Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"QADINLARI ZORAKILIQDAN QORUMAQ ÜÇÜN AYRICA QANUNA EHTİYAC YOXDUR"



Millət vəkili Rəbiyyət Aslanovanın sözlərinə görə, nəinki cənub, həmçinin şimal bölgəsində azyaşlıların zorla ərə verilməsi halları artıb
A.ƏHMƏD
"Təmiz dünya" İctimai Birliyinin son 3 il ərzində apardığı araşdırmalar ailədaxili zorakılıq zamanı qətlə yetirilmiş qadınların sayının artdığını göstərib. Belə ki, 2005-ci ilin mart ayından 2006-cı ilin mart ayınadək olan dövrü əhatə edən monitorinq zamanı 145 fakt qeydə alınıb ki, bunun da 97-si ölümlə nəticələnib. Xəsarət alanların sayı 48 olub. Qadınların 55-i qısqanclıq, 38-i isə məişət zəminində baş verən münaqişədə öldürülüb. Öldürülən 25 qadın öz yaxınları tərəfindən qətlə yetirilib. Hadisələrin 14-ü mülki məsələ, 11-i isə qısqanclıq zəminində olub. Qadınlar tərəfindən 11 zorakılıq halı törədilib ki, bu zaman 4 nəfər öldürülüb, 7 nəfər bədən xəsarəti alıb. Bu isə ötən ilə nisbətən daha çoxdur. Belə ki, ötən il qadınlar 3-ü ölümlə nəticələnən 8 hadisə törətmişdilər.
Birliyin monitorinqinin nəticəsinə görə, bu il hamilə qadınlara qarşı zorakılıq faktlarının azaldığı müşahidə olunur. Belə ki, monitorinqin nəticələrinin açıqlandığı dövr ərzində 2 hamilə qadın birgə yaşadığı şəxs tərəfindən öldürülüb. Ölümə səbəb arzuedilməz uşaq olub. Təşkilatdan verilən məlumata görə, ötən il 11 hamilə qadın zorakılıqla üzləşmişdi ki, onların da 7-si öldürülmüşdü.
Öyrəndik ki, qadınların hüquqlarının müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Qadın Krizis Mərkəzi Ailə və Cinayət məcəllələrində əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayıb. Mərkəzin rəhbəri Mətanət Əzizova məcəllələrdə ailə zorakılığı ilə bağlı maddələrin qeyd olunması, psixoloji, fiziki təzyiqlərə görə məsuliyyətin nəzərdə tutulmasını təklif edir: "Bu ilin 8 ayında edilən müraciətlərin 70 faizi ailə zorakılığı ilə bağlı olub. Ailə zorakılığına məruz qalmış hər 10 qadından 6-sı psixoloqun köməyinə ehtiyac duyub, hətta ruhi sarsıntı keçirənlər də var. M.Əzizova deyib ki, boşanmaların faiz göstəricisində də ailə zorakılığı üstünlük təşkil edir. O bildirib ki, avqustun 15-də QHT-lər, dövlət qurumları və polis əməkdaşlarının iştirakı ilə ailə zorakılığı ilə bağlı tədbir keçiriləcək. Təkliflər müzakirə ediləndən sonra Milli Məclis, Nazirlər Kabineti və digər müvafiq qurumlara göndəriləcək.
Millət vəkili Elmira Axundova isə "Ailə-məişət zorakılığına qarşı mübarizə haqqında" qanun qəbul edilməsi təklifi ilə çıxış edib. Lakin Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovanın fikrincə, hazırda qadın, ailə-məişət zorakılığına qarşı qanun layihəsinin hazırlanmasına və parlament tərəfindən qəbul edilməsinə ehtiyac yoxdur. O bu qənaətdədir ki, mövcud qanunlar hər bir Azərbaycan qadınının hüquqlarını kifayət qədər qoruyur.
R.Aslanova bildirib ki, bununla belə, ölkənin müxtəlif bölgələrində azyaşlı qızların zorla ərə verilməsi, hətta bəzən onların alver əşyasına çevrilməsi hallarına rast gəlinir: "Belə faktların olduğunu bilirik. Özü də qeyd edim ki, belə faktlar, xüsusilə azyaşlı qızların tez ərə verilməsi halları təkcə ölkənin cənub bölgəsində deyil, həm də Azərbaycanın şimal rayonlarında da müşahidə olunur".
Komissiya sədrinin sözlərinə görə, bu gün ölkədə qəribə tendensiya müşahidə olunmaqdadır. Belə ki, millət vəkili nikah prosedurunun kifayət qədər gəncləşdiyini dilə gətirir: "Əgər əvvəllər oğlanlar və qızlar 25 - 30 yaşlarında ailə qururdularsa, bu gün 16 - 20 yaşlarında ailə-nikah münasibətlərinə girməyə üstünlük verirlər. Xüsusilə də bu tendensiya qızlar arasında daha çox müşahidə edilməkdədir. Məni bu məsələ ilə əlaqədar daha çox narahat edən məqam isə odur ki, nikah yaşına çatmayan qızların ərə verilməsi sonradan bir sıra böyük və ağrılı problemlərin yaranmasına gətirib çıxarır. Burada söhbət dünyaya gəlmiş övladın taleyindən, nikah yaşına çatmayan gənclərin ailələrinin uğursuz gələcəyindən və digər məqamlardan gedir".
R.Aslanovanın fikrincə, nikah yaşına çatmayan gənclərin, ələlxüsus qızların ailə qurmasında məsuliyyət təkcə valideynlərin deyil, həm də ictimaiyyətin üzərinə düşür. Buna görə də belə hərəkətlərə yol verən valideynlərə qarşı ictimai nəzarət olmalıdır. Komissiya sədri hesab edir ki, bu cür ictimai nəzarət olsa, belə halların sayı bir qədər azalar: "Çünki bəzən hansısa valideyn deyir ki, mən qızımı könüllü şəkildə vaxtından əvvəl ərə vermişəm. Bu yerdə xatırladım ki, keçmiş sovetlər dönəmində bu məsələyə çox ciddi nəzarət vardı. Görünür, bu məsələyə yenidən nəzarəti artırmaq zamanıdır. Bu məsələdə hər şey qanun çərçivəsində həll olunmalıdır. Belə düşünürəm ki, nikah yaşı 18, istisna hal kimi 16 - 17 yaş müəyyən olunmalıdır".

http://www.ayna.az/rubric.php?id=5793
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb