Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 10 FEMİNİZM VƏ SOSİAL-İQTİSADİ İNKİŞAF


Dekabr, 2002-Cİ

 

Qadın və kişi dəyərlərinin sağlam balansı cəmiyyətin yaxınlaşmaqda olan problemləri həll etməsində ona kömək etməlidir.

Gender tədqiqatları təkcə qadını kişinin hökmranlığından xilas etməyə yönəlməmişdir. Çox güman ki, bu araşdırmalar insan cəmiyyətinin bütün üzvlərinin hüquqlarını və xüsusiyyətlərini nəzərə almağa çağıran "demokratizmin" bir növüdür. Bu mövzunun əsas inkişaf konsepsiyaları gender araşdırmaları problematikası sahəsində müasir vəziyyəti aydınlaşdırmağa kömək edər.

Ekologiya, militarizm, azlığa qarşı qəddarlıq və zorakılıq ilə bağlı müasir problemlər, eləcə də elmi, siyasi, iqtisadi, mənəvi və ideoloji konsepsiyaların böhranı aşağıdakı saytlarda nəzərdən keçirilir:

Center for Education and Counselling of Women (CESI)

Zaqrebdə (Xorvatiya) qadınlara təhsil və məsləhət verilməsi üzrə mərkəz (CESI). Maraq dairəsi - insan hüquqlarının, qadınların və azlıqların hüquqlarının pozulması problemləri, millətçiliyin və militarizmin təzahürü və s.; "Məqsədlər" (əsas məqsədlər-qadınların öz həyatları, fiziki, iqtisadi, psixoloji rifahları üzərində nəzarətin gücləndirilməsi, gender bərabərliyi dəyərlərinin irəli çəkilməsi); "Fəaliyyət"(qadınların insan hüquqları sahəsində yerli cəmiyyətlər üçün qadın sağlamlığı tədqiqatları, qadın maraqlarının irəli çəkilməsi, qeyri-zorakı münasibət, gender həssaslığı, QHT-nin inkişafı); "Nəşrlər" (bukletlər, nəşrlər); CESI "Tribunela" bülleteni; "Hesabatlar" (1999 və 2000-ci illər üzrə illik hesabatlar); başqa bölmələr. Dil: ingilis, xorvat.

Guide to Uncovering Women's History in Archival Collections

"Öyrənilməmiş qadın tarixi arxivləri üzrə soraqça" Texas universitetinin (San-Antonio, ABŞ) "Qadın və gender tədqiqatları arxivi" layihəsi üzrə yaradılmışdır. Saytda qadınlar haqqında və ya qadınlar tərəfindən yazılmış, az məlum olan ilkin sənədlərin saxlandığı arxiv səhifələrinə, kitabxanalara və digər İnternet informasiyası mənbələrinə istinadların soraqça-siyahısı təqdim edilir. Tərtibçi-Jill Jekson (Jill Jacson), arxiv müdiri. Dil: ingilis.

Network of East-West Women (NEWW)

Şərq və Qərb qadınlar şəbəkəsi - beynəlxalq informasiya şəbəkəsinin saytı olub keçmiş Sovet İttifaqında, Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan qadınların imkanlarını genişləndirmək məqsədilə yaradılmışdır. Bu məqsədlə öyrədici proqramların birgə həyata keçirilməsi, informasiya mübadiləsinin fəallaşdırılması və əməkdaşlıq, elektron kommunikasiya vasitələrindən istifadə etməklə yeni əlaqələr yaradılması kimi üsullar tətbiq edilir. NEWW feminist proqram və layihələri dəstəkləyir. NEWW saytının bölmələri: "NEWW info-layihələri", "On-layn xidmətləri" (ingilis və rus dilli ünvan sahiblərinin siyahısı), "NEWW üzvü olun", "Nəşrlər"(NEWW nəşrləri və digər feminist qəzet, jurnal və bülletenləri), "Bacılıq istinadları", "Yeniliklər", "İmkanlar" (qrantlar, konfranslar və s. barədə informasiya). Dil: ingilis.

Penelopes

Saytın məqsədləri - bütün media növlərini istifadə etməklə qadınlar haqqında və qadınlar üçün informasiyanın nəşri, üzə çıxarılması və yayılması. Saytın bölmələri: "Pekin üstəgəl beş", "Yumor", "Aktual"("Penelop" təşəbbüsləri, beynəlxalq tədbirlər, sənədlər, həmrəylik aksiyaları, kitab və jurnallar haqda informasiya, istinadlar), "Kibernetik qadınlar", "Sənədlər"("qadın yaddaşı" arxivi), "Simona de Bovuar", "Tədqiqatlar", "Ayın yenilikləri", "Biz kimik?" və başqaları. Dil: fransız.

Sisterhood Is Global Institute (SIGI)

"Bacılıq - Ümumdünya institutu" - qadın hüquqlarının müdafiəsi üzrə beynəlxalq qadın şəbəkəsidir. Şəbəkənin üzvü olan və dünyanın 70 ölkəsini təmsil edən 1300-dən çox qadının fəaliyyəti hüquq maarifləndirmə vasitələrinin köməyi ilə qadınların imkanlarını genişləndirməyə yönəldilmişdir. Saytda insan hüquqlarına və qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair təlim materialları, təşkilatların siyahıları, həmçinin bu mövzular üzrə biblioqrafiya vardır. Dil: ingilis.

Women in National Parliaments

"Women in National Parliaments" ("Qadınlar milli parlamentlərdə") səhifəsində 177 ölkənin parlamentləri haqqında Parlamentlərarası ittifaq tərəfindən (aşağı və yuxarı palatalar üzrə ayrı-ayrılıqda məlumatlar: seçgilərin tarixi, parlamentdə yerlərin sayı, qadınlar tərəfindən tutulan yerlərin sayı, onların faiz tutumu) təqdim olunmuş statistik informasiya (2000-ci il 15 aprelə olan vəziyyət) vardır. Dil: ingilis.

Women In Science, Engineering And Technology (WITEC)

"Qadınlar elmdə, texnikada və texnologiyada" verilənlər bazası Xallam Şeffild (Sheffield Hallam University) adına Universitet tərəfindən işlənib hazırlanmışdır. Bu bazada göstərilən sahələrdə avropalı qadın-mütəxəssislər, Avropada və Böyük Britaniyada bərabər imkanların təmin edilməsi ilə bağlı tədbirlər, yeniliklər, bərabər imkanların tarixi perspektivləri və bu imkanları təmin edən təşkilatlar haqqında informasiya vardır. Dil: ingilis, alman, fransız.

Woman International Center (WIC)

Beynəlxalq qadın mərkəzi - qeyri-kommersiya təhsil təşkilatıdır. WIC-in məqsədi - qadın hüquqlarının tanınmasına, onlara hörmət edilməsinə və dəstəklənməsinə nail olmaq; qadının və onun bəşər tarixinə pozitiv töhfələrinin tərənnümü. Mərkəzin nəzdində bütün dünyadan olan qadınlar üçün daimi informasiya və təlim təşkilatının - Beynəlxalq qadın institutunun (Women's International Institute) yaradılması bu məqsədlərə uyğundur. Dil: ingilis.

Women in the Middle East

"Yaxın Şərqdə qadınlar" assosiasiyası, Yaxın Şərqin və Şimali Amerikanın tədqiqatlar Assosiasiyasının üzvüdür və Yaxın Şərq qadınlarının problemlərinin ixtisaslı tədqiqatlarının dəstəklənməsi məqsədilə yaradılmışdır. Assosiasiya konfranslar təşkil edir, orijinal tədris proqramları tərtib edir, "The Association for Middle East Women's Studies Review" adlı aylıq jurnal nəşr edir. Dil: ingilis.

Women's Documentation Center Library

Bolonya şəhərindəki sənədləşdirilmiş Qadın mərkəzinin kitabxanası - İtaliyada gender tədqiqatları üzrə ən dolğun kitabxanadır. Feminizm, iş, siyasət, qanunvericilik, seksuallıq, moda, incəsənət, tarix, elm, din, fəlsəfə, psixologiya, psixoanaliz, təhsil, ədəbi tənqid, poeziya və belletristika sahələrində qadınların dünyaya baxışı tədqiq olunur və ümumiləşdirilir. Kitabxana XVII əsrin axırlarında "Orlando" Assosiasiyası - həm siyasətdə, həm də tədqiqat işlərində fəal mövqe tutan bir qrup qadın tərəfindən təsis edilmişdir. Kitabxananın iriləşdirilməsi layihəsi bəyənilmişdir ki, bundan sonra o, birinci Milli qadın kitabxanası və arxivi olacaq. Dil: italyan.

Women's Issues Information Centre (WIIC)

WIIC - qadın tədqiqatlarının informasiya mərkəzidir (Litvada). Mərkəz litva dilində aylıq, ingilis dilində isə rüblük "Woman's World" bülleteni nəşr edir. Mərkəzin məqsədləri: gender bərabərliyi, məsuliyyət və həyatda imkanlar uğrunda mübarizə; sosial patriarxat göstərişləri, qadınların cəmiyyətdə status və rolunu dəyişmək; qadınların özləri barədə fikrini yüksəltmək; yerli və milli siyasət səviyyəsində qadınların təmsil olunma dərəcəsini artırmaq. Saytda: "Nəşrlər" (məqalələr, hesabatlar, məruzələr), "Mərkəz haqqında", "Seminarlar və konfranslar", "Məqsəd və vəzifələr", "Litvada qadın təşkilatlarına dair verilənlər bazası". Dil: ingilis, litva.

Women.library.kr.ua

"Womem. library. kr. ua"- Ukraynada, qadın QHT-yə - qadınlar üçün Kirovoqrad informasiya mərkəzinə (OCIC) məxsus olan ilk saytdır. Təşkilat 1996-cı ildə Kirovoqrad regional kitabxanasının əməkdaşları tərəfindən həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyinə nail olmaq məqsədilə qadın hərəkatının müxtəlif aspektləri və istiqamətləri üzrə informasiya bazası kimi yaradılmışdır. Təşkilat əsas diqqəti təhsil məsələlərinə, həmçinin qadın liderliyi, qadının insan hüquqları, informasiyadan istifadə və ev zorakılığı mövzuları üzrə araşdırmalar üzərində cəmləşdirir. Mərkəz regionun qadın QHT və qadın tədqiqatları verilənlər bazasını işçi vəziyyətdə saxlayır.Saytın bölmələri: "Təşkilatın məqsəd və vəzifələri", "Bizim fəaliyyət", "Kirovoqrad vilayətində qadın təşkilatları". Dil: ingilis, ukrayna.

Women Welcome Women

Women Welcome Women ("Qadınlar qadınları salamlayır") - xalqlar arasında dostluğun inkişafına yardım edən, müxtəlif ölkələrdən olan qadınlar üçün görüş və ünsiyyət təşkil edən beynəlxalq qadın təşkilatıdır. Saytda: təşkilat, onun məqsəd və vəzifələri, iş prinsipi, təsisçiləri haqqında informasiya; təşkilata necə üzv olmaq barədə məlumatlar; başqa saytlara istinadlar. Dil: ingilis.

Women in Informal Employment: Globalizing and Organizing (WIEGO)

"Qadınlar qeyri-formal məşğulluq sahəsində: qloballaşma və təşkilatlanma prosesi" - fəaliyyətləri qadınların iqtisadiyyatın qeyri-formal sektorunda statusunu yüksəltmək üçün statistikanın təkmilləşdirilməsinə, müvafiq tədqiqatlar aparmağa, müəyyən siyasət yeritməyə və proqramlar həyata keçirməyə yönəlmiş təşkilatların və ayrı-ayrı şəxslərin beynəlxalq koalisiyası. Saytda: "Wiego haqqında", "Proqramlar", "Bütün dünya üzrə Wiego üzvləri", "Faktoloji bülletenlər", "Nəşrlər", "Yeniliklər və hadisələr", "Əlaqələr". Dil: ingilis.

Women's Connection Online (WCO)

Women's Connection Online (ABŞ) - öz şəxsi işi olan və ya hər hansı bir ixtisasa malik olan qadınların aparıcı təşkilatıdır. Təşkilat çap nəşrləri buraxır - resurs təşkilatların yenilikləri, yeniliklərin gündəlik buraxılışları və məqalələr, həmçinin qadın təşkilatlarının , diskussiya qruplarının və interaktiv qarşılıqlı təsir vasitələrinin ətraflı siyahılarını; qadınlar üçün vacib olan informasiyanı yayır. Dil: ingilis.

Women's Environment and Development Organization (WEDO)

Ətraf mühitin mühafizəsi və inkişaf üzrə qadın təşkilatı (Nyu-York, ABŞ) - qadınların imkanlarının genişləndirilməsi və bütün səviyyəli qərarlar qəbul edən orqanlarda onların bərabər iştirak etməsi vasitəsilə bütün insanlar üçün sosial, iqtisadi və siyasi ədalətə nail olmaq yolu ilə bütün planetdə sülhə və sağlamlığa nail olmaq üçün cəmiyyətin dəyişdirilməsi istiqamətində fəal iş aparan beynəlxalq hüquq-müdafiə şəbəkəsi.

Women's Infoteka - Women's information and documentation center

Qadın İnfotekası (qadın informasiya və sənədləşmə mərkəzi) 1992-ji ildə Zaqreb şəhərində (Xorvatiya) yaradılmışdır. Fəaliyyətinin əsas istiqamətləri: informasiyanın, nəşrlərin yığılması və yayılması, "Xleb i rozı" jurnalının buraxılışı, təhsil sahəsində fəaliyyət, tədqiqatların aparılması və dəstəyi. Dil: ingilis.

Women's World Banking (WWB)

Bütün dünyada qadın sahibkarlığının inkişafına kömək məqsədilə yaradılmış "Ümumdünya qadın bank işi" (WWB) (Nyu-York, ABŞ) qeyri-kommersiya təşkilatının səhifəsidir. Səhifənin müəllifi - Hari Srinivasdır (Hari Srinivas). "Women's World Banking (WWB) - "Virtual Library on Microcredit" ("Mikrokredit üzrə virtual kitabxana") saytının "Qadınların ictimai inkişaf proqramlarında kreditlərdən istifadə imkanının genişlənməsi" bölməsində bir səhifədir. Səhifənin materialları: "Ümumdünya qadın bank işi", "Qadın məsələləri üzrə bank işi - bütün dünyada kiçik biznes sahəsində çalışan qadınlara maliyyə köməyinin göstərilməsi", "Sahibkarlıq fəaliyyətinin öyrənilməsi və informasiya şəbəkələri üzrə təşəbbüs", "Ümumdünya qadın bank işi - məruzə", "Ümumdünya qadın bank işi üzrə nəşrlər", "İngilis və ispan dillərində nəşrlərin kataloqu". Dil: ingilis.

iVillage.com: The Women's Network

"iVillage. com" ( Nyu-York, ABŞ) on-layn qadın şəbəkəsi qadınlara (25 yaşdan 54 yaşa qədər) həyatın müxtəlif sahələrində öz mövqelərini möhkəmlətməyə kömək edir; karyera, pul sahəsi, cins, ailə münasibətləri, səhiyyə, istirahət, əyləncə və s. ilə bağlı məsələlərlə məşğul olur. "iVillage. com" ictimai diskussiyalar təşkil edir, geniş dairəli məsələlər üzrə peşəkar məsləhətlər , elanlar təqdim edir. Dil: ingilis.

www.infofemmes.com

Fransada (CIDF) qadın hüquqları üzrə informasiya mərkəzlərinin saytı. Saytın bölmələri: "Özünüməlumatlandırma" (informasiya vərəqləri, bələdçilər, kitablar, saytlar), "Suallar-cavablar", "Biz dünyanı kəşf edirik" (missiyalar, nəşrlər, olaylar), "Forum" (ailə zorakılığına qarşı), "Avropa kampaniyaları", "Kontrasepsiya barədə məlumatlandırma kampaniyaları" və b. Dil: fransız.

Gender tədqiqatları yalnız qadını kişinin hökmranlığından xilas etməyə yönəlməyib, insan cəmiyyətinin bütün üzvlərinin, xüsusən öz hüquqlarını müdafiə etmək imkanları məhdud olan azlıqların hüquqlarını və xüsusiyyətlərini nəzərə almağa çağıran "demokratizm" dünyagörüşünün bir növüdür. Bu halda gender tədqiqatlarının siyasi aspekti ön plana çıxır və göstərir ki, ayrıca götürülmüş bir xalq, ölkə, hətta bir qrup ölkə də "qəbul edilmiş" olandan fərqli dinə, dünyagörüşünə, mənəviyyata malikdirsə, o, "təhkimli qadın" vəziyyətinə düşə bilər. Bu gün gender araşdırmalarının milli, irqi, kulturoloji və konfessional səviyyələrdə geniş ümumiləşdirmələr xarakteri alması heç də təsadüfi deyil. Azərbaycanın tarixində bu vəziyyət xüsusilə qanunauyğundur. Çünki bu ölkə öz geosiyasi vəziyyətinə və təbii sərvətlərinə görə uzun illər boyu "dünyanın sahibləri" tərəfindən dəfələrlə zorakılığa və təzyiqə məruz qalmışdır. On ildən çox davam edən Qarabağ münaqişəsi və onunla bağlı beynəlxalq hadisələr dünyada yeridilən patriarxal siyasətin davam etməsinin birbaşa nəticəsidir. Bu gün Azərbayjanda inkişaf etməkdə olan gender araşdırmaları bu sahədə dünya təcrübəsini nəzərə almalıdır. Bu, qadın hüquqları uğrunda adi siyasi mübarizə deyil, milli və ümumbəşəri dəyərləri özündə sintez edən harmonik, mənəviyyatlı və bütöv bir cəmiyyət yaratmaq uğrunda mübarizədir, həqiqi demokratiya və açıq cəmiyyət uğrunda mübarizədir. 

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb