətin mənəvi - maddi dəyərlərinin və ideallarının mürəkkəb sistemini əks etdirir. Ona görə də cəmiyyətin bütün sosial - mədəni mozaikasında kişi və qadın cinsləri arasında süni yolla yaradılan fərqlər müşahidə olunur. Dildəki qrammatik cinslər də təbii deyil, süni xarakter daşıyır. Məs: ingilis dilində he - she -it (rus dilində on -ona -ono) fərqləri türk dillərində, o cümlədən azərbaycan dilində müşahidə olunmur. Bu dillərdə hər üç cinsi ifadə edən bir şəxs əvəzliyi var: "o".

Cinslərin qarşılıqlı münasibətlərinin tarixi - bəşər tarixinin yeni "redaksiyasıdır". Bu tarix bizim keçmiş barədə təsəvvürlərimizi əsaslı şəkildə olmasa da, əhəmiyyətli dərəjədə dəyişir, cəmiyyətin inkişafının müasir problemlərini və gələcək perspektivlərini təshih edir.

Məsələn, maskulin mədəniyyətinin tipik nümunəsi ekoloci fəlakətə doğru aparır. Bu fəlakətdən yaxa qurtarmaqda "Neft əsri" mədəniyyətindən "Günəş əsri" mədəniyyətinə keçid kömək edə bilər. Bizim gözlərimizin qarşısında baş verən ekoloji hərəkatlar, hədsiz zorakılığı və "böyüyün kiçik üzərində" hökmranlığını təbliğ edən korporativ iqtisadiyyat prinsiplərindən əl çəkməyi təkid edən qadın hərəkatları, vətəndaş hərəkatları, sülh uğrunda hərəkatlar bu sonuncu mədəniyyətin əsasını təşkil edir. Bu problemlərlə maraqlananlar aşağıdakı saytlara mürajiət edə bilərlər:

Cybergrrl.com. Voices of Women

"Cybergrrl. com. Qadın səsləri" - on-layn rejimində ünsiyyət resurslarının, eləcə də qadınlar və qızlar üçün saytların yaradılması üzrə ixtisaslaşan media-şirkətdir (ABŞ). Cari hadisələr barədə məqalələr, İnternetə istinadlar, pulsuz elektron poçtu, açıqçalar, geniş əhatəli məsələlərə dair fikir mübadiləsi aparmağa imkan verən on-layn forum qadınlar üçün bələdçi rolu oynayır.Saytın bölmələri: "Texnika" ("Texniki məsələlər", "Ekspertdən soruş", "Texniki tövsiyələr", "O, hər şeyi başa düşür", "Rəylər" (mütəxəssis məsləhətləri, aktual mövzular), "Əyləncələr"(kitablar, musiqi, idman, və s.). Dil: ingilis.

GlobeWomen.com

Bu saytı yaratmaqdan məqsəd - bütün dünyada peşəkar qadınları, müəssisə sahibləri olan və idarəetmə sahəsində çalışan qadınları birləşdirmək, bununla da onların dünya bazarında aparıcı iştirakçılara çevrilməsinə kömək edə biləcək xarici əlaqələrini asanlaşdırmaqdan ibarətdir. Saytın "Global Summit of Women" ("Ümumdünya qadınlar sammiti") bölməsi lider qadınların 1990-cı ildə başlanmış və dəyişikliklərin ideya və strategiyalarını irəlilədən aparıcı foruma çevrilmiş beynəlxalq qarşılıqlı əlaqələri barədə informasiyanı yayır. Qərarlar qəbul edilməsi üçün cavabdeh olan və ya ictimai rəyin formalaşmasında böyük nüfuza malik olan qadınlar arasında şəbəkə yaradılmasında da bu saytın böyük əhəmiyyəti var. "Global Women's Business Nefwork" ("Ümumdünya işgüzar qadınlar şəbəkəsi") bölməsi dünyanın müxtəlif qitələrində yaşayan qadınlar arasında peşəkar və işgüzar münasibətlərin genişlənməsində əsas vasitədir. Bu bölmədəki informasiya dünya bazarının imkanları, qadınların rəhbərlik etdikləri təşkilatların maliyələşdirilməsi və kapitallaşdırılması barədə məlumatlardan, işgüzar qadınlar üçün digər faydalı məlumatlardan ibarətdir. Saytın "Corporate Women Directors International"("İdarəetmə ilə məşğul olan qadınların beynəlxalq birliyi") bölməsi müxtəlif ölkələrdəki aparıcı korporasiyaların idarə heyyətlərində çalışan qadınlar barədə informasiyanı təmin edir, qadınların idarə etdiyi şirkətlərin uğurları barədə müqayisəli məlumatları, konfranslar barədə elanları təqdim edir. Dil: ingilis.

Women of Vision and Action (WOVA)

WOVA təcili sosial dəyişikliklərin zəruri olmasını başa düşən və bu dəyişikliklərin həyata keçirilməsinə kömək edən qadınların ümumdünya şəbəkəsidir. Şəbəkənin üzvləri və onun layihələrinin iştirakçıları öz ideyalarını yerli, milli və beynəlxalq birliklərdə reallaşdırmaq üçün innovasiya həlləri axtarırlar. Şəbəkə saytının bölmələri: "Regionlar üzrə üzvlük", "Konfranslar və seminarlar", "İstinadlar kolleksiyası". Dil: ingilis.

Women's Human Rights Net

İnsan hüquqlarına dair qadın informasiya şəbəkəsinin saytı qadınların insan hüquqları, iqtisadi, sosial, reproduktiv və mədəni hüquqları, təhsil, ətraf mühit, ailə, sağlamlıq, qadın alveri, informasiya texnologiyalarından istifadə məsələlərini işıqlandırır. Saytın bölmələri: "Partnyorlar", "Forumlar", "Resurslar", "Görüşlər", "Mənafelərin qorunması" və "Strategiyalar". Dil: ingilis, fransız, ispan.

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" (gender mainstreaming) strategiyasının vasitələrinə aid verilənlər bazası DIGMA.

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" (gender mainstreaming) adlanan beynəlxalq strategiyanın vasitələrinə aid verilənlər bazasında aşağıdakı bölmələr vardır: "Kompleks yanaşma: onun məqsədləri" ("Genderin qərarlar qəbul edilməsi prosesinə inteqrasiya etməsi, yaxud kompleks yanaşmanın xeyri nədən ibarətdir?"); "DIGMA: kontekst və metodologiya" (məsul qərarlar qəbul edən bütün adamların "mainstreaming" prosesinə cəlb edilməsi, DIGMA : kompleks yanaşmanın reallaşdırılması üçün gözəl həlldir; kompleks yanaşma strategiyasının tətbiq vasitələrinə dair verilənlər bazası; "vasitələr" anlayışının tərifi; Avropa verilənlər bankı; DIGMA-nın tərəfdaşları); "Gender və sabah məsul qərarlar qəbul edəcək adamlar"; eləcə də verilənlər bazasının istifadəçiləri üçün texniki tövsiyələr. Dil: fransız. 

 

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb