Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 21 QADIN HƏRƏKATININ MÜZAKİRƏ OLUNAN PROBLEMLƏRİ


Mart, 2004 
 
Azərbaycan Qender İnformasiya Mərkəzi 2004-cü il yanvar-aprel ayları üçün qender və feminist tədqiqatların müzakirə olunan materiallarının internet-dayjestini təmsil edir.

Ödənilməyən qadın əməyi - məhsul istehsal edən və xidmətlər göstərən, lakin mükafatlandırılmayan qadın əməyi. Bu, ev əməyi, ailənin tələbatı üçün təbii təsərrüfat, həmçinin satış üçün haqqı ödənilməyən məhsul istehsalından ibarətdir. Onun məhsulu, ümumilikdə iqtisadiyyat üçün xeyirli olduğuna baxmayaraq, haqqı ödənilmir. Bu fakt qadınların özləri tərəfindən çətinliklə dərk edilir. Milli statistikalarda qadın əməyinin ödənilməməsinin "görünməməzliyi", ölkənin maddi rifahında ödənilməyən qadın əməyinin etinasızlığına gətirib çıxarır. Bunun nəticəsi olaraq, bu rol nəzərə alınmır, sosial və iqtisadi milli siyasətin işlənib-hazırlanmasında səhv məlumatlara əsaslanır. Bütün bunların nəticəsi olaraq, qadınların əmək haqqı səviyyəsində geri qalması, əmək stajının azaldılması (uşaqlara qulluq və xəstə uşaqlara qulluq üzrə bülletenlər) baş verir. Ayrılmış ər-arvad üçün təqaüd problemi də yaranır.

Qadın əməyinin ödənilməməsinin ümumi tendensiyası mövcuddur. BMTİP-nin (2003-cü il) rəyinə görə, ödənilməyən əmək, bütövlükdə, ümumdünya istehsalının 70%-dən çoxunu təşkil edir, qadınlar isə burada çoxluğu təşkil edir. Pekin hərəkatlar platforması (Qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya Konfransı) qeyd edir: "Qadınların inkişafa sərf etdikləri zəhmət lazımınqca qiymətləndirilmir, buna görə də onun ictimai təsdiqi məhduddur. Zamanın büdcəsini öyrənərkən, tədqiqatçılar müxtəlif ölkələrdə kişilər və qadınlar tərəfindən yerinə yetirilən əməyin müddətini və tipini təyin edə bildilər. BMTİP (2003-cü il) müəyyən etdi ki, bütün ölkələrdə qadınlar kişilərdən çox işləyirlər. İnkişaf etməkdə olan ölkələrdə qadın əməyinin üçdə ikisi haqqı ödənilməyəndir. Ödənilməyən istehsalın bəzi növlərini 1993-cü ildə BMT-nin Statistika İdarəsinin (UN Statistical Office) tövsiyəsi ilə milli hesabatlar Sistemi (System of National Accounts) nəzərə alır, lakin ev əməyi və reproduktiv əmək nəzərə alınmır. Hərəkatın Pekin platforması hökumətləri qadınların ev əməyindəki statistik qiymətləndirməni öz milli hesablarına salınması üzərində işləməyi bir vəzifə olaraq tapşırır. Qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli statistik sistemləri, qadın əməyinin ödənilməyən ölçüsünü "peyk" milli hesablara tətbiq etməyə çalışırlar - onların arasında Kanada, Norveç və Niderland vardır.

Eqalitar dövlət siyasəti. Onun əsasını bütün sosial sahələrdə şəxsiyyətin özünü reallaşdırması üçün bərabər şərait yaradılması prinsipi təşkil edir. Eqalitar siyasət cinslərin bərabərliyinə kompleks şəkildə yanaşır, onların həlli eyni zamanda cəmiyyətin bütün sahələrində aparılmalı və qadın və kişilərin privat və ictimai həyatda ekvivalent və bərabər iştirakınına yönəlməlidir. Həmin siyasətin dövlətlər tərəfindən keçirilməsi, cəmiyyətin bir sıra mühüm amilləri yerinə yetirməsini nəzərdə tutur:

  • dövləti idarəetməni daxil etməklə, peşə fəaliyyətinin bütün sahələrində qadın və kişilərin bərabər iştirakı;
  • ailə üzvlərinin ağır ev əməyinin yerinə yetirilməsindən maksimal azad edilməsi üçün şəraitin yaradılması;
  • uşağa qulluqla bağlı hər iki valideynə dövlət imtiyazlarının aid edilməsi;
  • qender bərabərliyinə nail olmaq üçün vacib olan şərait kimi hər iki cinsin təhsilinə bərabər təminat yaratmaq;
  • cəmiyyətdə kişi və qadın rolları haqda patriarxat stereotiplərinin aradan qaldırılması, qender bərabərliyi haqda əlverişli ictimai rəyin yaradılması;
  • qender bərabərliyi problemlərinin mahiyyətini dərk etməkdə bütün səviyyələrdə olan rəhbər və mütəxəssislərə imkan verən dövlət işçilərinin hazırlanması sisteminin yaradılması.

  • Azərbaycanda eqalitar siyasətin reallaşması bir neçə səviyyədə keçirilir: cinslərin bərabərliyinin hüquqi bazasının yaradılması və onun qender ekspertizası; qadın məsələləri üzrə Dövlət komitəsinin yaradılması; bir sıra nazirlik və komitələrdə cinslərin bərabərliyi məsələsi ilə məşğul olan şöbələrin açılması; hər iki cinsin vəziyyətini əks etdirən statistik verilənlər bazasının yaradılması və s.

    Sosial siyasətin feminist tənqidi. Keçid iqtisadiyyatlı ölkələrin sosial siyasətinin feminist təhlili göstərir ki, postsosialist ölkələrin çoxunda məşğulluq aspektində və əmək münasibətlərində qadınların vəziyyəti pisləşmiş, analıq və uşaqlığa qayğı üçün dövlət xərcləri azalmışdır. Qadınlar gizli iqtisadiyyatın müdafiə olunmayan sahələrində iş tapmağa çalışırlar; reproduktiv davranışını patternələr dəyişir və sağlamlıq problemləri güclənir. Sosial siyasətin feminist tənqidinə aşağıdakı şərtlər istiqamət vermişdir:

    - Zinger İ. - cinsi əlamətlərə görə əmək bölgüsü mövcuddur: kişilər məşğulluq vasitəsilə gəlir qazanır, qadınlar isə ev təsərrüfatı, uşaqlar və ailənin yaşlı üzvləri haqda qayğını öz üzərlərinə götürürlər;

    - Altman Z. - cəmiyyət tərəfindən qəbul edilən və bəyənilən yeganə iş növü ödənilən əməkdir;

    - Yakobsen M. - patternlər arasında qadınların işçi qüvvəsi kimi iştirakında natamam iş günü, aşağı əmək haqqı, məşğulluğun arası kəsilməsi üstünlük təşkil edir.

    - Diorik U. - bazar iqtisadiyyatı və məşğulluqla bağlı sosial siyasət modeli, sosial resursların paylanmasının başlıca mexanizmləridir.

    - Marşall T. - sosial siyasət modeli sosial hüquq, vətəndaşlığın ümumi nəzəriyyələrinə əsaslanır.

    Sosial siyasətin ilk feminist tədqiqatları göstərdi ki, dövlətlər cinslər arasında sosial resursların paylanması və "qadınlarla dostluğun" dərəcəsində bərabər sosial iştirak aspektinə görə bir-birindən ayrılırlar. Bu tədqiqatlar, əvvəla, Espinq-Andersenin müxtəlif kapitalist ölkələrində sosial siyasət rejiminin muqayisəsi haqda kitabda, həmçinin Xensenin qadın həyatına skandinav "sosializminin" təsirinin feminist tənqidinə məruz qalan tədqiqatları ilə stimullaşdırılmışdır.

    Espinq-Andersen sosial siyasəti geniş mənada, iqtisadi resursları müxtəlif insan qrupları arasında bölüşdürmək qaydaları qoyan, həmçinin əhalinin firavanlığı üçün məsuliyyəti ailə (ev təsərrüfatı), bazar və dövlət arasında bölüşdürən xüsusi iqtisadi təşkilat kimi şərh etməyi təklif edir.

    Ceyn Lyuis tipik qender rollarının xarakterik kompazisiyası ilə ənənəvi ailə formasına nisbətən, tədqiqatçılar və siyasətçilərin göstərişlərini tənqid etmişdir. Qazanc gətirən kişili ailə modelini, öz ideal-tipik forması ilə yalnız XIX əsrin axırlarında orta sinif qadınlarına tətbiq etmək olar. Lakin bir sıra sənaye ölkələrində bu model ümumi ideala, müasir sosial təminat modelləri üçün bazaya çevrilmişdir. Bununla bağlı, ərli qadınlar əmək bazarından təcrid olunurlar. Onlar sosial müdafiənin və vergi sisteminin xüsusi mexanizmi vasitəsilə ərlərindən asılı olurlar, ailədə həyat yoldaşı və ana kimi asılı status əsasında sosial təminat alırlar. Bununla belə, gözlənilir ki, onlar uşaqlar və evdəki digər ailə üzvləri barədə qayğını da heç bir ictimai dəstəksiz öz üzərlərinə götürəcəklər. Bununla dövlət sosial təminat və sosial müdafiəyə sərf olunan resursları əhəmiyyətli dərəcədə qənaət edir, belə ki, bu məsuliyyəti haqqı ödənilməyən ev işləri kimi öz boynuna götürür.

    Ceyn Lyuis, müxtəlif ölkələrdə (Fransa, İsveç, Britaniya və İrlandiya) "tipik" ailə forması haqda təsəvvürə əsaslanan sosial siyasət modelinin necə dəyişdiyini göstərir. Lyuisin fikrincə, feminist tənqid əmək (ödənilən, həm də ödənilməyən) və sosial siyasət sistemi arasında münasibətlərin xarakterini araşdırmalıdır.

    Dayyan Seynsberi sosial siyasətin qender aspektlərinin təhlilinə müqayisəli yanaşma tətbiq edərək, aşağıdakı parametrlərə diqqət yetirir: qadınların sosial təminat hüquqları, təminat vahidləri, təminatın mənbəyi və alıcısı, vergi və məşğulluq siyasətinin xüsusiyyətləri. Onu, uşaqlara, qocalara və xəstələrə kimn qulluq etdiyi və bu əməyin necə qiymətləndirilməsi maraqlandırır.

    Barbara Xobson "solo-analar" və ya "tək-analar" kateqoriyasını sosial siyasət sisteminin qender dəyişikliklərini başa düşmək üçün analitik kateqoriya kimi istifadə edir. Uşaqları tərbiyə etmək, xəstə uşağa qulluq etmək kimi əmək növü mövcuddur ki, nikah statusundan asılı olmayaraq layiqincə qiymətləndirilməlidir. Ona görə də, əgər ana əmək bazarında qazanırsa, onun əmək haqqına uşağın müəssisədə və ya şəxsi yolla tərbiyəsinə xərclənən vəsait daxil edilməlidir; əgər o, uşağa müstəqil qulluq etmək üçün evdə qalırsa, ona layiqli həyat üçün kifayət qədər vəsait verilməlidir. Bundan başqa, anaların dövlətdən aldıqları dəstək, partnyorla eqalitar münasibətlərin qurulmasına kömək etməlidir, belə ki, istismaredici və zorakı nikahdan xilas olmaq olur.

    Ann Şola Orloff sosial siyasət rejimlərini qiymətləndirmək üçün analitik sxem təklif etmişdir. Həmin model üç komponentdən ibarətdir. Əvvəla, burada sosial siyasət kontekstində dövlət-bazar-ailə münasibətləri hesaba alınır. Bunlar da sosial tətinata haqqı ödənilməyən qadın əməyinin töhfəsidir. Qayğı yükünü ailədən dövlət servislərinə, ailədə isə qadından kişinin üzərinə keçirməyə imkan verən sosial siyasət, qadınların marağını güdür və qadın məşğulluğunun müvafiq patternlərini təşkil edir. İkincisi, təhlilin fokusunda sosial siyasət rejiminin təsiri altında cinsi əlamətlərə görə təbəqələşmə durur. Söhbət ondan gedir ki, qadınlar kişilərə nisbətən daha az imtiyazlara malikdirlər. Çünki sosial sığorta sistemi, kişilərin daha çox üstünlük təşkil etdikləri əmək bazarında haqqı ödənilən məşğulluqla əlaqədardır. Bundan başqa, belə sosial quruluş tam məşğul olan işçilərə imtiyazlar yaradaraq, qender iyerarxiyasını gücləndirir. Haqqı ödənilməyən işçilər (ev əməyi) və yarım stavka işləyən işçilərlə ( ) müqayisədə bu özünü daha qabarıq biruzə verir.

    Orloffa görə, belə vəziyyət qadın və kişi tələblərinin sosial təminat sisteminin iki müxtəlif sektoruna istiqamətləndirilməsi vasitəsilə mümkün olmuşdur - sosial sığorta proqramları (əsasən, kişilər) və sosial yardım (başlıca olaraq qadınlara yönəlmişdir). Bu proqramların, "qazanılmış"-"qazanılmamış", "layiq"-"layiq olmayan" terminlərində müxtəlif siyasi qiymətlər mövcuddur, nəticə etibarilə də benefisiyaların müxtəlif səviyyələrinə aparır. Sosial sığorta, asılı ailə üzvləri - həyat yoldaşı və uşaqlar daxil olmaqla, ailə dolandıran kişilərin ev təsərrüfatının çıxarını ödəyir. Sosial yardım, ev təsərrüfatını aparan işsiz və ya natamam işlə əhatə olunan qadınlara əlverişlidir. Onlar öz analıq və tək analıq statuslarının tələblərinə əsaslanmalıdırlar. Bununla, ikiqat sosial təminat sistemi qadınları həyat yoldaşı (ərləri tərəfindən sığortalamış) və tək analara bölərək, iki valideynli və çoxvalideynli ailələr arasında fərqi gücləndirir. Bu əlaqəni şərh etmək vacibdir, belə ki, müxtəlif ailələrə bərabər münasibət qadınlara potensial istismar və zorakılıq münasibətlərdən qaçmaqda kömək edir.

    Orloff qadınların iqtisadi cəhətdən müstəqil avtonom ev təsərrüfatını saxlamaq bacarığı üçün belə parametr tətbiq edir. Bu xüsusiyyət "qadınların öz müqəddaratlarını həll etmə" kimi geniş anlayışa daxil olur, hakimiyyətin kəbinə münasibətini xarakterizə etməyə imkan verir: avtonom ev təsərrüfatını formalaşdırmaq və saxlamaq bacarığı qadını iqtisadi cəhətdən kəbinə daxil olub, kəbində qalmaq məsuliyyətindən azad edir. "Qadınlar üçün dost" siyasətin strategiyaları aşağıdakılar ola bilər: 1) haqqı ödənilən məşğulluğun mümkünlüyü (ev işlərinin bölünməsində irəliləyiş) və 2) zəif, xəstə və öhdədə olanlara qayğı göstərərək, tam iş gününü evdə keçirənlər üçün sabit gəlirlər.

    Qadınların imkanlarının genişləndirilməsi (hakimiyyətin xarakterinə qadın təsirinin güclənməsi) - 1985-ci ildə Nayrobidə qadınların vəziyyətinə dair Üçüncü Ümumdünya konfransının gedişində DAWN qadın şəbəkəsi tərəfindən irəli sürülmüş və 1995-ci ildə Pekində qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransında təsdiq edimiş qadın maraqlarının irəliləyişinin siyasi strategiyasıdır. Strategiya, hakimiyyətin xarakterini dəyişmək üçün "aşağıdan" düzləndirilməsini tövsiyə edir. Bunu geniş sosial hərəkət imkanları və məsuliyyətə sahib olmaq çərçivəsində etmək olar. Burada hakimiyyətin yaradılmasının açar mexanizmi təşkilatlarda birləşmək yolu ilə "öz imkanlarını genişləndirmək"dən ibarətdir.

    Cinslərin bərabərlik probleminə kompleks yanaşma (qadınlar və kişilər arasında bərabərlik probleminə kompleks yanaşma) - cinsi bərabərlik problematikasının cəmiyyətin bütün səviyyələrinə siyasi qərarların qəbulunda onun hesaba alınması sistemi vasitəsilə həyata keçirilir. Kompleks yanaşma konsepsiyası qadınların vəziyyətinə dair BMT-nin Üçüncü Ümumdünya konfransından (Nayrobi, 1985-ci il) sonra müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapdı. 1986-cı ildə qadınların vəziyyətinə dair BMT Komissiyasının işi haqda qətnamə qəbul edildi. Buna uyğun olaraq, sosial-iqtisadi inkişaf proqramlarına perspektiv strategiyaları daxil etmək qərara alındı. Komissiya BMT sistemindəki bütün təşkilatlara, həmçinin regional komissiyalara və ixtisaslaşdırılmış agentliklərə müraciət edərək, cinslərin bərabərlik problemi haqda ümumi strategiyasının işlənib-hazırlanması və onu öz uzunmüddətli proqramlarına salınmasını xahiş etmişdir. Avropa Şurası cinsi bərabərlik probleminə kompleks yanaşma məsələsinə dair mütəxəssislər qrupu yaratdı. Bu qrup onun konseptual əsaslarını və metodologiyasını işləyib-hazırladı. Qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransı (Pekin, 1995-ci il) tərəfindən qəbul edilmiş hərəkət Proqramında kompleks yanaşma konsepsiyası dəstəkləndi. Son illər bu konsepsiya müxtəlif Avropa döalətlərarası və milli təşkilatlarının fəaliyyət çərçivəsində xüsusi inkişafını tapmışdır.

    Norveç, İsveçrə, Hollandiya, Danimarka və Finlyandiyanın bu konsepsiyanın həyata keçirilməsində böyük təcrübəsi vardır. Cinslərin bərabərlik probleminə kompleks yanaşma, cinslərin bərabərlik problematikası nəzərə alınmaqla, həmin siyasətin aparılması və ya onun yayılmasına cəlb olunmuş şəxslər tərəfindən qərar qəbul etmə prosesinin təşkilini, təkmilləşdirilməsini və qiymətləndirməsini təklif edir. Bu yanaşma hesab edir ki, məmur və siyasətçilərin fəaliyyət dairəsinə cinslərin bərabərlik "ölçüsünün" daxil edilməsi, onların professional ixtisasının ayrılmaz hissəsi olacaq. Belə hesab edilir ki, kompleks yanaşma, qadın və kişilər arasında bərabərlik təminatı sahəsində mövcud olan mexanizm və siyasi proqramları əvəz edə bilməz, olsa-olsa, bu səhədə yeni əsaslı strategiya və ənənəvi siyasətə əlavə kimi çıxış edir. Hər iki yanaşma - ənənəvi və kompleks - paralel tətbiq olunmalıdır. Konsepsiyanın üzərində işləyənlərin rəyinə görə, o, hər ölkədə yerli şəraiti nəzərə almaqla, diqqətlə araşdırılmalı və uyğunlaşdırılmalıdır. Kompleks yanaşma, ümumilikdə, cəmiyyətdə eqalitar proseslərin fəallaşmağına yönəldilmişdir.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb