QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
UNİCEF-İN HESABATININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AzərTAc xəbər verir ki, dekabrın 10-da Bakıda “Hyatt
Regency-Naxçıvan” mehmanxanasında BMT-nin Uşaq Fondunun (UNİCEF)
hesabatının təqdimatı keçirilmişdir.
UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hana Singer “Uşaqlıq
dövrü təhlükə altında” adlı hesabat haqqında ətraflı məlumat vermişdir.
Hesabat müasir uşaqlıq dövrü üçün təhlükə yaradan 3 əsas amili
nəzərdən keçirir: immun çatışmazlığı virusu/qazanılmış immun
çatışmazlığı sindromu, münaqişə və yoxsulluq.
Hesabata görə, 1990-cı ildən bəri müharibədə öldürülən 3,6 milyon
adamın yarıya qədəri uşaqlardır. Yüz minlərlə uşaqdan hələ də əsgər
kimi istifadə olunur, minaların qurbanlarına çevrilir, öldürülür və
tez-tez zorakılıq nəticəsində yetim qalırlar. XX əsrin 90-cı illərində
20 milyona qədər uşaq münaqişələr nəticəsində yaşadıqları yerləri tərk
etməli olmuşdur.
Hesabatda, həmçinin uşaqlıq dövrü üçün ciddi təhlükələrin azaldılması məqsədi ilə görüləcək tədbirlər öz əksini tapmışdır.
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|