Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Natəvanın parlaq həyatı


Xurşudbanu Natəvanın nəticəsi, Azərbaycan Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nin əməkdar müəllimi Naidə Seyid qızı Məmmədova yada salır

 

Bakının mərkəzi küçələrindən birində heykəli ucaldılmış Xurşudbanu Natəvan kimdir? Şairə, cazibədar qadın, özünü xeyriyyəçiliyə həsr etmiş siyasi xadim, ictimai sima və ya Azərbaycanın ilk feminist qadını? Bu suala birmənalı cavab vermək mümkün deyil, belə ki, bunların hamısı məqsədyönlü və hərtərəfli inkişaf etmiş şəxsiyyətin məziyyətləridir. O, Şuşa xanlarının nəslindən çıxmış, bütün ömrü Qarabağla bağlı olmuşdur. Qarabağ onun üçün sevinc, məhəbbət və həyəcan mənbəyi idi. Sonuncu Şuşa xanının qızı olan Natəvan öz təyinatını doğma torpağına xidmətdə görürdü və bu təyinata bütün ömrü boyu sadiq qalmışdı. Onun həyatı isə parlaq, hadisə və görüşlərlə zəngin idi.

Hələ çox gənc qız ikən Natəvan o zamanlar Qafqazda səyahət edən məşhur Aleksandr Düma ilə tanış olur. Dahi fransız şərq gözəlinə heyran olur, ondakı aşkar ədəbi və rəngkarlıq istedadını hiss edir. Natəvan bütün ömrü boyu miniatürlər üzərində işləyəcək, dekorla məşğul olacaq, muncuqla gözəl naxış tikəcək. Lakin başlıca yaradıcılıq idealı poeziya olacaq.

Məşhur Şuşa şairi Seyid Hüseynlə ikinci izdivacı onun üçün xoşbəxt olmuş, ondan beş uşaq doğmuşdur. Yaradıcılığının çiçəklənməsi məhz bu dövrə təsadüf edir. Mənə belə gəlir ki, onun ən yaxşı əsərlərindən biri «Gülüstan dəftəri» toplusu idi və Natəvanın özü tərəfindən çox gözəl miniatürlərlə bəzədilmişdir. Bu poetik rəngarəng amalqama tamamilə müstəqil incəsənət növü sayılmağa iddia edir. Şərq miniatürlərinin həm bədii, həm də ədəbi ənənələrini davam etdirərək, o, daha da irəli gedir. Onun poeziyası həm ərəb mükabələri, həm də fars rübailəri ilə səsləşir. O, öz poeziyasında qorxmaz, azaddır, lakin bu ədəbi forma deyil. Bu onun həyat tərzi, xarakteridir.

Varlı, ağıllı, zərif şairə heç vaxt qapalı həyat keçirməmişdi. Onun sosial fəallığı o dövrün anlayışında adi xeyriyyəçilik hüdudlarından kənara çıxır. Bəli, o, əlbəttə yoxsullara, yetimlərə həvəslə kömək edir. Onu ilahiləşdirir, ona sitayiş edirdilər. Lakin o, öz qarşısına məqsəd qoyur ki, daha çox azərbaycanlı gənc biliklərə cəlb olunsun. Natəvanın Tiflisdə, Peterburqda, xaricdə çox yaxşı əlaqələri var idi. Onun vəsaiti ilə onlarla gənc Qori seminariyasında təhsil alırdı. Onların arasında sonralar məşhur bəstəkar olmuş Üzeyir Hacıbəyov var idi. İllər keçəcək, amansız Stalin repressiyaları zamanı, Üzeyir Hacıbəyov öz xeyirxahının əməllərini unutmayaraq bizim ailəyə kömək edirdi. Məhz Üzeyir Hacıbəyov bizim ailəni həbs, sürgün, güllələnmə çarxının altından çıxarmışdır.

Natəvan, xeyriyyəçiliklə məşğul olanların arasında yeganə şəxs idi ki, azərbaycanlı gəncləri Peterburq kadet korpusuna oxumağa göndərirdi. O, başa düşürdü ki, millət üçün peşəkar hərbçilərin olması nə qədər vacibdir.

Lakin maarifçilik fəaliyyəti də onun əsl mənada qaynar həyatının bir hissəsidir. Xurşudbanu Natəvan Qarabağda ilk, ümumiyyətlə Azərbaycanın kənd rayonlarında on kilometr uzunluğunda su kəməri tikdirir. Biz öz həmvətənləri üçün nə isə «tikən» varlı adamlardan danışanda, ilk növbədə onların maddi xərcləri faktlarını, indiki dillə desək investisiyanı nəzərdə tuturuq. Ancaq çalışqan, savadlı Natəvan xanım tikintiyə təkcə öz şəxsi kapitallarını qoymamış, həmçinin tikintinin layihəçisi və hətta bilavasitə rəisi rolunda çıxış edirdi. Şuşa rayonunun kəndlərini mərkəzlə bağlayan dağ yollarının çəkilişi üçün nə qədər işlər görmüşdür. Elə buna görə də şuşalılar onu ilahiləşdirir, o, həyatdan köçəndə isə onun ölümünü özlərinin ağır şəxsi faciələri kimi qəbul etmişdilər.

Biz hamımız bilirik ki, insan yaddaşı necə dəyişkəndir, keçmiş bütlər onun yaddaşından necə silinir, ata və uşaqların nəzərində eyni hadisələrin dəyəri necə fərqlənir. Yadımdadır ki, mən keçən əsrin səksəninci illərində Şuşaya Bül-bülün heykəlinin açılışına gəlmişdim. Yerli insanlardan kimsə təsadüfən mənim Natəvanın nəticəsi olduğumu bilir. Hər səhər tanımadığım adamlar mehmanxanaya mənə bal, qaymaq, süd gətirir, bazarda isə heç kim məndən pul almaq istəmirdi. Mənə belə gəlir ki, bu cür riqqətli epizod qəribə qadın olan Xurşudbanu Natəvana xalq məhəbbətini ifadə edir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb