Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Fotoşəkillər dillənir…


Fotoşəkildə müsəlman aləmində məşhur olan «Təzə Pir» məscidinin mavi günbəzləri təsvir edilmişdir. Onun tikintisi Nabat xanım Rzayeva-Aşurbəyovanın adı ilə bağlıdır. Nə vaxtsa burada müsəlmanlar tərəfindən səcdə edilən müqəddəs yer - pir var idi. İyirminci əsrin əvvəllərində köhnə pir demək olar ki, dağılmışdı. Varlı bakılı dul qadın Nabat xanım Rzayeva-Aşurbəyova onun keçmiş şöhrətini qaytarmaq qərarına gəlir. Pirin yerində mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi üzrə «Təzə Pir» adını almış möhtəşəm məscid tikdirir.

Nabat xanım məşhur Aşurbəyovlar nəslindən idi və tanınmış Rzayevlər ticarət evinin nümayəndəsinə ərə getmişdir. Əri öldükdən sonra böyük sərvətə sahib olmuş Nabat xanım onun mühüm hissəsini yoxsulların ehtiyacına sərf edirdi. Bu da ona səxavətli xeyriyyəçi şöhrəti gətirmişdir. Rzayevlərin Balaxanskidəki (indiki Füzuli, 33) böyük evlərinin qapısı yoxsulların üzünə açıq idi, hətta ev sahibəsi evdə olmayanda da onlar burada çay, qənd, parça və üç manat - o vaxtlar üçün az pul deyildi - alırdılar.

Nabat xanım böyük xeyriyyəçilik aksiyalarında iştirak edirdi: Sabunçuda məktəbin tikintisi, Bakı-Şollar su kəmərinin çəkilməsi, Tatarski küçəsində hamamın tikilməsi. Lakin Nabat xanımın ən istəkli arzusu böyük məscidin tikilməsi idi.

Əfsuslar ki, Nabat xanım öz arzusunu axıra kimi həyata keçirə bilmədi. O, 1912-ci ildə vəfat etmişdir. Lakin oğlu Hacı Abbasqulu Rzayev anvsının vəsiyyətinə əməl edərək «Təzə Pir» məscidinin tikintisini başa çatdırdı.

Budur, gözəl İsmət xanım Aşurbəyova-Sultanova milli qarabağ libasında tələbə mundirli gənclərin arasında. Onların demək olar ki, hamısı yoxsul Tiflis müsəlmanlarıdır və Aşurbəyovlar ailəsinin vəsaiti hesabına ali təhsil alırdılar. Yoxsul ailələrdən olan gənclər tez-tez İsmət xanımın salonunda olurdular. Burada ana dili ilə yanaşı rus, fransız, alman dili səslənərdi, ev sahibəsi isə fars poeziyasının gözəl bilicisi idi. O, qonaqları üçün Ömər Xəyyamın şerlərini fars dilində oxuyardı. İsmət xanım bir sıra qadın xeyriyyə təşkilatlarının üzvü idi, o cümlədən Müqəddəs Nina məktəbinin.

Bu isə həvəskar tamaşanın proqramıdır. Dramatik tamaşaların quruluşu, konsertlər və poeziya gecələri ilə «Nicat» xeyriyyə cəmiyyətinin qadınları məşhur idilər. Onlarla yanaşı bu, doğrudan da mədəniyyət bayramlarında yoxsul qızlar da iştirak edirdilər. Yığılan vəsait onlar üçün nəzərdə tutulurdu. Tamaşalar nəinki böyük populyarlığa malik idi, hətta ianə şəklində xeyli vəsait toplayırdı.

İsmət xanımın qızı, dünya şöhrətli tarixçi, otra əsrlərə dair 4 kitabın, çoxsaylı məqalələrin müəllifi, elmi forumların iştirakçısı Sara xanım xatırlayır: «Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi icazəsi ilə biz İstambula yollandıq. İstambulda pis yaşamırdıq, hətta yunan aşbazımız da vardı. Mən və bacılarım fransız kollecində, qardaşım isə Qalata-sarayda oxuyurduq. Bunlar çox bahalı və nüfuzlu təhsil müəssisələri idi. Biz, altı uşaq məmnun idik. Valideynlərimiz isə vətən həsrəti çəkirdilər.

Atam qayıtmaq qərarına gəlir: hər halda Türkiyə qürbətdir.

Biz qayıtdıq... Atam sadəlövhlüyünün altını çəkdi - onu 1937-ci ildə güllələdilər. Biz uşaqlar isə bütün ömrümüzü ehtiyac içində, «milyonçu uşaqları» damğası ilə yaşadıq.

Yalnız son zamanlar mətbuatda atamın mesenatlıqla məşğul olduğunu, bir çox istedadlı, lakın yoxsul azərbaycanlıların təhsil almasına kömək etdiyini xatırlamağa başladılar.

Məndən tez-tez soruşurlar: «Bəs necə oldu ki, Sovet hakimiyyəti dövründə belə böyük nailiyyətlər qazandınız?» Böyük? Məndə doğma şəhərimin tarixinə həmişə qeyri-adi maraq olub. Mən İçəri şəhərin küçələrini gəzir, qocalarla söhbət edir, qədim yazıları oxuyurdum. Ərəb, türk və fars dillərini öyrənməyim mənə tarixi materiallardan orijinaldan istifadə etməyə kömək edirdi. Beləliklə, «Orta əsrlər Bakısının tarixi oçerkləri» kitabı üçün materialların hazırlanması başlandı. Tədqiqatçılıq fəaliyyəti ənənə üzrə məktəblərdə pedaqoji fəaliyyətlə uyğunlaşdırılırdı. 1964-cü ildə «Orta əsrlər Bakısının tarixi oçerkləri» kitabı işıq üzü gördü. 1965-ci ildə isə Tbilisidə doktorluq disserdasiyasını müdafiə etdi. 1983-cü ildə ikinci kitab - «Şirvanşahlar dövləti» işıq üzü gördü. Bu kitaba görə 1986-cı ildə Azərbaycanın Dövlət mükafatı laureatı adına və Xalqdar dostluğu ordeninə layiq görüldü. Sonra «Azərbaycanın Hindistanla iqtisadi və mədəni əlaqələri» və nəhayət «Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü» kitabları işıq üzü görür. Mənim ən istəkli arzum - Bakı və Azərbaycan tarixinə dair tarixi əsərlərimin doğma Azərbaycan dilində çap edilməsini görməkdir. Xalqın uzun illər boyu ondan gizlədilmiş öz tarixini bilmək vaxtı çatmışdır. Hətta mənə, 90 yaşlı qadına - bütün düşündüklərimi həyata keçirmək üçün vaxt çatmadı. Özümü bütövlükdə tarixə həsr etdiyimdən, özümü rəssam və musiqiçi kimi göstərə bilmədim.

Bunların hamısı mənim xasiyyətimdən irəli gəlirdi. Mən həmişə məqsədimə nail olmuşam, çətinliklərə, maddi ehtiyaca baxmayaraq nikbin olmuşam. Bunlar məndən asılı deyildi, onunla mübarizə aparmaq mənasız idi. Hətta mənşəyə görə təqiblərə də sakit yanaşırdım: belə dövr idi, yəqin ki, belə olmalı idi. Həyatım fərəhli faktlarla, hadisələrlə zəngin olmasa da, mən həmişə daxili sakitliyimi saxlamışam, işə qurşanmışam. Xasiyətimə görə mən valideynlərimə oxşayıram. Varlı olmalarına baxmayaraq, onlar məzmunsuz həyat keçirməmişlər, həmişə çalışmışlar və bizi də buna öyrətmişlər. Uşaqlıqda bizim oyuncaqlarımız olmayıb. Biz musiqi, əl əməyi və dillərlə məşğul olurduq - Azərbaycan, rus, fransız, ingilis, alman, ərəb, fars və bir qədər də latın dili.

Sara xanım Parisdə Azərbaycan dövlət nümayəndəliyi adından çıxış edərkən, o, öz nitqini «Mariya Stüartın Parislə vidalaşması» şerini fransız dilində oxuyur. O, Şotlandiyaya yollanarkən fransızlar dilə belə gözəl yiyələnməsindən sarsılmışlar, ən çox da bu şeri bilməsindən, belə ki, bu şeri ancaq Parisin seçmə kolleclərində öyrədirdilər. Paris merinin bu şeri haradan bilməsini və harada təhsil aldığı haqda sualına Sara xanım cavab vermişdir ki, o, Azərbaycan Dövlət Universitetini bitirmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb