Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 19 PEKİN PLATFORMASININ YERİNƏ YETİRİLMƏSİNDƏ UĞURLAR VƏ MANEƏLƏR


Yanvar, 2004

 
BMT-nin Baş Assambleyasının qadın hüquqları məsələlərinə həsr edilmiş xüsusi sessiyası

2004-cü il martın 1-dən 12-dək BMT-nin Baş Assambleyasının qadın hüquqları məsələlərinə həsr edilmiş xüsusi sessiyası keçiriləcəkdir. Sessiya Pekin Fəaliyyət Proqramının qəbul edildiyi vaxtdan keçən 10 il ərzində görülmüş işləri təhlil etmək üçün çağırılır. Bir sıra ölkələrdə qadınların hüquqları sahəsində tərəqqiyə nail olunduğuna baxmayaraq, indiyədək cinslərin bərabərliyi uğrunda mübarizə yolunda irəliləyiş ləng və nizamsız olmuşdur. Qadınların problemlərinə, demək olar ki, hər yerdə ikinci dərəcəli məsələ kimi münasibət bəslənilir. Qadınların gizli və aşkar ayrı-seçkiliklə üzləşməsi halları davam edir, onlar tərəqqinin bəhrələrindən daha az istifadə edirlər. Dünyanın ən yoxsul əhalisinin 70%-ni qadınlar təşkil edir.

BMT-nin hökumətlərarası orqanları kişilərlə qadınların hüquq bərabərliyini müdafiə etmək üçün fəal çıxış etdiyinə görə Baş Assambleyanın xüsusi sessiyasının hazırlanması işləri ilə də məhz BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyası məşğul olur. 1995-ci ildə Pekində keçirilmiş Konfransda Fəaliyyət Proqramı qəbul ediləndən bəri Pekin Konfransının qərarlarının yerinə yetirilməsinə nəzarət edən Komissiya hər il Fəaliyyət Proqramının ən mühüm bəndləri üzrə əldə edilmiş tərəqqini qiymətləndirir. 2003-cü ildə görülmüş işlərin qiymətləri aşağıda şərh edilir.

Pekin Fəaliyyət Proqramında nəzərdə tutulan 12 əsas məsələnin həlli yolunda əsas nailiyyətlər və maneələr

Qadınlar və yoxsulluq

1. Nailiyyətlər. Cinslərin qeyri-bərabərliyi problemi yoxsulluğun əsas səbəblərindən biridir. Bu faktın daha geniş miqyasda etiraf edilməsi istiqamətində müəyyən tərəqqi müşahidə olunur, yoxsulluğun kökünün kəsilməsi siyasətinə və müvafiq proqrama bu problemin həllinə dair bəndlər daxil edilməsi üçün səy göstərilmişdir. Sahibkarlıq fəaliyyətinin və qadınların məşğulluğunun təmin edilməsi məsələlərində əsas sosial xidmətlərin iki istiqamətində - o cümlədən, təhsil və səhiyyə sahəsində xidmətlərin göstərilməsi istiqamətində tərəqqi əldə edilmişdir.

2. Maneələr. Qadınlar arasında savadsızlığın tam aradan qaldırılmasına və təhsilin bütün səviyyələrindən və bütün növlərindən qızların istifadə etməsi imkanlarının genişləndirilməsinə yönəlmiş səylərə mane olan səbəblər arasında, başqa amillərlə yanaşı, təhsil sahəsində infrastrukturun yaxşılaşdırılması və islahatların həyata keçirilməsi üçün vəsaitin olmaması və ya az olması, cinsi mənsubiyyət əlamətinə görə daim təzahür edən ayrı-seçkilik və qadınlara qarşı qərəzli münasibət, məktəblərdə və icmalarda müəyyən məşğuliyyət növlərinin "qadınlar üçün olub-olmaması" barədə ənənəvi stereotiplərdən xilas ola bilməmək halları özünü göstərir.

Qadınların təhsili və peşə hazırlığı

1. Qadınların təhsili və peşə hazırlığı məsələlərində bütün səviyyələrdə, xüsusən bu məsələ barədə adekvat siyasət yeridilən və müvafiq vəsait ayrılan ölkələrdə tərəqqi əldə edilmişdir. Dünyanın bütün regionlarında yerli millətlərə mənsub olan qızlar və əhalinin ən zəif müdafiə olunan digər qrupları üçün alternativ təhsil sistemlərinin yaradılması, qeyri-ənənəvi bilik sahələrinin qızlar arasında təbliğ edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

2. Qadınlar arasında savadsızlığın tam aradan qaldırılmasına və təhsilin bütün səviyyələrindən və bütün növlərindən qızların istifadə etməsi imkanlarının genişləndirilməsinə yönəlmiş səylərə mane olan səbəblər arasında, başqa amillərlə yanaşı, təhsil sahəsində infrastrukturun yaxşılaşdırılması və islahatların həyata keçirilməsi üçün vəsaitin olmaması və ya az olması, cinsi mənsubiyyət əlamətinə görə daim təzahür edən ayrı-seçkilik və qadınlara qarşı qərəzli münasibət, məktəblərdə və icmalarda müəyyən məşğuliyyət növlərinin "qadınlar üçün olub-olmaması" barədə ənənəvi stereotiplərdən xilas ola bilməmək halları özünü göstərir.

Qadınlar və səhiyyə

1. Aşağıdakı sahələrdə tərəqqi müşahidə olunur: müasir kontraseptivlərdən istifadə miqyasının genişlənməsi; hamiləliyin qarşısını almaq məqsədilə kişilər üçün nəzərdə tutulan vasitələrin işlənib hazırlanması və sınaqdan keçirilməsi; qadınlar arasında VİÇ/QİÇS probleminə diqqətin artırılması; sağlam həyat tərzinə dair təhsilin komponentləri sırasına cinsiyyətlə bağlı məsələlərin, o cümlədən, yaşlı qadınların cinsi spesifikası ilə şərtlənən sağlamlıq problemlərinin daxil edilməsi; zöhrəvi xəstəliklərin profilaktikasının və müalicəsinin yaxşılaşdırılması.

2. Qadınların və qızların bütün həyatı boyu sağlamlığın mühafizəsi məsələsinə dolğun yanaşma olmaması, bu sahədə tədqiqatların və texnologiyanın lazımi səviyyədə olmaması, istifadəçilər üçün təhlükəsiz olan yaş-cins məlumatları və göstəricilərinin kifayət həcmdə olmaması bu sahədə tərəqqini ləngidir. Maliyyə və insan resurslarının çatışmazlığı üzündən, müasir tələblərə cavab verməyən infrastruktur obyektləri yaradılır və xidmətin səviyyəsi aşağı olur.

Qadınlara münasibətdə zorakılıq

1. Hökumətlər zorakılığa qarşı mübarizə üçün müvafiq islahatlar keçirilməsi, idarələrarası komissiyalar, direktivlər kimi mexanizmlər yaradılması barədə təşəbbüslər irəli sürmüşlər. Qadınların zorakılığın müxtəlif növlərindən, o cümlədən, zorlanma, seksual həyasızlıq və qadın alveri kimi neqativ hallardan qorunması üçün yeni qanunlar qəbul edilmiş və ya mövcud qanunlara müvafiq dəyişikliklər edilmişdir. Qadın genitaliyalarını şikəst edən vəhşi adətlərin kökünün kəsilməsi beynəlxalq ictimaiyyətin dəstəyini qazanmışdır və bu məsələ ilə BMT-nin Əhali Fondu tərəfindən təyin edilən Xüsusi Səfir məşğuldur.

2. Qadınlara münasibətdə zorakılığın əsl səbəblərinin lazımi səviyyədə başa düşülməməsi və zorakılığın müxtəlif növləri barədə kifayət qədər informasiya olmaması bu istiqamətdə göstərilən səylərə mane olur. Tarixən yaranmış və sosial-mədəni mühitlə şərtlənən dünyagörüşü və dəyərlər sistemi qadınların cəmiyyətdə tabe vəziyyətini daha da möhkəmlədir. Bu sahədə vəziyyətin bir qədər yaxşılaşmasına baxmayaraq, hüquq-mühafizə orqanlarının işçiləri, xüsusən cinayət hüququ üzrə mütəxəssislər bu problemlə az məşğul olur, profilaktik tədbirlər isə təsadüfi xarakter daşıyır.

Qadınlar silahlı münaqişələr dövründə

1. Keçmiş Yuqoslaviya və Ruanda üzrə yaradılmış xüsusi beyəlxalq tribunalların və beynəlxalq cinayət məhkəməsinin nizamnamə və qaydalarında silahlı münaqişələrin gedişində qadınlara qarşı törədilmiş cinayətlərə görə cinayət təqibi barədə müvafiq maddələr vardır. Barışıq və münaqişələrin tənzimlənməsi prosesinə qadınların sanballı töhfə verə biləcəyi heç kəsdə şübhə doğurmur. Bir sıra ölkələrdə qaçqın qadınların müdafiəsinə dair direktivlər qəbul edilmiş, gender əlamətinə görə təqibləri istisna edən və qaçqının cinsi mənsubiyyət əlamətinə görə statusunun müəyyən edilməsi üçün əsasa çevrilmiş qanunlar bəyənilmişdir.

2. Sülhün bərpa olunması və qorunub saxlanması, münaqişədən sonra tərəflərin barışması və dağıntıların bərpa edilməsi barədə bütün səviyyələrdə qərarlar qəbul edilməsi prosesində qadınların iştirak etməməsi ciddi maneədir. Əsasən mülkü əhalinin zərər çəkdiyi və siyasətdən uzaq adamların iştirak etdiyi münaqişələrin dəyişkən xarakteri qızlar və qadınlar üçün çox ağır nəticələrə gətirib çıxarır. Silahlardan istifadə imkanının genişlənməsi, silahların geniş yayılması, bu ölümsaçan əmtəə alverinin, xüsusən atıcı silahlarının alverinin genişlənməsi silahlı münaqişələri daha da gərginləşdirmişdir.

Qadınlar və iqtisadiyyat

1. Hökumətlər öz qanunvericiliklərini qadınların iqtisadi hüquqlarını müdafiə edən, onların iqtisadi resurslardan bərabər istifadə etməsi və işə düzələrkən kişilərlə bərabər hüquqlara malik olması məsələlərini tənzimləyən beynəlxalq əmək Konvensiyalarına uyğunlaşdırmışlar. İşləyən, xüsusən xidmət sahəsində çalışan qadınların sayı xeyli artmışdır. Hökumətlər iş yerlərində cinsi mənsubiyyət əlamətinə görə ayrı-seçkiliyi və sui-istifadə hallarını, sağlamlıq üçün təhlükəli sahələrdə qadınların işləməsini qadağan edən qərarlar qəbul etmişlər.

2. Qlobal iqtisadi tərəqqinin bəhrələri qeyri-müntəzəm bölüşdürülür, bu isə iqtisadi sahədə uyğunsuzluğun daha da genişlənməsinə, əmək şəraitinin təhlükəli olmasına, iqtisadiyyatın qeyri-rəsmi sektorunda və kənd təsərrüfatında cinslərin daim qeyri-bərabər vəziyyətdə olmasına gəətirib çıxarır. Kişilərlə eyni ixtisas səviyyəsinə malik olduqları halda qadınların gəlirləri kişilərdən az olur, onların xidmət üzrə irəliləməsi daha ləng gedir. Qadınların torpaq və başqa əmlakla bağlı mülkiyyət hüquqları yalnız bəzi ölkələrdə qanunvericilik yolu ilə təsbit edilmişdir. Qadınların həm məhsuldar, həm də reproduktiv funksiyaları yerinə yetirməsi faktının qəbul edilməməsi o deməkdir ki, qadınlar yenə də, əvvəlki kimi, daha çox məsuliyyət və vəzifə daşıyır, haqqı ödənilməyən işləri görməli olurlar.

Qadınların direktiv orqanların işində və qərarlar qəbul edilməsi posesində iştirakı

1. Dövlət idarəçiliyi məsələlərində və qərarlar qəbul edilməsində qadınların iştirakının cəmiyyət üçün vacibliyi məsələsinin həm dövlət səviyyəsində, həm də qeyri-dövlət səviyyələrində geniş müzakirəsi davam etdirilmişdir. Bu da, öz növbəsində, gender tarazlığına nail olmaq üçün əsaslı dəyişikliklər həyata keçirilməsinin zəruriliyinin daha dərindən dərk edilməsinə şərait yaratmışdır. Getdikcə daha çox ölkələrdə bu istiqamətdə pozitiv fəaliyyət siyasəti yeridilir, kvotalar sistemi və kontrol rəqəmlər tətbiq edilir, lider qadınların yetişdirilməsi üçün proqramlar işlənib hazırlanır, həm qadınlar, həm də kişilər üçün ailə vəzifələri ilə peşə vəzifələrinin eyni vaxtda yerinə yetirilməsini asanlaşdıran tədbirlər görülür.

2. De-yure bərabərliklə de-fakto bərabərlik arasında ciddi fərqlər olması vəziyyəti davam etmişdir. Gender rolları barədə ənənəvi təsəvvürlər qadınların peşə və karyera seçimini məhdudlaşdırır, onlar evlə bağlı vəzifələrin bütün yükünü öz üzərinə götürməyə məcbur olurlar. Təhsilin təşkil edilməsi üçün zəruri olan insan və maliyyə resurslarının çatışmazlığı, qadınların dövlət vəzifələri tutmaları üçün təbliğatın lazımi səviyyədə olmaması, eləcə də cinslərin bərabərliyinə nail olmağa və qadınların ictimai həyatda iştirakına yardım etməli olan seçkili vəzifələr tutan şəxslərdə məsuliyyət hissinin olmaması üzündən, mühüm qərarların qəbul edilməsi prosesində qadınların iştirakını genişləndirməyə yönəlmiş təşəbbüslərin və müvafiq proqramların həyata keçirilməsi tormozlanır.

Qadınların vəziyyətini yaxşılaşdırmağın institusional mexanizmləri

1. Cinslərin bərabərliyi uğrunda mübarizənin institusional bazası və katalizatorları hesab edilən, bu məsələ ilə bağlı işlərin bütün istiqamətlərində gender problematikasının uçotu və Pekin Fəaliyyət Proqramının müddəalarının yerinə yetirilməsinə nəzarət üçün məsuliyyət daşıyan milli mexanizmlər yaradılmışdır. Bu cür qurumların şəffaflığı, onların statusu, bu qurumların fəaliyyətindən istifadə etməyin mümkünlüyü və bu fəaliyyətin əlaqələndirilməsi baxımından müəyyən tərəqqi əldə edilmişdir. Bu qurumlar cinsi mənsubiyyət əlaməti üzrə informasiyanın toplanması, işlənməsi və yayılması üçün dövlətin imkanlarının genişləndirilməsinə şərait yaratmışlar.

2. Bu cür milli qurumların işinə əngəl törədən əsas maneə - maliyyə və insan resurslarının azlığı, cinslərin bərabərliyi probleminin və bu problemin həlli ilə bağlı fəaliyyətin əsas istiqamətlərinin lazımınca başa düşülməməsi, eləcə də bu məsələdə dövlətin üstünlük verdiyi məsələlərlə dünyagörüşü stereotipləri arasında ziddiyyət və ictimaiyyətlə əlaqənin lazımi səviyyədə olmaması faktlarıdır.

Qadınlar və insan hüquqları

1. Bir sıra ölkələrdə həyata keçirilmiş hüquq islahatları nəticəsində mülki məcəllələrdə, penitensiar müəssisələr haqqında qanunlarda, ailə və nikah münasibətlərini tənzimləyən qanunlarda qadınların sahiblik və mülkiyyət hüquqlarını, onların siyasi hüquqlarını, əmək və işədüzəlmə hüquqlarını tənzimləyən qanunlarda mövcud olan ayrı-seçkilik xarakterli müddəalar çıxarılmışdır. Qadınların bütün insan hüquqlarından de-fakto istifadə edə bilmələri əlverişli mühit yaradılması, o cümlədən, siyasi tədbirlər görülməsi, qanunun yerinə yetirilməsi üçün məcburi və nəzarət xarakterli mexanizmlərin işinin yaxşılaşdırılması, hüquqi biliklərin geniş yayılması və hüquqi mənlik şüurunun artırılması ilə bağlı kampaniyalar keçirilməsi yolu ilə qadınların bu hüquqlardan istifadə etmələri üçün tədbirlər görülmüşdür. Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi barədə Konvensiyanı ratifikasiya etmiş və ya bu Konvensiyaya qoşulmuş ölkələrin sayı 165-ə çatmışdır. Baş Assambleya həmin Konvensiyanın Fakultativ Protokolunu təsdiq etmişdir. Bu Protokol 10 iştirakçı ölkə tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcəkdir.

2. Qanunvericilikdə ayrı-seçkilik halları hələ də davam edir, ailə məcəllələrində, mülki və cinayət məcəllələrində qadınların mənafeləri hələ də tam nəzərə alınmır. Normativ-hüquqi aktlarda mövcud olan boşluqlar qeyri-bərabərlik və ayrı-seçkilik hallarını de-yure qanuniləşdirir və de-fakto əbədiləşdirir. Qadınların hüquq savadının olmaması və vəsait çatışmazlığı, qanunların yerinə yetirilməsi üçün cavabdeh olan məmurların və məhkəmə hakimiyyəti orqanlarının laqeydliyi və qərəzli mövqeyi , eləcə də qadının tabe rolu barədə adamların çoxunun şüurunda kök salmış ənənəvi dünyagörüşü stereotipləri üzündən, qadınlar ədalət mühakiməsinin imkanlarından lazımınca istifadə edə bilmirlər.

Qadınlar və kütləvi informasiya vasitələri

1. Qadınlar müxtəlif sahələrdə yüksək rəhbər vəzifələr tutmağa başlamışlar. Yerli, milli və beynəlxalq qadın informasiya şəbəkələrinin yaradılması isə kütləvi informasiya vasitələrində fəal iş aparan qadınlar barədə informasiyanın bütün dünyaya yayılmasını, bu sahədə fikir mübadiləsini və qadınların dəstəklənməsini təmin etmişdir. İnformasiya və kommunikasiya texnologiyalarının, xüsusən İnternet şəbəkəsinin inkişafı sayəsində ünsiyyət imkanları genişlənmiş, kütləvi informasiya vasitələrinin işində qadınların iştirakı fəallaşmışdır. Kişilərin və qadınların namuslu və qərəzsiz təsvir edilməsini, eləcə də informasiya proqramlarında ədəbi dildən istifadə olunmasını təmin edən professional normaların və könüllü davranış kodekslərinin işlənib hazırlanması və tətbiq olunması istiqamətində tərəqqi əldə edilmişdir.

2. Rəhbər vəzifələr tutan qadınların sayı hələ də kütləvi informasiya vasitələri sahəsində siyasətə ciddi təsir göstərmək üçün kifayət səviyyədə deyil. Bəzi yerlərdə qadınların neqativ və stereotip təsvir edilməsi hallarının sayı artmış, pornoqrafiya geniş miqyas almışdır. Bəzi jurnalistlər qadınlara qərəzli münasibət bəsləyirlər. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi kişilərin təsəvvürlərinə və Qərb mədəniyyətinə əsaslanır. İnternetin infrastrukturu kifayət qədər inkişaf etməmişdir. Bu infrastrukturlardan istifadə imkanları isə məhdud olub, siyasi əzmkarlıqdan, birgə səylərdən və maliyyə vəsaitlərindən asılıdır.

Qadınlar və ətraf mühit

1. Ətraf mühitin mühafizəsi sahəsində milli siyasətdə və müvafiq proqramlarda qadınların mənafeləri və tələbatı nəzərə alınmağa başlanmışdır. Təbiəti mühafizə məsələlərinə dair qərarlar qəbul edilməsi prosesində iştirak edən qadınların sayı artmışdır, müvafiq idarə və təşkilatlarda rəhbər və başqa vəzifələr tutan qadınların sayı da get-gedə artmaqdadır. Hökumətlər ətraf mühitin pisləşməsi ilə yoxsulluq arasında əlaqə olmasını qəbul edərək, qadınlar arasında sahibkarlığın inkişafına, qadınlar üçün yeni iş yerləri yaradılmasına, eləcə də qadınların təbii ehtiyatların idarə edilməsi və ətraf mühitin qorunması sahələrində təhsilinin təşkil edilməsi üçün müvafiq tədbirlər görməyə başlamışlar.

2. Cəmiyyət ətraf mühitin mühafizə edilməsi problemləri ilə hələ kifayət qədər tanış deyil və insanların çoxu hələ başa düşmür ki, cinslərin bərabərliyi bu problemlərin həllində jəmiyytə həm iqtisadi, həm də mənəvi səmərə gətirə bilər. Ətraf mühitin mühafizəsi siyasətində və müvafiq proqramlarda qadınların mənafeləri, təbiətdə tarazlığa nail olmaq üçün qadınların rolu və onların bu işə töhfəsi məsələləri çox vaxt nəzərə alınmır. Ətraf mühitin mühafizəsi sahəsində siyasətin müəyyənləşdirilməsində və həyata keçirilməsində qadınların cüzi iştirak etməsi və rəhbər strukturlarda onların kifayət qədər təmsil olunmaması bu sahədə vəziyyəti daha da kəskinləşdirir.

Azyaşlı qızlar

1. Qızların ibtidai təhsil və bundan daha az dərəcədə, orta və ixtisas təhsili almaları üçün məktəblərdə əlverişli şərait yaradılması, eləcə də 13-19 yaşlı hamilə qızların və gənc anaların dəstəklənməsi mexanizmlərinin yaradılması, onların evdə və elmi-texniki siniflərdə təhsil almaq imkanlarının genişləndirilməsi sayəsində bu sahələrdə müəyyən tərəqqi əldə edilmişdir. Qızların sağlamlığı, o cümlədən yeniyetmə qızların cinsi və reproduktiv sağlamlığı məsələlərinə diqqət artırılmışdır. Qadın genitaliyalarında şikəstliyə gətirib çıxaran əməliyyatlar daha bir neçə ölkədə qadağan olunmağa başlanmış, seksual təhqirə və qızlara münasibətdə vasitəçiliyə görə daha ciddi cəza tədbirləri görülməsi barədə qanunlar tətbiq edilmişdir.

2. Qadınlara və qızlara münasibətdə ənənəvi qərəzli mövqe və əslində hələ uşaq olan qızların spesifik tələbatının düzgün başa düşülməməsi, məsələn qızın evdə yerinə yetirdiyi vəzifələrin onun təhsil almasına mane olması halları qızların müstəqillik qazanmalarını çətinləşdirir, onlarda özlərinə inam hissini boğur. Qızların vəziyyəti barədə statistik məlumatların az olması, müvafiq texniki imkanlar, vəsait və mütəxəssislər sarıdan qıtlıq həmin proqramların həyata keçirilməsinə mane olmuşdur.

Üçünjü minilliyin 2015-ci ilədək nail olunması nəzərdə tutulan inkişaf məqsədləri

  • 1-ci məqsəd:
  • Dünyada yoxsulluqdan və aclıqdan əziyyət çəkən əhalinin sayı iki dəfə azaldılmalıdır.
  • 2-ci məqsəd:
  • Bütün dünyada ibtidai məktəb təhsili təmin edilməlidir.
  • 3-cü məqsəd: Qadınların hüquq və imkanlarnı genişləndirərək kişilərlə qadınlar arasında hüquq bərabərliyinə nail olmağa şərait yaradılmalıdır.
  • 4-cü məqsəd: 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının sayı üç dəfə azaldılmalıdır.
  • 5-ci məqsəd: Analar arasında ölüm hallarının sayı dörd dəfə azaldılmalıdır.
  • 6-cı məqsəd: Xəstəliklərin, xüsusən VİÇ/QİÇS və malyariya xəstəliklərinin yayılmasının qarşısı alınmalıdır.
  • 7-ci məqsəd: İnkişafın ekoloji tarazlığı təmin edilməlidir.
  • 8-ci məqsəd: Yardım, ticarət və investisiya sahələrində qarşıya müvafiq vəzifələr qoymaqla, borc yükünü yüngülləşdirmək məqsədilə uzunmüddətli inkişaf üçün qlobal tərəfdaşlıq münasibətləri tənzimlənməlidir.
  • SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb