Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


№ 22 QENDER VƏ SİYASƏT


Aprel, 2004

 

Azərbaycan Qender İnformasiya Mərkəzi qadınların siyasi iştirak problemi üzrə müzakirə materiallarının internet-dayjestini və qadınlara münasibətdə dövlət siyasətini təmsil edir.

Kvota üsulları - bu problem qadın hərəkatı üçün ən aktual olmuş və əksər hallarda onun inkişafını stimullaşdırır. Qadınların Parlamentdə nümayəndəliyini təmin etmək üçün kvota üsulları müxtəlifdir, onların arasında aşağıdakıları qeyd etmək olar:

1. Qanunla müəyyən edilmiş kvotalar, bunun müqabilində seçilmiş qadın-nümayəndələrin minimum faizi ilə təyin edilmişdir.

Bu təcrübə bəzi ölkələrdə belədir: İtaliyada qadınlar proporsional nümayəndəliyin (partiya siyahısı ilə) 50%-ni, Argentinada (30%) və Braziliyada(20%) təşkil etməlidirlər. Belə kvota, adətən, qadın nümayəndəliyinin genişləndirilməsi üçün baza yaradılmasında keçid mexanizmi kimi baxılır.

2. Seçkilər haqda qanunun nəzərdə tutduğu nizamnaməyə görə partiyalar müəyyən sayda qadın-namizədlər təqdim etməyə məcburdurlar. Belə təcrübə proporsional seçki sistemlərində tətbiq edilir, məsələn, Belçika və Namibiyada. Argentinada belə bir "üstün nizamnamə" mövcuddur. Ona əsasən, qadınların namizədliyi partiya siyahılarında "sərfəli yerlər" tutmalıdırlar. Nepalda birmandatlı dairələrdə namizədlərin 5%-ni qadınlar təşkil etməlidir.

3. Parlamentə namizəd qadınlar üçün siyasi partiyalar tərəfindən bəyənilmiş qeyri-formal kvotalar - qadınların siyasi həyatda iştirakına kömək edən ən çox yayılmış mexanizmdir. Bu üsul bütün dünyada müxtəlif dərəcəli müvəffəqiyyətlə istifadə edilmişdir - Avstraliya və Böyük Britaniyada leyborist partiyalarından tutmuş - Skandinaviya ölkələrinə qədər. Belə ki, İngiltərədə Leyborist partiyası 1997-ci il seçkilərində bu mexanizmi tətbiq edərək, parlament üzvü olan qadınların sayını ikiqat artırmışdır (60-dan 119-a qədər).

4.Seçkilər üçün kvotaya malik siyasi partiyalar, adətən partiyanın rəhbər orqanlarının seçilməsi üçün həmçinin müəyyən kvota sisteminə də malikdirlər.

Qadınlara münasibətdə liberal tipli dövlət siyasəti - bu, cəmiyyətdə qadınların maraqlarını, cinslərin qarşılıqlı münasibətini liberal model üzərində əsaslandıran siyasətdir. Bu model üçün, bir tərəfdən ictimai və şəxsi sahələrdə kişi və qadınların hüquq və imkanlarının tarazlaşdırılması, digər tərəfdən isə məşğulluq, siyasət və idarəçilik sahələrində cinsə görə ayrı-seçkilik xarakterikdir. Bu tip siyasətin xarakterik cizgiləri bunlardır:

  • Ödənişli işdə qadınların tam məşğulluğu;
  • Dövlət və siyasi hakimiyyətin yuxarı təbəqələrində iştirakdan qadınların kənarlaşdırılması;
  • Tərbiyə və uşaqlara qulluq, ilk növbədə ailə funksiyalarının tanınması, qadınların reproduktiv funksiyalarının dəstəyində dövlətin zəif iştirakı;
  • Kütləvi informasiya vasitələrində asılı evdar qadın obrazının təbliğ edilməsi.

  • Bu cür siyasətə ziddiyyətli proseslər həyata keçirilən postsənaye tipli ölkələrdə və ya iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə təsadüf edilir: iqtisadiyyatın inkişafı əsasında qadınların peşəkar sahələrə daxil edilməsi stimullaşdırılır, eyni zamanda, cinsə görə ideologiya qadına ənənəvi evdar qadın rolunu təyin etməsini davam edir.

    Paritet demokratiya konsepsiyası Avropa Birliyi strukturunda fəaliyyət göstərən kişilər və qadınlar arasında bərabərlik üzrə Komitə və insan hüquqları Departamenti tərəfindən işlənib-hazırlanmışdır. 1994-cü ildə Vyanada regional hazırlıq iclasında, Avropada qadınların vəziyyətinin müzakirəsi zamanı buna xüsusi diqqət yetirilmişdir. Konsepsiya özündə o zaman Qərbi Avropada qadın təşkilatları tərəfindən geniş müzakirə edilən ideyaları cəmləşdirmişdir. Bu təşkilatlar öz hökumətlərindən və Avropa Birliyinin rəhbər orqanlarından qadınların hakimiyyət strukturlarında real bərabərliyinin təmin edilməsi üzrə konkret tədbirlərin görülməsini tələb edirdilər. Bu dövrün əsas şüarı - paritet, kişi və qadınların hakimiyyət strukturlarında "50/50"-yə formulu üzrə təmsil olunmasıdır.

    Paritet demokratiyanın tərəfdarlarının qənaətinə görə, onun bərqərar olmasının nəticəsində cəmiyyətin sabit inkişafı üçün real əsas yaranır. Qadınlar kişilərlə bərabər cəmiyyətin inkişafına öz dəyərlərini daxil etmək imkanı əldə edəcəklər - iqtisadiyyata, siyasətə, mədəniyyətə. Kişilər isə öz növbəsində ailə işləri, uşaqların tərbiyəsi ilə daha çox məşğul olacaqlar.

    Qender amilinin nəzərə alınması ilə inkişaf indeksi (QAİİ), insan potensialının inkişaf indeksi (İPİİ) kimi həmin həmin sıradan olan amillərin uğurlarını əks etdirir - gözlənilən həyat müddəti, əldə edilmiş təhsil səviyyəsi və gəlir - lakin nəticələr qender bərabərsizliyinin nəzərə alınması ilə təshih edilir.

    Həyat müddətinin hesablanması zaman qadınların kişilərə nisbətən daha uzunömürlü olmalarının bioloji faktoruna güzəşt edilir. Orta həyat müddətinin hesablanması bu amilin istifadəsinə imkan verir ki, bu da qadınlar üçün orta yaşayış həddinin 27,5-87,5 yaş, kişilər üçün 22,5-82,5 yaş diapozonundadır.

    Məsələn, Rusiya Federasiyasında orta həyat müddəti kişilər üçün 61 yaş, qadınlar üçün isə 73 yaş təşkil edir. Bioloji müxtəlifliyi nəzərə almaqla təshih zamanı, orta həyat müddətinin indeksi aşağıdakı kimi təsəvvür edilir:

    Kişilər: (61-22,5)/(82,5-22,5)=0,642
    Qadınlar: (73-27,5)/(87,5-27,5)=0,758

    Ölkələrin çoxunda kişi və qadınlar arasında gəlir əldə etmək sahəsində ciddi uyğunsuzluqlar mövcuddur, lakin bu məsələlər haqda informasiya, təəssüf ki, azdır. Təhsil və səhiyyə sahəsində qender ziddiyyətlərinin tədricən aradan qaldırılmasına baxmayaraq, gəlir əldə etmək sahəsində ziddiyyətlər davam edir, bəzən isə hətta artmışdır.

    1998-ci ildə PROON (İnsan inkişafı haqda hesabat 2000) 143 ölkə üçün QAİİ hesabladı. Hər ölkənin QAİİ-si İPİİ-dən azdır. Bu onunla bağlıdır ki, qender bərabərsizliyinin hesablanması ilə təshih zamanı İPİİ-nin həcmi azalır və bu, cəmiyyətdə kişi və qadınlar arasında bərabərsizliyi əks etdirir. İnsan potensialının inkişafı sahəsində qadınlar və kişilər arasında bərabərliyin əldə olması QAİİ və İPİİ-nin mənalarını bərabərləşdirir.

    QAİİ üzrə ölkələrin reytinqində ilk beş yeri Kanada, Norveç, Avstraliya, ABŞ və İslandiya tutur. MDB ölkələri arasında QAİİ ancaq 6 ölkə üçün nəzərdə tutulmuşdur - Belorus (49-cu yer), Rusiya Federasiyası (54-cü), Ukrayna (63-cü), Moldova (81-ci), Özbəkistan (87-ci) və Tacikistan (92-ci). Reytinqdə axırıncı 5 yeri Mozambik, Qvineya-Bisau, Həbəşistan, Burkina-Faso və Niger tutur. 30 ölkənin QAİİ-si 0,500 -dən azdır, bu da qadınların ikiqat məhrumiyyətinə dəlalət edir: insan potensialı inkişafının aşağı səviyyədə olmasını və kişilərlə müqayisədə qadınların bu potensialının daha aşağı səviyyədə inkişafı.

    QAİİ üzrə 39 ölkənin reytinqi İPİİ reytinqindən azdır: bu ölkələrdə insan inkişafı sahəsində ümumi nailiyyətlər kişilər və qadınlar arasında qeyri-hüquqi bölünür. Eyni zamanda QAİİ üzrə 55 ölkənin reytinqi İPİİ reytinqindən yüksəkdir, bu da madii nemətlərin ədalətli bölünməsinə dəlalət edir.

    İnsan potensialının inkişaf indeksi (İPİİ) hər bir fərdə, onun imkanlarının inkişafı üçün lazım olan baza mənbələrinə yol, bilik həcmi və uzunömürlülüklə ölçülür.

    İnsan inkişafı və İPİİ anlayışı onun ölçülməsinin usulu kimi 1990-cı ildə PROON-nun insan inkişafı haşda Məruzədə qəbul edilmişdir. Keçmiş nəzəriyyələrdən fərqli olaraq, insan inkişafı konsepsiyası insan üzərində cəmləşdirilmiş və insan rifahını inkişafın əsas və yeganə məqsəd kimi bildirir. Bütün insanlar, istisnasız olaraq, yüksək gəlir əldə etmək istəyirlər, bu vacib amil olsa da, insan həyatının məqsədi sayıla bilməz. İnkişafın ideyası gəlir əldə etməkdə deyil, insanın seçim imkanının genişlənməsindədir.

    Üç ölçünün miqdarının təqdim edilməsi üçün aşağıdakı indikatorlardan istifadə olunur: 1) doğum zamanı gözlənilən orta həyat müddəti (uzunömürlülüyün baza göstəricisi); 2) 15 və daha artıq yaş dövründə savadlılırın payı, həmçinin, ibtidai, orta və ali təhsil ocaqlarında təhsilə cəlb olunmanın göstəricisi (savdlılığın baza göstəriciləri); 3) əhalinin sayına görə təshih edilmiş real VVP (maddi rifahın xüsusi indikatoru).

    Beləliklə, İPİİ-nin miqdarı ölkələrin insan inkişafının müxtəlif səviyyədə qruplara bölünməsində meyar kimi xidmət edir. İqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, ölkələr aşağıdakı kimi bölünür: insan inkişafının səviyyəsi yüksək olan ölkələr - İPİİ > 0,8; insan inkişafının səviyyəsi orta olan ölkələr - 0,5 <İPİİ < 0,8; insan inkişafının səviyyəsi aşağı olan ölkələr - İPİİ < 0,5.

    Qadın liderliyi - dövlət və ictimai idarəçiliyinin müxtəlif sahələrində qərarların hazırlanması və qəbul edilməsində qadınların iştirakı.

    Qərar qəbul etmə sahəsində qender tarazlığının uğurları dövlətin, siyasi partiyaların və vətəndaş cəmiyyətinin səyini tələb edir. Dövlət qender siyasətini qanun və ya digər direktivlərin köməyi ilə təyin edir, məsələn, kvotanın istifadəsi ilə. Siyasi partiyalar və vətəndaş cəmiyyətləri, dövlət direktivlərinin qender-neytral xarakter daşıyan sahələrdəki qender siyasətinə öz paylarını daxil edirlər. Qadın liderliyinin formaları: siyasi, iqtisadi, ictimai.

    Siyasi formaya qadınların dövlət hakimiyyətinin ali və yerli qanunvericilik və icraçı orqanlarında, həmçinin, qadın dövlət başçılarını, siyasi partiyaların, BMT kimi beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunmasını aid etmək olar. İqtisadi forma - qadınların iqtisadiyyat məsələləri ilə məşğul olan milli dövlət orqanlarında rəhbər vəzifələrdə, o cümlədən müəssisə, təşkilat, idarə rəhbərləri, beynəlxalq və regional maliyyə idarələrində yüksək vəzifəli işlərdə, həmçinin işgüzar və professional assosiasiyalarda təmsil olunması. Liderliyin ictimai forması - vətəndaş cəmiyyəti sahəsində qadınların rəhbər vəzifələrdə təmsil olunması: yerli idarəetmə orqanlarında, iqtisadiyyatın aşağı səviyyəsində (şəxsi müəssisələr, ev təsərrüfatçılığı), ictimai hərəkatlarda, QHT, kütləvi informasiya vasitələrində.

    Qadınların siyasi hüquqları haqda BMT Konvensiyasına (1953-cü il) uyğun olaraq, "qadınlar kişilərlə bərabər şəraitdə, ayrı-seçkilik olmadan, kütləvi seçki tələb edən bütün idarələrə seçilə bilərlər" (M.2) və həmin şəraitdə də "qadınlar ictimai-dövlət işində vəzifə tutmaq hüququna malikdirlər" (M.3)

    Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqda Konvensiya, 1979-cu ildə BMT tərəfindən qəbul edilmişdir. Bütün ölkələrə bir qayda olaraq tapşırır ki, dövlət siyasətinin işlənib-hazırlanmasında və həyata keçirilməsində kişilərlə bərabər qadınların da təmsil olunmasına nail olsunlar. Qadınlara işə qəbul və irəli çəkilmə zamanı, həmçinin qeyri-hökumət təşkilatları və birliklərin işində iştirak etmək üçün eyni imkanlar təmin etsinlər.

    Qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransının hərəkət Platformasında (1995-ci il, Pekin) göstərilir ki, qərarların işlənib-hazırlanmasında qadın və kişilərin bərabərhüquqlu iştirakı demokratiyanı gücləndirir, onun lazımi fəaliyyətinə imkan yaradır.

    Qədim Afina polisində əmələ gəlmiş xalq idarəçiliyinin ideya və təcrübəsi əvvəlcə qadınların iştirakını nəzərdə tutmurdu, belə ki, qadınlar vətəndaş sayılmırdılar. Dinin tərəqqisi, böyük mədəni renessans, inqilablar və hüquq haqda billilər kişilərə istiqamətləndirilirdi. "Azadlıq ! Bərabərlik! Qardaşlıq!" demokratik çağırışları qadınlara aid edilmirdi. Ancaq XIX əsrin axırlarında qadınlara kişilərlə bərabər səs hüququ verilməsi prosesi başlandı. Yeni Zelandiya, sonra Avstraliya qadınların vətəndaşlıq statuslarını tanıyan ilk ölkələr oldular. 1893-cü ildən başlayaraq, onlara milli səviyyədə seçki hüququ verilmişdir. Hətta inkişaf etmiş sənaye ölkələrində də qadınların seçkilərdə iştirak etmək hüququnun müddəti azdır. Qadınlar səs hüququ qazanmışlar:

  • 1906-1907-ci illərdə Finlyandiya və Norveçdə,
  • 1915-ci ildə Danimarkada,
  • 1918-ci ildə Almaniya, İsveç və Böyük Britaniyada,
  • 1920-ci ildə ABŞ-da,
  • 1944-cü ildə Fransada,
  • 1945-ci ildə İtaliyada
  • 1971-ci ildə İsveçrədə.

  • İnkişaf etməkdə olan ölkələrin çoxunda səs hüququnu müstəqilliklə eyni zamanda qazanmışlar, belə ki onlar azadlıq uğrunda mübarizənin iştirakçıları idilər.

    1998-ci ilədək Yaxın Şərqin beş ölkəsindən (Bəhreyn, Kuveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı) və Bruney Respublikasından başqa, qadınlar dünyanın hər yerində bu hüquqa malik idilər.

    Lakin, qadınlar üçün seçki hüququnun alınma müddətindən asılı olmayaraq, qadın liderliyinin və ölkələrin çoxunun siyasətində qadın-kişi partnyorluğu problemi həll olunmamış qalır. Seçicilərin yarısını qadınlar təşkil etdiklərinə baxmayaraq, parlamentdə onların payına 10%, dövlətlərin milli hökumətlərində 6% yer düşür. Aşağıdakı məlumatlar bir sıra ölkələrin parlamentlərinin işində qadınların iştirakı haqda 2003-cü ilin əvvəli üçün təsəvvür yaradır:

    Ölkə Qanunvericilərin ümumi
    sayından qadınların təmsil olunma %-i
    Qırğızıstan 1%
    Lixtenşteyn, Türkiyə 4%
    Yunanıstan 6%
    Albaniya, Özbəkistan 7%
    Macarıstan, Rusiya, Ukrayna 8%
    Qazaxıstan 10%
    Bolqarıstan, İtaliya, Fransa 11%
    İsrail, ABŞ, Tacikistan 13%
    Böyük Britaniya, Estoniya 18%
    İsveçrə 23%
    Türkmənistan 26%
    İspaniya 28%
    Almaniya 31%
    İslandiya 35%
    Niderland, Norveç 36%
    Danimarka, Finlyandiya 37%
    İsveç 43%


    Nazir vəzifələrinə gəlincə, 1994-cü ilin ortalarına olan məlumatlara görə, bütövlükdə qadınlar kabinetlərin ümumi sayının 6%-ni təşkil edirdilər: 5% inkişaf edən və 8% inkişaf etmiş sənaye ölkələrində. Bu göstəriciyə görə ölkələr belə təqdim edilmişdir:

    1. 1995-ci ildə dünyada ilk dəfə olaraq İsveçdə iki cinsin nümayəndələrinin tam bərabər nisbəti ilə kabinet formalaşdırılmışdır,

    2. Finlyandiyada - 39%,

    3. Norveçdə - 35%,

    4. İsveçdə - 34%,

    5. Niderland və Seyşel adalarında - 31%.
    Ölkələrin çoxunun ictimai-siyasi həyatında qadınların autsayder vəziyyəti təkcə məişət və ailədə daha çox məşğulluğu və ya siyasi və seçki kampaniyalarını keçinmək üçün kifayət qədər vəsaitə malik olmamalarından asılı deyil (hakimiyyət vasitələri və maliyyə-kişilərin əlindədir, və ya qadınların sosial diskriminasiyası).

    "Şüşə tavan" metaforası çox məşhurdur: lider-qadın uğura səy göstərəndə, görünməz, lakin real səddə rast gəlir; kişilər üçün belə sədd mövcud deyil. Bu vəziyyəti dəyişmək üçün ABŞ və Qərbi Avropa bir çox təşkilatları ictimaiyyətin təzyiqi ilə bərabər imkanlar siyasəti keçirirlər. Lakin, belə aydın olur ki, bu siyasət daha çox elan edilir, işdə isə həyata keçirilmir və kişilər tərəfindən maneə ilə qarşılanır.

    Lider-qadınların uğuruna mane olan obyektiv amillər arasında, onların informasiyadan məhrum olunmaları adlandırılır.

    Qadınların liderlik yolunda cinslərin sisiallaşması ilə bağlı maneələr ciddi rol oynayır: adamların çoxu qadınların aşağı siyasi statusunda sosial ədalətsizliyi görmürlər. Lider-qadınların bir sıra keyfiyyətlərə görə kişi həmkarlarından seçilmədiyinə baxmayaraq, onların lider rolu üçün yaramadıqları haqda təsəvvür möhkəmdir. Bu özünü yaxın və dostların töhmətində, tabe işçilərin kişini rəis rolunda görməyə üstünlük verməsində və kişi-inzibatçıların lider-qadınlara münasibətdə skepsisizmdə göstərir.

    Dünyanın müxtəlif ölkələrində qadınların sosiallaşması elə baş vermiş və baş verir ki, onlarda öz karyeraları və siyasətə atılma cəhdləri haqda xüsusi ambisiya yaranmır. Qadınların siyasi proseslərə cəlb edilməsi üçün, siyasət resurs və imkanlara yol tapmağı təmin etmək üçün müxtəlif maraqlar arasında danışıq prosesi kimi anlayışı vacibdir. Siyasət bütün səviyyələrdə və institutlarda, ailə daxil olmaqla, yerli sovetlərdə, iş yerlərində, parlamentlərdə aparılır.

    Qadınlar üçün liderlik məktəbi QHT-lər oldu. QHT-də üzvlük opponentlər tərəfindən belə qarşıdurmaya səbəb olmur, belə ki, QHT-lər siyasi fəaliyyətlə məşğul olmur. Qadınlarda liderliyə cəhd kişilərə nisbətən o qədər də xas deyil, nə qədər ki, zidd nəzər nöqtələri arasında razılığın əldə edilməsi. Ola bilsin ki, kişi və qadınların liderlik haqda bu dəlilləri,onların ictimai və siyasi həyatda fəaliyyət sahəsini təyin etmişdir. QHT-lərə gəldikdə, onlar qadınlar arasında müstəqil liderlərin formalaşmasının bazası ola bilər.

    Bu arada isə, kişilərin qərar qəbul etmədə üstünlüyü ona aparıb çıxarır ki, qadınların maraqları hesaba alınmır. Bu, onların qeyri-bərabər mövqelərini daha da zəiflədir, qender rollarının aradan qaldırılmasına mane olur. Buna görə qadınların bütün səviyyələrdə irəli çəkilməsi - strateji zərurətdir.

     

     

     

    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb