Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Şabanova-Qarayevanın xatirələrindən


1901-ci ildə anadan olmuşam. Dörd yaşım olanda atam rəhmətə getmişdir. Böyük qardaşım xidmət edirdi və onun öhdəsində yeddi nəfərdən ibarət ailə var idi. Məni Tağıyev məktəbinə təyin etdilər, oranı 1915-ci ildə bitirdim.

1915-ci ildən 1917-ci ilə kimi iki illik pedaqoji kurslarda oxumuşam, eyni zamanda özüm dərs vermişəm.

1917-ci ildə pedaqoji kursu bitirərək, Saratova, bacımın yanına getmişəm və orada diş müalicəsi kurslarına daxil olmuşam. Oranı 1919-cu ildə bitirmişəm. Səfərbərliyə alınmış və diş həkimi kimi qospitalda işləmişəm. Orada partiya sıralarına qəbul edilmiş və partiya qrupunda işləmişəm.

1917-ci ildə Bakıda keçirilən Müsəlman Qadınların Birinci Zaqafqaziya qurultayında qadınlar azadlıq tələb edirdilər.

Bu qurultayda ziyalılar, ruhanilər (mollalar) və s. iştirak edirdilər.

Qadın məsələləri üzrə iki müəllimə çıxış edirdi. Talışinskaya, Tiflis nümayəndəsi, Şəriətə istinadən sübut etməyə çalışırdı ki, «Məhəmməd qadınlara üzlərini və əllərini çadra ilə örtməyi qadağan etmirdi. Şəriətə görə qadın ancaq saçlarını örtməli idi». Bunları eşidən mollalar etiraz əlaməti olaraq zalı tərk etdilər.

İclas dayandırıldı. Bundan sonra mollalar öz aralarında müşavirə keçirdilər. Onlar qərar çıxardılar: çadrasız görünən müsəlman qadınları öldürmək; əgər qadın avropa ayaqqabısı geyinirsə, onu nəleyin geyməyə məcbur etmək. Bakı küçələrində qadınları tufliləri çıxarmağa və nəleyin geyməyə məcbur edirdilər.

Əvvəlki tək Azərbaycanda səkkiz yaşlı qadınları iyirmi yaşlı kişilərə ərə verirdilər. Mən özüm yeddi yaşlı qızın toyunda iştirak etmişəm. Mən Bakıda tərxis olunmuş və qadınlar arasında işləməyə başlamışam. O zaman qadınlar arasında işləmək çətin idi.

Nəriman Nərimanov mənə müsəlman qadınları birinci iclasa toplamağı və onu məsciddə keçirməyi məsləhət gördü. Bu iclasda qadınların kluba yazılışı keçirilirdi. Lakin yazılanlar az idi, məsciddən çıxmağa qorxurdular. Yaxın küçələr kişilərlə dolu idi.

İlk qadın klubu, öldürülmüş ictimai xadim Əli Bayramovun arvadı Bayramovanın mənzilində təşkil edilmişdir. Yer azlıq edirdi. Biz kömək üçün Nərimanova müraciət etdik. Onun təklifinə görə bizə geniş yer ayırdılar.

Azərbaycanlı qadınlar ilk dəfə Əli Bayramovanın mənzilinə toplaşanda, onlar çadrada və tufliləri qoltuqlarında gəlmişdilər, kişilər gəlsələr, qaça bilsinlər.

Biz klubda yeməkxana, biçmə və tikmə kursları, tikiş emalatxanası, dram dərnəyi, sanitariya dərnəyi təşkil etdik. Sovet hakimiyyətindən əvvəl Azərbaycan teatrında qadın rollarında əsasən kişilər iştirak edirdilər. Müsəlmanlar arasında aktrisa yox idi. Qadın klubunda qadınlar ilk dəfə «Arşın mal alan» pyesində çıxış etmişlər. Tamaşa zalı dolu idi.

Sonralar qadın klubunda musiqi dərnəyi təşkil edilmişdir. Lakin işin genişləndirilməsi üçün bizim nə təcrübəmiz, nə də yerimiz var idi. Onda biz partiyanın MK-sına müraciət etdik. Bizə qadın klubu üçün milyonçu Muxtarovun keçmiş binasını - böyük ikimərtəbəli evini ayırdılar. Bu klubun idarə heyyətinin təşəbbüsü ilə ilk dəfə Bakıda qadın iməciliyi təşkil edildi. Küçələrdə-damlarda, eyvanlarda adam çox idi. Bu görünməmiş və böyük qadın nümayişi idi. Bizi daş-qalaq etməyə başladılar. Lakin bu qadınları qorxutmadı, dayandırmadı.

Əli Bayramov adına qadın klubu nəzdində hüquq məsləhətxanası yaratmaq lazım oldu - nə vaxtsa zorla ərə verilən qadınların sayı çox idi.

Azadlıqdan xəbərdar olan azərbaycanlı qadınlar kluba gəlir, ərlərindən boşanmaq üçün bizdən kömək istəyirdilər. Bir dəfə 22 yaşlı biri əri - 60 yaşlı qoca ilə bizim yanımıza gəldi; göz yaşları ilə bizdən xahiş edirdi ki, biz ona boşanmaqda kömək edək. Qoca ər isə boşanma verməməyə yalvarırdı.

Arvadına deyirdi: «Nə istəsən edəcəyəm - xörək hazırlayacaq, evləri təmizləyəcək, kluba getməyə icazə verəcəyəm». Arvad qəzəblə deyir: «Yetər, neçə illər əziyyət çəkmişəm, səninlə yaşamaq istəmirəm»

Və ərinin yanında çadrasını çıxarır. Əri deyir: « Razıyam, çadranı çıxart, nə istəyirsənsə et, lakin məndən boşanma». Əlbəttə, belə iş qurbansız başa gəlmirdi. Qurbanlar çox idi. Yadımdadır ki, mən ictimai ittihamçı kimi iki məhkəmə prosesesində iştirak etmişəm

Bu vaxt Azərbaycanda ölüm cəzası haqda qanun qəbul edilmişdir - qadınların əsarətdən azad edilməsi yolunda öldürülməsində - güllələnmə, qısqanclıq zəminində 10 il azadlıqdan məhrum edilmə.

Lakin bütün bu vəhşiliklərə baxmayaraq, qadınlar bizim yanımıza gəlir, təkcə Əli Bayramov klubunda deyil, Bakının rayonlarında da fəal işləyirdilər. Digər mühüm mərasim də yada düşür. Azərbaycanda Dövlətin qərarı nəşr edilmişdir - qızları 16 yaşına qədər ərə verməmək.

Çadranın çıxarılması üzrə kampaniya keçirilməli idi. Bunun üçün qadınlardan çadraların çıxarılması üçün, onları avropa paltarlarına geyindirmək lazım idi. Bu məsələdə yardım üçün M.İ. Kalininin yanını Moskvaya gəldik. SSRİ-nin MİK-i bizim məqsədlər üçün 200 vaqon manufaktura ayırdı.

 

11 sentyabr 1924- il, Şabanova

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb