Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İlk qadın klubu


1920-ci ildə Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın klubu açıldı. O, Azərbaycan qadınları arasında aparılan işin rəhbər və nümunəvi mərkəzi oldu.

AKP (b) MK-nın göstərişi ilə 1921-ci il mayın 30-da Xalq Maarif komissarı D.Bünyadzadə sərəncam dərc etdirdi: «Yoldaş Əli Bayramov adına müsəlman qadın klubu, yeganə nümunəvi müəssisə kimi, Xalq Maarif Komissarlığının tabeliyindədir. Heç bir digər idarələr, klubun işinə qarışa bilməzlər, nə inzibati, nə maliyyə, nə də təşkilati baxımdan. Klubun idarə heyətinə təklif edilir ki, onlara aid bütün məsələlər üzrə bilavasitə Xalq Maarif Komissarlığına müraciət etsinlər » [1].

1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu «inqilabi qüvvələrin toplanış məntəqəsi» adlandırmışdı. «Qafqaz od içində» kitabında o, yazırdı: «Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir[2].

«Klubun nəzdində kiçik tikiş emalatxanası təşkil edilmişdi, əvvəllər orada 7 işçi çalışırdı. Sonralar isə o, böyük müəssisəyə - Əli Bayramov adına tikiş fabrikinə çevrilmişdir. İndi orada 1500 qadın çalışır»[3].

«Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina Xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirdilər və kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra, elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar. Bir neçə aydan sonra müdavimlər imtahan verməli idilər. Bu zaman şayiə yayıldı ki, yaxşı qiymət alanları kəndə işə göndərəcəklər.

Əvvəllər bu həyəcan doğurdu, lakin sonra entuziastlar tapıldı. Onlar bəyan etdilər ki, burada qorxulu heç bir şey yoxdur. Qadınlar həyəcanla deyirdilər - kluba gəldik, emalatxana təşkil etdik, çadranı çıxartdıq, savadsızlığımızı ləğv etdik, bəs sonra? Axı, digər qadınlara da kömək etmək lazımdır.

İmtahanlar üğürla verildi və məzunların birinci qrupu, böyük inqilabi iş - azərbaycanlı qadının cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandılar. Mina Xala Şamaxı qəzasına, Məmmədova Məsmə Xızıya, Ələkbərova Tahirə Göyçay qəzasına, Ağayeva Xanım Lənkəran qəzasına, Əsgərli Bilqeyis Quba qəzasına, Əliyeva Xanım Naxçıvan diyarına, Məmmədova Hökumə Şuşa qəzasına yollandılar.

 

Tarix heç zaman bu təvazökar, cəsarətli, çətinliklərdən qorxmayan, ürəklərinin səsi ilə Azərbaycan qadınları arasında partiya-siyasi və mədəni tərbiyəvi iş aparan kommunist qadınların adlarını unutmayacaq.

 

   

 

Yerlərinə çatan kimi, onlar qızğın surətdə fəaliyyətə başladılar. Əli Bayramov adına klubda ictimai-siyasi fəaliyyətə başlayan, istedadlı təşkilatçılara çevrilən qadınlar bunlar idi: Xavər Şabanova-Qarayeva, Məsmə Xala Ələkbərova, Mina Mirzəyeva, Hökumə Məmmədova, Q.Qədirbəyova, B.Qafarova, M.Mirqədirova, Fatma Hacıyeva, B.Məmmədova, S.Əyyubova, Susanna Mnatsakanova, Bilqeyis Həşimzadə, Sara Talıblı, Ruqiyyə Əzimova və bir çox başqaları.

 

1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirildi»[4].

 



[1] Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Azərbaycan hökumətinin fərman və direktivləri. 1920-1924.

[2] Klara Setkin. Qafqaz od içində. M, 1926, səh.91-92; Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu.

[3] «Sharg Gadini» jurnalı №2, mart 1925-ci il, Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu.

[4] Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Bilqeyis Məmmədovanın xatirələri.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb