Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 12 VALEYNSOLOKİYA


Fevral, 2003

 

Müasir dövrdə beynəlxalq qadın təşkilatlarının təcrübəsində zorakılığın bir çox aspektləri gender münaqişəsi kimi qiymətləndirilir.Bu halda qadın fiziki zərər vurulma obyektinə çevrilir.Amerikanın "Qadınlar zorakılıq təhlükəsi ilə mübarizədə" qeyri-hökümət təşkilatı, zorakılığın qarşısını alınmasında kömək edən tədbirlər kompleksi təqdim edir.AGİM bu təşkilat tərəfindən təqdim edilmiş treninq metodikasını uyğunlaşdırmışdır.Butövlikdə bunu üç istiqamətdə birləşdirmək olar: özünun evi,güçə,iş.

Özünümüdafiənin psixologiyası.

Göz yaşı tökməklə sizi tə'qib edənin ürəyini yumşaltmağa çalışmayın, çünki sizin zəifliyinizi hiss etdikdə onda aqressiya üçün əlavə stimul yaranacaqdır.Əsas məsələ budur ki, özünüzün müdafiə olunduğunuzu göstərəsiniz.Bundan ötrü:

  • özünüzü elə aparın ki, guya görüşə gedirsiniz,buna görə də tə'qib olunduğunuz zaman qarşınıza çıxan ilk adamı öz tanışınız kimi qələmə verərək ona müracət etməyə utanmayın,sakitcə həmin şəxsə yaxınlaşıb vəziyyətin mürəkkəbliyini ona izah edin.
  • özünüzü nümayişkarana şəkildə təmkinli göstərərək,cinayətkarın gözlərinə baxın.
  • çalışın ki,gözünüzü onun gözündən çəkməyəsiniz.Özünüzü elə göstərin ki,guya əsla narahat deyilsiniz.
  • qəflətən ona dəqiq bir sual verin.("Mənim dalımca gəlmək sizi bezdirməyib?"; "Deyəsən, Siz mənim dostumla görüşmək istəyirsiniz?", kənd yerində konkret adamın adını çəkmək,sonra isə həmin adamdan üzr istəmək olar) və s.

  • Yadda saxlayın ki,sizin davranışınız sizi tə'qib edənin reaksiyasına çox tə'sir göstərə bilər.Adətən, reaksiyanın dəyişməsi, yəni həmin adamın gözlədiyi reaksiya əvəzinə başqa cavab alması onu çaşdırır.Bu psixoloji priyomun mahiyyəti - sizi tə'qib edən şəxsi ona tanış davranış modelindən çıxarmaqdan ibarətdir.

    Qadınlar öz aralarında adi söhbətlər zamanı "tanış qadınların başına gələn əhvalatlar" söyləyirlər.Guya bir qadının yalandan ürəyi getmiş,o birisi isə özünü dəliliyə vurmuş,yaxud demişdir ki, onun çox təhlükəli bir xəstəliyi var.Bu cür məsləhətlərə qulaq asmayın.Siz son dərəcə ehtiyatlı və həmişə özünüzü müdafiə etməyə hazır olmalısınız.

    ÖZÜNÜMÜDAFİƏ PRİYOMLARI VƏ QORUNMA METODLARI

    Aşağıda sadalayacağımız ən sadə texnologiyalardan qadınlar məşqçinin köməyi olmadan özünümüdafiə məqsədilə istifadə edə bilərlər. Daha mürəkkəb priyomlar isə treninqlərdə təhlükəsizlik üzrə mütəxəssis tərəfindən öyrədilməlidir.Əgər qadın qeyri-hökumət təşkilatları bu cür treninqləri müstəqil surətdə, təlimatçının köməyi olmadan keçirə bilərsə, hətta aşağıda sadalanan özünümüdafiə elementlərinin mənimsənilməsi üçün də müəyyən qədər vaxt və müvafiq məşqlər lazımdır.

    Biz təklif etdiyimiz priyomları Bakıda,Tbilisidə,Qoridə və Xaçmazda təşkil etdiyimiz treninqlərdə sınaqdan çıxarmışıq.Hər yerdə eyni bir problemlə üzləşirdik: təklif etdiyimiz metodlar qadınları əvvəlcə heyrətləndirir və hətta şok vəziyyətinə salırdı.Əlbəttə, bu metodların çox xoşagəlməz olduğunu biz özümüz də başa düşürdük,lakin biz treninqlərin iştirakçılarına deyirdik: "Sizə öyrətmək istədiyimiz şeylər qadınlar tərəfindən təbii olaraq rədd edilməlidir,çünki qadının vəzifəsi insanlara həyat bəxş etmək,xəstəlikləri sağaltmaq,adamları sevindirməkdir.Lakin yadda saxlayın ki, özünüz buna zərrə qədər də əsas vermədiyiniz halda sizə hücum edə bilərlər ( əslində treninq iştirakçılarının çoxu özləri zorakılıq qurbanları olmuşdur).Davaya birinci başlayan siz olmamısınız və əgər birisi sizə pislik etmək istəyirsə,siz özünüzü müdafiə etmək üçün bütün zəruri tədbirləri görməlisiniz".

    Özünümüdafiə texnologiyaları reaksiyanın çevikliyinə əsaslanır, çünki qadınlar öz güclərinə güvənməməlidir.Treninqlərin iştirakçılarına və sonradan öz qüvvələri ilə bu cür məşğələlər keçirmək niyyətində olanlara ilk növbədə bunu tövsiyə edirik ki,qadınlar arasında çox populyar olan "sizi izləyən şəxsin qasığına zərbə endirmək" məsləhətini yaddan çıxarsınlar.Bu hərəkətin praktiki effekti azdır və o, qəzəblənmiş cinayətkarı daha da hiddətləndirərək,qəddar hərəkətlərə sövq edə bilər.Üstəlik, bu halda o, həmişə öz qurbanını qovub çatmağa çalışacaq və siz onun əlindən qaçıb qurtara bilməyəcəksiniz.

    Sizə hücum edənin qarın nahiyəsinə kəskin zərbə endirməyiniz qaçmaqdan ötrü vaxt qazanmağınıza gömək edər.Sizə hücum edən şəxs elə bilirdi ki, siz passiv qurbansınız,buna görə də sizin hər hansı şəkildə müqavimət göstərməyiniz (yuxarıda xatırlatdığımız "qadın məsləhətindən" başqa) onu çaşdıracaq və siz qaçmağa vaxt tapacaqsınız.

    Aydındır ki, sizin əlinizin altında silah ola bilməz,lakin:

  • yanan siqareti sizə hücum edən şəxsin gözünə və ya göz nahiyəsinə yapışdırın;
  • qələmi və ya karandaşı onun sifətinə və ya yanağına sancın;
  • dezodorant və ya spray - ətir balonunun düyməsini basıb şırnağı onun gözünə tərəf tutun;
  • açarlardan da soyuq silah kimi istifadə etmək olar. Bir neçə açarı bir halqaya taxıb onu yanınızda gəzdirməyə tənbəllik etməyin.
  • Açarları qolaylayaraq, sizə hücum edən şəxsin üzünə və ya boynuna vurun;
  • çətirdən süngü kimi istifadə etmək olar, amma onu heç vaxt qolaylamayın, əks təqdirdə onu asanlıqla əlinizdən ala bilərlər;
  • metal saç sancağı, daraq, ayaqqabının hündür dabanı, şlyapanın sancağı - bütün bunlar çox səmərəli vasitələrdir.

  • Əsas məsələ budur ki, unutmayın: sadaladığımız vasitələr yalnız sizin qaçmaq imkanı qazanmağınız üçün tətbiq edilməlidir.Əgər siz özünümüdafiə məşqləri keçməmisinizsə, yerinizdə sakitcə dayanıb sizə hücum edən şəxsin nə vaxt özünə gələcəyini gözləməyiniz tamamilə mə'nasız hərəkətdir.

    Əgər yanınızda heç bir silah yoxdursa, yaxşı bir taktiki priyomdan istifadə edə bilərsiniz: hər iki ayağınızla tullanıb, var gücünüzlə xuliqanın ayağının üst hissəsinə və ya başına zərbə endirin.Bu ağrıdıcı zərbədən sonra xuliqan özünə gələnə qədər siz qaçmağa vaxt taparsınız.

    Əgər hücum edən şəxs sizi arxadan tutarsa, peysərinizi var gücünüzlə onun çənəsinə vurun.

    Əgər o sizin əllərinizdən tutmuşdursa, onun baş barmaqlarını aralamağa çalışın. Bu halda onun əlləri zəifləyəcək və siz əlinizi onun əlindən çıxara biləcəksiniz. Sadaladığımız priyomlar qadınların özünümüdafiə məqsədilə istifadə edə biləcəyi üsulların yalnız kiçik bir qismidir.Qadınların çalışdığı qeyri-hökumət təşkilatları zorakılığa qarşı mübarizəyə həsr olunmuş treninqlər keçirərkən bu priyomlardan istifadə edə bilərlər.

    ÖZ EVİNİZDƏ TƏHLÜKƏSİZLİK.

    Hamıya mə'lumdur ki, qadınlar öz mənzillərini abadlaşdırmağı və gül-çiçək yetişdirməyi çox xoşlayır.Lakin pəncərələrinizin yaxınlığında sıx kollar əkməyin.Əks halda cinayətkar özü üçün əlverişli bir vaxtda həmin kolların arasında gizlənə bilər.Şəhərli qadınlara məsləhətimiz budur ki, pəncərə qabağındakı gülləri bir də nəzərdən keçirsinlər,orada yalnız ən balaca dibçəkləri saxlasınlar, bu halda görünüş daha yaxşı olur.

    Öz poçt qutunuzun üzərində yalnız inisiallarınızı yazın, adınızı və soy adınızı poçt qutusunun üstünə heç vaxt tam halda yazmayın.

    Əgər siz çoxmənzilli evdə yaşayırsınızsa, bu heç də o demək deyildir ki, ehtiyatlı olmaq qaydalarına riayət etməyə ehtiyac yoxdur. Hazırda bizim respublikalarımızda miqrasiya prosesi geniş miqyas aldığına görə, çoxmənzilli evlərdə qonşuların dəyişməsi ehtimalı yüksəkdir.Sizin binaya təzə göçüb gələn adamların şəxsiyyəti ilə maraqlanmağa utanmayın.

    Əgər siz mənzildə təksinizsə, qapınızı döyən şəxsin kim olduğunu yəqin etməyincə, heç vaxt qapını açmayın.Qərbli qadınlarda belə bir standart qayda var - onlar tanımadığı adama qapını açmazdan əvvəl onun sənədlərini tələb etməyə utanmırlar.Bu qaydanı siz də tətbiq edin. Əgər birisi sizə telefonla zəng edir və müəyyən firmanın, yaxud ortaq tanışlarınızın adından danışırsa, bir bəhanə ilə onun telefonunu soruşub özünüz ona zəng edin.

    Yadda saxlayın ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumatlara görə cinayətkarlar çox vaxt məhz indicə təsvir etdiyimiz üsullardan istifadə edirlər.Əgər siz evdə təksinizsə və bu vaxt kimsə qapını açmağınızı xahiş edirsə, guya evin içində kiməsə müraciətlə bərkdən deyin: "Sən qalxma, mən özüm açaram".

    Cinayətkarların əksəriyyəti, o cümlədən zor işlədənlər evə gələndə özləri ilə silah götürmür.Onlar çox vaxt sizin öz bıçaqlarınıza və ya potensial silah kimi istifadə edilə biləcək başqa əşyalara ümid edirlər.Buna görə də silah kimi istifadə edilə biləcək əşyaları göz qabağında saxlamayın.

    Treninqin bu bölməsindəki materiallar təhlükəsizliklə bağlı vərdişlərin qadınlara öyrədilməsi və təhlükəli şəraitdə onların qeyri-standart təfəkkürünün inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.Lakin kənar adamın fikrincə, bir sıra məqamlar ilk baxışda hamıya mə'lum həqiqətlər kimi təsir bağışlaya bilər.Bununla belə, həmin hərəkətləri həyata keçirmək heç də asan olmaya bilər.Məsələn, treninq iştirakçıları evə gəlmiş adamdan sənəd təqdim etməsini xahiş etmək kimi,ilk baxışda elementar tə'sir bağışlayan bir qaydanı asanlıqla qavramır.Buna görə də qadınların çalışdığı qeyri-hökumət təşkilatları zorakılığa qarşı mübarizə üzrə treninqləri müstəqil şəkildə keçirmək istəyirsə, onlar hökmən inandırmaq və tə'sir göstərmək məharətinə malik olan xüsusi məşqçilər hazırlamalıdırlar.

    Qadınlar üçün treninqin proqramına təhlükəsizlik və zorakılığa qarşı müqavimət modulu ilə yanaşı, aqressiv şəraitdə davranışın korreksiya edilməsi elementləri də daxildir.Lakin bu istiqamətdə treninq məşğələlərində psixoloqun və psixoterapevtin fərdi məsləhətlərindən istifadə edilməsi səciyyəvi haldır.Təhlükəsizlik məsələləri ilə bağlı psixoloji biliklər və priyomlarla yanaşı, qadınları hüquqi biliklərlə də tanış etmək lazımdır.Məsələn, biz qadınlara qarşı zorakılıq hərəkətləri tətbiq edilən bütün hallarda asayişi mühafizə orqanlarına savadlı ərizə tərtib etməyin qaydalarını öyrətmişik.Bizim regionda çox güclü olan şərq ənənələrinə görə, seksual əlaqəyə sövq etmə cəhdləri və seksual təhqirlər,cinsi əlaqəyə məcbur etmə kimi hallarda asayişi mühafizə orqanlarına müraciət edilməsi, bir növ, eyib sayılır. Hərçənd, səmimi müsahibələr nəticəsində mə'lum olmuşdur ki, qadınların sayı seksual qəsdlərin və ya seksual təhqirlərin obyekti olmayan yalnız təqribən 9 faizə bərabərdir.Deməli, qadınl qeyri-hökumət təşkilatları bizim qadınlara hüquq mədəniyyətini öyrədə bilərlər.

     

     

    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb