QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
QİÇS-li XƏSTƏLƏR DİQQƏT MƏRKƏZİNDƏDİR
Ölkə üzrə belə xəstələrin sayı 10 minə yaxın olsa da, qanun bu faktı təsdiqləməyə imkan vermir
A.ƏHMƏD
"Təmiz dünya" İctimai Birliyi "Risk qrupları arasında HİVQİÇS-ə
yoluxma təhlükəsinin profilaktikası" layihəsi çərçivəsində, 52 cinsi
azlıq nümayəndəsi və
seks xidmətində çalışan 450 qadın arasında tədqiqat aparır. Bakı,
Xaçmaz, Lənkəran, Kürdəmir, Gəncə, Mingəçevirdə keçirilən və 502 nəfəri
əhatə edən tədqiqatlara dəmir yolu vağzalı və cinsi azlıqların daha çox
toplaşdığı Bakıxanov küçəsi ətrafı, küçə və barlar, həmçinin internat
məktəbi şagirdləri, mehmanxana işçiləri cəlb edilib. Birliyin rəhbəri
Mehriban Zeynalovanın sözlərinə görə, layihə çərçivəsində "İnsan insana
yardım edir" şüarı altında seks-biznes işçilərinə steril maddə və
qoruyucu vasitələrin paylanması, bu sahədə çalışanlardan, küçə
uşaqlarından ibarət dəstək qrupunun yaradılması nəzərdə tutulub.
Əldə etdiyimiz məlumata görə, son aylarda QİÇS-ə yoluxanların sayı
48 nəfər artıb. Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə,
nəticədə QİÇS-ə yoluxanların sayı 967 nəfərə çatıb. Bu, yalnız mərkəzin
aşkar edə bildiyi saydır. Bu xəstəliyə yoluxanların sayını düzgün
müəyyənləşdirmək üçün isə 967 rəqəminin standartlara uyğun olaraq 10-a
vurulması vacibdir. Bu rəqəm isə ölkədə 9670 nəfər QİÇS-ə yoluxanın
olması deməkdir.
Lakin risk qruplarının müayinələrə cəlb edilməsi mümkün deyil.
Belə ki, qanunvericiliyə əsasən, vətəndaşlar könüllü olaraq QİÇS
müayinəsindən keçə bilərlər. Əgər onlarda xəstəlik aşkar edilsə belə,
şəxsin anonimliyi qorunmalıdır. Öyrəndik ki, ölkədə QİÇS-ə yoluxanların
içərisində əcnəbilər də var. Amma qanun onların xəstəliyə yoluxması
faktını təsdiqləməyə imkan vermir. Mərkəzin direktoru Qalib Əliyevin
sözlərinə görə, əcnəbilər üzərində xəstəliklə bağlı monitorinqin
aparılması mexanizmi yoxdur: "Qanunda bunun diplomatik qaydalara riayət
olunmaqla həyata keçirilməsi göstərilir. Belə ki, bir əcnəbini QİÇS-ə
görə müayinədən keçirmək üçün onun aid olduğu ölkənin səfirliyinin
icazəsini almaq lazımdır. Bu da qeyri-mümkündür".
Onu da qeyd edək ki, BMT-nin vəsaiti hesabına, 2 il ərzində QİÇS-ə
yoluxan 80 nəfər müalicə ediləcək. Artıq xəstələrin müalicəsinə lazım
olacaq dərman preparatlarını alacaq şirkəti seçmək üçün tender elan
olunub. Qeyd edək ki, QİÇS-ə yoluxanların müalicəsi üçün çox böyük
məbləğdə vəsait lazımdır. Bir QİÇS-ə yoluxanın müalicəsi üçün 10-15 min
dollar məbləğində vəsait lazımdır. Tenderdə qalib gələn şirkət onların
müalicəsi üçün lazım olan dərmanları ölkəyə gətirəcək. Q.Əliyev deyir
ki, həmin dərmanlara görə vergi və gömrük rüsumunun ləğvi istiqamətində
iş aparılır.
http://www.ayna.az/rubric.php?id=4725
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|