Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 13 AZƏRBAYCAN SEÇKİLƏR ƏRƏFƏSİNDƏ


İyun, 2003

 

 Azərbaycan Qender İnformasiya Mərkəzi qadınların siyasi hüquqlarına, siyasi qərarların qəbul edilməsinə həsr edilmiş beynəlxalq qadın saytlarını tədqiq etmişdir.

Hal-hazırda qadın saytlarının başlıca aktual problemi elektoral proseslərdə qender kvotası məsələsi olmuşdur. Bu problemin müzakirəsinə forumların keçirilməsi zamanı kişilər də cəlb edilir.

Analiz göstərir ki, Сənub-Шərqi Asiyada kvota probleminin müzakirəsində kişi və qadınlar eyni pozitiv mövqedən çıxış edirlər. 12 latın amerikası ölkəsində qender kvotası rəsmi olaraq seçki qanunvericiliyinə daxil edilmişdir.

2003-cü ildə iki beynəlxalq qadın təşkilatı IDEA və FM birləşmiş, "Elektoral qender kvotası" portalını yaratmışlar (sayta baxmaq olar www. idea.int ). Saytda "Kvotalar - bərabərliyin açarıdır?" IDEA layihəsinin tədqiqatının nəticələri öz əksini tapmışdır.

Stokholm Universitetinin "Vətəndaş siyasi bərabərliyi" qadın təşkilatı (www. Statesvet. su.se) Şimali Avropada qadınların elektoral fəallığına dair tədqiqat aparmış və aşağıdakı nəticələrə gəlmişdir:

1. Avropa üzrə bütövlükdə qadın parlament üzvlərinin sayı 15% təşkil edir.
2. Eyni zamanda İsveçdə bu rəqəm 45,3%-dir.
3. Mərkəzi Avropa ilə müqayisədə Şimali Avropada dövlət və lokal seçki orqanlarında iştirak edən qadınların sayı 34% çoxdur.

İsveç tədqiqatçıları qadın liderliyinə dair bir sıra treninqlər təklif edir və fəal qadınları onların saytında keçiriləcək onlayn konfranslarında iştirak etməyə dəvət edirlər. Konfransın məqsədi: 50% - 50%-ə qender balansının saxlanması üçün mexanizm işləyib hazırlamaq (ikili kvota).

"Seçkili qadın kvotası" saytının portalında siz seçki qanununun müqayisəli araşdırmalarını və Argentina, Belçika və Kosta-Rikanın real təcrübəsini tapa bilərsiniz. Belə ki, bu ölkələr ikili kvotaya hüquqi tələblər həyata keçirmişlər. Bəzi ölkələrdə milli parlamentlərdə kvota kişilər 60%, qadınlar 40% təşkil edir. Bu ölkələrə Burkina-Faso, Nepal, Filippin və Uqanda daxildir. Serbiya, Bosniya və Hersoqovina, Sudanda qadınlar üçün siyasi kvotalar partiyalar üzrə mövcuddur, yəni qadınlar parlamentdə yeri partiya siyahıları üzrə alırlar.

Ekvador, Almaniya, Norveç kimi çoxlu siyasi partiyalarla təmsil olunan parlamentlərdə qadınlar ancaq iki-üç daha iri və rəsmən lider kimi tanınan partiyaların siyahıları üzrə keçirlər. Hindistan, Pakistan, Banqladeş və Fransada kvota təkcə parlament seçkilərində deyil, yerli, bələdiyyə, əyalət seçkilərində də mövcuddur.

Seçkilərdə kvota kiçik partiyaların piar kampaniyalarının komponentlərindən birinə çevrilir. Onlar qender balansına diqqət yetirərək qadın seçicilərin səsini toplamağa çalışırlar. Eyni zamanda iri partiyalar üçün qadın kvotası , tədqiqatçıların fikrinə görə qender diskriminasiyası mexanizminə çevrilir. İrəli sürülən kvota, məsələn, 5%, qadınların bu saydan artıq iştirakına imkan vermir. Bunun nəticəsi olaraq bir çox fəal qadınlar parlamentdə təmsil olunmaq hüququndan məhrum olurlar.

Azərbaycan Qender İnformasiya Mərkəzi 1990-2000-ci illər üzrə Azərbaycan dövri mətbuatının materialları əsasında Respublika vətəndaşlarının elektoral fəallığına dair özünün şəxsi tədqiqatını keçirmişdir. Azərbaycanda dəqiq elektoral statistika praktiki olaraq aparılmır, buna görə də Mərkəz müstəqil analitik mərkəzlərin məlumatlarından istifadə edib

Seçki kampaniyasında qadınların davranışına iki qrup amil təsir edir: uzunmüddətli və qısamüddətli. Uzunmüddətli amillər: təhsil səviyyəsi, səs verənin yaşadığı şəhər və bölgənin sosial-iqtisadi inkişafı, fərdin real sosial-iqtisadi vəziyyəti, tarixi keçmiş və din. Qısamüddətli amillər: KİV-in təsiri, seçki texnologiyaları, partiyanın imici, siyasətçinin imici. Elektoral fəallıq üzrə bəzi qanunauyğunluqları izləmək olar.

Bölgələr üzrə seçki fəallığı %-lə

Bölgələr 1992 1993 1995 1998 1999 2000
1 Abşeron zonası 79 94 95 87 66 75
2 Gəncə-Qazax zonası 73 81 80 75 72 69
3 Qarabağ 57 72 75 67 67 71
4 Quba-Xaçmaz 69 81 82 78 68 67
5 Mərkəzi Aran 71 86 87 80 71 73
6 Şirvan zonası 76 82 81 80 70 73
7 Naxçıvan 75 96 95 81 77 76
8 Şəki-Zaqatala 77 86 88 78 72 74
9 Cənub zonası 70 93 95 85 70 72
10 Ümumi elektoral fəallıq 73,1% 85,4% 86,4% 79,3% 70,3% 72,5%

Respublika əhalisinin 52%-ni qadınların təşkil etdiyindən çıxış edərək elektoral fəallığın nəticələrini ekrana salsaq, bəzi qanunauyğunluqlarla rastlaşarıq:

  • Naxçıvan elektoral fəallığının zirvəsi ölkə daxilinə hərəkət etdikcə getdikcə aşağı düşür.
  • Gəncə-Qazax zonası Qarabağ zonasından daha fəaldır. Bu seçki fəallığı Şəki-Zaqatala zonasında daha yüksək mərhələyə keçir.
  • Quba-Xaçmaz zonasında seçicilərin fəallığı əhəmiyyətli dərəcədə aşağı düşür.
  • Cənub zonasında elektoral fəallıq stabildir və yüksək dərəcədədir.

  • Beləliklə, belə bir nəticə çıxara bilərik: təbiətən hündür ərazilərdə yüksək seçki fəallığı müşahidə olunur. Yalnız Abşeron zonası istisna təşkil edir, lakin o, informasiya axınının və siyasi proseslərin mərkəzində yerləşir. Bundan başqa, Qarabağ elektoratının böyük hissəsi burada "lövbər" salmışdır ki, bu da Abşeron zonasını seçki kampaniyasının episentrinə çevirir.

    Cədvəldən görünür ki, 1999-cu ildə seçkilərə gəlməyənlərin faizi ən yüksək olub, bu da əhalidə informasiya məhdudluğu ilə izah olunur. Bundan sonra baş verən Şəki və Nardaran hadisələri, müxalifətin son mitinqlərinin Azərbaycan dövri mətbuatında təhlili belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan elektoratı müxtəlif amillərin təsirilə radikallaşır. Daha radikal çıxışları yada salsaq, görərik ki, ən müxalif elektorat Abşeronda, Gəncə-Qazax, Şəki-Zaqatala zonalarında yerləşmişdir. Hakimiyyətə daha çox rəğbət bəsləyən - Mərkəzi Aran, Naxçıvan və Quba-Xaçmaz zonalarının seçiciləridir.

    Azərbaycanın qərbində yerləşən bölgələr Ermənistanla sərhəddədir, bu isə ona gətirib çıxarır ki, demoqrafiq-psixoloji amillər bu elektoral kütlədə özünü mühafizə instinktlnin səviyyəsini yüksəldir. Məhz buna görə də bu bölgələrin əhalisi siyasi proseslərdə qrup şəklində iştirak etməyə meyllidirlər.

    Azərbaycan vətəndaşlarının seçki davranışının qanunauyğunluğu bundan ibarətdir ki, qonşu bölgələr çox vaxt birgə zonal mövqedən çıxış edirlər. Seçki fəallığı respublika səviyyəsində maraqları təmsil olunan bölgələrdə daha yüksəkdir. Məsələn, "Müsavat" partiyası Qarabağ və Gəncə-Qazax zonalarının maraqlarını lobbiləşdirir. ADP "naxçıvan" elektoratına, VHP Cənub zonasına arxalanır. Abşeron-Şirvan zonasında sağçı-azərbaycançı qüvvələr bloku güclüdür. Qonşuluğa əsaslanan demoqrafik-psixoloji yaxınlıq, təsərrüfat sisteminin uyğunluğu və s. seçicilərin psixotiplərini və bölgə mobilliyini şərtləndirə bilər. Ölkənin elektoral landşaftından göründüyü kimi, Azərbaycanın elektoral məkanının sxemi kifayət qədər qabaqcadan xəbər veriləndir: hakimiyyət və müxalifət. Müxalifətin elektoratı əsasən sağçılardan və sağçı-mərkəzçilərdən ibarətdir. Solçular və solçı-mərkəzçilər Azərbaycanda geniş dəstəyə malik deyil. Müxalifətin elektoratı əsasən milli-demokratlar ("Müsavat", AXCP, AMİP) və liberal- demokratlar (ADP, ALP, "Ədalət" və s.) arasında bölünüb.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb