QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
№ 27 QENDERƏ AİD XƏBƏRLƏR
CİNSLƏR ARASINDA FƏRQ GETDİKCƏ SİLİNƏCƏK
Metroseksualizm daima özü haqda qayğıya yönəldilmiş həyat tərzidir.
Metroseksual, təyin etmələrdən birinə inansaq, əsasən böyük şəhərlərdə
yaşayan "kişi cinsli şəxsdir. Parlaq bədii qabiliyyət və estetik
qavrama ilə ifadə edilmişdir". Bu termin ilk dəfə 1994-cü ildə
yaranmışdır, onun müəllifi amerika jurnalisti Mark Simpsondur. Düzdür,
Qərbdə o, 2 il əvvəl, Mark Simpson "yeni kişi tipi" fenomeni haqda
yazdıqdan sonra, geniş yayılmışdır. Jurnalistin fikrincə, tipik
metroseksual "yaxşı qazancı olan, paytaxtda (metropoliya) və ya ona
yaxın yerdə yaşayan cavan oğlandır, çünki orada ən yaxşı mağazalar,
klublar, idman mərkəzləri və bərbərxanalar yerləşir.Metroseksualın
xarakterik cizgiləri narsisizmdir, şəhər mədəniyyətinin istehlakı ilə
əlaqə". Həqiqətən, metroseksuallar həyat tərzinə görə xanımları
xatırladırlar, onlar fəal surətdə gözəllik salonlarına gedir, özlərinə
müasir saç düzümü, manikür, pedikür, masaj və ya üz dərisinin
təmizlənməsini edirlər. Mark Simpson hesab edir ki, bu fenomenin
meydana gəlməsinin səbəbi, əsasən, iqtisadi səbəblərdir. Müasir
istehlak cəmiyyətinin yeni alıcılara ehtiyacı var, və həm
istehsalçıların, həm də reklam verənlərin vəzifəsi kişiləri mağazalara
gətirmək, onlarda şopinqə zövq yaratmaqdır.Digər tədqiqatçılar hesab
edirlər ki, hər şeydə feminist qadınlpar günahkardır. Guya, bütün XX
əsr müddətində qadınlar elə həvəslə kişi olmaq istəmişlər ki, kişilər
də qadın məkanını araşdırmaq istəmişlər. Onlar yanlarında əyləşən
şalvarlı,ləzzətlə siqaret fısqırdan varlıqlardan heç nə ilə
fərqlənmədiklərini hiss etməyə başlamışlar. Yəni, əgər qadınlar
kişilərə oxşamaq istəmişlərsə, indi isə kişilərin bir qədər qadın olmaq
növbəsi çatmışdır.Necə də olsa, metroseksualların sayı artır. Bu
yaxınlarda Amerikada sorğu keçirilmişdir. Onun məqsədi: yeni yüzillikdə
amerikalı kişilər özlərini necə görürlər. 21-48 yaş arasında 1000
kişidən onların ən istəkli arzularını soruşmuşlar. Cəmi 8% kişi şöhrət
və var-dövləti seçmişdir; 35%-i "sevimli qadınla qocalığa qədər xoşbəxt
yaşamağ"ı arzulayırlar; 22%-i xoşbəxt və sağlam uşaq atası olmağı
arzulayır; 10%-i sədaqətli dost arzusundadır. Və kişilərin 89%-i (!!!)
özlərini səliqəli, yaxşı geyinmiş olmalarını istəmişlər.
Respondentlərin təqribən yarısı bildirmişdir ki, manikür və üzün
təmizlənməsi, "müasir və sanballı adam imici yaratmaq üçün birinci
cəruri şeydir". Əlbəttə, kişi üçün yaxşı görünmək arzusunda qorxulu bir
şey yoxdur: "işgüzar adam olmaqla yanaşı, dırnaqların yaraşığı haqda
düşünmək olar".
28/07/2004
SİNQLƏR BİZİM ƏTRAFIMIZDA
Çox tezliklə tənhalıq bizdə norma olacaq.
Necə ki, artıq Qərbdə norma olur.
Yüksək boşanma səviyyəsi, böyük şəhərlərin təzyiqi, fərdiçiliyin artımı
- bunların hamısı tənhalığın artım miqyasına təsir edir.
Hə vaxtsa mən qorxurdum ki, heç vaxt ərə getməyəcəyəm. "Anam deyərdi: -
Səndə xarakter var. Amma yaxşı olardı ki, olmayaydı. Belə inadkar kimə
lazımdır?" Mən həqarətlə çımxırırdım, lakin özlüyümdə əsəbiləşirdim.
Mənə elə gəlirdi ki, mən həddən artıq müstəqiləm, həqiqətən bütün
həyatımı tənha, qarımış qız kimi yaşayacağam. Heyva mürəbbəsi
bişirəcək, onları bankalara yığacaq, xarlananda isə qohumlara
paylayacağam. Mən hətta pişik saxlamaqdan da çəkinirdim: axı tənha
qızla pişik - bu demək olar ki, proqnozdur. Bu, alında "Mənim həyatım
baş tutmayıb" yazmağa bərabər idi.
Lakin hər şey başqa cür alındı. Anamın vaxtında, əgər qadın otuz yaşına
qədər ərə getmirdisə, o, nöqsanlı sayılırdı. Mənim vaxtımda isə ona
yalnız maraqla təəssüf edirlər: yoldaşın, sadəcə, bəxti gətirməyib və
ya o, nikahsızlığı bilərəkdən seçib? Düşünürəm ki, çox tezliklə
tənhalıq bizdə ümumiyyətlə norma olacaq. Necə ki, artıq Qərbdə norma
olur. Axı, müasir kişilərin demək olar hamısı tez-tez fikrə gedirlər:
hər an yaxşı seks almaq mümkünsə, evli olmaq nəyə lazımdır, emosional
bağlılıqsız yaşamaq heç də pis deyil. Qadınlar isə üstünlüyü nikaha
yox, karyera və iqtisadi müstəqilliyə verirlər. Ərli rəfiqələrinin acı
sözlərinə isə Bricit Consun qəhrəmanının sözləri ilə cavab verirlər:
"Mən ərdə deyiləm, ona görə ki, mən Tənhayam. Bir də ona görə ki, təkcə
sizin lənətə gəlmiş həyat tərziniz mövcud deyil. Hər dördüncü ailə
tənha adamdan ibarətdir, Kral ailə üzvlərinin çoxu tənhadır.
Araşdırmalar göstərdi ki, cavan kişilər, millətin sağlam qüvvələri,
nikaha tamamilə uyğunlaşmayıblar, bunun nəticəsində, mənim kimi şəxsi
gəliri və şəxsi yaşayışı olan tənha qadınların bütöv nəsli əmələ
gəlmişdir. Onlar çox şən yaşayır və kiminsə corablarını yumağa ehtiyac
duymurlar… Tənhalar! Yaşasın Tənhalar!"
Sinqlər dövrü
Sosioloqlar hesab edirlər ki, bilərəkdən seçilmiş tənhalıq, əsrin
sonunda inkişaf etmiş ölkələrdə insanların çoxunun nəsibi olacaq. Belə
ki, əziz evdar qadınlar və möhkəm ailələr, əlvida! Xoş gördük, orta
yaşlı subaylar, karyeraçı-qadınlar və tənha analar! Daha sadə desək,
xoş gördük, Sinqlər (ingilis single sözündən - tək, yeganə)!
Cəmiyyətin sinqləşdirilməsi, deyəsən, həqiqətən labüddür: yüksək
boşanma səviyyəsi, böyük şəhərlərin təzyiqi, fərdiçiliyin güclənməsi -
bütün bunlar tənhalığın miqyasının artmasına təsir edən amillərdir.
Alman tarixçisi və sosioloqu Artur İnxovun rəyinə görə, bu, tarixin
təbii gedişidir: "Orta əsrlərdə, aclığın, müharibələrin, taunun tüğyan
etdiyi zaman, yalnız böyük ailə sağ qalmaq imkanına malik idi. İndi
insan təklikdə də öz problemlərinin öhdəsindən gəlmək iqtidarındadır,
buna görə cəmiyyətin psixologiyası da dəyişir. O, sinqlərə özləri üçün
yaşamağa imkan verir. Tərəqqi, mövcudluq üçün vəsait əldə etmək
problemini aradan qaldırır, ailənin bir çox funksiyalarını sosial
sığorta sistemi öz üzərinə götürür".
İstər-istəmsəz, tənha adamın şəhərdə yaşayışı asandır. Əgər keçmişdə
kəndlərdə uşaqlar köməkçi hesab edilirdilərsə, indi şəhərdə uşaq ağır
yükdür. Valideynlərin həyatını mürəkkəbləşdirən Yeniyetmə - ailədə
köməkçi deyil, kirənişindir. Təəccüblü deyil ki, insanlar ailəyə və
uşaqlara olan tələbatı itirirlər.
Ənənəvi mədəniyyətlərdə gənclik, insan nikaha daxil olduqdan sonra
qurtarırdı, yəni reproduktiv fəaliyyətə yol açılırdı. Lakin indi
inkişaf etmiş sənaye ölkələrində belə vəziyyət müşahidə olunur. İki
sistem - həyat təminatı və təkrar istehsalatda tədricən həyat təminatı,
iqtisadiyyat üstün olur. Yəni, müasir insan üçün evlənmək, dünyaya uşaq
gətirməkdən vacib, yaxşı geyinmək və ləzzətli yeməkdir. O, həmişəlik
cavan, azad, küçük kimi fərəhli olmaq üçün, sanki konservləşir.
Yeri gəlmişkən, belə insanlar işverənlər üçün çox sərfəlidir. Əgər
əvvəllər işverənlər vicdanlı ailə başçısına üstünlük verirdilərsə, indi
isə onlar şöhrətpərəst sinqlərə üstünlük verirlər. Çünki sinqlər hər an
ezamiyyətə gedə bilər, iş vaxtından artıq işləyə bilərlər,
xoşbəxtlikdən evdə heç kim etiraz etməyəcək. Buna görə, sinqlərə iş
tapmaq daha asandır və onlar xidmət nərdivanında daha tez
irəliləyirlər.
Kütləvi informasiya vasitələri, öz növbəsində, subaylar haqda inadla,
heç bir məsuliyyətlə bağlı olmayan insan təsəvvürü yaradırlar. Onlar öz
ürəklərini qırmağa qorxmurlar, çünki heç kimə bağlanmırlar. Onlar
uşaqlar haqda narahat olmurlar, çünki uşaqları yoxdur. Onlar mətbəx
savaşının nə olduğunu bilmirlər, çünki savaşmağa adam yoxdur. "Arvadı
başqasının yanına gedə bilməz, çünki arvadı yoxdur…"
Tənhalıq təkcə qəbul edilmiş həyat tərzi olmur, o, fetişləşir. Parlaq
qabıqlı jurnallar tənha adamlara ünvanlanır, bunlar tənhaların
bibliyasıdır. Başlıqları oxumaq kifayətdir: "Keçmiş boyfrendlə necə
dost qalmaq olar", "Bir dəfəlik seks", "Hər həftə - bir qız". Azad və
öz həyatlarından tamamilə razı olan subaylar haqda kitablar böyük
populyarlığa malikdir: Cessika Adamsın "E-Mail:belaə@odinokaə", Karen
Duvenin "Məhəbbət haqda olmayan kitab", Conatan Kounun "Təsadüfi
qadın", Maykl Qeylin "Tezliklə otuz olacaq", Cenifer Uaynerin "Yataqda
yaxşıdır". Demək olar ki, özünə hörmət edən hər bir qəzetdə "Böyük
şəhərdə seks" üslubunda sütun vardır. Bu sütunu hər hansı bir qəti
əqidəli fərdiyyəçi aparır. Onun fikrincə həyatın mənası - heç kimdən
asılı olmamaq, dostlarla restoranlara getmək, idmanla məşğul olmaq,
daimi bağlılıqdan yayınmaq, seksual partnyorları dəyişmək və gecələr
mütləq özünün kiçik, tamamilə boş mənzilinə qayıtmaqdır.
Ancaq rəqəmlər
İspaniyada
toyların sayı azalmaqdadır - hər il ərsiz xanımların sayı 10% artır və
indi artıq ölkədə 8 milyondan çox subay qadın var. İspan qadınlar daha
çox işgüzar olur, öz təhsil senzlərini artırmağa üstünlük verir,
xidməti irəliləyişləri üğrunda mübarizə aparırlar. Onlar yoxsulluğu və
kişilərdən asılılığı bu günkü həyatın nöqsanı adlandırmaqdan utanmırlar
Qazaxstanda, bütün dünyada olduğu kimi, ailə institutu müəyyən
çətinliklər keçirir. Nəinki boşanmaların və nikaha daxil olanların
yaşı, həm də təklikdə yaşayanların da miqdarı artır. Axır illər,
nikahda olan şəxslərin sayı 10,3% azalmışdır. Bununla yanaşı bir dəfə
də evlənməmiş kişilərin miqdarı 7,1%, qadınların - 12,3% artmışdır.
Onların payı, müvafiq olaraq indi 30,4% və 21,6% təşkil edir.
Almaniyada on üç milyona yaxın adamın ailəsi və ya daimi partnyoru
yoxdur. Onlar şəxsi evlərində və ya mənzillərdə ayrı yaşayırlar. Yəni,
Brokqauz lüğətinin elmi tərifi ilə desək, tənhadırlar. Alman
sosioloqlarının məlumatına görə, əvvəllər vətəndaşların belə azsaylı
təbəqəsi 1990-cı illərdə artmağa başlamışdır və sonrakı illərdə belə
"təkbaşlı təsərrüfatların" sayı ancaq artmışdır.
Tənhalara istinad Yeni fenomen: ailə alaqələrinə ehtiyac duymayan
insanlar, bundan əsla əziyyət çəkmirlər. Onlar yaxşı qazanır, rahatlıq
sevir, dostları və həmkarları ilə səmimi münasibətdə olurlar. Onlara
ünsiyyət bəs edir, onlar fəal həyat tərzi keçirirlər. Əgər ailəli
adamlar axşam evdən çıxmağı həftədə bir dəfə özlərinə rəva bilirsə,
tənha adamlar bunu üç-dörd dəfə edirlər. Onlar əyləncələrə,
partnyorları ilə yaşayan həmyaşıdlarından çox vaxt sərf edirlər
Bu fakt hiyləgər kapitalistlərin nəzərindən yayınmadı. Britaniyanın
Datamonitor kompaniyasının, Avropa kompaniyaları üçün ən cəlbedici
istehlakçı kateqoriyasına həsr edilmiş tədqiqatların nəticələrini elan
etdikdən sonra, biznes üçün yeni hədəf məlum oldu - hər iki cinsdən 50
yaşa qədər subaylar. Belə məlum olur ki, bu qrup təkcə əyləncələrə
deyil, həm də yeməyə, içkilərə və şəxsi gigiyena əşyalarına, evli
yaşıdlarından ikiqat artıq pul xərcləyirlər.
Məsələn, İsveçdə ən dövlətli istehlakçılar - pensiyaqabağı yaşlı
subaylardır, onların illik məsrəfi 5,6 min avro təşkil edir. Bu, 35-49
yaş həddində isveç ailələri fonunda olduqca təsir bağışlayan məbləğdir.
Onlar adətən qənaət edirlər və istehlak mallarına iki min avrodan çox
xərcləmirlər.
Tənha adamların ən yaxşı alıcılar sayılmasını analitiklər bir neçə
səbəbə görə ayırırlar. Əvvəla, onlar yaxşı qazanırlar. İkincisi, onlar
öhdəliklə bağlı deyillər - onların ya uşaqları yoxdur, ya da uşaqlar
böyümüş və ayrı yaşayırlar. Üçüncüsü, müstəqil yaşayan adam, özünü heç
nədən məhrum etmir. O, öz həyatını rahat və hətta dəbdəbəli etməyə
çalışır.
Avropa kompaniyaları artıq başa düşmüşlər ki, tənha adamların özləri
üçün yaşamaq və özlərinə çoxlu pul xərcləmək arzusundan böyük mənfəət
götürmək olar. Bütün dünyada ailəsizlər üçün xüsusi yaşayış
kompleksləri tikilir. Özlərini yemək hazırlamaqla zəhmətə salmayan
subayların standart ev yeməyi olan - dondurulmuş yarıfabrikatlar
istehsalçıları varlanırlar. 41%-ə qədər tənha sakini olan Tokioda
alimlər hətta cırtdan tərəvəzlər yaratmışlar. Nəhəng pərakəndə satış
şəbəkəsi Aeon alıcılara standartdan dörd dəfə kiçik olan kələm,
ölçüsündən ikiqat az olan turp və mini-kudu təklif edir.
İnternetdə çoxlu miqdarda sayt var ki, onların şüarı sovet
rabitəçilərinin şüarı olan "Braksız rabitə" ola bilər. İsanlar özlərinə
parrtnyor seçir, vaxtlarını əla keçirir və səhər oyananda özlərinə sual
verirlər: "Sonra kim olacaq?"
Almaniyada daha irəli getmişlər - tənha adamlar üçün oboy buraxmışlar.
İndi hər istəyən, evində görmək istədiyi adamın şəklini sifariş edə
bilər. Təki onun beynini xarab etməsin, qayğı və diqqət tələb etməsin,
yalnız gülümsəsin, danışıqsız öz eqoist sahibinin həyatını seyr etsin.
Əgər belə "qonşu" xoşuna gəlməsə, onu həmişə başqası ilə əvəz etmək
olar.
Tənha adamlar yavaş-yavaş qərb cəmiyyətinin strukturunu dəyişirlər. Bu
dəyişikliyin əlamətlərindən biri - reklamdır. Onun böyük hissəsinin
ailəlilərin tələbatına yönəldilməsi vaxtı çoxdan keçmişdir. İndi demək
olar ki, hər iki rolikdən biri müstəqil, firavan yaşayan adamı
təmtaraqlı evi və ya dəbdəbəli ofisi fonunda nümayiş etdirir. Belə
qəhrəmanların sifətindən aydın olur ki, evdə onları nə arvadı, nə də
uşaqları gözləyir. Onları ancaq bir fincan yeni növ qəhvə maraqlandıra
bilər, yeni avtomobil onların sifətində təbəssüm yaradar. Bu gün bahalı
bəzək-düzək və delikateslərlə alver edən butiklər və modalı mağazalar
sənayesi bu adamlar üçün nəzərdə tutulmuşdur. Ailəli adamın bundan
ürəyi bulanır: "Bundansa, mən bu pula bir kisə pampers alaram!" Lakin
ailəli alıcı hiyləgər istehsalçını maraqlandırmır. Hal-hazırda
istehsalçılar sinqə, onun əsas həyati dəyərlərinə istinad edirlər:
azadlığa və təkbaşına qərar qəbul etmə hüququna və öz pulundan istədiyi
kimi istifadə etməyə.
Rusiya - subaylar ölkəsidir?
Lakin bu hələ "onların dəbidir". Rusiyada istehsalçıların çoxu ailəvi
dəyərlərə istinad etməyə davam edirlər və çətin ki, yaxın zamanlarda
onlardan kimsə tənha yappilərə keçsin. Hər halda bizdə istehlak və
gəlir səviyyəsi hələ çox aşağıdır, Rusiyanın orta sinfini isə ailəli
adamlar təşkil edir. Təmin olunmuş və həyatdan razı subaylar bizdə hələ
çox deyil. Hələlik.
Lakin proses gedir. 40 milyon rusiyalı - tənhadır. Rusiyanın böyük
şəhərlərində get-gedə daha çox kişi tək yaşayır. Yox, onlar qadın
cəmiyyətindən imtina etmirlər, amma diqqətlə nəzərdən keçirirlər.
Onların məşuqələri var, lakin evlənməyə və uşaq sahibi olmağa
tələsmirlər. Belə subayların sayı təqribən 33%-dir. Deməli, tezliklə,
lap tezliklə bizim qadınlar gəlinlik paltarları haqda arzularının
faydasızlığını başa düşəcəklər və özlərini inandıracaqlar ki, tək olmaq
- heç də pis deyil.
Neyləməli? Artıq indi sosioloji araşdırmalar təsdiq edir ki, məsələn,
moskvalı qadınlar üçün ikinci dəfə ərə getmək çox çətindir. Psixoanaliz
İnstitutunun məlumatına görə, 25-26 yaşlı boşanmış xanımlar özlərinə
ikinci əri 50-60% hallarda, 30 yaşlılar ancaq 7% halda tapırlar. Və çox
nadir hallarda, 30 yaşa qədər bir dəfə də ərdə olmayan qadınlara ailə
qurmaq nəsib olur. Rusiyanın böyük şəhərlərində 40 yaşlı boşanmış
qadınların 2,5%-i təkrar ərə gedirlər, çiçəklənmə dövründə olan Moskva
qadınlarının 36%-i isə nikahda olmur, ya boşanmışlar, ya da heç vaxt
ərə getməmişlər.
Maraqlıdır ki, bu daha faciə kimi qəbul edilmir. "Mən heç bir ərə
getmək istəmirəm!" - deyə bir rəfiqəm deyir. Supermarketdə zənbil və ya
arabacıqla hərəkət etməyin mənim üçün fərqi yodur. Əvəzində heç kimə
hesabat vermək lazım gəlmir: hara və kiminlə getdim. Nahar hazırlamaq
və qaynananın üzünə gülümsəmək lazım olmur. Nəhayət, kişiləri sevməyən
pişiyimi heç kimə vermək lazım olmayacaq…"
Bax belə. Göründüyü kimi, bizim qadınların (kişilər artıq bunu çoxdan
etmişlər) öz proqressiv qərb bacılarının ardınca sakitcə deyəcəkləri:
"Nə etməli… Yaşasın Tənhalar!" vaxta az qalıb.
Ancaq rəqəmlər
İngiltərədə
25-35 yaş qrupunda min qadın arasında araşdırma aparılmışdı. Məlum
olmuşdu ki, qadınlar artıq ailəni əsas həyati dəyər saymırlar:
soruşulanlardan beşdən üçü birinciliyi "mümkün qədər daha çox ləzzət
almağa" verirlər və vurğulayırlar ki, bu ərə getməkdən və analıqdan
vacibdir. Daha bir araşdırma da təqribən bunu təsdiq etdi: 20-30 yaşlı
qadınların üçdən ikisi bildirdi ki, onların daimi həyat yoldaşına
ehtiyacı yoxdur və onlar sözsüz üstünlüyü karyeraya verirlər.
Amerikada
işləyən əhalinin 42%-i nikaha daxil deyil. Ev sahiblərinin 40%-i
təklikdə yaşayır, 35%-i özlərini Gimeney buxovları ilə bağlamağa
hazırlaşmırlar. Yəni, istehlakçıların böyük hissəsi - subaydır. Ailəni
dolandıran ata və evdar qadın anadan ibarət ənənəvi ailə, cəmiyyətin
bütün özəklərinin onuncu hissəsini təşkil edir.
Yaponiyada
20 il əvvəl qəbul edilmiş məşhur "Məşğulluğun bərabərliyi haqda"
qanunun qəbul edilməsindən sonra, özünü bütövlükdə işə həsr etmiş qadın
nəsli formalaşmışdır. Onlar üçün ənənəvi nikah tamamilə mənasını
itirmişdir. Əslində, "cəlbedici kişi yoxdur" cümləsini indi daha
tez-tez yapon qadınları işlədirlər.
9/08/2004
ŞERŞE LYA FAM
Çində artıq neçə onillikdir ki, özünə arvad tapa bilməyən və bu
səbəbdən bütün ömrü boyu tək qalmağa məcbur olan müəyyən kişi təbəqəsi
formalaşır.
Qismətinə arvad çatmayan belə kişiləri "çılpaq budaq" adlandırırlar və
onların sayı onlarla milyondur. Hələ beş il bundan qabaq Pekində Çinin
sosial elmlər Akademiyasının keçirdiyi tədqiqatların nəticələrinə görə
hər altıncı çinli özünə arvad tapa bilmir. Beləliklə, 1999-cu ildə
Çində 111milyon tənha kişi var idi. Bu günə kimi Çində doğulan 100 qız
nisbətində 120 oğlan doğulur. Orta dünya göstəricisi hər 100 qıza 105
oğlandan ibərətdir. Beləliklə, ölkə demoqrafik əyinti astanasında
durur. Bəzi tədqiqatçılar hesab edirlər ki, qadınların kəskin
çatışmazlığı, cəmiyyətin sabit inkişafına təhlükə yaradır və əvvəl-
axır zorakılığa gətirib çıxara bilər.
9/08/2004
BU YAY POZİTİV BİR ŞEY ETMƏYƏ HƏVƏSİN VARMI? FOTOMÜSABİQƏDƏ İŞTİRAK ET!
"Gənclər və bərabər olanlar" (Young&Equal) - Şərqi Avropa, Qafqaz,
Mərkəzi Asiya, Rusiya və Əfqanıstanın təşəbbüskar gənclərindən ibarət,
qender bərabərliyi uğrunda yeni gənclik qrupu bütün gəncləri
"Kişilər və qadınlar arasında bərabərsizlik gənclərin gözü ilə"
fotomüsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqəyə qəbul olunan fotoşəkillər, 2004-cü ilin payızında GB
şəbəkəsinin nümayəndələri yaşayan azı dörd böyük şəhərdəki sərgilərdə
və həmçinin GB veb saytında nümayiş etdiriləcək .
Ən yaxşı işin müəllifi rəqəmli fotokamera ilə mükafatlandırılacaq.
Seçmə meyarları:
- 14 yaşdan 28 yaşa qədər. Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Rusiya və Əfqanıstan vətəndaşları.
- Dicər regionların vətəndaşları da müsabiqədən kənar iştirak üçün öz işlərini göndərə bilərlər
- İşlər özlərinin orijinallığı, yaradıcılığı və ictimai rəyi dəyişmə potensialı əsasında seçiləcəkdir.
- İşlər təkcə problemi/ləri göstərməyi deyil, həm də onun/ların həllini
göstərə bilər. Məsələn, siz konkret problemin həll olunduğu vəziyyətin
əksini və ya onun mümkün həllini necə təsəvvür etdiyinizi göndərə
bilərsiniz.
Necə və na vaxt:
- Bütün işlər 2004-cü il avqustun 25-ə qədər göndərilməlidir
- Fotoşəkillər JPEG formatında young equal@yahoo.co.uk ünvanına göndərilməlidir.
- Hər bir iştirakçı 5-ə qədər fotoşəkil göndərə bilər.
Hər bir fotoşəkil aşağıdakı informasiya ilə (maksimum 500 söz) göndərilməlidir:
1. Müsabiqədə iştirak edənin adı, yaşı, fəaliyyət növü, poçt ünvanı, telefon nömrəsi, elektron poçtunun ünvanı.
2. Fotoşəklin adı və kadrın nə vaxt, hansı şəraitdə çəkilməsinin qısa
izahı, həmçinin nə üçün məhz bu kadr seçilmişdir, onun mənası nədir,
onun kişilər və qadınlar arasında bərabərsizliklə nə əlaqəsi var.
3. Başqa adam tərəfindən (ailənizin üzvü, kitabdan, jurnaldan,
İnternetdən götürülmüş) çəkilmiş fotoşəkli göndərmək olar - lakin, bunu
müşayiət mətnində qeyd etmək lazımdır - mənbənin tam adı, nəşr tarixi
və müəllifin adı.
Lazımi informasiyasız göndərilmiş fotoşəkillər müsabiqədə iştiraka buraxılmayacaq
Əlavə informasiya almaq üçün bizə aşağıdakı ünvana yazın young
equal@yahoo. co.uk
Uğurlar!!!
Young@Egual
11/08/2004
QADIN HƏKİMLƏR HƏDDİNDƏN ARTIQ ÇOXDURMU?
Kral Həkimlər Kollecinin prezidenti, professor Kerol Blak, kollecin 500
illik tarixi ərzində rəhbər vəzifə tutan ikinci qadın olmuşdur. Kral
Həkimlər Kolleci tibb kollecləri arasında daha nüfuzlu sayılır. O,
standartlaşdırmaya və tibb təhsilinin keyfiyyətinə məsuldur. Təbabət
qender şovinist peşə reputasiyasına malikdir, belə ki, onda güclü kişi
məsləhətçiləri eqosu üstünlük təşkil edir. Lakin bu tez bir zamanda
dəyişir. Yeni həkimlərin 60 faizindən çoxu qadınlardır və onlar artıq
mühüm tətbiqi və nəzəri təbabət sahəsində üstünlük təşkil edirlər. Az
müddətdə qadın həkimlər kişiləri üstələyəcəklər. Kral Həkimlər
Kollecinin professoru K.Blak hesab edir ki, qadınların təbabətə geniş
surətdə cəlb edilməsi, onun tənəzzülünə gətirib çıxaracaqdır.
Rusiyada təbabət, onun sosial statusunun aşağı düşməsi ilə, demək olar ki, tamamilə qadın peşəsi olmuşdur.
Kral Qulluq Kollecinin rəhbəri Liz Xyuyett, professor Blakın şərhinə bu
sözlərlə reaksiya vermişdir: "Səhiyyənin müasir işçi qüvvəsi,
cəmiyyətin müxtəlifliyini əks etməlidir".
23/08/2004
VATİKAN "FEMİNİZMƏ QARŞI 40 SƏHİFƏ"Nİ NƏŞR ETMİŞDİR
"Alman dalğası"nın məlumatına görə, Vatikan Katolik Kilsəsində qadınların rolu haqda yepiskoplara müraciət nəşr etmişdir.
Alman KNA agentliyinin Vatikandan verdiyi məlumatına görə, "Kilsədə və
dünyada kişi və qadınların əməkdaşlığı haqda katolik kilsəsinin
yepiskoplarına müraciət" adlı sənəd, dünyada ən çoxsaylı dini
konfessiyanın bütün təşkilatlarına göndərilmişdir. Müraciət kardinal
Yozef Ratsinger tərəfindən tərtib edilmiş və Roma Papası İoann II Pavel
tərəfindən bəyənilmişdir.
Müraciət, Vatikanın nöqteyi-nəzərindən, birtərəfli insan obrazı
yaratmış müasir feminist diskursu ilə polemika aparır. Bu obrazda əsas
şərt - katolik iyerarxlarının gümanına görə, bərabərlik uğrunda
mübarizə maskası altında hakimiyyət uğrunda mübarizədir. Cinslər
arasında bərabərliyə nail olmaq cəhdi insanın təbii başlanğıcında
dəyişikliklərə gətirib çıxara bilər. Təbiətə üstün gəlmə ideyası ilk
növbədə ailəyə dağıdıcı təsir göstərir.Vatikanda ehtiyat edirlər ki,
vaxtilə insanın cinsi mənsubiyyətinə biganəlik,cəmiyyətin özünün sağ
qalmasına təsir edə bilər.
Sənəddə ingilis dilli dünyada yayılmış "qender ideologiyasına"
müqavimət göstərməyin vacibliyindən bəhs edilir. Bu ideologiyaya görə,
kişi və qadın başlıca bioloji vahiddən daha çox sosial determinist
roldur. Katolik kilsə insanlığa Allah tərəfindən bəxş edilmiş təbiət
rollarının aradan qaldırıla bilməməsindən çıxış edir. O, bir tərəfdən
cinsi əlamətlərə görə sosial və siyasi diskriminasiyaya qarşı qanuni və
vacib mübarizəni, digər tərəfdən isə təbiətə qarşı əks-mədəni qiyamı
fərqləndirməyi tələb edir. Bununla əlaqədar Vatikan bir sıra ölkələrdə
qanuniləşdirilmiş bircinsli nikahı rədd edir. Allah kişi və qadın
arasında nikahı təkcə nəslin fiziki davamı üçün deyil, həm də
qarşılıqlı natamamlığı təkmilləşdirmək üçün təsis etmişdir.
Sənəddə kişi və qadınların bərabər məziyyətindən, ailədə tutduğu xüsusi
rolla bağlı iş yerində qadınların xüsusi hüquqlarının
qanuniləşdirilməsinin vacibliyindən bəhs edilir. Müraciətdə qeyd edilir
ki, Katolik kilsəsində keşiş rütbəsi kişilərə məxsusdur. Lakin qadın da
kilsə həyatında böyük rola malikdir. Papa qadınların keşiş rütbəsinə
nail olmaları haqda müzakirələri bir neçə il əvvəl bağlı elan etmişdir.
İki il əvvəl kardinal Ratsinger, Vatikan tərəfindən tanınmayan
yepiskopun keşiş vəzifəsinə təyin etdiyi Almaniya, Avstriya və ABŞ
katolik qadınlarını kilsədən ayırmışdır.
23/08/2004
QADINLAR VATİKANIN FEMİNİZM HAQDA SƏNƏDİNƏ BÖYÜK NARAZILIQLA CAVAB VERMİŞLƏR
Reuters məlumat verir ki, qadınlar Vatikanın feminizm haqda sənədinə böyük narazılıq və təəccüblə cavab vermişlər.
Bəziləri bildirirlər ki, Katolik Kilsəsini kişilər idarə edir, onlar
zaman kəsişməsində yaşayır və qadınları yerində oturtmaq istəyirlər.
İyulun 31-də nəşr olunmuş sənəd təsdiq edir ki, hakimiyyət və qender
bərabərliyi uğrunda müasir mübarizə ənənəvi ailə anlayışını sarsıdır və
eynicinsli nikahların yaranması üçün münasib ab-hava yaradır.
"CatholicsforaFreeChoice" amerika şirkətinin prezidenti Frensis
Kisslinq (Frances Kissling) deyir ki, ona elə gəlmişdir ki, o, bu
sənədi oxuyarkən, "zaman müddətində uçurumdan keçmişdir". "Mən dəqiq
fikirləşirdim ki, 1960-cı illərə düşmüşəm və Papanın teoloqu Arçi
Bunker təyin edilmişdir".
"Kilsədə və dünyada kişi və qadınların əməkdaşlığı haqda" 37 səhifəlik
sənəddə Vatikan qeyd edir ki, qadınlara hörmət etmək və onlara iş
yerlərində bərabər hüquqlar vermək lazımdır. Lakin cinslər arasında
fərq tanınmalı və qeyd edilməlidir. Katolik Kilsənin mövqeyini yenidən
təsdiqləyən sənəddə, qadın-keşişlərə qadağa daxil edilmişdir. Orada
deyilir ki, qadınların çoxu "kişilərin köməkçisi" olmağı hiss edirlər.
Burada feminizmin qender fərqlərini aradan qaldırması cəhdləri tənqidə
məruz qalır və təsdiq edilir ki, feminizm, ana və atadan ibarət ənənəvi
ailə strukturunu sual altına alan ideologiyaları ruhlandırmış,
homoseksualizm və geteroseksualizmi ümumilikdə ekvivalent etmişdir.
Kisslinq deyir: -"Belə müraciətlər ancaq qadınlarla ciddi münasibətləri
olmayan, qadın hüquqları uğrunda hərəkatın həm qadınlara, həm də
kişilərə bəxş etdiyi pozitiv dəyişikliklərdən təsəvvürü olmayan kişilər
tərəfindən edilə bilər.
Sabiq avropalı komissar və Avropa parlamentinin indiki deputatı Emma
Bonino deyir ki, Vatikan artıq mövcud olmayan dünya haqda yazmışdır. O,
sünni müsəlmanların hörmət etdiyi Qahirə dini təhsil institutuna
istinadən qeyd edir: "Bu müraciəti asanlıqla əl-Əzhardan olan imam yaza
bilərdi". O, "Corriere della Sera" qəzetinə müsahibəsində demişdir:
"Katolik kilsəsinə münasibətdə ədalətli olmaq üçün demək lazımdır ki,
heç bir din qadınların dostu deyil. Onlar kompliment söyləyirlər, lakin
dəyişikliklərə gəldikdə sənin öz yerində qalmağını tələb edirlər: həyat
yoldaşı, dayə, ana və nənə".
Sənəddə deyilir ki, analıq "qadın identikliyinin açar elementi" olsa
da, qadınlara ancaq nəsil artırma mövqeyindən baxmaq düzgün deyil.
Burada deyilir ki, ana olmaq üçün işdən getməyi qərara almış qadınları
qınamaq olmaz. Hökumətlərə təkliflə müraciət edilir ki, "ailə
həyatından əl çəkməmək" üçün analara ofisdən kənar işlə məşğul olmaqda
kömək etsinlər.
Bəzi qadınlar ərz edirlər ki, Vatikan öz üzərinə kişilərə münasibətdə
oynamadığı patron rolunu götürmüşdür. Turin Universitetinin sosiologiya
professoru Kyara Sarakeno (Chiara Saraceno) deyir: "Hamıya məlumdur ki,
kişilər və qadınlar fərqlidirlər və feminist hərəkat həmişə belə
fikirlərə tərəfdar olmuşdur. Solçu "L`Unita" qəzetinə verdiyi
müsahibədə o, bəyan etmişdir: " Lakin məni qadınlara münasibətdə
həmişə, kişilərə münasibətdə heç vaxt edilməyən bu nəsihətverici tərz
sarsıtdı".
23/08/2004
HİNDİSTANDA "YALNIZ QADINLAR ÜÇÜN" MƏSCİD TİKMƏK İSTƏYİRLƏR.
Hind ştatı Tamil Nadunun qadın müsəlman icması, "Tamil Nadu Muslim
Munnetra Kazhagam" daxil olmaqla bəzi müsəlman təşkilatlarının
etirazına baxmayaraq, özlərinin çoxdankı arzusu, Pudukottayada "yalnız
qadınlar üçün" məscidin tikilməsinə qərar vermişlər. Bu məlumatı
"Redif. Com" istinadla "İslam Ru" xəbər verir. Avqustun 10-da Madurayda
verdiyi müsahibədə ictimai təşkilatın direktoru doktor Şərifə Hanam
bildirmişdir ki, bəzi islam partiyaları və icmaların etirazına
baxmayaraq, məscid tikiləcəkdir.
Bununla bərabər, məlumdur ki, islama görə, məscid Həqq-təalanın Evidir, buraya giriş cinsdən asılı olmayaraq hamı üçün açıqdır
Məcmuədə 2002-2003-cü illərdə Ural Universitetində ali məktəb
müəllimləri və inzibati işçiləri üçün qender problematikasına dair
keçirilən silsilə seminarların nəticələri təqdim edilmişdir. Müəlliflər
ali məktəblərdə dəyişiklikləri, kursların tədris planına daxil edilmiş
qender problematikasının nəzəri və metodiki problemlərini təhlil
edirlər. Kitabda əməkdaşlar, inzibatçılar, müəllimlər və tələbələr
arasında "mərdlik" və "zəriflik" təsəvvürləri ilə şərtləndirilmiş
münasibətlərin xüsusiyyətləri nəzərdən keçirilir. Kitab sosioloqlara,
ali təhsil və qender problematikası mütəxəssislərinə, mədəniyyət
tədqiqatçılarına məsləhət görülür.
Nəşr Qadın Şəbəkəsi çərçivəsində "Açıq Cəmiyyət" İnstitutunun (Rusiya) maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
23/08/2004
MÜASİR RUSİYADA QENDER BƏRABƏRSİZLİYİ STATİSTİKA PRİZMASINDAN. BASKAKOVA M.Y.
Bu nəşrə MQTM "Rusiya Federasiyasında qender statistikasının inkişafı
problemləri" seminarının ən mühüm materialları, qender problematikasına
dair araşdırmalar daxil edilmişdir. Bu materiallar dövlət statistikası
materiallarına, Rusiya iqtisadiyyat və əhalinin sağlamlığı
monitorinqinə (RİSMRLMS, 1996-2002-ci illər), kənd təsərrüfatının
iqtisadiyyatı ÜRETİ -si və Rusiya kənd təsərrüfatı nazirliyi tərəfindən
keçirilən kəndin sosial-əmək sahəsi monitorinqinə, sosial tədqiqatların
nəticələrinə əsaslanır.
Kitab alimlər, müəllimlər, aspirantlar, ali məktəb tələbələri və
həmçinin dövlət qulluqçuları, deputatlar və ictimai-siyasi
təşkilatların nümayəndələri üçün nəzərdə tutulmuşdur. Kitab Rusiyada
qender tədqiqatları və qender statistikasının təkmilləşdirilməsi ilə
məşğul olan hər bir kəsə faydalı ola bilər.
Mündəricat
Minnətdarlığın izharı
Müəlliflər haqda
Rimaşevskaya N.M. Müqəddimə
Baskakova M.E., Lunyakova L.Q. Giriş
Introduction
Laykam K.E. Rusiyada qender statistikasının vəziyyəti və inkişafı haqda.
Zotova Y.A. Ümumdünya bankı siyasətinin qender tərkib hissəsi.
Melex İ.N. Statistika bazasının inkişafı və qender bərabərliyinin
irəliləyişi - Beynəlxalq əmək təşkilatının yeni operativ məqsədidir.
Melnikova T.A. Qender statistikasının təkmilləşdirilməsinin vacibliyi haqda.
Roşin S.Y. Əmək və məşğulluq statistikasının qender aspektləri.
Soboleva İ.V. Kişi və qadınların məşulluğu.
Yonuşkayte İ.Y. İslahatlar dövründə işsizliyin dinamikası: qender aspekti.
Roşin S.Y., Qorelkina O.Q. Əmək haqqında qender fərqi: amil və meyllərin mikroiqtisadi təhlili.
Suvorov A.V. Əmək haqqında qender fərqlərinin mikroiqtisadi təhlili.
Ballayeva E.A. Səhiyyə sahəsində qender bərabərliyinin indikatorları.
Baskakova M.Y. Kişilər və qadınlar təhsil sahəsində.
Zubareviç N.V. Rusiya regionlarında sosial bərabərsizlik: qender təhlili.
Tyuryukanova Y.V. Mühacirət statistikasının qender aspektləri.
Mezentseva Y.B. Ev əməyinin qenderli bölüşdürülməsi: əsas meyllər və iqtisadi qiymətləndirilmə məsələləri.
Pankov B.P., Malaxova V.Y., Rokotyanskaya Y. V. Məşğulluğun qender aspektləri, kənddə əmək və həyat şəraiti.
Moskva qender tədqiqatları mərkəzi haqda informasiya.
Minnətdarlığın izharı
Moskva Qender Tədqiqatları Mərkəzi (MQTM) Con D. və Ketrin T.
MakArturlar Fonduna, "Qender bərabərliyi üzrə ekspertlər birliyi üçün
analitik-informasiya resurs mərkəzi" layihəsinin dəstəyinə görə səmimi
razılığını və minnətdarlığını bildirir. Bu da kitabın nəşrini mümkün
etdi.
REA Əhali artımının Sosial-İqtisadi Problemləri İnstitutunun (REA
ƏASİPİ) direktoru, REA-nın müxbir üzvü Natalya Mixaylovna
Rimaşevskayaya xüsusi minnətdarlıq bildiririk. Onun köməyi sayəsində
sosial-iqtisadi təqiqatlara qender yanaşmasının irəliləyişi on beş
ildən çox həyata keçirilir.
Biz bütün məqalə müəlliflərinə və "Rusiya Federasiyasında qender
statistikasının problemləri" seminarının iştirakçılarına minnətdarlıq
bildiririk. Onların yüksək peşəkarlıq səviyyəsi, bizim ölkədə qender
tədqiqatları problematikasının genişləndirilməsini mümkün etdi.
Biz MQTM üzrə bütün həmkarlarımıza, ilk növbədə isə Olqa Voronina,
Larisa Lunyakova və Yelena Ballayevaya konsultasiya və seminarın və
məcmuənin hazırlanmasında bilavasitə köməyə görə minnətdarıq.
Müqəddimə
İqtisadçılar həmişə - dünən, bu gün, sabah - statistikaya böyük
əhəmiyyət verəcəklər. Onsuz sosial-iqtisadi tədqiqatlar mücərrəd
mühakimələrə və heç kimə lazım olmayan bəyanatlara çevrilirlər.
Əhatəli, keyfiyyətli statistikasız konkret iqtisadi və sosial məsələlərin həlli praktiki olaraq mümkün deyil.
Qender tədqiqatları üçün - hələ çoxlu ağ ləkələr olan elm və
praktikanın yeni sahəsində - keyfiyyətli statistikanın toplanması və
operativ nəşri xüsusilə aktualdır. Qender tədqiqatlarının lazımi
informasiya ilə təmin edilməsinin mürəkkəbliyi ondadır ki, Rusiyada
qender statistikası faktiki olaraq 1990-cı illərdə, Rusiyanın,
qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransı (Pekin,
1995-ci il) tərəfindən işlənib hazırlanmış hərəkət Platformasına
qoşulmasının nəticəsində yaranmışdır. Burada milli statistika
xidmətləri ölkə daxilində və ölkədən kənarda bütün istehlakçıların,
cəmiyyətdə kişi və qadınların vəziyyəti ilə bağlı problemləri əks
etdirən statistik məlumatların toplanması, hazır şəklə salınması,
təhlili və təqdim edilməsini öhdələrinə götürmüşlər.
"Rusiyada kişilər və qadınlar"qender statistikasına dair ilk məcmuə RF
Dövlət Statistika Komitəsi tərəfindən (1997-ci il) işlənib hazırlanmış
və kiçik həcmdə dərc edilmişdir. Lakin son illərdə bu sahədə mühüm
pozitiv irəliləyiş baş vermişdir. Göstərilən məcmuə, dinamik şəkildə
genişlənərək, hər il çap olunur. Buna görə də hal-hazırda, qender
statistikası göstəriciləri sisteminin təkmilləşdirilməsi, onların əldə
edilməsi metodları, statistik məlumatların tutuşdurula bilməsinə nail
olmaq və informasiya məlumatlarının müxtəlif mənbələrinin
genişləndirilməsi ön plana keçir. Məhz bu gün, RF Dövlət Statistika
Komitəsi tərəfindən həyata keçirilən sahələr üzrə dövlət
statistikasının ən mühüm təkmilləşdirmə dövründə, onun qender
aspektinin yaxşılaşdırılması üçün çoxlu imkanlar yaranır. Onun məqsədi
konkret məsələləri həll etmək üçün tətbiq sahəsini genişləndirməkdir.
Hal-hazırda Rusiya qender statistikasının genişləndirilməsi hər şeydən
əvvəl 2002-ci il Ümumrusiya əhalinin siyahıya alanmasının
nəticələrindən maksimal tam istifadə etmə hesabına mümkündür. Bizim
cəmiyyət üçün qender münasibətlərinə aidiyyatı olan absolyut tam
informasiyanın alınması üçün siyahıya alınmanın nəticələrinin hazır
şəklə salınması proqramına lazımi dəyişikliklərin, əlavələrin,
düzəlişlərin daxil edilməsi, həmçinin dərindən öyrənilmək üçün seçki
məlumatlarından istifadə etmək hələ gec deyil.
Bundan başqa qender tədqiqatlarının inkişafına ailə büdcəsi
statistikasının təkmilləşdirilməsi böyük imkanlar təqdim edə bilər. Bu
gün bu informasiya qismən RF Dövlət Statistika Komitəsinin illik
məcmuələrində, məsələn, "Əhalinin həyatının sosial şəraiti və
səviyyəsi" məcmuəsində təqdim edilmişdir.
Lakin, ailədə qadının vəziyyəti, kişilər və qadınlar arasında
vəzifələrin bölüşdürülməsini əks etdirən statistik göstəricilər, və ən
əsası-qadınların haqqı ödənilməyən əməyi yerinə yetirməsi üçün vaxt
sərfi yoxdur. Nəticədə, biz bu gün rusiyalı qadınların uşaqların
tərbiyəsinə, ailənin reproduktiv funksiyarına nə qədər əmək və güc sərf
etdiyini bilmirik. Qadınların bu fəaliyyətini pul ekvivalentində
hesablaya, bu səbəbdən də onların ölkənin inkişafına qoyuluşlarını
kompleks qiymətləndirə bilmirik. Eyni zamanda görünür ki, bu cür
göstəriciləri vaxt büdcələrinin seçmə araşdırma məlumatları əsasında
almaq olar, bunu da imkan dairəsində beş ildə bir dəfədən az olmayaraq
keçirmək lazımdır. İnformasiya sahəsinin genişləndirilməsi üçün daha
bir imkan mövcuddur.
Bu gün müxtəlif tədqiqat mərkəzlərinin alimləri çoxlu yerli
araşdırmalar aparırlar ki, bunların da nəticəsində ölkənin regionları
üzrə çox böyük verilənlər bazası formalaşır. Lakin bu informasiyanın
geniş istifadə edilmə imkanları verilənlərin uyğun gəlməməsi ilə
çətinləşir. Buna görə də, bu mozaikanın calanma məsələsi, regionlarda,
onların xüsusiyyətləri ilə bağlı alınan nəticələrin nə qədər fərqli
olduğunu təyin etmək aktual olur.
Qender statistikası üzrə mövcud göstəricilər sistemi də təkmilləşməyə
möhtacdır. Bu gün bu sistemin heç də bütün qismləri eyni cür dolğun və
mükəmməl deyil. Belə ki, RF Dövlət Statistika Komitəsinin əhalinin
məşğulluğu problemlərinə dair rüblük araşdırmalarının nəticələrinə görə
işləyib-hazırladığı məşğulluq və əmək bazarı sahəsində kişi və
qadınların vəziyyətini əks etdirən göstəricilər yaxşı təqdim
edilmişdir. Məsələn, gəlirlərdə, ən əsası da əmək haqqında qender
asimmetriyasının göstəriciləri isə, bu kəskin sosial problemin tam
işıqlandırılması üçün kifayət deyil.
Gəlir və əmək haqqı ilə bağlı vəziyyəti əks etdirən indikatorların
böyük əksəriyyəti, bütövlükdə əhali üzrə hesablanır, həm də RF Dövlət
Statistika Komitəsi tərəfindən aparılan araşdırmalar onları cinsi
əlamətlərə görə fərqli surətdə işləyib-hazırlamağa imkan verir. Anoloji
vəziyyət statistikanın digər sahələrində də formalaşır - təhsil,
əhalinin sağlamlığı, mühacirət və s.
Qeyd etmək lazımdır ki, qender statistikasının indikatorlar sisteminin
təkmilləşdirilməsi zaman, bu problematika üzrə ixtisaslaşan
tədqiqatçıları cəlb etmək olar və lazımdır, bu da onun keyfiyyətini
artırmağa səbəb olar.
REA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru N.M.Rimaşevskaya
Giriş
Rusiya Federasiyasında qender tədqiqatları 1980-ci illərin sonlarında
geniş yayılmağa başlamışdı. İlk illər yeni elmi cərəyan, tədricən sovet
dövrünün ənənəvi qadın tədqiqatlarından ayrılaraq, əsas etibarilə
nəzəri və metodoloji planda inkişaf edirdi.
Bu dövrdə tətbiqi əsərlər, xüsusən də sosial-iqtisadi tematika üzrə,
açıq-aydın kifayət etmirdi. Hər şeydən əvvəl bu, həm tədqiqat
layihələri, həm də dövlət statistikası məlumatları əsasında alınan
vacib empirik məlumatların olmaması ilə izah edilirdi
Bir halda ki, sonuncu sovet dövründə yaradılmış metodikalar üzrə
işlənib-hazırlanmışdır, o, keçid dövrü proseslərinin təhlili üçün az
yararlı idi. Yeganə istisnanı məşğulluq sahəsində və əmək bazarında
kişi və qadınların vəziyyəti haqda tədqiqatlar təşkil edirdi. Onların
intensiv inkişafı Federal məşğulluq xidməti (FMX) çərçivəsində rəsmən
qeydə alınmış işsizliyin statistik monitorinqinin yaradılması və
həmçinin Rusiya əmək statistikasının Beynəlxalq əmək təşkilatı (BƏT)
standartlarına keçidi ilə stimullaşdırılırdı.
Bu arada, məhz bu illərdə ölkədə siyasi və sosial-iqtisadi vəziyyət
əsaslı surətdə dəyişdi: özəlləşdirilmə keçirildi; şəxsi mülkiyyət
yarandı; böyük, orta, kiçik biznes formalaşdı; yeni sosial qruplar
əmələ gəldi (işverənlər və işsizlər, oliqarxlar və baxımsız uşaqlar və
s.); əhalinin gəliri arasında fərq inkişaf etməkdə olan ölkələrin
səviyyəsinə qalxdı; əhalinin mühacirət etməsi artdı (o cümlədən
qeyri-leqal, insan ticarəti); əhalinin həyat səviyyəsi kəskin şəkildə
aşağı düşdü və onun regional fərqləri artdı. Baş vermiş dəyişikliklərin
qender nəticələrinin səthi təhlili göstərir ki, Rusiya Federasiyası
Konstitusiyasının 19 maddəsində qender bərabərliyi prinsipinin
möhkəmləndirilməsinə baxmayaraq, bu dəyişikliklər kişi və qadınlara
müxtəlif cür toxunmuş və ümumilikdə, cəmiyyətdə mövcud olan qender
bərabərsizliyini gücləndirmişdir.
1990-cı ilin ortalarından sosial-iqtisadi sahədə qender tədqiqatlarının
inkişafında yeni mərhələ başladı - təkcə nəzəri deyil, empirik
tədqiqatların da inkişafı. Buna başlıca olaraq, 1997-ci ildə Rusiya
Dövlət Statistika Komitəsinin qender statistikasını formalaşdırmasının
başlanğıcı kömək etdi. Bu formalaşma, iqtisadi vəziyyətin və insan
sağlamlığının Rusiya monitorinqinin məlumatlarına, qender
problematikası üzrə tədqiqat layihələrinə maliyyənin artırılmasına yol
açdı
Yeni informasiya imkanları tədqiqatçılara Rusiya cəmiyyətinin bir çox
qender problemlərini ilk dəfə miqdarca qiymətləndirməyə imkan verdi:
kişi və qadın əməyinin ödənişi səviyyəsində uyğunsuzluğun artımını
göstərmək (o cümlədən yaş və təhsil səviyyəsindən asılı olaraq),
yoxsulluğun feministləşdirilməsi problemini açmaq, qadınların qərar
qəbul etmə sahələrindən sıxışdırılması, Rusiya ailələrində ev əməyinin
qender bölüşdürülməsi haqda ümumi təsəvvürləri göstərmək və s.
Təəssüf ki, empirik baza hələ açıq-aydın kifayət qədər deyil və Rusiya
tərəfindən elan edilmiş bərabər hüquq və bərabər imkanlar siyasətinin
həyata keçirilməsindən asılı olan bir sıra mühüm qender problemlərini
təhlil etməyə imkan vermir.
Belə ki, məsələn, kişə və qadınlar arasında mülkiyyətin bölünməsi, əmək
haqqı, gəlir və büdcə vaxtıının qender fərqi haqda, bütün sahələrdə
məşğulluq və qeyri-münasib əmək şəraitinə münasibətdə informasiya
yoxdur, xarici və daxili miqrasiya axınlarının hesaba alınması kifayət
qədər dolğun deyil.
Bu növ məlumatların olmaması sosial və iqtisadi siyasətin qender
ekspertizasının keçirilməsini, o cümlədən təhsil, səhiyyə sisteminin
yeniləşdirilməsini, peşəkar təqaüd sisteminin transformasiyasını və s.
çətinləşdirir. Kişi və qadınların kiçik biznes sahəsində imkanlarını
bərabərləşdirilməsinə kömək edən proqramların işlənib-hazırlanması
çətinləşmiş, ölkəmizdə qender problemlərinin həlli dayandırılmışdır.
Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, qender problemlərinin, ilk növbədə isə qender
bərabərliyinin həlli, ölkənin iqtisadi və sosial tərəqqisinə nail
olmaqda mühüm amillərdən biridir.
Buna görə qender statistikasının inkişafı bu gün Rusiya üçün strateji
cəhətdən vacibdir. Qender statistikası - cinsi əlamətlərə görə
statistik göstəricilərin mexaniki bölgüsü deyil, onların əlaqəli
sistemidir. Bu da kişi və qadınların cəmiyyətdə vəziyyətlərinin
xüsusiyyətlərini nəinki operativ və sistematik əsasda əks etməyə imkan
verir, həm də həyat fəaliyyətinin bütün sahələrində qender
asimmetriya/simmetriyasının formalaşmasına qender rollarının və qender
stereotiplərinin təsirini üzə çıxarır.
Müvafiq olaraq, qender statistikası qarşısında duran məsələləri aşağıdakı kimi ifadə edə bilərik:
Həyat fəaliyyətinin bütün sahələrində kişi və qadınların vəziyyətinin
xarakteristikasını vermək, qender rolları və qender stereotiplərinin
təsirini əks etdirmək;
Rusiya cəmiyyətində qender problemlərinin dinamikasını izləmək imkanı vermək;
Beynəlxalq qarşılaşdırılma keçirilməsinə imkan yaratmaq;
Kompleks informasiya nəzarəti və qəbul edilmiş hakim qərarların yerinə
yetirilməsinin qiymətləndirilməsini, kişi və qadınların
qanuniləşdirilmiş hüquq və vəzifələrini və həmçinin, bərabər hüquq və
bərabər imkanlar siyasətinin reallaşdırılmasını təmin etmək.
Qender statistikasının xüsusiyyəti ondan ibarətdir ki, o, avtonom
sahəni deyil, ayrıca sahəni təmsil edir, o, statistikanın bütün
bölmələrini, onları üzvi surətdə tamamlayaraq, "dəlir".
Şübhəsiz, milli qender statistikası beynəlxalq təcrübəni nəzərə almaqla
inkişaf etməlidir. Bununla belə, yaddan çıxarmaq olmaz ki, hər bir ölkə
özünün spesifik qender problemləri dəstinə malikdir.
Nəzərə almaq lazımdır ki, milli qender statistikasının
təkmilləşdirilməsində beynəlxalq standartlar vacibdir. İlk növbədə
oriyentir və məlumatların toplanması və təqdim edilməsi modeli kimi.
Lakin beynəlxalq standartlara həddən artıq düzxətli "bağlılıq", "ölkə"
qender statistikasını spesifik milli qender probleminin işıqlandırma
imkanlarından məhrum edə bilər.
Qender statistikasına verilən vacib tələblərdən biri də, onun
operativliyidir. Ölkəmizdə baş verən iqtisadi və sosial dəyişikliklərin
fövqəladə yüksək surəti, yeni qender problemlərinin yaranması ilə
müşayiət edilir ki, buna qanunvericilikdəki dəyişikliklər kömək edir.
Bu vəziyyətdə kişi və qadınların cəmiyyətdə üzləşdikləri maneə və
çətinliklər haqda operativ və adekvat informasiyanın çatışmazlığı,
qender problemlərinin həlli üzrə inzibati və siyasi qərar, proqram və
tədbirlərin işlənib-hazırlanması və effektivliyinin
qiymətləndirilməsində əngəl ola bilər.
Qender statistikası tərtibinin uğuru başlıca olaraq, bu statistikanın
istehsalçıları və istehlakçıları arasında dialoqun mütəşəkkilliyindən
asılıdır: hökumət və qeyri-hökumət idarələri, siyasətçilər,
qeyri-hökumət təşkilatları, elmi mərkəzlər, alimlər və müəllimlər. Belə
ki, söhbət bu informasiyanın istehsalatın bütün mərhələlərində
qarşılıqlı əlaqəsi haqda gedir: məlumatların toplanması proqramlarının
işlənib-hazırlanmasından, təqdim etmənin üsul və formatına, nəşrinə və
alınmış məlumatların yayılmasına qədər.
Ölkəmizdə belə dialoqun təşkil edilməsində ilk cəhd statistika
istifadəçiləri tərəfindən təşəbbüsləndirilmiş "Rusiya Federasiyasında
qender statistikasının inkişaf problemləri" elmi-ekspert seminarı oldu.
Seminar Con və Ketrin Fondunun dəstəyi ilə MQTM-nin "Qender bərabərliyi
üzrə ekspertlər birliyi üçün analitik-informasiya resurs mərkəzi"
layihəsi çərçivəsində REA Əhali Artımının Sosial-İqtisadi Problemləri
İnstitutu ilə birgə Moskva Qender Tədqiqatları Mərkəzi təşkil etmişdir
və 2003-cü il mayın 29-da keçirilmişdir.
Seminarın işində iştirak etmək üçün Rusiya Dövlət Statistika
Komitəsinin, beynəlxalq təşkilatların (Ümumdünya bankı, BMTİP, BƏT),
hökumətin qanunvericilik və icra orqanlarının nümayəndələri, alimlər və
ekspertlər dəvət olunmuşlar.
Seminarın əsas məqsədi dövlət statistika hesabatının vəziyyəti haqda
müzakirələrin təşkilində və statistik informasiyanın istehsalçıları və
onun istehlakçıları arasında dialoqun yaradılması idi.
Seminarın işi aşağıdakı problemlər üzərində cəmləşdirilmişdi:
Statistikanın istehsalçıları və istehlakçılarının nöqteyi-nəzərindən Rusiyada müasir qender statistikasının qiymətləndirilməsi;
Rusiya qender statistikası inkişafının perspektiv və istiqamətlərinin təhlili;
Mövcud maneələrin və qender statistikasının təkmilləşdirilməsi üzrə olan imkanların üzə çıxarılması;
Qender statistikası istehsalçıları və istehlakçıları arasında əməli
dialoqun nizamlanması, istehlakçıdan istehsalçıya əks əlaqə
mexanizminin işlənib-hazırlanması.
REA ƏASİPİ-in direktoru, REA-nın müxbir üzvü, professor
N.M.Rimaşevskaya giriş sözündə qender statistikası inkişafının əsas
şərtlərini qeyd etdi, informasiya sahəsinin genişləndirilməsi və
təkmilləşdirilməsinin vacibliyini vurğuladı.
Seminarda məruzə ilə çıxış etdilər:
Zotova Y.A. iqt.elmləri namizədi, Ümumdünya bankının Moskva
nümayəndəliyinin qender proqramları koordinatoru, K.E.Laykam, texn.
elmləri namizədi, Rusiya Dövlət Statistika Komitəsi sədrinin birinci
müavini, T.A.Melnikova, siyasət elmləri doktoru, Rusiya Federasiyası
Əmək və Sosial İnkişaf Nazirliyinin qadınların sosial-iqtisadi
vəziyyəti şöbəsinin müdiri, S.Y.Roşin, iqt.elmləri namizədi,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat
fakültəsinin dosenti və N.V.Zubareviç, coğrafiya elmləri namizədi,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya
kafedrasının dosenti. K.E.Laykamın çıxışı Rusiya Dövlət Statistika
Komitəsi Əməyin Statistikası İdarəsinin müdir müavini
L.N.Belokonnayanın şərhləri ilə tamamlanmışdır.
Çıxışların müzakirəsi prosesində öz tövsiyə və fikirləri ilə
bölüşdülər: RİSM layihəsinin rəhbəri, tarix elmləri namizədi
P.M.Kozıreva;
REA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqt.elmləri doktoru,
professor L.S.Rjanitsına; Ali iqtisadiyyat məktəbinin dosenti, iqt.
elmləri namizədi Y.B.Mezentseva; "Qorbaçov-Fond" İctimai-siyasi
mərkəzinin rəhbəri, fəlsəfə elmləri namizədi O.M.Zdravomıslova və
başqaları.
Gündəliyə əlavə olaraq seminarın təşkilatçıları iştirakçıları "Qender
bərabərliyinin statistik monitorinqi" köməkçi layihəsi çərçivəsində
MQTM-də hazırlanmış analitik qeydlərin mətnləri ilə tanış etdilər. İşçi
materiallar qeydlərin ayrıca vərəqləri şəklində bütün iştirakçılara
paylanmışdır.
Seminarın əsas nəticələrindən biri qender statistikasının inkişaf
problemlərinə həsr olunmuş müntəzəm işçi görüşlərin və "dəyirmi
masaların" keçirilməsi və onların işinə, qender məsələlərinin həllinə
cavabdeh olan federal nazirliklərin və idarələrin nümayəndələrinin cəlb
olunması oldu (o cümlədən, RF Daxili İşlər Nazirliyi, RF Pensiya fondu,
RF Təhsil və Elm Nazirliyi, RF Səhiyyə və Sosial inkişaf Nazirliyi).
Bundan başqa, keçirilmiş seminarın nəticələrini və analitik qeydləri
nəşr etmək və maraqlı şəxslərin ixtiyarına vermək təklifi oldu.
Bu kitaba, "Rusiya Federasiyasında qender statistikasının inkişaf
problemləri" seminarının ən mühüm materialları və Rusiya iqtisadiyyat
və əhalinin sağlamlığı monitorinqinə (RİSMRLMS, 1996-2002-ci illər),
kəndin sosial-əmək monitorinqinə əsaslanan qender problematikası üzrə
tədqiqat işləmələri daxil edilmişdir. Beləliklə, təklif olunan məcmuə,
əvvəla, onun istehsalçılarının nöqteyi nəzərindən (RF Dövlət Statistika
Komitəsi) Rusiyada qender statistikasının müasir vəziyyətini
qiymətləndirən, ikincisi, həyat fəaliyyətinin müxtəlif sahələrində
qender problemlərinin statistik təhlilini və bu sahələrdə qender
statistikasının göstəriciləri sistemini təkmilləşdirməyi təklif edən və
üçüncüsü, hökuməm və beynəlxalq təşkilatlar tərəfindən qender
statistikasının inkişaf problemlərinin görünüşünü açıqlayan işlərdən
ibarətdir.
M.Y.Baskakova, L.Q.Lunyakova
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|