Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qafqaz Respublikaları Qadın şöbələri müdirlərinin diyar iclasının stenoqrafik hesabat materiallarından. (2-5 oktyabr 1921-ci il)


Qadın istehsalat

 

Əgər siz qadınları idarəetmə prosesinə cəlb etməsiniz, onlar heç vaxt öyrənməyəcəklər. Revkom, Zavkom, kollegiya seçilərkən,  onlara böyük və ya kiçik məsul yerlər verərək yenə də işçi qadınları bu vəzifələrə irəli çəkmək lazımdır. Əgər bu qadınlar axmaqlıq etsələr də, eybi yoxdur, axı biz də bu yolla gedirik, biz də çoxlu səhvlərə yol vermişik, lakin indi əvvəlkidən böyük təcrübəyə maliyik. 

Lakin bu azdır. Bizə qadını istehsalatın özünə, təsərrüfat işinə  cəlb etmək lazımdır. Bunsuz biz həyatda irəliləyə bilmərik.

Yeni iqtisadi siyasət dövründə bunu etmək asandır. Qadınların təşkili ilə məşğul olmaq lazımdır. İstismarçılar bunu bizdən min dəfə yaxşı edə bilərlər. Onlar istismara məruz qalan elementləri seçə bilirlər, bunlar da, əlbəttə ki, qadınlar olacaq. Kustarların yanında, icarə müəssisələrində qadınlar çalışacaqlar. Lakin çalışmaq lazımdır ki, qadınlar istehsalatın başqa növündə iştirak etsinlər. Qadın artellərinin təşkili ilə məşğul olmaq lazımdır.

Qadınlar uşaq artelləri təşkil etməlidirlər. Bizdə  artel yaratmaq üçün  bir sıra istehsal sahəsini  bilən  qadınlar çoxdur. Qadın artellərinin təşkil edilməsindən başqa, nümunəvi emalatxanalar məsələsi ilə məşğul olmaq lazımdır. Biz qadınları təcrübədə nümunəvi emalatxanalara cəlb etməli və beləliklə onları istehsalata cəlb etməliyik. Xüsusilə, Azərbaycan üçün böyük vəzifə, müsəlman qadınlarını artellərə, nümunəvi emalatxanalara cəlb etməkdir.

Sizə sirr deyil ki, müsəlman qadınlar indiyə kimi ölkənin əmək prosesində, təsərrüfatda iştirak etmir. Onları bu işə cəlb etməzdən əvvəl çox vaxt keçəcək. Biz elə şərait yaratmalıyıq ki, belə vəziyyətdə müsəlman qadın ola bilsin ki,  işləsin. Qarşıda duran məsələ - müsəlman qadını istehsalata cəlb etmək -  bu günün məsələsidir. 

Həqiqətən, indi bizdə  faktiki olaraq təsir göstərəcəyimiz iki kateqoriya qadın vardır. Bir tərəfdən, dövlət müəssisələrinin işçiləri, lakin biz bilirik ki, belə işçilər az qalmışlar və biz orada kiçik özək yaratmalıyıq. Biz bilirik ki, işimiz bu özək əsasında qurulacaq.

İkinci kateqoriyaya şəxsi müəssisələrdən bizim işə cəlb ediləcək qadınlar daxildir. Üçücü qrup - evdar qadınlardır. Hal-hazırda vəziyyət ağırdır, ştatların ixtisarı keçirilir, emalatxanalar bağlanır, qadın mətbəxə qayıdır.

 

 

Mən üçün oxumağa getdim

 

Mən kurslarda oxumaq üçün Lənkəran qəzasından Bakıya gəldim. Mən ona görə oxumaq istəyirdim ki, həm özüm maariflənim, həm də hələ də əsarətdə yaşayan bacılarımı ağıllandırım.

Şərq qadınları iki tərəfdən zərbə almışlar - kapital tərəfindən və bizim kişilər tərəfindən. Mən 15 yaşından həqiqət axtarırdım. Yalnız indi,  oxuyarkən həqiqəti başa düşdüm və hələ də cəhalətdə qalan bacılarıma çatdırmaq üçün bütün qəlbimlə Can atıram.

 

Mən sözümü başa çatdırıram və məzlum Şərq qadınına müraciət edərək deyirəm:

Yaşasın Azadlıq!

Yaşasın azadlığa can atan Şərqin zəhmətkeş qadını!

 

Təlimatçılar kurslarının kursantı

Minə Xonça Cavadova

 

31 mart, 1922-ci il, Bakinskiy raboçiy

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb