Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Bəstəkarın anası


Sona xanım Axundovanın gəlini, həkim-ginekoloq Böyükxanım Qəmbər qızı Nəzirova yada salır

 

Yəqin ki, hər bir gənc ana özünə sual verir: «Mən öz uşaqlarıma nə verə bilərəm?». Bəli, onu yedirtmək, əzizləmək, təsəlli vermək, onunla sadə uşaq sevinclərini bölmək. Bu təbiidir. Lakin gənc qadın öz uşağına elə yaradıcılıq impulsu, elə enerji verə bilərmi ki, kiçik insan tamdəyərli şəxsiyyət kimi böyüsün? Bu suala ancaq o halda müsbət cavab vermək olar ki, belə şəxsiyyət ananın özü olsun. Mən taleyə minnətdaram ki, həyatım belə gözəl qadınla, dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti, akademik Qara Qarayevin anası Sona xanım Axundova ilə bağlı olub.

Sona xanım, digər mütərəqqi ailələrlə birlikdə on doqquzuncu əsrin axırlarında, iyirminci əsrin əvvəllərində müasir Azərbaycan mədəniyyətinin kontekstini yaratmış varlı, ziyalı ailədən çıxmışdır. Burada Şərq ənənələri Avropa forması əldə edirdi. Əsrlərin hüdudunda belə ailələr çox deyildi. Onlar tərəqqipərvər, gələcəyə can atan adamlar idi. Azərbaycan cəmiyyəti bu gün də onların qarşısında borclu qalmalıdır. Bircə ona görə ki, Azərbaycan qadını özünün emansipasiyası üçün onlara borcludur.

Sona xanımın atası İsgəndər bəy o vaxtlara görə qızına çox gözəl təhsil vermişdir. O, Tağıyevin qadın gimnaziyasını bitirmiş, Müqəddəs Nina məktəbində oxumuşdur. Bu məktəbin divarları arasından özünü xeyriyyəçilik və maarif zəminində reallaşdıran bir çox məşhur azərbaycanlı qadınlar çıxmışdır.

Lakin gənc Sona gimnaziyadakı məşğələlərlə yanaşı, rus musiqi cəmiyyəti nəzdindəki Bakı musiqi məktəbində fortepiano sinfi üzrə dərslər alır. Tezliklə o, gözəl pianoçuya çevrilir, həvəslə xeyriyyə konsertlərində çıxış edir.

123vm

 

Deyirlər ki, istedadlı adam hərtərəfli istedadlı olur. Bu sözləri tamamilə Sona xanıma da aid etmək olar. O, uşaqlıqdan poeziya ilə maraqlanır, özü də şerlər yazır. Lakin burada istehzalı şəkildə gülümsəmək olardı: axı ziyalı qızların çoxu kiçik və ya böyük müvəffəqiyyətlə təzəcə baş qaldıran hisslərini, həyat təəssüratlarını nəzmə çəkirlər.

Lakin gənc gimnaziya talibəsinin şerləri yalnız dünyanının lirik görüntüləri ilə diqqəti cəlb etmir, onlarda vətəndaşlıq pafosu döyünür, onlar dərk edilən vətənpərvərlik hissi ilə iliyə işləyir. Şerlərlə görkəmli Azərbaycan maarifçisi Soltan Məcid Qənizadə tanış olur və onlar onu poetik ustalığı və vətəndaş kamilliyi ilə heyran edir. O, şerləri şəhər qəzetlərinin birində çap etdirməyi tövsiyə edir. O vaxtlar bu qeyri-adi hadisə idi: azərbaycanlı qadının yazdığı şeri çap etmək. Lakin şəhər əhli şairənin on üç yaşlı qız olduğunu bildikdə, bu əsl sensasiyaya çevrildi.

Lakin vaxt çox tez keçir və tezliklə Sonanın həyatında yeni insan peyda olur - doktor Əbülfəz Qarayev. O, Azərbaycanın ilk peşəkar pediatoru, Rusiyanın nüfuzlu Odessa Universitetinin tibb fakültəsinin məzunudur. Sonanın kiçik bacısı qəfil xəstələndikdə məhz onu dəvət edirlər. O, qızı tez sağaldır, lakin bu qonaqpərvər evi tərk etməyə tələsmir. Cavanlar arasında dostluqdan daha artıq hisslər yaranır və gənc həkim valideynlərdən onların böyük qızlarının hərisini istəyir. Xeyir-dua alınır və Sona gənc həkimin həyat yoldaşı olur. Onların ailə həyatı olduqca xoşbəxt alınır: əri onu sevir, o da qarşılıqlı məhəbbətlə cavab verir. Bəlkə elə bu məhəbbət atmosferi, qarşılıqlı hörmət Qara Qarayev kimi qüdrətli yaradıcı şəxsiyyətin yaranmasının zəmini olmuşdur. Onun ilk musiqi müəllimi anası Sona xanım olmuşdur. Qara Qarayevin yaradıcılığı bu gün də aktualdır, onun əsərləri ifa olunur, irsi diqqətlə öyrənilir. Biz adətkərdəliklə deyirik ki, Qara Qarayevin yaratdığı bütün əsərləri dünya və milli musiqi nümunələrinə aid etmək olar. İndi isə siz onu da bilirsiniz ki, onun şəxsiyyətinin inkişafı mənbəyində anası - musiqiçi, şairə, gözəlliyi, harmoniyanı, məhəbbəti dərindən hiss edən insan dururdu.
 

Şair qəlbli Sona...


Vətənin bəxtinə hər dəm çəkirəm həsrəti mən

Sevirəm Vətənimə sərf edilən qeyrəti mən

Nə səadət Vətənimlə qazannam şöhrəti mən

Olmaram razı əgər cəhldə qalsa Vətənim,

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

 

Varmı bir mərdi şücaət kim vətənə qurban ola.

Vətənin torpağı cismində onun üçün can ola,

Vətənin dərdini duycağ ürəyi al qan ola.

Olmaram razı əgər cəhldə qalsa Vətənim

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

 

Vətənin qədri əzizdir Sonaya canı kimi

Sevər öz yurdunu qəlbindəki imanı kimi

Vətəni sevəcəkdir əhd ilə peymanı kimi

Olmaram razı əgər cəhldə qalsa Vətənim

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

 
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb