Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"RƏSMİLƏR XARİCİ ŞİRKƏTLƏRİN ÖLKƏNİ TƏRK EDƏCƏYİNDƏN QORXURLAR"


Fəridə Hüseynova neft istehsalı ilə məşğul olan müəssisələr qarşısında ekoloji təhlükəsizliyin qorunmasına dair məsələ qaldırılmamasını bununla izah edir
Nailə İSMAYILOVA
Xəbər verdiyimiz kimi, çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, müəyyən ərazilərdə yoxlama aparan Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidməti Mərdəkan, Buzovna, Zuğulba, Pirşağı, Nardaran, Şıx çimərliklərindən istifadəni qadağan edib.
Yoxlamalar zamanı ən acınacaqlı vəziyyətin əhalinin daha çox üz tutduğu Novxanı və Pirşağı çimərliklərində müşahidə olunduğu aşkar edilib. Belə ki, bu çimərliklər xəstəlik mənbəyi olan quş və suiti cəsədlərindən hələ də təmizlənməyib. Həmçinin çimərlik üçün nəzərdə tutulmuş 10 kilometrlik sanitariya-mühafizə zolağına aid tələblər də kobud şəkildə pozulub ki, bu da yoluxucu xəstəliklərin artmasına səbəb olur. Belə ki, Şıx çimərliyinə yaxın 2 kilometrlik məsafədə Patamdar, Bibiheybət qəsəbələrinin, 20-ci sahə yaşayış məntəqələrinin çirkab suları təmizlənib zərərsizləşdirilmədən dənizə axıdılır.
Sözügedən problemlə necə mübarizə aparmaq olar? Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynovanın fikrincə, burada başlıca problem mövcud kanalizasiya sisteminin həddindən artıq köhnə olması ilə bağlıdır: "Bu onunla izah oluna bilər ki, mövcud kanalizasiya sistemi sovet illərində inşa edilib. Əlbəttə ki, o zaman bu xətt müəyyən sayda əhalinin istifadəsi üçün nəzərdə tutulub. Lakin o illərdən xeyli vaxt keçib və paytaxtda məskunlaşmış insanların sayı qat-qat artıb. Bu artım da paytaxtda yaşayış evlərinin tikintisinə tələbatı artırıb. Sözsüz ki, bu da Bakının mərkəzləşmiş kanalizasiya sistemində ciddi problemlər yaradıb. Necə deyərlər, kanalizasiya xətləri bu qədər çirkabı qəbul etmək iqtidarında deyil", - deyə o bildirdi.
Fəridə Hüseynovaya görə, məhz bunun nəticəsidir ki, kanalizasiya suları təmizlənmədən dənizə axıdılır: "Əvvəllər Bakıda çirkab su axarlarını qəbul edən 13 stansiya var idi. Hövsan stansiyası açıldıqdan sonra 9 su axarı ora istiqamətləndi, digərləri isə dənizə axıdıldı. Bu təmizlənməmiş su axarlarından biri Bayıl qəsəbəsində yerləşir. Bütün bu təmizlənməmiş sular da birbaşa dənizə axıdılır. Bayıl qəsəbəsinin coğrafi mövqeyindən də bəllidir ki, bu sular Şıx çimərliyinin ərazisinə tökülür".
Xəzər çimərliklərinin yenidən yararlı duruma gəlməsi üçün F.Hüseynova yeni kanalizasiya xətlərinin tikintisini vacib sayır. O qeyd edir ki, bu kanalizasiya xətləri müasir standartlara cavab verməli və suyun təmizlənməsini həyata keçirməlidir. "Təəssüf ki, belə müasir üsullar hələ Azərbaycanda tətbiq edilmir. Bundan əlavə hər bir vətəndaş evində avtonom təmizləyici sistem quraşdıra bilər", - deyə o əlavə etdi.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmətinin araşdırmaları göstərir ki, əgər 2005-ci ilin aprel-may aylarında dəniz suyunun çirklənmə səviyyəsi 52,3 faiz olmuşdusa, cari ilin beş ayı ərzində bu göstərici 85,5 faiz olub. Fəridə Hüseynova hesab edir ki, dəniz suyunun çirklənməsi bir il ərzində baş verən proses deyil. Ekoloqun fikrincə, sadəcə, son illər bu məsələyə daha çox diqqət yetirildiyindən problemin düşünüldüyündən də ciddi olduğu üzə çıxıb: "Həmçinin bu gün şəhərin hər yerində rastlaşdığımız hündürmərtəbəli binaların sürətli tikintisi ötən bir il ərzində baş verib. Bu evlərin böyük əksəriyyətində artıq sakinlər yaşayırlar. Necə deyərlər, suya tələbat artır. Söhbətimin əvvəlində də qeyd etdiyim kimi, paytaxtın kommunal xətləri belə gərginlik üçün nəzərdə tutulmayıb".
Müvafiq qurumlar Dənizin sanitar durumu ilə bağlı konkret işlərin görülməsini vəd edirlər. O ki qaldı Xəzər dənizinin neft ləkələrindən uzaq olmasına, ekoloq "əlbəttə ki, bu çox vacib, eyni zamanda çətin problemdir" dedi. Onun fikrincə, neft istehsalının ilkin illərində kustar üsulundan istifadə edilməsi, ekoloji duruma daha ciddi zərbə vurub. "Hazırda isə neftin sənaye yolu ilə istehsalına başlayıblar. Artıq müqavilə də imzalanıb. Lakin təsəlliverici bir məqam var ki, artıq xarici şirkətlərin bir hissəsi ölkəni tərk edirlər. Çünki neft quyularının əksəriyyəti deyildiyi qədər də böyük həcmdə ehtiyatlara malik deyil", - deyə ekloloq əlavə etdi.
Bunu ölkə iqtisadiyyatı üçün kədərli məqam adlandıran ekoloqa görə, Xəzər dənizinin ekoloji problemlərini həll etməyin yeganə yolu bütün xarici şirkətlərin Azərbaycanı tərk edəcəyi təqdirdə mümkündür: "Əlbəttə ki, Dövlət Neft Şirkətinin çalışdığı yataqlarda da problemlər var. Bu əsasən avadanlıqların köhnəlməsi ilə bağlıdır. Bu avadanlıqlar heç təmirə də göndərilmir. Ona görə də son gücündən istifadə edən ARDNŞ ekologiya barəsində düşünmək iqtidarında deyil".
Ekoloqun toxunduğu problemlərin ölkə parlamentində səsləndirilməməsinə gəlincə, Fəridə Hüseynova bunu Milli Məclisdə ekoloji nöqteyi-nəzərdən kifayət qədər savadlı millət vəkillərinin olmaması ilə izah etdi: "Bundan əlavə rəsmilər - millət vəkilləri, eləcə də Dövlət Neft Şirkətinin nümayəndələri ekoloji təhlükəsizliyin qorunması ilə bağlı tələblərin səslənəcəyi təqdirdə xarici neft şirkətlərinin ölkəni tərk edəcəyindən ehtiyatlanırlar. Lakin onlar unudurlar ki, Azərbaycan nefti keyfiyyət baxımından dünyanın ən keyfiyyətli və bahalı məhsulu hesab edilir. Bu isə o deməkdir ki, xaricilər bu məqamı yaxşı bilir və səslənən istənilən təklifin müqabilində burada qalıb işləməyə üstünlük verəcəklər".

www.ayna.az
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb