Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 20 TARİXİ KEÇMİŞDƏ QENDER ROLLARININ DİXOTOMİYASI


Fevral, 2004

 

Qender dixotomiyasının yenidən qurulması, bəşəriyyətin mədəni əsaslarının qoyulduğu matriarxat dövründən öyrənilməlidir. O vaxtlar qadın cəmiyyətin mərkəzi fiquru idi, qadın dəyərləri dünyagörüşün başlanğıcını təşkil edirdi. Ənənəvi mədəniyyətlərin inkişafı və durumu ilə bağlı qadının "kosmosdan" kənarlaşdırılması, qadının sosial və mədəni rolunun tədricən düşməsini, ana və həyat yoldaşı kimi rolunun yüksəlməsini əks edirdi.

Qadının sosial vəziyyətin zirvəsindən düşməsinin sonu monoteizmin təşəkkül tapması ilə bağlı patriarxatın matriarxat üzərində tam qələbəsi vasitəsilə həyata keçirildi. Xristianlıq qadın başlanğıcına yeni münasibət təhkim edir, Müqəddəs Məryəmi qadınlıq və analığın ümumi obrazı kimi təqdim edir.

Dirçəliş dövrü qadın haqda həyati təsəvvürləri yenidən dirçəltməyə cəhd edir, lakin bunu cinsi bərabərlik prinsipindən fərqli olaraq, qadına maddilik və hissiyyat vermək yolu ilə edir.

XIX əsrin sonundakı sənaye cəmiyyətindən, XX əsrin ikinci yarısındakı informasiya cəmiyyətinə keçid ayrı-ayrı adamlarda olduğu kimi, müxtəlif sosial cəmiyyətlərdə də rolların dəyişməsini təyin edən bir sıra sosial-mədəni dəyişikliklərlə əlamətdar oldu.

Dəyişilən sosial vəziyyətin təsiri altında daha çox qadın ictimai həyata cəlb olunur, cəmiyyətdə kişi və qadının rolu və yeri ənənəvi konsepsiyalarına yenidən baxmağa başladılar. Həyatın ictimai və şəxsi sahələrə ənənəvi bölünməsi, kişilərin birində aşkar, digərində bilavasitə üstünlük təşkil etməsi məzəmmətlərə məruz qaldı. Kişilərlə bərabər qadınların hər şeyi əhatə edən hüquqlarının tanınmasına yönəldilmiş mütəşəkkil qadın hərəkatının yaranma prosesi başlanır.

Tədqiqatçı O.Voronina tarixən yaranmış kişi və qadın rollarının modelini misal gətirir. Bunların vasitəsilə qender situasiyasında yaranmış yeni dəyişiklikləri əks etdirməyə cəhd olunur. Aşağıda göstərilən bütün modellərdə yalnız istehsalat/ailə və kişi/qadın rollarının ənənəvi dixotomiyasından istifadə olunur:

- neoənənəvi model (F.Merinq və R.Terner) - qadın evdən kənarda qazanc üçün işləyir, lakin onun əsas fəaliyyət sahəsi ailədir;

- üçfazalı model (A.Myurdal və V.Kleyn) - qadın işləyir, sonra uşaq doğurvə onu böyüdür, sonra isə yenə işləyir;

- simmetrik rollar modeli və ya ikimənsəbli ailə (Rona və Robert Rappoport, B.Fridan) - ər və arvad ikisi də işləyir, ailə məsuliyyətini tən bölürlər;

- oxşar rollar (C.Tribilkot, N.N.Vasstayn) - rolların oxşarlığı onlar tərəfindən azadlıq, ədalət, imkanların bərabərliyi mücərrəd terminlərlə ifadə olunurdu;

- cinsi rolun transtsendent konsepsiyası (R.Xefneyer, V.Nordin). Hər bir adam bir müddət kişi rollarını, sonra qadın, daha sonra isə hər ikisini birləşdirib sınaqdan keçirə bilər. Sonra daha nəyi isə sınaqdan keçirə bilərlər.

Azərbaycanda tarixi keçmişdə qender münasibətlərinin bütün məlum modelləri inkişaf etdirilirdi. Azərbaycan coğrafi mövqeyinə görə qender dixotomiyasının determinasiyasında mühüm məna kəsb edən ölkələr sırasına aiddir. Ölkənin yerləşməsinin coğrafi amilləri, onun qədim zamanlarda və orta əsrlərdə strateji əhəmiyyəti, yaxın və uzaq qonşularının mədəniyyəti və dinlərini özündə cəmləşdirmiş Azərbaycan xalqının mədəniyyətinin xarakterini təyin etmişdir. Belə plyuarizm, ümumiyyətlə xalqın, həm də onun kişi və qadın yarısının çoxcəhətli sosialmədəni rollarını təyin etmişdir.

Matriarxat dövrü iqlim və aqromədəni şərait hesabına müəyyən tarixi dövr ərzində davam etmiş və tədricən patriarxatla əvəz edilmişdir. İslamaqədərki təkallahlılıq və çoxallahlılıq da ölkə ərazisində müəyyən qender dixotomiyasını formalaşdırırdı. Azərbaycanda çoxallahlılıq dövrü qender münasibətlərində mühüm olan matriarxal və patriarxal mədəniyyətlərə bölünməklə xarakterizə olunur.

Azərbaycanda zərdüştlük və xristianlığın hökm sürdüyü dövrlər qender münasibətlərinə və qadın və kişilərin sosial-mədəni rollarının dəyişməsinə öz xüsusiyyətlərini daxil etmişdir. Əgər zərdüştlük qadına kişi ilə bərabər əhəmiyyət verirdisə, xristianlıq isə qadınların sərt qender asılılığının dixotomiyasına imkan yaradırdı.

Bu dövrə, qədimdən ta yeddinci əsrin ortasına qədər, iki cinsin sosial determinasiyasının ilkin əsaslarının formalaşdığı dövr kimi baxmaq olar. Buna türk dili və mədəniyyətinin istifadəsi arealının genişlənməsi prosesi təsir etmişdir. Sonra, təxminən 10-cu əsrə qədərki dövrü, qender rollarına iki yanaşmanın qarışıq mövcudluğu dövrü kimi ayırmaq olar.

Azərbaycan ərazisində yayılmış orta əsrlər xürrəmilik və sufizm ideologiyaları qadına kişi ilə bərabər hüquq və azadlıqlar vermişdir. Onun əhəmiyyətli rolu həmin ideoloji konsepsiyalarla təşəbbüs göstərən sosial hərəkatın real təcrübəsində müəyyən edilmişdir.

Lakin məhz islam, tarixi toqquşmalar və təqiblərə baxmayaraq, bu gün də Azərbaycan mədəniyyətinin və xalqın psixologiyasının fundamental əsası olmaqda davam edir. Qender dixotomiyasının inkişafını, təxminən 10-cu əsrə qədərki dövr müəyyən etmişdir. İki ənənənin qarışıq mövcudluğu, ziddiyyətli qender stereotiplərini formalaşdırırdı, müsəlman sosial-mədəni ənənələrin təsdiqinə qədər.

İslam, əhatəli və tam bir elm olub, öz qanunları ilə öz ardıcılları üçün praktiki həyatın bütün sahələrini əhatə etməyə çalışan doktrinadır. Dünya təcrübəsində ilk dəfə olaraq, qadınların statusunu, hüququnu və əxlaqını tənzimləyən qanunçuluq prinsiplərini hərəkətə gətirir. Bunda, əlbəttə ki, yetim böyümüş Peyğəmbərin taleyi böyük rol oynamışdır. Məlumdur ki, təzə doğulmuş qız uşağının öldürülməsi kimi vəhşi adətə Peyğəmbərin təkidi ilə, Quranda günah sayıldığı üçün son qoyuldu. Eləcə də məlumdur ki, İslam dininin təşəkkülündə və yayılmasında qadınlar böyük rol oynamışlar. İslamın qadınlara münasibəti müsəlman doktrinasının xeyli mürəkkəb hissəsidir. Ona görə də, o, uzun tarixi dövr ərzində müxtəlif xalqların milli-etnik təsəvvürlərini və dəyərlərini özündə cəmləşdirmişdir.

Azərbaycan xalqının tarixində qadın, bütün digər müsəlman ölkələrinin qadınlarına nisbətən daha yüksək və əhəmiyyətli yer tuturdu. Belə vəziyyət, qadına münasibətdə daha liberal və demokratik olan türk mentalitetinin xüsusiyyətləri ilə müəyyən edilirdi.

Təxminən, 50 illik qısa vaxt ərzində, qadın problemi ilk maarifçilərin utopiyasından, Azərbaycan cəmiyyətini dəyişdirən aparıcı problemə çevrildi. Onun praktiki həyata keçirilməsi real cizgilər almağa başladı.

ADR-in Müəssislər məclisinə seçkilərə hazırlıq dövründə qadınlara kişilərlə bərabər seçki hüququ və ölkə parlamentinə seçilmək imkanı verildi.

Azərbaycan Rusiya imperiyasının qadınlarının sayı kişilərin sayından az olan azsaylı regionlarına aid idi. Belə demoqrafik vəziyyət SSRİ-də də İkinci Dünya müharibəsinin başlanmasına qədər davam edirdi. Müharibədə insan itkiləri bu disbalansın dəyişilməsinə gətirib çıxardı. Azərbaycanın sovetləşməsi həm cəmiyyətin sosial strukturunun kökündən dəyişməsinə, həm də hakim təbəqənin radikal dəyişikliyinə səbəb oldu. Bolşeviklərin bu siyasətində qadınlara xüsusi rol ayrılırdı. Xüsusilə, müsəlman mədəniyyətli regionlarda, qadınların hüquqi və sosial vəziyyəti real islahatlar tələb edirdi.

Belə islahatların aparılması və sonradan bütün ölkəyə yayılması üçün Azərbaycanın sınaq meydanı seçilməsi, müsəlmanlar yaşayan digər regionlara nisbətən Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsinin yüksəkliyi ilə səciyyələnir. Məlum olduğu kimi, hakimiyyətə gələn bolşeviklər hesab edirdilər ki, qısa tarixi dövr ərzində dünya inqilab prosesi bütün ölkələri əhatə edəcək. Buna görə də, cəmiyyətin məzlum təbəqələrinin, xüsusilə qadınların inqilaba cəlb olunmasına böyük əhəmiyyət verilirdi. Qısa müddət ərzində aparılan hüquqi və sosial islahatlar Azərbaycan qadınları qarşısında cəmiyyətə inteqrasiya, təhsil almaq sənət qazanmaq sahəsində geniş imkanlar açdı.

1929-1933-cü illər arasında qısa zaman müddətində istehsalatda çalışan qadınların sayı 5 dəfə artdı (3 mindən 15 minə qədər). Bu göstəricilər, işçilərinin 40%-ni qadınlar təşkil edən kənd təsərrüfatında daha böyükdür. Elə ki, qarşıya qoyulan vəzifələr yerinə yetirildi, repressiya və qadağalar onların özlərini izləməyə başladı. İnqilabdan sonra yaranmış çoxsaylı qadın klubları və təşkilatlarının hamısı otuzuncu illərdə bağlanır. Qadın təşkilatları 1930-1933-cü illərdə mərhələlərlə bağlandı.Qadınların I və II Qurultayları arasında fasilə 36 il təşkil etdi.

Müəssislər məclisinə seçkilərə hazırlıq dövründə Azərbaycan qadınlarına seçki və seçilmə hüququ, tam siyasi hüquq verildi. Lakin qadınların çox hissəsi bolşevik çevrilişindən sonra, 1918, 1925-ci il Konstitusiyalarına uyğun olaraq 1937-ci ilə qədər seçki hüququndan məhrum idilər.

30-cu illərdə bəyan edildi ki, tam bərabərlik əldə olunmuş, qadınların əsarətinə son qoyulmuşdur. 1977-ci ildə Sov.İKP qadın məsələsinin tam həll olunmasını elan etdi; sonrakı illərdə, 80-ci illərin ortalarına qədər SSRİ-də qadın hüquq bərabərliyi öz dayanaqlığını saxladı. Lakin əsas siyasi, iqtisadi, sosial-mədəni islahatlar ideyalar və qadınların real vəziyyəti, deklarasiya və qadın məsələsi üzrə həqiqi siyasət arasında dərin qarşıdurmaları aşkarladı.

Azərbaycanda qender dixotomiyası, başqa ölkələrin və mədəniyyətlərin qender dixotomiyası kimi, müxtəlif amillərin tarixi qarşılıqlı əlaqəsinin nəticəsidir. Lakin onlardan bəziləri, məsələn, dil, etniklik, dini determinasiya və başqaları kişi və qadın davranışının tarixi tiplərini, onların qarşılıqlı münasibətlərinin konkret sosial-mədəni modellərinin işlənib-hazırlanmasında həlledici rol oynadılar. 

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb