Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadın əl-Quranı


Taleyin məni gətirdiyi böyük bir kənddə, mənə kənd soveti  sədrinin mənzili ilə yanaşı daş evdə isti sığınacaq tapmaq nəsib oldu. Kənd öz qadın yarısında tamamilə yekrəng, şərq qadın tipi qoruyub saxlamışdır. Qadınlar haqda məsələdə burada hər şey rəy və əməllərdə toplaşmışdır: qadın evə gəlir gətirməlidir, lakin iş və gəliri kişi idarə etməlidir.

Kişilər dünya qədər qədim üsulu həyata keçirməyə çalışırdılar - güc və ağır kişi yumruğu. Onların qadına necə təsir etdiyini mən bu kənddə keçirdiyim birinci gecədə bildim. Mən sürəkli qadın qışqırtısına oyandım.

- Çox sadə: boğur. Ancaq ölümcül deyil, belə fikirləşməyin. Sadəcə qorxutmaq üçün. O, da elə-belə qışqırır, ərinin acığına. Bütün kənd bilsin, hamı eşitsin.

- Hər halda, onu niyə görə boğur?

- «Qadın hərəkatına» görə - deyə ev yiyəsi güldü.

Səhər mən o qadını gördüm: - gözəl, totuqsifət azərbaycanlı qadın idi, rəfiqəsinə ərinin zülmündən şikayətlənirdi.

- O, məndən saxta boşanma tələb edir. Mən tam boşanma və  hər iki uşağın  onun hesabına saxlanmasını   təklif edirəm. O, razı olmur.

- «Məndən boşan və mən səni öz kəndimə, anamın yanına göndərərəm. Sən anamın yanında firavan yaşayacaqsan. Mən indi sədrəm. Sən mənim üçün çox savadsız və cahil arvadsan».

 «Cahil» arvadın qışqırıqları o biri gecə də davam edirdi, üçüncü gecə isə mən getdim.

Günortaya yaxın mən kiçik düzənlik çayını keçirdim və yamacdan onun sahilində qadınları gördüm. Onlardan biri, gənc bir qadın ovcundakı düyünü suya səpir, göz yaşları ilə onun suya necə batmasına baxırdı.

Qoca qadın soruşdu: - «Sən nə edirsən, düyünü yuyursan, yoxsa çayı yedirdirsən»

- Çayı yedirdirəm - deyə cavan hıçqırdı.

- Yedirt, yedirt - deyə qarı təsdiq etdi. Bu yaramazları tənbeh etmək lazımdır.

- Heç olmazsa gözəlini alaydı - cavan hıçqırdı - əyri, çəpgöz, deyingən Sona-Dədəni. İndi mən onun xoşuna gəlmirəm. Deyir ki, istəyirsən boşayım, lakin sussan, üçümüz bir yerdə yaşayarıq.

- Bəs sən?

Mən heç birini istəmirəm. Mən onunla tək yaşamaq istəyirəm. İndi o, deyinməyə başlayır, allaha şükür, deyir, düyü belə tez qurtarır? Mən isə ona deyirəm - görürsən bir arvadı saxlamaq necə çətindir, sən isə ikisini saxlamaq istəyirsən.

- Bunların hamısı qadın əl-Quranıdır - deyə mənim tərcüməçim söyləndi və izah etdi:

- Bundan heç şeyx Əli də  baş çıxarmaz. Bizdə də qarılar peyda olmuşlar, cavanları ərləri ilə mübarizə etməyə öyrədirlər. İndi kənddə hər gecə qışqırıq və mərəkədir. Bir şey olan kimi, qadın pəncərələri, mebeli sındırır, təsərrüfatı dağıdır. İndi bizdə belə deyirlər: «Bu  qarılardan və onların şeytan əl-Quranındansa, qadın şurası göndərsələr yaxşıdır».

Qocalar mənə qadın əl-Quranı, «Adobu-Nisə» kitabı  haqda danışdılar. Bu kitab qədim zamanlarda İrandan gətirilmiş və bəzi qarılar onu əzbər bilirlər. «Adobu-Nisə»-qadın məkri və «şeytan əməli»  haqda kitabdır, qadın qəlbinin böyük bilicisi olmuş Fətəli şahın əmrilə tərtib edilmişdir.

Kitabın bütün məzmunu - hərəmxana qadınının kişi zorakılığı ilə mübarizənin tarixidir. Təbliğçi qadınlar - Gülsüm -Nənə, Kxuli-Can-Ağa, Babi-Şah-Zeynəb və başqaları şərq qadınında ədalətsizlik əleyhinə etiraz və nifrət ruhu inkişaf etdirmişlər.

Kənddə məndən soruşdular: -«Nə etmək lazımdır ki, «qadınlar şurası» buraya gəlsin?

- Heç olmazsa, bir qanun olsun. Qanunsuz yaşamaq olmaz.

Qəza şəhərində, qadınlar şurasında, mən güclə sədrin masasına yaxınlaşa bildim. Elə qapının dalında qaşqabaqlı kişilər durmuşdular. Onlar qadınlar əleyhinə kontrdanos gətirmişdilər.

Onlardan biri ilə danışanda dedi:

- Bizdə qadınlar kifayət qədər azad idilər. İndi onları əxlaqsız etmək istəyirlər.

- Bəs «Adobu-Nisə»? - deyə mən soruşdum.

- Yox, qarılar və qadın əl-Quranının kəlamlarındansa, qadınlar şurası yaxşıdır. Mən gizli düşməndən açıq düşməni üstün tuturam.

 

Məcnunun gözü ilə, Bakı,1922-ci il

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb