Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 11 GENDER VƏ YOXSULLUQ


Yanvar, 2003 
 
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi xarakterli islahatlar qadınların iqtisadi fəallıq səviyyəsini çox dəyişmişdir. İslahatlar dövründə həm qadınların ümumi məşğulluq səviyyəsi, həm də onların peşəkar statusu zəifləmişdir.

Əmək bazarında gender asimmetriyası xüsusilə nəzərə çarpır. Bu, öz əksini ən müxtəlif formalarda, qadınların az ödənişli və sosial nərdivanın aşağı hissəsində qeyri-nüfuzlu işçi yerlərinə sıxışdırılması və i. a. qeyri-formal məşğulluq sahələrindən başlayaraq, işə götürülən zaman cinsə görə diskriminasiyada tapır.

Qərar qəbul etməklə əlaqəli məsul, qabaqcıl peşə və vəzifələrə qadınların az irəli çəkilmələri - yəni fərqqoyma siyasəti nəzərə çarpacaq dərəcədə artmışdır. Ticarət, ictimai yeyinti kimi əvvəllər əsasən qadınların çalışdığı yüksək feministli sahələrdə, indi onlar 25-17% ixtisar olunmuşlar. Xüsusilə sığorta, kredit buraxma və maliyyə sahələrində qadınların sayı kəskin azalmışdır. Eyni zamanda, axır 3 ildə əmək haqqının ən çox artımı , məhz bu sahələrdə qeyd edilmişdir. Nəticədə bank sahəsinə kişi axını xeyli artmış, qadınlar isə müxtəlif subyektiv bəhanələrlə sıxışdırılmışdır.

Son illərdə iqtisadiyyatın daha az əmək haqqı ödənilən sahələrində qadınların sayı çoxalmış, kişilərlə qadınların orta əmək haqqı arasındakı fərq isə artmışdır. İslahatların, bazar iqtisadiyyatından başqa, əmək haqqını bütün məhdudiyyətlərdən azad etməsi, kişi əməyinin yüksək qiymətləndirilməsinə və məşğulluğun iki sektorlu modelinin formalaşmasına, qadınların ikinci sektora sıxışdırılmasına gətirib çıxarmışdır. Respublikada bir-birilə rəqabət aparmayan iki bazar yaranmışdır: birinci - nisbətən yüksək əmək haqqı və perspektivlərin olması; ikinci - aşağı əmək haqqı, qeyri-stabillik və perspektiv artımın olmaması, pis əmək şəraiti. Qadınlar məhz ikinci sektora sıxışdırılmışlar.

  • Yüksək ixtisaslı əqli əməklə bağlı işçi yerlərindən qadınların sıxışdırılması;
  • Qadınlar iqtisadiyyatın büdcə sektoruna daha çox yönəmlidirlər, belə ki, ailə naminə stabil və minimal risqə üstünlük verirlər, lakin dövlət qarşılıqlı olmaqdan imtina edir;
  • Dövlət ənənəvi gender "hakimiyyət piramidası"nı qoruyub saxlayaraq, qadınları qərar qəbul etməyə yaxın qoymur;
  • Dövlətin metodikasını şəxsi sektor da təqlid edərək qadınları qərar qəbul etməyə yaxın qoymur;
  • Azərbaycanda qadınların orta əmək haqqı uyğun olaraq kişilərin əmək haqqının 40%-dən azını təşkil edir (müqayisə üçün: sosialist modeli dağılana, bazar iqtisadiyyatına keçənədək də bu göstərici var idi, lakin 70% təşkil edirdi. Orta yaşlı qadınların "inkişaf etmiş sosializm"üçün keçirdiyi nostalji hisslərin səbəbi də elə budur;
  • Müstəqil iqtisadçıların fikrincə, qadınlarla kişilər arasındakı ayrı-seçgilik Azərbaycanda 25-30%-dən yuxarıdır.

  • Dünya Bankının dəstəyi ilə Azərbaycanda yoxsulluqla mübarizə üzrə BMT Proqramı başlanmışdır. 15 sahə qrupları yaradılmış, o cümlədən gender problematikası sahəsində çalışan QHT-lər də cəlb edilmişlər. Əsas tədqiqatlar və praktiki göstərişlərin işlənib hazırlanması səhiyyə, təhsil, sosial siyasət, iqtisadiyyat nazirliyi, kredit-maliyyə orqanlarının komissiyalarına həvalə edilmişdir. 2001-ci ilin dekabrında sahə işçi qrupları öz təklif və strategiyalarını, Proqramın həyata keçirilməsinə sərf olunmuş xərci daxil etməklə, tamamilə formalaşdırdılar. Bu sənədlərin əsasında Nazirlər Kabineti "Məcburi köçkünlərə və müvəqqəti yerlərini dəyişmiş şəxslərə yardım tədbirləri haqqında" qərarını qəbul etmişdir. Eyni zamanda bu qərarla qaçqın qadınların və məcburi köçkünlərin iş yerləri ilə təmin edilməsi üzrə Proqram təsdiq edilmişdir.

    Qadınların vəziyyətinin yaxşılaşdırılması və milli siyasətə gender yanaşmalarının tədbiqi olmadan əsl demokratik inkişaf ola bilməz. Ölkəmizdə qanunvericilikdə və sosial-iqtisadi sahədə həyata keçirilən müvafiq islahatlar, bazar iqtisadiyyatına və vətəndaş cəmiyyətinə müvəffəqiyyətli keçidin qarantı kimi çıxış edirlər.

    Məlum olduğu kimi, Beynəlxalq maliyyə-bank və elmi institutlar tərəfindən qəbul edilmiş yoxsulluq səviyyəsinin qiymətləndirilməsi üçün başlıca meyarlar aşağıdakılardır: baza təhsilinin səviyyəsi, səhiyyə sahəsində xidmətlərin təqdim edilməsi, qida, su və kanalizasiya ilə təmin edilmə dərəcəsi, həmçinin gəlirlərin, məşğulluğun və əmək haqqının səviyyəsi. Göstərilən meyarlardan Azərbaycanda kifayət qədər yüksək olanı (97%) baza təhsilinin səviyyəsidir. Yerdə qalan meyarlara görə Azərbaycan həm elmi əsaslandırılmış norma və standartlardan, həm də dünyanın bir çox ölkələrindən xeyli geri qalır.

    Ümumdünya Bankının ekspertləri tərəfindən 1995-ci ilin avqustundan 1996-cı ilin yanvarına kimi aşağıdakı sorğular keçirilmişdir: 91-ci qrupda Qrup Sorğusu (QS), qeyri-hökumət Sorğusu (QHS) və Azərbaycanda həyat səviyyəsi Sorğusu (AHSS). Bu sorğuların nəticələri öz əksini Ümumdünya Bankının məruzəsində tapmışdır. Bu sənədə əsasən 1995-ci ildə yoxsulluq səviyyəsi üzrə vəziyyət belə olmuşdur:

    (faizlə)

      yoxsullar o cümlədən çox yoxsullar yoxsul olmayanlar
    Azərbaycan üzrə bütövlükdə ailə təsərrüfatı 61,5 20,4 38,5
    Bakıda ailə təsərrüfatı 59,6 19,6 40,4
    Qaçqınların və məcburi köçkünlərin ailə təsərrüfatı 74,5 37,5 25,5


    2002-ci ilin ilkin nəticələrinə görə:

    əhalinin sayına görə ÜDM (Ümumi Daxili Məhsul) 664 ABŞ dolları təşkil etmişdir. Bu göstəriciyə görə Azərbaycan 189 dünya ölkəsi arasında 98-ci yeri tutur və BMT təsnifatına görə inkişaf edən yoxsul ölkələr sırasına aid edilmişdir;

  • əhalinin sayına 505 dollar düşürdü ki, bu da müvafiq olaraq ayda 42 dollar təşkil edir (gündə 1,4 dollar);
  • işləyənlərin orta aylıq əmək haqqı 45,8 dollar təşkil etmişdir (gündə 1,53 dollar);
  • təqaüdçülərin sayı 1,2 mln. nəfər və yaxud əhalinin ümumi sayının 15%-ni təşkil etmişdir və onların orta aylıq təqaüdü 17 dollar (gündə 0,57 dollar) təşkil etmişdir;
  • əhalinin banklara manat əmanətləri dollar ekvivalentində 1995-ci ildə 15,58 mln. dollardan, 2000-ci ildə 9,38 mln. dollara qədər azalmışdır;
  • cəmiyyətin az təminatlı təbəqələrinə göstərilən dövlət xidmətlərinin (elektrik - qaz - su təchizatı, təhsil, səhiyyə, meliorasiya, ekologiya və s.) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması;
  • adamın (şəxsin) təqaüdə çıxdıqdan sonra müvafiq gəlirlə təmin edilməsini daxil etməklə, sosial müdafiə sisteminin təkmilləşdirilməsi.

  • Hökumətin yuxarıda göstərilən əsas fəaliyyət prinsipləri, sabit qiymətlər zəminində, yoxsulluğun aradan qaldırılması və yeni iş yerlərinin açılmasına səbəb olacaq tarazlaşdırılmış iqtisadiyyatın inkişafına gətirib çıxarar.

    2001-ci ildə hazırlanmış "Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına dair Əsas Qanun" 2002-ci ilin yanvarında Dünya Bankının ekspertlərinə, Beynəlxalq valyuta Fonduna, Avropa bərpa və inkişaf bankına, həmçinin YASDP layihəsində iştirak etməyi arzulayan digər tərəflərə təqdim edilmişdir. 2002-ci ilin fevralında "Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı" adlı milli seminar keçirilmişdir. Bu seminarda bütün komissiya və işçi qruplar, beynəlxalq təşkilatların nümayəndələri, QHT-nin, özəl sektorun, KİV-in, ictimaiyyətin iştirakı ilə ölkəmizdə yoxsulluğun ləğv olunması istiqamətləri müzakirə edilmişdir.

    Fevral ayında Prezident "Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı" əsas sənədi bəyənmişdir.

    Aprel ayında Azərbaycanda start götürmüş "Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı"nın əsas strategiyaları ölkəmizdə keçid dövrünün çətinliklərini aradan qaldırmağa kömək edəcək.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb