Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


HÖKUMƏTİ ALDATMAQ İSTƏYƏN VƏTƏNDAŞLAR


Vəfa Mütəllimova deyir ki, ünvanlı sosial yardım almaq üçün maddi imkanlarını "məhdudlaşdıranlar" var

N.İSMAYILOVA

İyul ayının 1-dən etibarən ölkənin aztəminatlı hissəsinə ünvanlı sosial yardımların verilməsinə başlanılacaq. Qeyd edək ki, ünvanlı sosial yardım almaq üçün indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 130 minə yaxın vətəndaş müraciət edib. Onların arasından yalnız 28-30 minə yaxın şəxsin müraciəti qəbul olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vəfa Mütəllimovanın sözlərinə görə, vətəndaşların əksəriyyətinin sənədləri qaydasında olmayıb. O qeyd etdi ki, quruma müraciət edənlərin əksəriyyəti, sadəcə, ünvanlı sosial yardımın onlara şamil edilib-edilmədiyini öyrənmək istəyiblər. Bütövlükdə isə nazirlik 200-250 min ailəyə ünvanlı sosial yardım verməyi nəzərdə tutub.
Bu arada mütəxəssisləri yardımların ünvanına çatıb-çatmayacağına dair fikirlər narahat etməkdədir. Onlar ölkədə qeyri-rəsmi gəlirləri olanların, eləcə də yaşadıqları mənzilləri öz adına qeyd etdirməyənlərin kifayət qədər olduğunu deyirlər. Beynəlxalq maliyyə qurumlarının hesabatlarına inansaq, ölkə iqtisadiyyatının təxminən 40 faizini "xəlvəti" iqtisadiyyat təşkil edir. Ekspertlər qeyd edirlər ki, bu kimi amillər yardımın ünvanının dəyişik düşməsi risqini artırmış olur. Onlar hesab edirlər ki, bu kimi risklərlə üzləşməmək üçün hökumət sözügedən proqramı digər iqtisadi layihələrlə paralel aparmalıdır.
Ekspertlər ünvanlı sosial yardımlar üçün müraciət edən ailələrin gəlirlərini gizlədəcəyini istisna etmirlər. Bu faktı nazirlik əməkdaşı Vəfa Mütəllimova da etiraf edir: "Bununla bağlı müxtəlif faktlar var. Elə vətəndaşlar var ki, yardımı almaq üçün təqdim etdikləri sənədlərdə bəzi "xəta"lara yol verirlər. Məsələn, yaşadığı mənzilin sahəsini azaldırlar. Eyni zamanda, tutaq ki, onun xarici avtomobili var, lakin bunu sənəddə göstərmir. Bu həm gülməli, həm də ağlamalı faktdır. Məsələn, bəziləri gəlib deyirlər ki, imkanı da var, xarici maşını da. Amma evdən göndəriblər ki, bu vəsaiti alsın. "Hökumət pul verirsə, niyə də onu almayım" məntiqi ilə düşünənlər var. Təəssüf ki, ölkə vətəndaşlarının hökuməti aldatmaq istiqamətində fantaziyaları olduqca zəngindir".
Vəfa Mütəllimova qeyd edir ki, yardımları almaq üçün ailəsinin dağıldığına dair məlumat verənlər də var. "Müraciət edənlərdən bəzisi deyir ki, yoldaşı onu qoyub-gedib, imkansızlıq şəraitində ailəsini saxlaya bilmir. Amma araşdırmalar göstərir ki, onlar çox mehriban şəraitdə yaşayırlar. Hətta bu vəsaiti almaq üçün torpaq sahəsini satanlar belə var. Qeyd etmək istəyirəm ki, bu yardımlar müvəqqəti xarakter daşıyır. Onu əldə etmək üçün torpaq sahəsindən imtina edənləri başa düşə bilmirəm", - deyə o əlavə etdi.
Ünvanlı sosial yardımları almaq üçün müraciət etmiş vətəndaşın durumu ilə bağlı məlumatı necə əldə edirsiniz? Sualı cavablandıran V.Mütəllimova qeyd etdi ki, bu işdə qonşularla sıx əməkdaşlıq edirlər: "Artıq bu istiqamətdə qonşularla əməkdaşlıq qurulub. Kim ki təqdim etdiyi sənədlərdə avtomobilinin olmadığını göstərirsə, qonşularla söhbət zamanı bəlli olur ki, bizə müraciət edən şəxsin nəinki maşını, hətta şəhərin başqa yerində mənzili var. Hətta orada kirayənişin saxlayır və bundan əlavə gəlir əldə edir".
Söhbət əsnasında bəlli oldu ki, iki ailə bir təsərrüfatda yaşayırsa, onlar bir ailə hesab edilir. V.Mütəllimova qeyd edir ki, bu, son günlər daha çox səslənən problemlər sırasındadır. Onun fikrincə, əvvəlki qaydalar fərqli olduğundan, vətəndaşlar yeni formanı qəbul edə bilmirlər. "Əgər bir dam altında ata öz ailəsi ilə, eyni zamanda, onun oğlu öz ailəsi ilə yaşayırsa, o, bir ailə hesab edilir", - deyə o bildirdi.
Yeni qaydalara əsasən, təqdim olunan sənədlər sırasında ailə tərkibi haqqında arayışa ehtiyac var. Nazirlik əməkdaşı qeyd edir ki, arayışda həmin vətəndaşın burada qeydiyyatda olması, lakin orada yaşamamasına dair məlumat xüsusi qeyd kimi verilməlidir.
Nazirlik əməkdaşı onu da əlavə etdi ki, hələ ünvanlı sosial yardımların verilməsinə başlanılmasa da, bir çox yerlərdə bu vəsaiti almaq üçün mal-qarasını satanlar belə var. "Belə faktlar bizə daxil olub. Düzdür, onlar kütləvi deyil, lakin var. Odur ki biz yardımların məhz ehtiyacı olanlara verilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik", - deyə o bildirdi.
V.Mütəllimovanın fikrincə, qanunvericilikdə nəzərdə tutulan məqamlar insanları bu kimi addımlardan çəkindirəcək: "Qaydalarda da göstərilib ki, əgər vətəndaşın gəlirini gizlətməsi faktı aşkar edilərsə, o, iki il müddətinə ünvanlı sosial yardım almaqdan məhrum edilir. Eyni zamanda, həmin vətəndaşın aldığı ünvanlı sosial yardım məhkəmə yolu ilə geri qaytarılır".
Bir sıra ekspertlər ünvanlı sosial yardım kimi verilən müavinətin məbləğinin ailənin ümumi durumuna elə də ciddi təsir etməyəcəyi qənaətindədirlər. Nazirlik təmsilçisi Vəfa Mütəllibova qeyd edir ki, hökumətin hələ ki bundan artığına gücü çatmır: "Yaşayış minimumunu 264 min manatdan hesablayanda, 1 trilyondan da artıq məbləğ alınır. Dövlət büdcəsinin isə bu məbləği ödəmək imkanı yoxdur". Vəfa Mütəllibova onu da bildirdi ki, bu sistemin tətbiq edilməsində əsas məqsəd yoxsulluğun azaldılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirləri gücləndirməkdir. Yardımın məbləği isə ehtiyac meyarı ilə ailənin gəlirinin arasındakı fərq nisbətində olacaq.
Yardımın müddətinin azlığına gəlincə, nazirlik nümayəndəsi bununla razılaşmadı. Onun fikrincə, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdiyindən bu tip yardımlar da uzun müddətə verilə bilməz. Vəfa Mütəllibova hesab edir ki, altı ay bəzi şeylərin dəyişməsi üçün yetərli müddətdir: "Bu müddət ərzində müavinətdən yararlanan insan yüksək məvacibli iş yeri tapa bilər. Bu səbəbdən də müavinətin yarım il üçün nəzərdə tutulması qərara alınıb". Qeyd edək ki, hazırlanmış sənədə əsasən, vətəndaş maddi durumunda hər hansı dəyişikliyin baş verməsi ilə bağlı məlumatı 7 gün ərzində müvafiq struktura çatdırmalıdır.
Xatırladaq ki, ünvanlı sosial yardımların verilməsi üçün dövlət büdcəsindən 378 milyard manat vəsait ayrılıb. Bu məbləğin 17 milyard manatı isə Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulub.

Ayna – 17/06/06
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb