Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycan Respublikasının cəzaların icrası ıməcəlləsi


«Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» 24 avqust 2002-ci il tarixli Azərbaycan Respublikasının referendum aktı ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla

 

Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixli 908-İQ nömrəli Qanunu ilə təstiq edilmiş; aşağıda göstərilən Qanunlarla dəyişiliklər və əlavələr olunmuşdur

 

Ümumi hissə

I BÖLMƏ

Cəzalarin icrasi qanunvericiliyinin əsas müddəalari

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri

Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır.

 

III BÖLMƏ

MÜƏYYƏN MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ VƏ ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETMƏ NÖVÜNDƏ CƏZALARIN İCRASI

IX fəsil

MÜƏYYƏN MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ VƏ ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETMƏ NÖVÜNDƏ CƏZALARIN İCRASININ ÜMUMİ MÜDDƏALARI

 

Maddə 68. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi qaydaları

68.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən məhkum cəzanın icrası yerinə çatdıqdan sonra müşayiətdən dərhal azad olunur.

68.2. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər.

 

X fəsil

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ REJİM

 

Maddə 78. Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları

78.1. Cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.

78.2. Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.

78.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir. Qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.

78.4. Odlu silah tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

78.5. Cəzaçəkmə müəssisəsində təhlükəsizlik tədbirlərinin tətbiqi qaydası qanunvericiliklə müəyyən edilir.

XI fəsil

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZANIN ÇƏKİLMƏSİ ŞƏRTLƏRİ

 

Maddə 81. Məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü

81.1. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.

81.2. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir.

81.3. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.

81.4. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.

81.5. Görüşlərin sayı və növləri bu Məcəllə ilə müəyyən edilir.

81.6. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.

81.7. Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.

81.8. Məhkumlarla bu Məcəllənin 81.7-ci

Maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir.

81.9. Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.

 

Maddə 88. Məhkum qadınların cəzaçəkmə müəssisəsindən kənarda yaşaması

88.1. Əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.

88.2. Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlar:

88.2.1. cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;

88.2.2. adi həyatda işlədilən paltar geyinə bilərlər;

88.2.3. məhdudiyyətsiz halda yazışa bilər, pul baratları ala bilər və nağd puldan istifadə edə bilər, qohumları, həkimi ilə və başqa şəxslərlə görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

88.2.4. hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.

88.3. Cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozulduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.

 

Maddə 89. Cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısa müddətli səfərlər

89.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır.

89.2. Bu Məcəllənin 89.1-ci

Maddəsində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir.

89.3. Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər.

89.4. İlk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və ya ümumi rejimli tərbiyə müəssisələrində bu Məcəllənin 113.3 və 124.3-cü

Maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər.

89.5. Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 90. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin məcburi dövlət sosial sığortası və pensiya təminatı

90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər, dövlət məcburi sığortalanmasına cəlb edilir, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və ya doğuşa görə müavinətlə təmin olunurlar.

90.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna malikdirlər.

90.3. Məhkumların pensiyalarından qanunvericiliklə müəyyən edilmiş əsaslarla və miqdarda tutulmalar aparılır. Pensiyadan tutulmaların əsasları, növləri, həmçinin bütün tutulmalardan asılı olmayaraq məhkumun şəxsi hesabına keçirilən pensiyanın minimum məbləği bu Məcəllənin 99.3-cü

Maddəsi ilə müəyyən edilir.

 

Maddə 91. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin maddi məişət təminatı

91.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

91.2. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz.

91.3. Məhkumlara fərdi yataq yeri və yataq ləvazimatı verilir. Onlar cinsləri, mövsüm və iqlim şəraiti nəzərə alınmaqla geyim, alt paltarı və ayaqqabı ilə təmin edilirlər.

91.4. Məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə təmin olunurlar. Məhkumları əməyə cəlb edən müəssisələrin hesabına onların müəyyən olunmuş normadan əlavə qidalanması təşkil edilə bilər. Özlərindən asılı olmayan səbəblərdən əmək haqqı və ya pensiya almayan məhkumlar dövlət hesabına yeməklə təmin edilirlər.

91.5. Məhkumların yemək və maddi-məişət normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

91.6. Əmək qabiliyyətli yetkinlik yaşına çatmış, əmək haqqı və ya pensiya alan məhkumlar, xüsusi qida məhsulu və ya xüsusi paltardan başqa yeməyin və onlara verilmiş paltarın dəyərini ödəyirlər. İşdən boyun qaçıran məhkumlardan bu xərclər onların şəxsi hesabındakı vəsaitdən tutulur. Yeməyin, paltarın dəyəri faktiki aylıq xərclər hüdudunda hər ay ödənilir.

91.7. Xəstəliklə əlaqədar işdən azad olunmuş məhkumlar, hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınlar işdən azad olunma müddətində yeməklə dövlət hesabına təmin olunurlar. Tərbiyə müəssisələrində saxlanılan məhkumlar, habelə cəzaçəkmə müəssisələrində saxlanılan birinci və ikinci qrup əlilliyi olan məhkumlar dövlət hesabına yemək və paltarla təmin olunurlar.

91.8. Hamilə və ya üç yaşına çatmamış uşağı olan məhkum qadınlara, yetkinlik yaşına çatmayan, həmçinin xəstə, birinci və ikinci qrup əlilliyi olan məhkumlara yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar üçün yeməyin xüsusi normaları müəyyən edilir.

91.9. Ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi üçün xərcləməyə icazə verilən məbləğdən başqa, məhkumlar öz şəxsi hesablarında olan vəsaitlə cəzaçəkmə müəssisələrində istifadəsinə icazə verilən ayaqqabı və paltar, həmçinin idman paltarı əldə edə bilərlər. Məhkumlar normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada haqqı ödənilən müalicə-profilaktika xidmətlərindən və başqa əlavə xidmətlərdən istifadə edə bilərlər.

 

Maddə 92. Hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların maddi-məişət təminatının xüsusiyyətləri

92.1. Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər.

92.2. Məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər.

92.3. Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər.

92.4. Hamilə qadınlar doğuş və doğuşdan sonrakı müddətdə xüsusi tibbi yardım almaq hüququna malikdirlər.

 

Maddə 93. Məhkumların tibbi-sanitariya təminatı

93.1. Cəzaçəkmə müəssisələrində müalicə-profilaktika, sanitariya-profilaktika və sanitariya-epidemiologiya işi qanunvericiliyə, habelə cəzanın icrası qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir.

93.2. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, insan immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş xəstələrin ambulator müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.

Azadlıqdan məhrum etmə növündə cəza çəkən narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azadlıqdan məhrum etmə növündə cəza çəkən və abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr digər xəstələrdən ayrı saxlanılır.  [11]

93.3. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl edilməsini təmin edir;

93.4. Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.

93.5. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərilməsi, sanitar nəzarətinin təşkili və həyata keçirilməsi, müəssisədən kənar tibb müəssisələrindən istifadə və bu məqsədlə onların tibb işçilərinin cəlb edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.

93.6. Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Belə hallarda tibbi məsləhətin verilməsi və müalicənin aparılması cəzaçəkmə müəssisəsinin tibb-sanitariya hissəsində, həmin hissənin işçilərinin müşahidəsi altında həyata keçirilir.

 

XII fəsil

MÜƏYYƏN MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ VƏ ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETMƏ NÖVÜNDƏ CƏZALARA MƏHKUM OLUNMUŞ ŞƏXSLƏRİN ƏMƏYİ, PEŞƏ TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI

 

Maddə 95. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyə cəlb edilməsi

95.1. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində və cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər.

95.2. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər.

95.3. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur.

95.4. Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.5. Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni məhkumların islah edilməsinə mane olmamalıdır.

95.6. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.

 

Maddə 96. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əmək şəraiti

96.1. Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

96.2. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bayram günlərində işdən azad edilirlər.

96.3. Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır.

96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.

96.5. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə vaxtı cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək qaydası bu Məcəllənin 89.4-cü

Maddəsi ilə müəyyən olunur.

96.6. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər.

96.7. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər.

 

Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar

99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır.

99.2. Məhkumların yeməyinə və onlara verilmiş paltara çəkilən xərc gəlir vergisi, dövlət sosial müdafiə fonduna ayırmalar və digər məcburi ayırmalar tutulduqdan sonra ödənilir. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.

99.3. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı iyirmi beş faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi keçirilir.

99.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə bu Məcəlləyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara tutulmalı bütün məbləğlərdən asılı olmayaraq ümumi gəlirin ən azı altmış beş faizi verilir.

 

Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin peşə təhsili və peşə hazırlığı

100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı həyata keçirilir.

100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi olan məhkumlar peşə təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.

100.3. Tərbiyə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.

100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

100.6. Məhkumların peşə təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.

100.7. Peşə təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

100.8. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər peşə təhsili və peşə hazırlığına cəlb olunmurlar.

XIII fəsil

MÜƏYYƏN MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ VƏ ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETMƏ NÖVÜNDƏ CƏZALARA MƏHKUM OLUNMUŞ ŞƏXSLƏRLƏ TƏRBİYƏ İŞİ

 

Maddə 107. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tətbiq edilən tənbeh tədbirləri

107.1. Cəzanın icrası qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:

107.1.1. xəbərdarlıq;

107.1.2. töhmət;

107.1.3. cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılan kişi məhkumları on beş günədək, qadın məhkumları isə on günədək müddətə cərimə təcridxanasına keçirmək;

107.1.4. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları adi yaşayış binalarından kamera tipli otaqlara keçirmək.

107.2. Cəzanın icrası qaydaları qərəzli pozulduqda ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumları bir aydan altı ay müddətinədək kamera tipli otaqlara, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları bir aydan altı ay müddətinədək birnəfərlik kameralara, həbsxanalarda saxlanılan məhkumları iki aydan altı ayadək müddətə ciddi saxlanma şəraitinə keçirmək növündə tənbeh tədbiri tətbiq edilə bilər. Bu tənbeh tədbirləri yalnız bu Məcəllənin 107.1.1-107.1.3-cü

Maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri verilmiş məhkumlara tətbiq edilə bilər.

107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara yataqxanadan kənarda yaşamaq hüququnun ləğv edilməsi və bir aya qədər işdən sonra asudə vaxtlarda yataqxanadan kənara çıxmağın qadağan edilməsi kimi tənbeh tədbirləri tətbiq edilə bilər.

107.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara bu Məcəllənin 107.2-ci

Maddəsində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edilmir.

107.5. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bu Məcəllənin 70-ci

Maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilə bilər.

 

XIV fəsil

MÜXTƏLİF NÖVLÜ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZANIN İCRASI

 

Maddə 118. Məntəqə tipli cəzaçəkmə müəssisələri

118.1. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Bu Məcəllənin 70.2.2-ci

Maddəsində nəzərdə tutulmuş qaydada ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş məhkumlar isə onlar üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər.

118.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar eyni şəraitdə saxlanılırlar.

118.3. Kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər. İştirakçılıqla cinayət törədən şəxslər bir qayda olaraq ayrılıqda cəza çəkirlər.

 

Maddə 120. Həbsxanalar

120.1. Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən bu Məcəllənin 70.4.3-cü

Maddəsinə uyğun olaraq həbsxanaya keçirilmiş məhkumlar saxlanılırlar.

120.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılmış şəxslər istisna olmaqla, həbsxanalarda saxlanılan digər məhkumlar üçün ümumi və ciddi saxlanma şəraiti müəyyən edilir.

120.3. Ümumi saxlanma şəraitində ilk dəfə həbsxanaya cəza çəkməyə göndərilmiş şəxslər və ciddi saxlanma şəraitindən keçirilmiş şəxslər saxlanılırlar.

120.4. Ciddi saxlanma şəraitində əvvəllər həbsxanada cəza çəkmiş şəxslər, cəzaçəkmə müəssisələrində törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya müəyyən edilmiş qaydada tənbeh tədbiri olaraq ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş şəxslər saxlanılırlar. Ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur.

120.5. Məhkum qadınlar, həmçinin birinci və ikinci qrup əlilliyi olan məhkumlar ciddi saxlanma şəraitinə keçirilə bilməzlər.

120.6. Cəzanın icrası qaydalarını pozmağa görə ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş məhkumlar təkrarən ümumi saxlanma şəraitinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada keçirilirlər.

 

VI BÖLMƏ

CƏZA ÇƏKMƏKDƏN AZAD ETMƏ. CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLƏN ŞƏXSLƏRƏ YARDIM GÖSTƏRİLMƏSİ VƏ ONLARA NƏZARƏT EDİLMƏSİ

XIX fəsil

CƏZA ÇƏKMƏKDƏN AZAD ETMƏ

 

Maddə 172. Hamilə və azyaşlı uşaqları olan məhkum qadınlar barəsində cəzanın çəkilməsinin təxirə salınması

172.1. Cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər.

172.2. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlara cəzanın çəkilməsinin təxirə salınması tətbiq edilmir.

172.3. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizəyə məhkumun xasiyyətnaməsi, qadına və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkum qadının ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır.

172.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkəmədən hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın barəsində cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə məhkəmə icraçısına qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında ondan iltizam alınır.

172.5. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın cəzanın çəkilməsindən azad edildikdən sonra yaşayış yerinə dövlət hesabına gedir.

172.6. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadının azad olunduğu vaxtdan üç gündən gec olmayaraq, yaşayış yeri üzrə məhkəməyə azad etmə tarixi göstərilməklə, cəzanın icrasının təxirə salınması haqqında qərarın surəti göndərilir.

172.7. Məhkəmə icraçısı hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını qeydiyyata götürür və onun üzərində nəzarəti həyata keçirir.

172.8. Məhkəmə icraçısı hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.

 

Maddə 173. Hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınların cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri

173.1. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən məhkəmə icraçısına müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə axtarış elan edilir.

173.2. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə məhkəmə icraçısı tərəfindən ona rəsmi xəbərdarlıq edilir.

173.3. Məhkum qadın xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda məhkəmə icraçısı məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.

173.4. Uşaq səkkiz yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkum qadının davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir.

 

Maddə 174. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti

Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

XX fəsil

CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLMİŞ ŞƏXSLƏRƏ YARDIM GÖSTƏRİLMƏSİ VƏ ONLARA NƏZARƏT EDİLMƏSİ

 

Maddə 175. Cəza çəkməkdən azad edilmiş şəxslərə əmək və məişət şəraitinin yaradılması üçün cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri

175.1. Xüsusi müəssisənin və cəzaçəkmə müəssisəsinin müdiriyyəti azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaların müddətinin qurtarmasına üç ay qalmış, digər əsaslarla cəza çəkməkdən azad edilən şəxslər haqqında isə həmin gün cəzanı çəkməkdən azad edilmiş şəxslərin işə düzəldilməsi və onlara məişət şəraitinin yaradılması üçün məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanına və məşğulluq xidməti orqanına məhkumun cəza çəkməkdən azad edilməsi, yaşayış yeri, əmək qabiliyyəti və hansı ixtisasa malik olması haqqında məlumat verir. Məlumatı almış orqanlar cəza çəkməkdən azad edilmiş şəxslərə köməklik göstərilməsi üçün zəruri tədbirlər görməlidirlər.

175.2. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə məhkumlarla müvafiq iş aparılır, onlara hüquq və vəzifələri izah edilir.

175.3. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar, altmış yaşına çatmış məhkum kişilər və əlli beş yaşına çatmış məhkum qadınların ərizələri və cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər.

175.4. Valideynləri olmayan yetkinlik yaşına çatmayanlar zəruri hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən internatlara göndərilir və ya himayəçiliyə verilirlər.

 

Maddə 176. Cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi

176.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün ərzaq məhsulları və gediş haqqı ilə təmin olunurlar.

176.2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.

176.3. Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.

176.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad edilən və səhhətləri ilə əlaqədar digər şəxslərin qulluğuna ehtiyacı olan şəxslər, hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar azad edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onların qohumlarını və ya digər şəxsləri xəbərdar edir.

176.5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş və bu Məcəllənin 176.4-cü

Maddəsində göstərilən şəxslər yaşayış yerinə qohumlarının, himayəçilərinin və ya digər şəxslərin, yaxud cəzaçəkmə müəssisəsinin işçilərinin müşayiəti ilə göndərilirlər.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb