Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycanın Birinci bitərəf qadınlar qurultayının stenoqrafik hesabatından parçalar. 8-11 fevral, 1921-ci il


Həmkarlar təşkilatlarında haqda

 

Biz qadınları həmkarlar təşkilatlarına cəlb etməliyik. İndiyə kimi qadınlar əsasən şahid, passiv üzv olurdular. Siz qurultay nümayəndələri arasında qadına az-az rast gələrsiniz. Qadınların çoxluq təşkil etdikləri müəssisədə hər hansı Zavkom seçilirsə, orada da qadınlara az rast gələcəksiniz. Zavkomlarda qadınların sayı proporsional surətdə azlıq təşkil edirdi. Bu onunla izah edilir ki, işçi qadınların təcrübəsi azdır, onlar peşəkar həyata cəlb olunmayıblar və qadına məsul vəzifə verməyirlər. Əslində bu düzgün deyil. Əgər biz qadına belə baxsaq, 15-20 il keçəndən sonra da onların heç vaxt kifayət qədər təcrübəsi olmayacaq.

Ancaq təcrübə, səhv buraxma yolu ilə onlar necə işləməyin lazım olduğuna öyrənəcəklər. Biz qadınları fəal işə cəlb etməli, onları İttifaqlarda  qismən məsul vəzifələrə irəli çəkməliyik. Konkret olaraq: konfransa nümayəndələr seçilir, biz ona nail oluruq ki, bu konfransda  bir neçə qadın olsun. Qoy qadın bir qədər geri qalmışdır, qoy bu gün işin öhdəsindən gəlməsin, sabah öyrənər.

 

 

Təbliğat işi

 

Təbliğat üçün əsasən qadınların toplaşdığı yerləri istifadə etmək lazımdır. Məsələn, hamamı. Axı, qadınlar tez-tez hamamda xudmani məclislər keçirir, söhbət edirlər və s. Elə buraya, bizim təbliğat aparan yoldaşlarımız gəlməlidir. Hamama. (yerdən səs... məscidə). Məscidə, lakin,  yoldaşlar, məsciddə ehtiyatlı olmaq lazımdır və mən məscidə getməyəcəyəm və bir çox yoldaşlarıma məsləhət görmürəm. 

Ancaq iş gördükləri millətlər arasından çıxan partiya üzvlərinə məsləhət görürəm ki, məscidlərə getsinlər. Lakin onlar da ehtiyatlı olmalı, toxunduqları məsələlərə ehtiyatla yanaşmalı, müsəlman qadınları ilə söhbətdə elə danışmalıdırlar ki, onların müsəlman ərləri  irad tutmasınlar. Mən sizə deməliyəm ki, iclasları az keçirmək lazımdır. Əgər siz Sovet hakimiyyətinin yaxşı olması, kommunizmin daha yaxşı olması haqda  belə iclas keçirsəniz, inanın ki, qadın belə iclasa yəqin ki, gəlməyəcək. Əgər o, bu iclasda ona vəd edilmiş işlərin nəticəsini görərərsə, o, hökmən gələn dəfə gələcək.

Bəzən bizə teleqram göndərirlər: qadınları iclasa cəlb etmək çətindir. Lakin  bir neçə arşın parça və ya bir neçə corab  verməklə bu mümkündür. Axı, bizim iclasa düşmək üçün müsəlman,  gürcü və ya osetin qadını nələrdən keçir. Başa düşün, bizim iclasa düşmək üçün o, əri, qardaşı və qonşuları  ilə savaşır,  tez-tez təhqirlərə məruz qalır və hətta  daş-qalaq olunur. O, rədd olunmuş sayılır. 

 

 

Çoxarvadlılıq

 

Sədr. Çoxarvadlılıq haqda dekret hələ yoxdur.  Biz hələ qadının, özünün bizim Qadın Şurasına çoxarvalılıq məsələsinin ləğv edilməsi ilə bağlı sualla gəlməsini təmin etməyincə, qadınların mədəni səviyyəsini qaldıra bilmərik: niyə siz çoxarvadlılığı aradan qaldırmısınız, onda o, ikinci və ya üçüncü arvad olacaq və özünün 13, 14 yaşlı qızını ərə verəcək.

Əgər siz fikirləşirsiniz ki, Dekret nəşr ediləcəksə, çoxarvadlılıq ləğv ediləcəksə, mola həbs ediləcək? Bu nəyə gətirib çıxarar? Bu və ya digər  bəlanı aradan qaldırmaq üçün onun səbəblərini aradan qaldırmaq lazımdır.

Budur, qarşınızda yoldaş Hacıyeva oturub. O, Şamxor qəzasının Şöbə müdiridir. O, İcraiyyə komitəsində  mollaların yığılmasına nail olmuş, onların qarşısında çıxış etmiş və demişdir ki, Qadın Şurasının icazəsi olmadan nikah bağlamağa haqları yoxdur. Yoldaş Hacıyevanın buna hüququ vardımı?

Deyə bilmərəm. O, dedi ki, ikinci və ya üçüncü arvadı, birinci arvadın xəstəliyi və ya onun razılığı ilə almaq olar. Əgər siz ikinci arvadla nikah bağlayacaqsınızsa, onda ikinci arvadla  İcraiyyə komitəsinə gəlin, biz xəbər alacağıq, o, ikinci arvad olmağa  razıdırmı. Siz niyə otuz min alırsınız, bu çox bahadır, beş min almaq lazımdır. Qadının bir evdə, bəyin başqa evdə olması, ataların ticarət bağlamasına yol vermək olmaz. Bu, düzgün deyil, gəlin və bəyin burada iştirakı vacibdir və nikah İcraiyyə komitəsində keçirilməlidir. 

Hacıyeva: Bizim Şəriət və Quranda kommunizmdə olduğu kimi hər şey vardır. İndiyə kimi bizim din xadimləri və mollalar bizə heç nə başa salmırdılar. Biz qadınları özümüzə cəlb etmək üçün, Şəriətdən yapışmalıyıq. Şəriətdə deyilir ki, öyrənmək üçün sudan və oddan keçmək lazımdır, lakin din xadimləri və mollalar bu haqda heç nə demirdilər. Bizdə üç arvada icazə var, lakin bu gün biri, sabah biri yox. Quran,  əgər birinci arvad xəstədirsə və uşağı yoxdursa, onun razılığı ilə başqa qadınla evlənməyə icazə verir. Əgər qadın sağlamdırsa və uşaqları varsa, onun başqası ilə evlənməyə ixtiyarı yoxdur.

Quranda 13 yaşlıların ərə verilməsi barədə heç bir şey yoxdur. Quran və Şəriət deyir ki, biz 16 yaşında ərə getməliyik. Beləliklə: bəy və gəlin bir-birini görməlidirlər və hətta  bəyə icazə verilir ki, gəlinə yaxınlaşıb onun ağzını iyləsin. Mən Şamxora gələndə münasibətlər yaxşı deyildi. Deyirdilər ki, budur, papaq geyib, üzünü açıb, yanımıza gəlib. Mən ümumi iclas keçirdim, Şəriətdə və Quranda  deyilənləri izah etdim.

 

 

Ana Uşaq evinin yaradılması haqda

 

Mən kommuna-klublar haqda danışacağam. Klubun üzvləri bu klubda Ana və Uşaq evinin təşkili ilə məşğul olurlar. Qadınlar orada doğumdan əvvəl 2 ay və doğumdan sonra ay yarım olurlar. Belə böyük vaxt müddətində o, Ana və Uşaq evində yaşamalıdır. Mən deyirəm ki, belə kommuna-evlər olmalıdır, bu tədbir müvəqqətidir, biz proletariatı qadın və kişilərə bölmək istəmirik. Biz qadınlara kömək təklif edirik, o, burada tikişlə məşğul olacaq, arteldə işləyəcək. 

 

 

Quran haqda

 

Quranda əmlak məsələsinə dair deyilmişdir ki, arvadın, ərinin və qızının malik olduqları əmlakın səkkizdə bir hissəsinə, oğlunun isə dörddə bir hissəsinə hüququ çatır. Belə ayələri seçib göstərmək lazımdır ki, Qurana görə qadının əmlakın bir hissəsinə hüququ çatır. İzah etmək lazımdır ki, niyə qadına əmlakın az hissəsi çatır. Sualı bax belə az hissə baxımından  qoymaq lazımdır, Quranda deyildiyi kimi yaşamağa çağırış kimi yox. Bununla biz özümüzü vururuq.

 

 

Şəriət haqda

 

Şəriət və ya  Quranda nə olduğunu bilmədən, sən necə müsəlmansan. Sən Şəriətdə, Quranda nə olduğunu bilmədən nə müsəlmansan, nə russan, nə yəhudisən. Sən Şəriətdə, Quranda və ya İncildə nə olduğunu bilməlisən. Biz Şəriətdə, Quranda nə olduğunu bilsək, həyatın necə olduğunu biləcəyik.

Qadınlara ruhanilərin öz maraqları və cibləri naminə qadınların həmişə yumruq altında olduqlarını başa salmayıblar, onlar bunu biləcək və inanacaqlar. Onda siz onlara Şəriətdə və Quranda nəyin olduğunu başa salarsınız. Onda siz onlara izah edin ki, çadranı çıxarmaq, oxumaq lazımdır. Çadraya gəldikdə, deməyin ki, onu çıxarın, qoy beş çadra geysin, təki Şəriət və Qurana müvafiq oxusun.

 

 

Qadın klubları haqda

 

Bizim klub - böyük binada yerləşir. Burada həm körpələr evi, emalatxanalar, həm də tibbi işçiləri olan tibb məntəqələri mövcuddur. Yardıma ehtiyacı olan hər bir müsəlman qadın oraya gələ bilər. Orada kitabxana və s. də vardır.

Lakin bu hər yerdə mümkün deyil. Lakin, yoldaşlar, məsələ ondadır ki, böyük bina olsun və hər şey qruplaşdırılsın. Əgər klub İvanov küçəsində, körpələr evi Petrov küçəsində, uşaq bağçası isə Mariin küçəsində yerləşirsə, bu əhəmiyyətli deyil. Əsas odur ki, klubun bütün bu  hissələri  birləşir və klub-kommuna adını daşıyır. Mədəni-maarif işini bu cür həyata keçirmək lazımdır. Artelləri klublar ətrafında qruplaşdırmaq lazımdır və artelin üzvləri klubun üzvləri olacaqlar. Qadını kluba bağlamaq, onu nə ilə isə maraqlandırmaq lazımdır. Bütün yoxsulları, bütün qadınları klub yerləşdirə bilməz. Nəticə etibarilə, biz ən yoxsul müsəlman qadınların  imtiyazlı qrupunu yaradırıq. Bu onunla ifadə oluna bilər ki, oraya ancaq bütün həyatını klubun işinə həsr edən qadın yol tapa bilər. Yəqin ki, bu,  azad, ərindən ayrılmış qadın olacaq. Bu, klubların olduqca xüsusiləşmiş  xarakterini yaradacaq.

 

 

Fahişəlik haqda

 

Fahişəliklə mübarizə məsələsi üzrə praktiki tədbirlər qəbul edilməmişdi, çünki bu məsələ yenidir. Axı, mənim haqqında danışdığım məsələlər əvvəlki qurultaylarda da qoyulmuşdu, lakin hərbi vəziyyət və vətəndaş müharibəsi ilə bağlı  tam formada həyata keçirilə bilmirdi. Bu cür praktiki tədbirlərdə fahişəlik haqda məsələ qoyulmurdu. Fahişəliklə qarşılaşan hər bir şüurlu işçi qadın təbliğat aparmalı, bunun respublikamız üçün böyük ziyan olduğunu başa salmalıdır.

O, başa salmalıdır ki, bunun dəhşətli nəticələri  ola bilər, gələcək nəslə keçə bilər. Vətəndaş Müharibəsi vaxtı, Qızıl Ordu düşmənə qarşı gedərkən keçdiyi kəndlərdə belə hadisələrlə qarşılaşır və zöhrəvi xəstəliklərə tutulurdu. Doğrudur, fahişəliklə mübarizə növbəti məsələ kimi qoyulmurdu. Lakin, hər halda əgər şüurlu işçi qadın bu bəla ilə qarşılaşarsa, o, təbliğat aparmalı, Qızıl Ordunun toplaşdığı məntəqələrdə təmizliyə riayət olunmasına nəzarət etməli olacaqdır. Biz qadınlara izah etməliyik ki, fahişəlik böyük zərər gətirir.

 

 

Uşaq salma haqda

 

Uşaq salma haqda məsələ çoxlu mübahisələrə səbəb oldu. Uşaq salmanın cəzalandırılması haqda dekret dərc olundu. Əks halda heç kəs uşağının olmasını istəməz. Onda gələcək kommunizm dövləti haraya gəlib çıxacaq? İndiki yoxsulluq vəziyyətində hər bir qadın uşağının olmamasına çalışır. Hər halda bir çox mübahisələrdən sonra uşaq salmanın cəzalandırılmaması qərarına gəldilər.

Məsələ ondadır ki, indiyə qədər, bu bəlanın kökünü kəsməyə çalışsalar da, qadınlar uşaq salmaya, uşağı olmamağa çalışırdılar, lakin bütün bunlar aramla, xəlvəti baş verirdi, nəticədə isə elə alınırdı ki, onlar uşaq salma nəticəsində ölürdülər. Qadınların belə şəraitdə uşaq saldırmaya getməməsi, uşağı olub-olmamasına özü qərar verməsi üçün uşaq salma cəzalandırılmamalıdır.

Aydın məsələdir ki, əgər komissarın arvadı evdə oturub, heç nə etməyərək, birdən uşaq istəmirsə, onun üçün uşaq salma üç qat cinayətdir. Lakin işçi  qadın  üçün,  sosial vəziyyət  belə keçid dövründə çoxuşaqlılığa imkan vermirsə, uşaq salma cəzalandırılmamalıdır. Gələcəkdə o, uşağı olmasından imtina etməz, lakin elə etmək lazımdır ki, o, azad surətdə xəstəxanaya gedib uşağı saldıra bilsin.

 

 

Feminizm haqda

 

Yoldaş Berman ehtiyat edir ki, mən kişilərə hücum edirəm, lakin yoldaşlar,mən hər şeydən az feministəm. Mənim işçilərin hazırlanmasına və qadınlarla işə necə yanaşdığımı bilsəydilər, məni bu  feminizmdə şübhə altına salmaq olmazdı. Lakin burada, Qafqazda, kişi və qadınların olduqları şərait başqadır. Burada ümumi geriqalma, erməni, osetin, gürcü, hər kimsənin, başdan - başa savadsızlığı mövcuddur. Elə bizim kişiləri götürək, məgər onlar sözün əsl mənasında kommunistdirlər? Onlar yalnız kommunist olmaq istəyirlər! Biz onlara köməklik göstərməliyik. Mən sizi qadın dəstələri təşkil edib onlarla mübarizə etməyə çağırmıram. Mən yalnız onu deyirəm ki, kişilərimizin  sözün əsl mənasında həqiqi kommunist olmaları üçün nə etmək lazımdır. 
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb