Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Əxlaqi, əqli cəhətdən zənginləşin


Bakı Musiqi Akademiyasının metodika xüsusi hazırlıq kafedrasının dosenti, Məryəmxanım Bayraməlibəyovanın nəvəsi Tamilla Fərrux qızı Kəngərlinskaya yada salır

 

Nənəm haqda çox danışa bilərəm, çünki bütün ömrü boyu o, mənim üçün elə bir ideal idi ki, onu bir sözlə səciyyələndirmək olardı - Qadın! Bununla yanaşı, maraqlıdır ki, mən yaşlaşdıqca daha çox başa düşürdüm ki, onun həyatında inqilabdan əvvəlki və inqilab dövrünün bir çox ziddiyyətləri, sosializmin siyasi toqquşmaları bir-birinə qarışmışdır. Lakin bunların hamısı ancaq zəriflik, müdriklik, vətənpərvərlik, ziyalılıq əlavə edirdi. Bunu necə izah edim - bilmirəm! Qadınları tarixə qaytarmaq cəhdləriniz çox yaxşıdır, biz bunu təkcə bilməməli, nəhayət ki, onların həyati mövqelərinin nə ilə izah edilməsini başa düşməliyik.

 

Siz hesab edirsiniz ki, qadınların şəxsi həyati mövqeləri haqda danışmağa əsas var?

Şübhəsiz, təsəvvür edirsinizmi, 1937-ci ildə Məryəmxanımı «xalq düşməni», «müsavatçının köməkçisi» kimi həbs etdilər, onun əri Cavadbəy ADR parlamentinin üzvü idi. İşgəncələr vasitəsilə ondan millətçilik haqda etiraf qoparmaq istəyirdilər. Məryəmxanım öz ifadələrində yazmışdı: «Kiçik xalqların millətçiliyi haqda necə danışmaq olar. Rusiya kimi böyük dövlət kiçik xalqları millətçtlikdə necə günahlandıra bilər? Mən Puşkinə valehəm, lakin tarın səsini eşidəndə ağlayıram». Əgər Sibir sürgününün ikinci ilinin sonunda onun kor oldüğını nəzərə alsaq, nələr çəkdiyini təsəvvür etmək olar.

Onun həyat mövqeyi necə formalaşırdı, sizcə ilkin idi?

Sözsüz ki, maarif! Məryəmxanım ərəb, fars dillərini bilir, «Yevgeni Onegin», «Hamleti» əzbərdən oxuyurdu. Məryəmxanım 1898-ci ildə Lənkəranda, maarifçi Teymur bəyin ailəsində anadan olmuşdur. Biz indii Lənkəran haqda danışarkən, onun İranla sərhəddə yerləşən, burada qadına qarşı patriarxal ənənələrin güclü olduğu region kimi vurğulayırıq. Lakin onun atası hələ o vaxt, 19-cu əsrin sonlarında dünyəvi təhsilin tərəfdarı idi. Buna görə də, qızını Bakıya aparmış və o, ibtidai təhsilini H.Z.Tağıyevin məktəbində almışdır. Orta təhsilini isə «Müqəddəs Nina» məktəbində almışdır.

Məryəmxanım atası tərəfindən təməli qoyulmuş müəllimlik ənənəsi və tibbə olan ehtirası arasında tərəddüd edirdi. Uzun sürən düşüncələrdən sonra Moskvada Tibb İnstitutuna daxil olur. Lakin o vaxt ailəsi qıza kömək edə bilmədiyindən, o, milyonçu M.Muxtarova müraciət edir. M.Muxtarovun təqaüdü sayəsində Məryəmxanım həvəslə oxuyurdu, lakin Oktyabr çevrilişi onu vətənə dönməyə məcbur etdi.

Ailəsinin maarifçilik ənənələrini davam etdirərək, Məryəmxanım 1918-ci ildə Lənkəranda ilk qız məktəbini açır. Mən onun kiçik şagirdlərə müraciətlə dediyi sözləri xatırlayıram: «Azərbaycanlı qadına təhsil niyə lazımdır? Yalnız təhsilli qadın normal ailə yarada bilər. Yalnız təhsilli ana uşaqlarının və ərinin gözündə hörmətə layiqdir. Savadsız qadınlar - kişilər üçün boş yerdir». 1921-ci ildə Bakıya qayıdır, burada o, müəllimlik fəaliyyəti ilə yanaşı Həmkarlar ittifaqında çalışır. 1921-1925-ci illər - Qara şəhərdə eksperimental həmkarlar məktəbində iş; müxtəlif məktəblərdə, seminariyalarda, texnikumlarda müəllimlik fəaliyyəti, sonralar o, Azərbaycan Həmkarlar İttifaqının katibi olmuşdur.

Məryəmxanım yazırdı: «Mənim əzizlərim, əxlaqi, əqli cəhətdən zənginləşin, maddi rifah dalınca qaçmayın. Maddi dəyərlər arxasınca qaçsanız, siz insana xas olan əxlaqi keyfiyyətlərdən məhrum olarsınız. Gənclərin dayağı və hərəkətverici qüvvəsi vətənpərvərlik, öz xalqına xidmət olmalıdır».

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb