Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar Şərq xalqlarının Birinci qurultayında


Şərq xalqlarının birinci qurultayında Şərqin 55 qadını iştirak etmişdir, onlardan üçü - Türkiyədən Naciyə xanım, Dağıstandan Bulaç və Azərbaycandan Xavər Şabanova-Qarayeva qurultayın Rəyasət heyətinin tərkibinə seçilmişlər. Şərq xalqlarının hərəkat və təbliğat Şurasının tərkibinə, qurultay Azərbaycandan qadın hərəkatının görkəmli xadimi Xavər Şabanovanı seçmişdir.

Rəyasət heyətinin katibi qurultay tərəfindən bir səslə, inqilabi fəaliyyəti bütün dünya qadınlarına tanış olan V.D.Stasova seçildi. İlk dəfə olaraq Şərq qadınları ali beynəlxalq forumun yüksək tribunasından bütün dünya zəhmətkeşlərinə atəşin çağırışla müraciət etdilər ki, imperialzm əsarəti altında əziyyət çəkən ölkələrin xalqlarının milli-azadlıq hərəkatına beynəlxalq proletar həmrəyliyi vasitəsilə dəstək versinlər.

Qurultayın nümayəndələri Türkiyə təmsilçisi Nəciyə xanımın çıxışını sürətli alqışlarla qarşıladılar. Onun çıxışında, milli-azadlıq və sinfi mübarizənin vacib məsələlərində düzgün mövqe tutmayan Şərqin bəzi solçu siyasi partiyalarının ünvanına kəskin tənqid var idi.

Natiq onları, imperializm tərəfindən əsarətə salınmış qitələrdə güclü inqilabi dalğa kimi qalxan qadın hərəkatını nəzərə almadıqlarına, bu hərəkatın çox böyük siyasi gücünü inkar etdiklərinə görə cəsarətlə tənqid edirdi. O, özünün çox gözəl nitqini Şərq xalqlarının milli qurtuluşu naminə bütün siyasi qüvvələrin birləşməsi və əməkdaşlıq etməsi, imperializm üzərində qələbə tələbi ilə bitirdi. «Şərq qadınları mübarizəni, çoxlarının fikirləşdiyi kimi, təkcə küçəyə çadrasız çıxmaq hüququ uğrunda aparmırlar... Sizin səyləriniz, nə qədər güclü olsa da, işlərinizdə həqiqi köməkçi olmaq üçün qadınları dəvət etməsəniz, nəticəsiz qalacaq. Əgər siz, Şərq kişiləri, indi də keçmişdə olduğu kimi, qadınların taleyinə biganə qalsanız, inanın, ölkəmiz sizinlə və bizimlə birgə məhv olacaq və yaxud biz bütün əzilmişlərlə birgə qanlı mübarizəyə başlayacağıq və öz hüquqlarımıza güclə nail olacağıq». Qurultaya nümayəndə seçilmiş zəhmətkeş qadınlar adından ifadə edilmiş tələblər proqramı aşağıdakılar idi:

1. Qadınların tam hüquq bərabərliyi;

2. Qadınların maarifçilik və peşə müəssisələrindən şərtsiz istifadəsinin təmin edilməsi;

3. Nikaha girən tərəflərin bərabərliyi. Çoxarvadlılığın şərtsiz ləğv edilməsi;

4. Qadınların qanunvericilik və inzibati idarələrdə xidmətə şərtsiz buraxılması;

5. Hər yerdə, şəhərlərdə, qəsəbələrdə və kəndlərdə, qadın hüquqlarının mühafizəsi komitələri təsis edilməlidir.

Naciyə xanımın çıxışı tam şəkildə Xavər Şabanova tərəfindən rus dilinə tərcümə edilmişdir. O, çıxışın siyasi çılğınlığını və obrazlı ifadəliliyini dinləyicilərə çatdıra bilmişdi.

Qurultay nümayəndələri arasında Sovet Orta Asiyasının qadın təmsilçisi, Alma-Atadan olan türkmən qadın Bibinurun çıxışı da böyük rəğbətlə qarşılandı. Onun çıxışının mənasını aşağıdakı sözlər çox yaxşı açıqlayır: «Biz, Şərq qadınları kişilərdən on dəfə artıq istismar olunmuş və Şərqin dustaq müsəlman qadın həyatının çirkin tərəfləri ilə qarşılaşmışıq.

Lakin indi, əziz yoldaşlar, biz məqsədimizə çatdıq, bizi isidən, körpə uşaq kimi bəsləyən parlaq günəşin doğmasını gördük... Sovet hakimiyyəti bizim anamız, biz isə onun övladlarıyıq».

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb