Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR


AzərTAc xəbər verir ki, BMT-nin Baş katibi Kofi Annan 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə müraciət etmişdir. Müraciət bu fikirlərlə başlayır:

“Bu il gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş əsas hadisə - Pekin konfransı və bu konfransda qəbul edilmiş fəaliyyət platforması üzrə 10 illik icmal ilə əlamətdardır. 1995-ci ildə Pekində bir araya gələn qadınların timsalında bəşəriyyət adından irəliyə doğru mühüm addım atıldı. Nəticədə bütün dünya hər bir millətin inkişaf və sülhə nail olmasında gender bərabərliyinin vacibliyini indiyədək görünməmiş səviyyədə aydın dərk etdi. Ötən 10 il ərzində qadınlar öz hüquqları haqqında təkcə maariflənməmiş, eyni zamanda bu hüquqlardan istifadə etməyi də öyrənmişlər”.

Əldə olunmuş uğurları və mövcud nöqsanları diqqətə çatdıran müraciətdə bildirilir ki, yola saldığımız on ilə nəzər salsaq, bir faktı qeyd edə bilərik ki, qadınların üzləşdiyi çətinliklər həlli mümkün olmayan problemlər deyildir. Artıq biz hansı metodların daha uğurlu olduğunu dərk edirik. Əgər biz bir çox cəmiyyətlərdə qadınların vəziyyətini çətinləşdirən tarixi irsi dəyişmək istəyiriksə, biliklərimizdən geniş miqyasda istifadə etməliyik. Bir sıra sahələrdə ciddi tədbirlər görməliyik.

Yaşadığımız il məhz belə fəaliyyətə imkan verir, belə ki, hökumətlər tərəfindən 21-ci əsrdə daha yaxşı dünya qurmaq üçün əsas sənəd kimi qəbul olunmuş Minillik Bəyannaməsinin icrası istiqamətində qazanılmış nailiyyətləri müzakirə etmək məqsədi ilə dünya ölkələrinin liderləri sentyabr ayında keçiriləcək BMT sammitində iştirak etməyə hazırlaşırlar. Bu prosesin gedişində, mən beynəlxalq ictimaiyyəti gender bərabərliyinin təmin edilməsinin yalnız qadınların deyil, bizim hamımızın vəzifəsi olduğunu unutmamağa çağırıram.

Müraciətdə daha sonra deyilir: “Altmış il öncə Birləşmiş Millətlər Təşkilatını yaradanlar bu təşkilatın Nizamnaməsinin birinci səhifəsində kişilərlə qadınların bərabər hüquqlarını əks etdirmişlər. Bundan sonra aparılmış çoxsaylı tədqiqatlar sübut etdi ki, inkişaf üçün qadınların səlahiyyətlərinin genişləndirilməsindən daha səmərəli vasitə yoxdur”.

Sənəd bu cümlələrlə bitir: “Qadınların inkişafına sərmayə qoyulmasının nə dərəcədə mənfəətli olmasından asılı olmayaraq, önəmlisi şəxsən qadınların ehtiyac və qorxudan azad həyat yaşamaq hüququna malik olmasıdır. Beynəlxalq Qadınlar gününü qeyd etdiyimiz bir gündə gəlin, bunu reallığa çevirmək üçün səylərimizi gücləndirək”.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb