QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
AZƏRBAYCANDA ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ QEYD OLUNMUŞDUR
AzərTAc xəbər verir ki, hər il aprelin 7-də keçirilən Ümumdünya
Sağlamlıq günü Azərbaycanda da qeyd olunmuşdur. Bu il “Ana və uşağın
sağlamlığı” həmin günün mövzusudur. Bu münasibətlə Şamama Ələsgərova
adına 5 nömrəli kliniki doğum evində ölkəmizin tibb ictimaiyyəti
nümayəndələrinin toplantısı keçirilmişdir. Tədbirin təşkilatçıları
Səhiyyə Nazirliyi və YUNİSEF-in Bakıdakı nümayəndəliyidir.
Səhiyyə naziri Əli İnsanov çıxışında bildirmişdir ki, son illər
Azərbaycanda ana və uşaqların sağlamlığının bəzi göstəricilərində
müsbət meyillər müşahidə olunur. Belə ki, 2003-cü ildə 113467 uşaq
dünyaya gəlmişdisə, ötən il bu rəqəm 131609 olmuşdur. Keçən il qadınlar
arasında uzunömürlülük 2003-cü illə müqayisədə 0,1 faiz artaraq, 75,2
ilə çatmışdır. Uşaqlara peyvənd edilməsi sahəsində də müsbət meyillər
müşahidə olunur. Bildir bu göstərici 98,5 faiz təşkil etmişdir.
Nazir onu da vurğulamışdır ki, Azərbaycandakı 29 doğum evi dünya
standartlarına cavab verir və “Klinika uşağın dostudur” statusunu
almışdır. Əli İnsanov müalicə müəssisələrinin yenidən qurulması ilə
bağlı görülən işlərdən danışaraq bildirmişdir ki, yaxın günlərdə
paytaxtın aparıcı klinikalarında – Semaşko adına 1 nömrəli şəhər klinik
xəstəxanasında, Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında,
Ə.Qarayev adına 2 nömrəli birləşmiş uşaq klinik xəstəxanasında təmir
işləri başlanacaqdır.
YUNİSEF-in Bakı nümayəndəliyinin başçısı Hana Singer, Dünya Səhiyyə
Təşkilatı (DST) nümayəndəliyinin başçısı professor Fərman Abdullayev
çıxışlarında qeyd etmişlər ki, hər il dünyada yarım milyondan artıq
qadın doğuş zamanı, 5 yaşınadək 10,6 milyon uşaq, əsasən, ağciyər
sətəlcəmi, qızılca və malyariya kimi müalicə oluna bilən xəstəliklərdən
ölür. YUNİSEF və DST-nin 2005-2008-ci illərdə Azərbaycanda
fəaliyyətinin başlıca istiqamətlərində immunlaşdırma, hamilə qadınların
sağlamlığına qayğı göstərilməsi, ana və uşaqların qidası,
mikronutriyentlərlə zənginləşdirilmiş məhsullar istehsalının təmin
edilməsi, səhiyyə sahəsində zəruri qanunvericilik bazasının yaradılması
məsələləri nəzərdə tutulmuşdur.
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|