Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Bacılar


Ağayeva Xurşid Həsən qızının nəvəsi - klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru Abdullayeva Xurşid Lütfəli qızı yada salır

 

Nənəm - Ağayeva Xurşid xanım 1906-cı ildə Bakıda anadan olmuşdur. O, pianoçu kimi Bakı konservatoriyasını, musiqişünas kimi Moskva konservatoriyasını bitirmişdir. O, Azərbaycanda ilk musiqişünas qadındır, Ü.Hacıbəyov haqda birinci monoqrafiyanın müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimidir. Bütün həyatı boyu Bakı konservatoriyasında dərs demiş, hətta konservatoriyanın prorektoru olmuşdur. Müasir Azərbaycan musiqisi haqda bir çox əsərlərin müəllifidir. Anamdan ailə albomu qalmışdır, burada təkcə bizə doğma olan şəkillər deyil, qeydlər də vardır. Baxın, bu mənim böyük nənəm haqda qeydlərdir. «Gəncədə Ağayeva Xədicə rəfiqələrinə kimsəsiz uşaqlara (onların sayı çox idi) yardım üçün qadın xeyriyyə cəmiyyəti yaratmağı təklif etdi. Dörd illik Birinci Dünya müharibəsi, inqilabi qalmaqal bu bədbəxt yetimləri evsiz və çörəksiz qoymuşdur. Elə burada, Gəncədə o, Adıgözəlov adına şəhər qadın məktəbində müdirlik etməyə başlayır, lakin öz hamilərini yaddan çıxarmırdı».

Ailə albomunda Xurşid xanımın böyük nənəm Xədicəyə və onun bacısı Zeynəbə həsr etmək istədiyi qeydlərdən:

«Adi həyatda, hələ uşaqlıqdan təzahür edən intellektual imkanlarının, ürək genişliyi, açıqlıq, başqalarının ağrı və sevinclərini başa düşmək qabiliyyəti ilə uzlaşan insanlara tez-tez rast gəlməzsən. Tarixdə vunderkindlərin və ya yetkin yaşında soyuqluq həddini keçə bilməyən və dözülməz təkəbbürlərinin qurbanı olmuş və ya əksinə, illər keçdikcə öz unikallığını itirmiş, ən adi insana çevrilmiş şəxslərin adı məlumdur.

Xədicə Ağayeva (qızlıqda Əbdürrəhmanova) və Zeynəb Əbdürrəhmanova bacılarını uşaqlıqda «möcüzəli uşaq» sayırdılar. Onları bütün həyatları boyu digər keyfiyyətlər fərqləndirirdi: insanlıq, mərhəmət, insanlarla bölüşməyi bacarmaq, zəngin bilik, könül istiliyi. Onların hər ikisi Daşkənddə, zadəgan ailəsində doğulmuş, hər ikisi qadın gimnaziyasını bitirmişdir. Onlar çox gözəl oxuyurdular. Xədicənin uğurları gümüş medalla mükafatlandırılmış, Zeynəb isə ən yüksək şagird mükafatına: qızıl medala layiq görülmüşdür. Qızların hər ikisi, bütün Rusiyada Nəcib Qızlar İnstitutu kimi tanınmış, ən imtiyazlı və qapalı qadın məktəbində oxumaq üçün Peterburqa gedirlər. Bəli, oraya yalnız zadəgan ailələrindən olan qızlar düşə bilərdilər, lakin yüksək cəmiyyətə, ali zadəganlığa aidlik, əsası 1764-cü ildə qoyulmuş məktəbə qızların qəbuluna təminat vermirdi. O uzaq illərdə deyildiyi kimi, əsl «institutka» olmaqdan əvvəl, qızlar çətin və gərgin imtahandan keçməli oldular. Beləliklə, onlar, bütün mədəni Avropada tanınmış bu tədris müəssisəsində, demək olar ki, yeganə müsəlman qızlar oldular.

İnstitut həyatının, təhsilin, məşhur Karneqi tərəfindən tikilmiş binanın əyalət qızlarına necə təsir bağışladığını ancaq başa düşmək olar. Lakin bir dəfə Xədicə bir elanda oxuyur ki, neft sənayeçisi, milyonçu və mesenat Z.Tağıyev öz qız məktəbində işləmək üçün təhsilli müsəlman qadınları dəvət edir. Maarifçilik və humanizm prinsipləri ilə tərbiyə almış Xədicə özünün qəti seçimini edir: o, Bakıya gəlir və Tağıyev məktəbinin müəllimi olur. Bu gündən etibarən onun həyatı pedaqogika ilə bağlı olacaq.

 

Böyük bacı Zeynəb xanım Əbdürrəhmanova da Z.Tağıyevin dəvətilə Bakıya qayıdır, lakin artıq diplomlu həkim-ginekoloq kimi. O, Tağıyev fabriklərində və mədənlərində işləyən qadın işçiləri müalicə edəcək. Tezliklə onun adı elm və tibb dairələrində məşhur olacaq, tibbə isə o, bütün gücünü və həkimlik məharətini həsr edəcək.

Bakıda Əbdürrəhmanova bacılarının ailə həyatı baş tutur. Kiçiyi, Xədicə məşhur həkim və ictimai xadim Həsən bəy Ağayevə ərə gedir. İllər keçəcək, o, Azərbaycan Demokratik Respublikası Sədrinin müavini olacaq. Zeynəbin əri isə, istedadlı mühəndis, Nobel və Tağıyev müəssisələrinin müdiri Naqo Tambiyev olacaq.

O, kabardin folklorunun ən böyük toplayıcısı və ilk kabardin əlifbasının tərtibçisi kimi məşhur olacaq.

Azərbaycanda insanpərvər və xüsusilə də hörmətli sayılan peşələrin - həkim və pedaqoq - nümayəndələri, nəinki maarif və tibb sahəsində fədakarlıqla işləyir, həm də yeni ideya və yanaşmaların əsl yaradıcıları olmuşlar. Onların əməyi dəfələrlə hökumət tərəfindən qeyd edilmişdir, Xədicə xanım Ağayeva isə 1949-cu ildə ölkənin ən yüksək mükafatı - Lenin ordeninə layiq görülmüşdür.

Xədicə Ağayeva və Zeynəb Əbdürrəhmanova bacılarının həyat yolu parlaq və işıqlı olmuşdu. Onlar özlərinin qeyri-adi ağıl və biliklərini, illər keçdikcə isə böyük təcrübələrini Azərbaycana vermişlər».

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb