Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


GENDER ZORAKILIĞINA QARŞI 16 GÜNLÜK QLOBAL KAMPANİYAYA


1991- ci ilin iyun ayında Qadınların Qlobal Liderlik Mərkəzi Qadın, Zorakılıq və İnsan haqqları məsələlərinə həsr edilmiş Forumun iştirakçıları dünya liderləri və təşkilatlarını Cender Zorakılığına qarşı 16 günlük Qlobal Kampaniyaya çağırdılar.

O vaxtdan dünyanın bir çox ölkələrində QHT-ın təşəbbüsü ilə qadınlara qarşı bütün növ zorakılığa son qoymağa çağıran və hər il keçirilən Cender Zorakılığına qarşı 16 günlük aksiyalar keçirilr. Cender Zorakılığına qarşı 16 günlük aksiya hər il noyabırın 25- dən dekabr ayının 10-dək davam edir.

Artıq 6 ildir ki, «Şəms» Gənc Qadınlar Mərkəzi bir çox təşkilatlarla əməkdaşlıqda bu Kampaniya dəstək olaraq hər il 25 noyabr – 10 dekabr tarixində bu mövzuda müxtəlif tədbirlər keçirir.

Ən ənəyə sadiq olaraq bu ildə bizim Mərkəz Cender Zorakılığına qarşı 16 günlük Qlobal Kampaniya çərçivəsində Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində 25 - 30 Noyabr 2006-ci il tarixində "Zorakılığa qarşı birgə» adlı seminar həyata keçirəcək. Kampaniyaya dəstək kimi bütün dünyada kişilərin çoxu «kişilərin qadınlara qarşı zorakılığına» etiraz olaraq ağ lent taxırlar. Bizdə öz növbəmizdə bu qlobal epidemiyaya qarşı olan gəncləri təşkil edəcəyimiz tədbirdə iştirak etməyə çağırırıq.

Təklif olunan layihə Azərbaycanın regionunlarında gənclərlə maarifləndirmə işi ilə məşğul olan QHT-ın nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması, dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması və davam etdirilməsinə yönəlib.

Seminarımız aşağıdakı mövzulara həsr ediləcək:

- Qadın hüquqları- İnsan hüquqları kimi
- Cender bərabərliyi
- Qadın və kişi stereotipləri
- Zorakılıq: aspektlər və növləri
- Ayrıseçkilik
- Qadın alveri
- Məişət zorakılığı
- Cender zorakılığı və onun profilaktikası

Seminarın keçirilmə metodologiyası interaktiv üsullardan, rollu oyunlardan və disskusiyalardan ibarət olacaq. Tədbir zamanı iştirakçılar liderlik keyfiyyətlərini inkişaf etdirmək, müxtəlif maraqlı mövzular ətrafında fikir mübadiləsi aparmaq və qoyulmyş problemlərin həlli yolları üzərində birgə işləmək imkanı qazanacaqlar.

Məqsədlər:
Ш Cender zorakılığın bütün formaları sahəsində gənclərin biliklərinin artırılması;
Ш Qadınlara qarşı zorakı münasibətin dəyişdirilməsi;
Ш Zorakılığın qarşısını almaq məqsədi ilə gənclərlə maarifləndirmə işinin düzgün təşkili.

Vəzifələr:
- Azərbaycanın regionlarından seminarda iştirak üçün 20 gənci seçmək;
- Gənclər təşkilatlarının nümayəndələrinin arasında səmərəli ünsiyyətin fəallaşması üçün şəraitin yaradılması;
- Cender zorakılığının qarşısını almaq məqsədi ilə gənclərin cəlb edilməsi;
- Gənclərin cender sahəsində biliklərini artırmaq;
- Qadınlara qarşı zorakılığın əleyhinə önəldilmiş təşəbbüslərə gənclərin cəlb edilməsi;
- Gələcəkdə birgə layihələrin hazırlanması və işlənməsi üçün gənc liderlər və trenerlərdən ibarət komandanın yaradılması.

Tədbirin işçi dili
Seminarın işçi dili- azərbaycan dili olaçaq.

İştirakçılar
Azərbaycanın regionlarından olan insan haqqları sahəsində çalışan, gənclərlə işləyən, qadın problemleri ilə məşgul olan QHT, beynəlxalq QHT və KIV-də çalışan gənclər. İştirakçıların sayı- 20 nəfər.

İştirakçıların seçim meyarları:
· 18-30 yaş arası
· İnsan haqqlarının tədrisinə cəlb olunması
· Təlimin sonuna kimi iştirak etmək
· Təmsil etdiyi təşkilatın dəstək məktubu

Geydiyyat formasının göndərilməsi və namizədlərin seçim qaydaları
Treninqdə iştirak etmək uçun butun namizədlər qeydiyyat formasını doldurub «ŞƏMS» Gənc Qadınlar Mərkəzinə göndərməlidirlər. Qeydiyyat forması təmsil etdiyi təşkilatın dəstək məktubu ilə birgə göndərilir.
Namizədlərin seçimi tələb olunan sahədə təcrubənin, coğrafi məkanın, cender balansının gözlənilməsi əsasında aparılacaq. Həmçinin ustunluk guclu motivasiyaya əsaslanan namizədlərə veriləcək .
QEYDIYYAT FORMASıNıN QəBULUNUN SON MUDDəTI 2006 IL NOYABR AYıNıN 5 KIMI APARıLACAQ.
2006-il noyabr ayının 10 kimi namizədlərə onların seçildiyi və ya seçimədikləri haqda məlumatlar göndəriləcək.

Yalnız butun treninq ərzində iştirak edən namizədlər sonda sertifikatlarla mukafatlanacaqlar. Əgər kimsə bu və ya digər səbəblərdən seminarda iştirak edə bilmirsə qabaqcadan bu haqda «ŞƏMS» Gənc Qadınlar Mərkəzinə xəbərdarlıq etməlidir.
İştirakçıların yaşayışı, yemək və yol xərcləri
Yaşayış və yemək EYF tərəfindən ödəniləcək. Yol xərcləri ödənilməyəcək.

Bizim əlaqələrimiz:
«Şəms» Gənc Qadınlar Mərkəzi
Azərbaycan, Mingəçevir şəhəri,
Az 4500, S.Vurğun pr.22, m.26
Tel: (994)(147) 4-74-05 Mob: (994)(50)3748700
e-mail: shams_tarana@rambler.ru






Layihənin adı
Seminar
"Zorakılığa qarşı birgə»
25- 30 noyabr 2006- ci il
QEYDİYYAT FORMASI
(xahiş edirik ki, əllə doldurduqda baş hərflərdən istifadə edəsiniz)

1.Namizəd haqqında mə’lumat:

Adı________________________ Soyadı____________________________

Doğulduğu tarix__________________________

Cinsi: ______qadın _______kişi

Ana dili: _________________ ingilis______ rus________

Ünvan:_________________________________________________________

Tel:____________________________mobil:___________________________

E-mail:_________________________________________________________

Hal hazırki iş yeri:_______________________________________________


II.Təşkilat haqqında mə’lumat:

Adı_______________________________________________________________

Ünvan:____________________________________________________________

Tel:___________________________ Faks:____________________________

E-mail:____________________________________________________________

internet ünvanı:____________________________________________________

Təşkilatda tutduğu vəzifə:
________________________________________________________________

Xahiş edirik təşkilatın əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat verin:
___________________________________________________________________

___________________________________________________________________

___________________________________________________________________




III. Trener təcrübəniz haqqında
3.1 Hansı treninqlərdə iştirak etmisiniz?

__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________


3.2 Hansı tədris və treninq fəaliyyətinə trener kimi cəlb olunmusunuz?(xahiş edirik qısa şəkildə treninqin adı,əhatə etdiyi qrupu və məqsədini göstərərsiniz)

__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________

IV. Motivasiya və gözlənilən nəticə
4.1 Treyninqdə iştirakınızın məqsədi?

_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________

4.2 Hansı bilik və bacarıqlara ehtiyacınız var?
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________

4.3 Treninqdə əldə etdiyiniz bilik və bacarıqları necə istifadə edəcəksiniz? (Xahiş edirik gələcək planlarınız haqqında məlumat verəsiniz)
_________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________


Xahiş edirik bu qeydiyyat formasını doldurub təşkilatın dəstək məktubu ilə birlikdə 2006-ci il

noyabr ayının 5 -dək aşağıdakı ünvana göndərəsiniz.




Təşkilatın adı:
“Şəms” Gənc Qadınlar Mərkəzi
Ünvan:
Mingəçevir şəhəri, AZ4500,
S.Vurğun küç.22, ev 26
tel (+994147) 47405
mobil (+994 50) 3748700
e-mail: shams_tarana@rambler.ru
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb