Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Zəfər nəğməli həyat


Curriculum Vitae, artıq hamıya məlum olan Sİ-Bİ, kiminsə tərcümeyi-halıdır, ancaq iyirmi üçüncü il formasında. Yeri gəlmişkən, həqiqətən, altmışıncı-səksəninci illərdə sərbəst yazılan tərcümeyi-haldan daha çox indiki CV-yə bənzəyir.

Adı: Hənifə Məlikzadə. Yaşı: 67. Milliyyəti: türk[1].

Bu avtobioqrafiya məşhur Azərbaycan maarifçisi Həsənbəy Məlikovun dul qadını Hənifə xanıma məxsusdur. Azərbaycan maarifinin təşəkkülü onun adı ilə bağlıdır. Bu qeyri-adi qadın bütün həyatı boyu müəllimlik etmiş, öz pedaqoji fəaliyyətini qadın emansipasiyası, və deməli sosial ədalət uğrunda mübarizənin əsas forması hesab etmişdir. Hənifə xanımın öz əlilə «Məşğuliyyət növü» bölməsində yazdığı sətirlərə baxmaq kifayətdir. «... 1-ci türk cəmiyyətinin pansionunda türk şagirdlərinə pulsuz dərs vermişəm. 1877-ci ildə hökumət pansionu bağladı. ... uşaqları gizli oxutmağa davam edirdim».

16 il müddətində əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olur. Burada o, «qadınlar arasında maarifçilik işi ilə məşğul olur». Sonra Bakıya köçürlər və qızlar üçün daha bir gizli məktəb açırlar. Bu məktəb də polis tərəfindən yenə də bağlanır. Mahiyyətinə görə, Hənifə xanım «gizli iş aparan maarifçi» idi, heç bir maniələrə baxmayaraq, o, həm yaşlı qadınlar, həm də gənc azərbaycanlı qızlar arasında maarifçilik işi aparırdı. 1901-ci ildə o, Tağıyevin qadın məktəbinə başçılıq edəcək. Sonra yenidən yaşlı müsəlmanlar arasında gizli maarifçilik işi olacaq. 1909-cu ildən sonra isə, ömrünün axırına kimi o, Azərbaycanda ən populyar qadın məktəbinə rəhbərlik edəcək. İnqilabdan sonra ona Əli Bayramovun adı veriləcək.

Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə məşhurlaşmağa başlayır. Bu məcmuənin müəlliflərinin əlinə son dərəcə maraqlı sənəd düşür. Bu, Hənifə xanıma həsr olunmuş şerdir və 1922-ci ildə Tiflisdə yazılmışdır. Onun müəllifi özünü «Şərqliliyin Apostolu» adlandırır. Bu neologizm məfhumu altında Şərq, ilk növbədə Qafqaz xalqlarının birləşməsini başa düşür. İthafdan görünür ki, müəllif xəyalpərəst, demokrat, beynəlmiləlçidir: «Hənifə xanım Məlik Zərdabinin əziz xatirəsinə. ... Yaxınını özünü sevdiyin kimi sev, qonşu xalqı öz xalqın kimi sev»[2]. Şerlərində isə müəllif qarşımızda xalqını sevən vətənpərvər, lakin onun çatışmazlıqlarını bağışlamağa meyilli olmayan kimi təsəvvür olunur. Əsası isə odur ki, «Apostol» əmindir, məşhur maarifçi onun mövqeyi ilə razıdır.

Niyə mənasız həyat sürürsünüz, Şərqlilər?

 

Şərq, Şərq,

Yuxuya dalmış

Aldadılmış qüvvə

Qəflətdə olan pəhləvan.

 

Səhlənkar xəyalpərəstlər,

Sizi niyə birləşdirir

Ədavət və paxıllıq?

Siz ancaq mənasız həyat sürürsünüz, Şərqlilər.

 

Biz zəfər nəğməsini vaxt necə oxuyacağıq?

 

İnsanlar, gəlin cəhalətə qalib gələk,

Çiyinlərimizi düzəldərək!

Qızılımızı qoruyaq,

Hansı ki, bizim ürəyimizdir.

 

Zəfər nəğməsi olacaq,

Ölənləri diriltmək üçün.

Oxumaq və çoxlu işləmək

Budur nəcib məqsəd.

 

  Bu zəfər nəğməsinin səslənməsi üçün Hənifə xanım yorulmadan çalışırdı. Onun mükafatı şagirdlərinin uğurları idi. O, həmçinin öz qızının (Soltanın) uğurları ilə də fəxr edirdi. Bizə daha bir sənəd gəlib çatmışdır: «... İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçmiş ... Qərib Soltan Həsən bəy qızı Məlikova xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür»[3]. Bu ad təkcə demokrat valideynlərin nailiyyəti olmadı. Bu bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını öyrətmək imkanlarının təsdiqi idi.

Valideynlərinin mehribancasına adlandırdıqları Pəricik bütün ömrü boyu demokratiya ideallarına sadiq qalmışdı. Azərbaycan Demokratik Respublikası parlamentinin birinci sədri, ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşov onun həyat yoldaşı oldu. Hənifə xanım və Əlimərdan bəy Topçubaşov bütün ömürləri boyu əsl dost və həmfikir olmuşlar. Zənn edirik ki, hələ çox gənc olan Əlimərdan bəyin Hənifə xanıma ilk məktubundan sətirləri vermək yerinə düşər:

 

 

«Əziz anam, mən sizin tələbinizə cavab verirəm, belə ki, mənim Pərimi sevir və sitayiş edirəm, onu təmiz nəcib məhəbbətlə sevirəm, həyat yoldaşı və özümə bərabər dost kimi sevirəm. Onunla sevinc və kədəri bölmək mənə qismət olmuşdur. Məni mühafizə edən mələk rolunda o, bundan sonra mənim bütün fikir, qayğı və arzularımın predmeti olmalı, həyatımı bəzəməlidir. Pəri, özümüzə qarşı və bədbəxt müsəlmanları cəşalətdən çıxarmaq üçün götürdüyümüz vəzifələri yerinə yetirmək üçün mənə daha çox enerji və qüvvət verər»[4].

Mübarizə aparanın, təşəbbüsçünün həyatı asan olmur. Onun həyatı əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə doludur. Hənifə xanımın həyatı da istisna təşkil etmirdi. Lakin başqa əsrdə, başqa ölkədə yaşayan bizlərə, Hənifə xanımın keçdiyi yolu necə qiymətləndirməsi çox maraqlıdır. Ona görə, yenə onun tərcümeyi-halına müraciət edək:

«Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam».

 


 

[1] Salman Mümtaz adına Azərbaycan ədəbiyyatı və incəsənətinin Dövlət Arxivi. F. 63, s.1, iş 38, v. 3.

[2] Salman Mümtaz adına Azərbaycan ədəbiyyatı və incəsənətinin Dövlət Arxivi. F. 63, s.1, iş 38, v. 32.

[3] Salman Mümtaz adına Azərbaycan ədəbiyyatı və incəsənətinin Dövlət Arxivi. F. 63, s.1, iş 38, v. 21.

[4] Salman Mümtaz adına Azərbaycan ədəbiyyatı və incəsənətinin Dövlət Arxivi. F. 63, s.1, iş 38, v. 15.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb