QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
DEPUTAT ELMİRA AXUNDOVA: «AZƏRBAYCANIN İRADLARINDAN SONRA LEO PLATVOET MƏRUZƏSİNDƏ BİR SIRA DƏYİŞİKLİKLƏR EDİB»
Dekabrın 11-də Parisdə Avropa Şurası Parlament Assambleyasının
Miqrasiya, qaçqınlar və məskunlaşma üzrə Alt Komitəsinin iclası
keçirilib. Bu bərədə «Trend»ə eksklüziv olaraq Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət
vəkili Elmira Axundova məlumat verib.
Onun sözlərinə görə, iclasda niderlantlı deputat Leo Platvoetin
Cənubi Qafqazda itkin düşən, əsir və girov götürülən şəxslərin sonrakı
taleyi ilə bağlı hazırladığı məruzə müzakirə olunub.
«Azərbaycanın iradlarından sonra Leo Platvoet hazırladığı
məruzəni yenidən işləyib. Məruzəyə Azərbaycanın xeyrinə olan bir sıra
məsələlər daxil edilib. Bundan başqa, bir sıra texniki xarakter daşıyan
və daşımayan məsələlərə düzəlişlər edilib. İclasda Azərbaycanı təmsil
edən millət vəkili Aydın Mirzəzadə bir sıra təkliflər irəli sürüb.»
E.Axundova qeyd edib ki, düzəlişlərdən sonra Leo Platvoetin
hazırladığı məruzə balanslaşdırılmış və obyektiv bir məruzəyə çevrilib.
Xatırladaq ki, L.Platvoetin məruzəsinin ilkin variantı Azərbaycan tərəfini qane etmirdi
www.trend.az
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|