Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlar arasında iş üzrə şöbə


«AKP (b) MK-nın katibliyi və onun şöbələrinin təşkili üzrə əsasnamə 1920-ci il oktyabrın 25-də MK-nın Təşkilat bürosunun iclasında qəbul edilmişdir. AKP(b) MK-nın qadınlar arasında iş üzrə şöbəsi xüsusi əsasnamə ilə təşkil edilmiş və 1920-ci il noyabrın 10-da yenidən qurulmuşdur. AKP (b) MK-nın qadın şöbəsinin yanında iki yardımçı şöbə təşkil edilmişdi: təşkilati-təlimati və təşviqat-təbliğat şöbələri. Birincisi qəza qadın şöbələrinin, kursların, xüsusi qadın məktəblərinin, kustar artellərin, nümayəndə iclaslarının təşkili üzrə iş aparır, qadınlar arasında iş üçün kadrların hazırlanması məsələləri və s. ilə məşğul olurdu. İkincisi - «Kommunist», «Bakinskiy raboçiy» qəzetlərində «İşçi qadın səhifəsini», digər nəşrləri redaktə edir, qadınlar arasında kütləvi təşviqat və siyasi-maarif işi aparırdı»[1].

 «Qadınlar qurultayının çağırışına çox böyük əhəmiyyət verən AKP (b) MK, onun keçirilməsinin konkret məqsəd və vəzifələrinin təyin edilməsi ilə bağlı məsələləri bir neçə dəfə müzakirə etmişdir. 1921-ci il yanvarın 14-də AKP (b)MK-nın Siyasi Bürosu və Təşkilat bürosunun iclasında «Azərbaycanın zəhmətkeş qadınlarının qurultayı haqda» məsələsi müzakirəyə çıxarılmışdı. Qəbul edilmiş qərarda deyilirdi: «Qadınlar qurultayının mart ayında Moskvada keçirilməsi ilə bağlı (Şərq qadınlarının qurultayı nəzərdə tutulur) zəhmətkeş Azərbaycan qadınlarının qurultayının çağırılışı 1921-ci il yanvarın 14-nə təsdiq edilsin. Qadın şöbəsinə tapşırılsın ki, hərəkat və təbliğat Şurası, həm Azərbaycanda, həm də Ümumrusiya qurultaylarında iranlı qadınların iştirakı ilə bağlı İran KP MK-sı ilə əlaqə saxlasın»[2].

«Bitərəf Azərbaycan qadınlarının Birinci qurultayının ən mühüm nailiyyəti, zəhmətkeş qadınların dövlət idarəçiliyi işinə cəlb edilməsinin sürətlənməsi oldu. Belə ki, 1921-ci ilin yazında Gəncə qəzasında yerli deputatlar Sovetinin tərkibinə 14 qadın, Cəbrayıl qəzasında - 2, Şamaxı qəzasında - 1 qadın seçilmişdir»[3].

 «Naxçıvan, Gəncə, Göyçay, Ağdaş, Şamaxı, Qarabağ, Quba, Nuxa kimi qəzalarda vəziyyət çox ağır idi. Qəzalarda şəhərin köməyinə ehtiyac duyulurdu. Çörək, ağ neft, duz, çay, bez, uşaq evləri və yetimxanalar üçün ərzaq, dərman, xüsusilə də, kinə, gənəgərçək yağı və s. çatışmırdı. Əhaliyə əmək payokunun verilməsini təşkil etmək, «Kəndli həftələri» keçirmək, pulsuz çayxanalar və əhali üçün qidalanma məntəqələri yaratmaq, əlaqə vasitələri - telefon, teleqrafı hərəkətə gətirmək, Qızıl Ordu hissələrinə yardım məqsədilə «Yaralanmış və xəstə qızıl əsgər həftələri» keçirmək, yoxsullar, savadsızlığın ləğv edilməsi komitələrini təşkil etmək, inqilabi intizamın mühafizəsini yoluna qoymaq, sahə və kənd hakimiyyət orqanlarını gücləndirmək, artel-emalatxanalar açmaq lazım idi»[4]

Bakı qəzasının sosial təminat və əmək şöbəsinin müdiri M.Məmmədyarov yazırdı: «yetimxana-məktəblərin açılması, əlillər, korlar üçün əlil evlərinin yaradılması zərurəti meydana gəlmişdir. Bütün bu tədbirlərin həyata keçirilməsində Azərbaycan qadınları fəal iştirak etmişlər. Əhalinin ilkin tələbat mallarına olan ehtiyacı nəzərə alaraq, əsasən qadınların gücü ilə Bakının rayonlarında - Keşlə, Bül-Bülə, Əmircan, Suraxanı, Zığ, Buzovna, Zabrat, Qobu, Sarayda qidalanma məntəqələri açılmışdı»[5].



[1] Azərbaycan Respublikası siyasi partiyalar və ictimai hərəkatlarının Dövlət Arxivi. F. 456, s. 16, iş 81.

[2] Azərbaycan Respublikası siyasi partiyalar və ictimai hərəkatlarının Dövlət Arxivi. F. 1, s. 63, iş 40, v. 1.  

[3] Azərbaycan Respublikası siyasi partiyalar və ictimai hərəkatlarının Dövlət Arxivi. F. 1, s. 63, iş 40, v. 1.  

[4] Azərbaycan Respublikasının siyasi partiyalar və ictimai hərəkatlarının Dövlət Arxivi. F. 2, s. 63, iş 40, v. 2.

[5] Azərbaycan Respublikasının siyasi partiyalar və ictimai hərəkatlarının Dövlət Arxivi. F. 2, s. 63, iş 40, v. 4.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb