QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
“BƏRABƏR HÜQUQLAR–BƏRABƏR İMKANLAR” ŞÜARI ALTINDA UŞAQ FESTİVALI KEÇİRİLMİŞDİR
AzərTAc xəbər verir ki, “Lotos” əlilliyin dərki və təlim mərkəzi,
“Dəcəllər” uşaq kukla teatrı ictimai birliyi, “Sahib” əlil və kimsəsiz
uşaqların hüquqlarının müdafiəsi cəmiyyəti Açıq Cəmiyyət
İnstitutu–Yardım Fondunun (SOROS Fondu) maliyyə dəstəyi ilə “Bərabər
hüquqlar–bərabər imkanlar” şüarı altında festival keçirmişlər.
T.İsmayılov adına “Uşaq dünyası” qalereyasında təşkil olunmuş
mərasimdə adı çəkilən qurumların nümayəndələri çıxış edərək
bildirmişlər ki, tədbirin keçirilməsindən əsas məqsəd əlilliyi olan
uşaqların cəmiyyətə daxil olmasına, istedadlarının üzə çıxmasına yardım
göstərmək, onlara və ailələrinə mənəvi dayaq durmaq, “xəstə və sağlam”
bölgüsünü aradan qaldırmaqdır. Qeyd olunmuşdur ki, bütün uşaqlar bizim
gələcəyimizdir və onların fəal həyata qatılmasına yardım edilməlidir.
Dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların
nümayəndələrinin də iştirak etdiyi festivalda uşaqlar tamaşa göstərmiş,
əl işlərini nümayiş etdirmiş, sağlam yaşıdlarından fərqlənmədiklərini
sübut etmişlər. Təklif olunmuşdur ki, əlilliyi olan uşaqların
ümumtəhsil məktəblərində öz yaşıdları ilə bir yerdə təhsil almasına
şərait yaradılsın, onlar cəmiyyətdən kənarda qalmasın, göstərilən
diqqət və qayğını daim hiss etsinlər.
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|